Femoston 2 mq / 10 mq N28 tablet
| Təsiredici maddə | ESTRADIOL / ESTRADIOL + DYDROGESTERONE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Progestagenlərlə estrogenlərin kombinasiyası |
| İstehsal ölkəsi | Niderland |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
21,30 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FEMOSTON® 2/10 örtüklü tabletlər FEMOSTON® 2/10 Beynəlxalq patentləşdirilməmiş adı: Dydrogesterone + Estradiol
Tərkibi
Estradiol tableti Təsiredici maddə: 1 tabletin tərkibində 2 mq estradiol vardır. Köməkçi maddələr: laktoza monohidrat, hipromelloza, qarğıdalı nişastası, susuz kolloidal silisium dioksid, maqnezium stearat. Ortük: qarişiq Çəhrayı İ (hipromelloza, titan dioksid (E171), talk, makroqol 400), qirmizi dəmir oksidi (E172), qara dəmir oksidi (E172), sarı dəmir oksidi (E172)). Estradiol/didrogesteron tableti Təsiredici maddə: 1 tabletin tərkibində 2 mq estradiol və 10 mq didrogesteron vardır. Köməkçi maddələr: laktoza monohidrat, hipromelloza, qarğıdalı nişastası, susuz kolloidal silisium dioksid, maqnizium stearat. Ortük: qarişiq Sarı İİ (hipromelloza 2910, talk, titan dioksid (E171), makroqol 400, sarı dəmir oksidi (E172)).
Təsviri
Estradiol tableti – girdə, hər iki tərəfi qabarıq, bir tərəfində “379” həkk edilmiş çəhrayı rəngli, örtüklü tabletlərdir. Estradiol/didrogesteron tableti – girdə, hər iki tərəfi qabarıq, bir tərəfində “379” həkk edilmiş açıq sarı rəngli, örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Progestagenlərlə estrogenlərin kombinasiyası. ATC kodu: G03FB08.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Estradiol Preparatın aktiv komponenti 17β-estradiol kimyəvi və bioloji cəhətdən insan orqanizminin endogen estradiolu ilə oxşardır. Estradiol qadınlarda menopauza dövründə estrogen sintezinin itkisini əvəz edir və menopauza əlamətlərini yüngülləşdirir. Estrogenlər menopauza dövründən və ya ovarioektomiyadan sonra sümük toxuması kütləsinin itkisinin qarşısını alır. Didrogesteron Estrogenlər endometriumun inkişafını stimullaşdırdığına görə, estrogen preparatlarla monoterapiya endometriumun xərçənginin və hiperplaziyasının riskini yüksəldir. Terapiyaya progestagenin əlavə olunması uşaqlığı qorunub saxlanılan qadınlarda endometriumun hiperplaziyasının estrogenlərin təsiri ilə bağlı riskini əhəmiyyətli dərəcədə aşağı salır. Klinik tədqiqatların göstəriciləri Estrogen çatışmazlığı simptomlarının azaldılması və qanaxma profilinin yaxşılaşması. Preparatın istifadəsinin ilk həftələrində, menopauza dövrü ilə əlaqəli simptomların azalması əldə olunub. Tərkibində 2 mq Estradiol və 10 mq Didrogesteron Femoston preparatı qəbul edən qadınların 89%-də müntəzəm menstruasiyaya bənzər reaksiyalar (orta hesabla 5 gün davam edən ləğvetmə qanaxmaları) müşahidə olunur. Menstruasiya, adətən orta hesabla, siklin 28-ci başlayır. Müalicənin ilk 3 ayında təxminən 22% qadınlarda və müalicənin 10-12-ci aylarında – 19% qadınlarda profuz uşaqlıq qanaxmaları və/və ya qanlı ifrazat qeydə alınmışdır. Müalicənin birinci ilində sikllərin 12%-də amenoreya (qanaxmanın və ya qanlı ifrazatın olmaması) müşahidə olunmuşdur. Menopauza dövrü ilə əlaqəli şikayətlərin azalması müalicənin ilk həftələrində əldə edilmişdir. Osteoporozun profilaktikası. Menopauza dövründə estrogen çatışmazlığı sümük toxumasında maddələr mübadiləsinin yüksəlməsi və sümük kütləsinin azalması ilə əlaqəlidir. Estrogenlərin sümük toxumasının mineral sıxlığına təsiri dozadan asılıdır. Estrogenlərin mühafizəedici effekti yalnız onların istifadəsi zamanı təsir göstərir. Əvəzedici hormonal terapiya (ƏHT) qəbul edən qadınlarda müalicə sona çatdıqdan sonra, sümük kütləsinin azalma sürəti, göstərilən müalicəni qəbul etməyən qadınlarda olduğu kimidir. WHI (Women Health Initiative) və tədqiqatların meta-analiz məlumatları onu göstərir ki, əsasən sağlam qadınlarda aparılan ƏHT monoterapiya şəklində və ya progesteronla kombinasiyada, osteoporoz nəticəsində baş verən bud sümüyünün, fəqərələrin və digər sınıqların meydana çıxmasının riskini aşağı salır. ƏHT nəticəsində, sümük toxumasının sıxlığı aşağı olan və/və ya osteoporozdan əziyyət çəkən qadınlarda, sınıqların qarşısını almaq mümkündür, lakin bu barədə məlumatlar məhduddur. Tərkibində 2 mq Estradiol və 10 mq Didrogesteron olan Femoston® preparatı qəbul edən qadınların onurğa sütununun bel şöbəsində sümük toxumasının mineral sıxlığı (STMS) 6,7%±3,9% yüksəlmişdir. Femoston 2/10 preparatı ilə müalicə alan qadınların 94,5%-də onurğa sütununun bel şöbəsində STMS yüksəlmişdir və ya dəyişməz qalmışdır. Femoston preparatı, həmçinin bud sümüyünün STMS-na təsir göstərmişdir. Femoston® 2/10 preparatı ilə 2 il ərzində müalicədən sonra bud sümüyü boynunda STMS 2,6% ± 5,0% (orta göstərici ± standart sapdırma), böyük burma nahiyəsində – 4,6% ± 5,0% (orta göstərici ± standart sapdırma), Vard üçbucağında – 4,1% ± 7,4% (orta göstərici ± standart sapdırma) yüksəlmişdir. Bud sümüyünün üç hissəsində STMS yüksəlmiş və ya Femoston 2/10 preparatı ilə terapiyadan sonra qadınlarda müvafiq olaraq 71-88% dəyişməz qalmışdır. Farmakokinetikası Estradiol Sorulması Estradiolun sorulması hissəciklərin ölçüsündən asılıdır, mikronlaşdırılımış Estradiol mədə-bağırsaq traktından tez sorulur. Aşağıdakı cədvəldə mikronlaşdırılmış Estradiolun hər bir dozasının estradiol (E2), estron (E1) və estron sulfatın (E1S) tarazlıq konsentrasiyalarının orta farmakokinetik göstəriciləri verilib. Məlumatlar standart sapmanı nəzərə alaraq göstərilib. Estradiol 2 mq Parametrlər E2 E1 Parametrlər E1S C (pq/ml) 103,7 (48,2) 622,2 (263,6) C (nq/ml) 25,9 (16,4)max max C (pq/ml) 48 (30) 270 (138) C (nq/ml) 5,7 (5,9)min min C (pq/ml) 68 (31) 429 (191) C (nq/ml) 13,1 (9,4)ср ср AUC 1619 (733) 10209 (4561) AUC 307,3 (224,1)0-24 0-24 (pq*saat/ml) (nq*saat/ml) Paylanması Estrogenlər qanda həm sərbəst, həm də bağlanmış vəziyyətdə təyin oluna bilər. Estradiolun yeridilən dozasının təxminən 98-99% qanın plazmasının zülülları ilə birləşir. Bunların 30-52% albuminlərlə, 46- 69% isə cinsiyyət hormonlarını bağlayan qlobulinlə (CHBQ) bağlanırlar. Metabolizmi Daxilə qəbul ediləndən sonra Estradiol aktiv metabolizmə məruz qalır. Estradiolun əsas konyuqasiya olunmuş və konyuqasiya olunmamış metabolitləri estron və estron sulfatdır. Bu metabolitlər, estrogen aktivliyi bilavasitə sərbəst şəkildə və ya Estradiola çevrildikdən sonra, nümayiş etdirə bilərlər. Estron sulfat enterohepatik resirkulyasiyaya məruz qala bilər. Xaric olması Sidikdə preparatın əsas birləşmələri estronun və estradiolun qlükuronidləridir. Preparatın orqanizmdən yarımxaricolma dövrü 10-16 saatdır. Estrogenlər ana südü ilə sekresiya olunur. Doza və zamandan asılılığı Femoston preparatını hər gün daxilə qəbul etdikdə Estradiolun qanda konsentrasiyası tarazlıq vəziyyətinə təxminən beş gündən sonra çatır. Əksər hallarda, preparatın tarazlıq konsentrasiyası, qəbulun 8-11-ci günləri arasında əldə olunur. Didrogesteron Sorulması Didrogesteron peroral qəbul edildikdən sonra tez sorulur, bu zaman T 0,5-2,5 saat təşkil edir.max Didrogesteronun mütləq biomənimsənilməsi (20 mq peroral doza 7,8 mq venadaxili infuziya ilə müqayisədə) 28% təşkil edir. Aşağıdakı cədvəldə Didrogesteron (D) və dihidrodidrogesteronun (DHD) tarazlıq konsentrasiyalarının orta farmakokinetik göstəriciləri verilib. Məlumatlar standart sapmanı nəzərə alaraq göstərilib. Məlumatlar standart sapmanı nəzərə alaraq göstərilib. Didrogesteron 10 mq Parametrlər D DHD C (nq/ml) 2,54 (1,80) 62,50 (33,10)max C (nq/ml) 0,13 (0,07) 3,70 (1,67)min C (nq/ml) 0,42 (0,25) 13,04 (4,77)ср AUC (nq*saat/ml) 10,17 (5,96) 312,90 (114,54)τ Birdəfəlik dozanın qəbulundan sonra qida didrogesteronun plazmada pik konsentrasiyaya çatmasını təqribən 1 saat ləngidir ki, bu da didrogesteronun və DHD-nin ekspozisiya səviyyəsinə təsir etmədən, didrogesteronun plazmada pik konsentrasiyasının təqribən 20% azalmasına səbəb olur. Paylanması Didrogesteronun oral istifadəsindən sonra paylanmasının aşkar həcmi əhəmiyyətli dərəcədədir və təqribən 22000 l təşkil edir. Didrogesteron və DHD-nun 90%-dən artıq hissəsi qanın plazmasının zülalları ilə birləşir. Metabolizmi Peroral qəbul edildikdən sonra Didrogesteron tezliklə metabolizmə uğrayaraq, DHD əmələ gəlməsinə səbəb olur. Aktiv metabolit 20 α-dihidrodidrogesteronun (DHD) səviyyəsi didrogesteronda olduğu kimi eyni vaxt aralığından sonra pik nöqtəsinə çatır. DHD-nin didrogesterona qədər AUC və C nisbətimax müvafiq olaraq 25 və 20 təşkil edir. Didrogesteronun və DHD-nin orta son yarımxaricolma dövrü təqribən 15 saat təşkil edir. Bütün metabolitlərin əsas xüsusiyyətləri ilkin birləşmənin 4,6-dien-3-on konfiqurasiyasının saxlanılması və 17α-hidroksilləşmənin olmamasıdır ki, bununla da Didrogesteronun estrogen və androgen effektlərinin olmaması izah edilir. Xaric olması Radioaktiv izotopla nişanlanmış Didrogesteronun peroral qəbulundan sonra orqanizmdən preparatın orta hesabla 63% sidiklə xaric olur. Didrpgesteronun plazmadan orqanizmə aşkar ümumi klirensi təqribən 20 l/dəqiqədir. Preparat orqanizmdən 72 saat müddətində tam xaric olur. DHD sidikdə əsasən qlükuron turşusu ilə konyuqat şəklində aşkarlanır. Doza və zamandan asılılığı Orqanizmə bir dəfə və bir neçə dəfə təkrar istifadə edildikdə preparatın farmakokinetikası, peroral dozalar 2,5 mq-dan 20 mq qədər diapazonda olduqda, xətti xarakter daşıyır. Birdəfəlik və bir neçə dəfəlik dozaların kinetikasının müqayisəsi onu göstərir ki, Didrogesteronun və DHD farmakokinetikası təkrar istifadə edildikdə dəyişmir. Tarazlıq vəziyyəti şəraitinə bir qayda olaraq, müalicədən 3 gün sonra çatır.
İstifadəsinə göstərişlər
Postmenopauza dövründə qadınlarda estrogen çatışmazlığı ilə əlaqədar simptomların aradan qaldırılması üçün son menstruasiyadan ən azı 6 ay keçdikdən sonra əvəzedici hormonal terapiya (ƏHT). Osteoporozun profilaktikası üçün digər dərman preparatlarına dözümsüzlük və ya digər preparatların istifadəsinə əks göstəriş olan qadınlarda sınıqların baş verməsinin yüksək riski olduqda osteoporozun profilaktikası.
Əks göstərişlər
− Estradiola, Didrogesterona və/və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq; − Süd vəzisini əvvəllər diaqnoz qoyulmuş və ya ehtimal edilən xərçəngi; − Diaqnoz qoyulmuş və ya ehtimal edilən estrogendən asılı bədxassəli şişlər (məsələn, endometriumun xərçəngi); − Diaqnoz qoyulmuş və ya ehtimal edilən progesterondan asılı törəmələr (məsələn, meningioma); − Mənşəyi məlum olmayan vaginal qanaxmalar; − Endometriumun müalicə olunmayan hiperplaziyası; − Hazırda və ya əvvəllər mövcud olan venoz tromboemboliya (dərin venaların trombozu, ağciyər arteriyalarının tromboemboliyası); − Diaqnoz qoyulmuş trombofilik pozğunluqlar (məsələn, protein C, protein S və ya antitrombin çatışmazlığı); − Arteriyaların aktiv və ya yaxın keçmişdə olan tromboembolik xəstəlikləri (məsələn, stenokardiya, miokard infarktı); − Qaraciyərin kəskin xəstəlikləri (həmçinin qaraciyərin əvvəllər mövcud olan və indiyədək funksional göstəriciləri normalaşmayan xəstəlikləri); − Porfiriya; − Hamiləlik və laktasiya dövrü; − Uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Postmenopauza ilə əlaqədar simptomların müalicəsi üçün ƏHT yalnız həyat keyfiyyətlərinə mənfi təsir göstərən simptomlar mövcud olduqda başlamaq lazımdır. Bütün hallarda ən azı ildə bir dəfə risk və fayda nisbəti diqqətlə təhlil olunmalıdır və yalnız ƏHT-nın istifadəsinin faydası riskdən üstün olduqda ƏHT-nı davam etdirmək məqsədəuyğundur. Erkən menopauzanın müalicəsində ƏHT ilə əlaqədar olan risklərin olması barədə dəlillər məhduddur. Lakin, mütləq risk səviyyəsi aşağı olduğundan, gənc qadınlarda fayda və risklərin nisbəti, daha yetkin yaşda olan qadınlarla müqayisədə daha əlverişli ola bilər. Tibbi müayinə/sonrakı nəzarət Əvəzedici hormonal terapiyanı başlamaqdan və ya yenidən təkrar etməkdən əvvəl tam şəxsi və ailə anamnezini aşkarlamaq lazımdır. Fizikal müayinəni (çanaq orqanları və süd vəziləri daxil olmaqla) anamnez məlumatlarını, əks göstərişləri və preparatın istifadəsi barədə xəbərdarlıq və ehtiyat tədbirlərini nəzərə alaraq, aparmaq lazımdır. Müalicə müddətində vaxtaşırı, tezliyi və həcmi fərdi təyin olunan, baxışlar keçirmək lazımdır. Süd vəzilərində baş verən hansı dəyişikliklər barədə həkimi məlumatlandırmaq barədə, qadını xəbərdar etmək lazımdır. Müayinəni, mammoqrafiya kimi vizualizasiya üsulları daxil olmaqla, fərdi ehtiyaclardan asılı olaraq dəyişdirilmiş, mövcud olan skrininq təcrübəsinə müvafiq həyata keçirmək lazımdır. Qadın pasiyentlərin vəziyyətinə nəzarət tələb edən xəstəliklər Pasiyentdə aşağıda göstərilən xəstəliklərin hal-hazırda və ya əvvəllər olması və/və ya hamiləlik dövründə və ya əvvəl aparılan hormonal terapiya zamanı bu xəstəliklərin ağırlaşması qeyd olunan qadınların vəziyyəti xüsusi nəzarətdə olmalıdır. Nəzərə almaq lazımdır ki, Femoston® preparatı ilə müalicə zamanı bu xəstəliklər təkrarlana bilər və ya onların gedişi ağırlaşa bilər. Bu xəstəliklərə aiddir: − leyomioma (uşaqlıq mioması) və ya endometrioz; − əvvəllər mövcud olan tromboembolik xəstəliklər və ya tromboemboliyanin inkişaf etməsinin risk amillərinin mövcudluğu; − estrogendən asılı şişlərin risk faktorlarının mövcudluğu, məsələn, süd vəzi xərçənginin inkişafına birinci dərəcəli irsi meyillilik; − arterial hipertenziya; − qaraciyər xəstəlikləri (məsələn, qaraciyər adenoması); − qan damarlarının fəsadları ilə və ya fəsadsız keçən şəkərli diabet; − öddaşı xəstəliyi; − miqren və ya (şiddətli) baş ağrısı; − sistem qırmızı qurdeşənəyi; − anamnezdə mövcud olan endometriumun hiperplaziyası; − epilepsiya; − bronxial astma; − otoskleroz. Terapiyanın dərhal dayandırılması üçün səbəblər. Preparatın istifadəsinə əks göstərişlər aşkar olunduqda və həmçinin aşağıdakı vəziyyətlərdə terapiyanı dayandırmaq lazımdır: − sarılığın əmələ gəlməsi və ya qaraciyərin funksional pozgunluğu; − arterial təzyiqin əhəmiyyətli yüksəlməsi; − miqrenəbənzər baş ağrısının ilk dəfə meydana çıxması; − hamiləlik. Endometriumun hiperplaziyası və karsinoma İntakt uşaqlığı olan qadınlarda endometriumun hiperplaziyasının və karsinomanın inkişaf etmə riski, yalnız estrogenlərdən uzun müddət istifadə etdikdə, yüksəlir. Yalnız estrogen qəbul edən qadınlar arasında endometrium xərçənginin riskinin geydə alınmış yüksəlməsi, müalicənin müddətindən və qəbul edilən estrogenin dozasından asılı olaraq, preparatı qəbul etməyən qadınlarla müqayisədə 2 dəfədən 12 dəfəyə qədər dəyişir. Müalicəni dayandırdıqdan sonra bu risk ən azı 10 il müddətində yüksəlmiş vəziyyətdə qalır. 28 günlük menstrual sikldə ən azı 12 gün müddətində siklik olaraq progesteron əlavə edildikdə və ya uşaqlığı saxlanılan qadınlarda fasiləsiz kombinəolunmuş estrogen-progestagen müalicə, ƏHT yalnız estrogen qəbulu ilə əlaqədar olan həddən artıq riskinin qarşısını ala bilir. Müalicənin ilk aylarında profuz uşaqlıq qanaxmaları və ya qanlı ifrazatın olması meydana çıxa bilər. Bu hal müalicədən bir müddət sonra baş verərsə və ya müalicəni dayandırdıqdan sonra davam edərsə, endometriumun bədxassəli törəmələrinin mövcudluğunu istisna etmək məqsədilə qanaxmanın səbəbini aşkarlamaq üçün endometriumun biopsiyası tələb oluna bilər. Süd vəsisinin xərçəngi Ümumi məlumatlara görə, kombinəedilmiş estrogen-progestagen müalicəsi alan qadınlarda və ƏHT-nın müddətindən asılı olan, ƏHT şəklində yalnız estrogen qəbul edən qadınlarda, süd vəzi xərçəngi riski yüksək olur. Kombinəedilmiş estrogen-progestagen müalicəsi WHI (Women Health Initiative) və perspektivli epidemioloji meta-analiz tərəfindən aparılan randomizəolunmuş, plasebo nəzarətli araşdırma və epidemioloji tədqiqatlar ƏHT vasitəsi kimi kombinəedilmiş estrogen-progesteron müalicəsindən istifadə edən qadınlarda, müalicədən sonra təxminən 3 (1-4) il müddətində meydana çıxan süd vəzi xərçəngi riskinin yüksəlməsini aşkarladı. Yalnız estrogen müalicəsi WHI tədqiqatı histerektomiyadan sonra ƏHT vasitəsi kimi yalnız estrogen qəbul edən qadınlarda süd vəzi xərçəngi riskinin yüksəlməsini aşkarlamayıb. Observasion tədqiqatlarda müşahidə edilən süd vəzi xərçənginin inkişaf riskinin estrogen və progesteron kombinasiyası qəbul edən qadınlara nisbətən əhəmiyyətli dərəcədə aşağı olması bildirilmişdir. Geniş bir meta-analizin nəticələri göstərdi ki, terapiyanın dayandırılmasından sonra artan risk zamanla azalır və başlanğıc səviyyəsinə qayıtmaq üçün alınan vaxt, alınan HRT müddətindən asılıdır. Bir qadın 5 ildən çox HRT alırsa, risk 10 il və ya daha çox davam edə bilər. HRT, xüsusilə kombinə edilmiş estrogen-progestagen terapiyası, döş xərçənginin rentgenoloji metodlarla (mamoqrafiya) aşkarlanmasına mənfi təsir göstərə bilən döş toxuması sıxlığını artırır. Yumurtalıqların xərçəngi Yumurtalıqların xərçəngi süd vəzi xərçənginə nisbətən daha az hallarda əmələ gəlir. Geniş meta-analiz nəticəsində alınan epidemioloji məlumatlar onu göstərir ki, estrogeni monoterapiya vasitəsi kimi və ya estrogen-progestagen kombinasiyasını ƏHT vasitəsi kimi istifadə edən qadınlarda yumurtalıq xərçənginin riski yüksək olur və bu risk preparatın istifadəsinin ilk 5 ili ərzində meydana çıxır və praparatın istifadəsi dayandırıldıqdan sonra azalmağa başlayır. WHI daxil olmaqla, bir sıra digər tədqiqatlar göstərir ki, kombinəedilmiş ƏHT preparatlarının istifadəsi, eyni və ya bir az aşağı risklə əlaqəli ola bilər. Venoz tromboemboliya ƏHT venoz tromboemboliyanın (VTE) riski ilə, yəni dərin venaların trombozu və ya ağciyər damarlarının tromboemboliyasının inkişaf etməsi riskinin 1,3-3 dəfə artması ilə əlaqədardır. Bu vəziyyətin meydana çıxması, preparatın istidadəsinin sonrakı dövrlərinə nisbətən ƏHT istifadəsinin ilk ilində daha çox ehtimal ediləndir. Trombofilik vəziyyətləri məlum olan qadınlarda VTE inkişaf etmə riski yüksək olur və ƏHT bu riski əlavə olaraq daha da artıra bilər. Bu səbəbdən, trombofilik vəziyyəti məlum olan qadınlara əvəzedici hormonal terapiyanın istifadəsi əks göstərişdir. VTE ümumi qəbul olunmuş risk faktorlarına estrogen preparatlardan istifadə, yaşlı qadınlarda istifadə olunması, irimiqyaslı cərrahi müdaxilələr, uzunmüddətli immobilizasiya, piylənmə (BKİ > 30 kq/m ), hamiləlik/doğuşdan sonrakı dövr, sistem qurdeşənəyi (SQE) və onkoloji xəstəliklər aiddir. VTE-nın inkişafında varikoz damar genişlənməsinin rolu barədə fikir birliyi yoxdur. Bütün postoperativ pasiyentlərdə olduğu kimi, əməliyyatdan sonra VTE-nın qarşısını almaq üçün profilaktik tədbirlər görülməlidir. Planlaşdırılan əməliyyatdan sonra pasiyentə uzunmüddətli immobilizasiya tələb olunduqda, cərrahi müdaxilədən 4-6 həftə əvvəl ƏHT-nı dayandırmaq tövsiyə edilir. Qadın tam öz hərəki fəallığını bərpa etməyənə qədər ƏHT-na başlamaq olmaz. Qadının anamnezində VTE olmadıqda, lakin birinci dərəcəli qohumların anamnezində gənc yaşlarda tromboz olduğu təqdirdə, skrininq yalnız məhdudiyyətlərin diqqətli hərtərəfli müzakirəsindən sonra (skrininq zamanı trombofilik pozğunluqların yalnız bir hissəsini aşkarlamaq mümkündür) təqdim etmək olar. Ailə üzvlərində trombofilik pozğunluqlar aşkarlandıqda və/və ya bu pozğunluqlar “şiddətli” olduqda (məsələn, antitrombinin, protrombin S və ya protrombin C çatışmazlığı olduqda və ya pozğunluqların kombinasiyası olduqda) ƏHT istifadəsi əks göstərişdir. Antikoaqulyantlarla artıq daimi müalicə alan qadınlara ƏHT təyin etməzdən əvvəl preparatların fayda və risk nisbətini diqqətlə araşdırmaq lazımdır. ƏHT prepartları ilə müalicəyə başladıqdan sonra venoz tromboemboliya inkişaf edərsə, preparatın istifadəsini dayandırmaq lazımdır. Tromboemboliyanın potensial simptomları meydana çıxdıqda (məsələn, ayaqlarda ağrılı şişkinlik, sinədə qəfildən baş verən ağrı, təngnəfəslik) dərhal həkimə müraciət etməyin vacib olduğu barədə qadınları xəbərdar etmək lazımdır. Ürəyin işemik xəstəliyi Kombinəedilmiş estrogen-progestagen ƏHT və ya yalnız estrogen preparatlarla müalicə alan qadınlarda miokard infarktından və ya ürəyin işemik xəstəliyindən qorunması barədə randomizə olunan nəzarətli tədqiqatların nəticələri yoxdur. Kombinəedilmiş estrogen-progestagen müalicəsi ƏHT-nın kombinəedilmiş estrogen-progestagen preparatların istifadəsi fonunda ürəyin işemik xəstəliyinin inkişaf etməsinin nisbi riski bir qədər yüksəkdir. Ürəyin işemik xəstəliyinin mütləq baza riski əsasən yaşdan asılı olduğu üçün, estrogenlərin və progestagenlərin istifadəsi ilə bağlı ÜİX-nin əlavə hallarının sayı menopauza yaşına çatan sağlam qadınlarda az olsa da, yaşa dolduqca artacaq. Yalnız estrogen müalicəsi Randomizə olunmuş nəzrətli tədqiqatlardan alınan məlumatlara görə, histerektomiyadan sonra yalnız estrogen müalicəsi qəbul edən qadınlarda ürəyin işemik xəstəliyinin yüksəlməsi riskini müşahidə olunmayıb. İşemik insult Kombinəedilmiş estrogen-progestagen və yalnız estrogen müalicəsi işemik insultun riskinin 1,5 dəfəyə qədər yüksəlməsi ilə əlaqələndirilir. Nisbi risk yaşdan və ya menopauza dövrünün başlanmasından keçən müddətdən asılı deyil. Lakin, insultun baza riski əhəmiyyətli dərəcədə yaşdan asılı olduğundan, ƏHT qəbul edən qadınlarda insultun ümumi riski yaşa dolduqca yüksələcək. Digər vəziyyətlər Estrogenlər orqanizmdən mayenin xaric olmasını ləngidə bilərlər və bu səbəbdən ürəyin və böyrəklərin funksional pozğunluqları olan pasiyentlərin vəziyyətlərinə ciddi nəzarət etmək lazımdır. Əvvəllər hipertriqliseridemiyası olan qadınlar estrogenlərlə əvəzedici müalicə müddətində və ya əvəzedici hormonal terapiya zamanı həkim tərəfindən diqqətlə müşahidə olunmalıdırlar, çünki belə pasiyentlərdə estrogenlərlə müalicə müddətində, nadir hallarda pankreatitin inkişaf etməsinə səbəb olan, qanın plazmasında triqliseridlərin miqdarının əhəmiyyətli dərəcədə artması müşahidə edilir. Ekzogen estrogenlər irsi və ya qazanılmış angionevrotik ödemə səbəb ola və ya gücləndirə bilər. Estrogenlər orqanizmdə tiroksinbağlayan qlobulinin (TBQ) miqdarını artırır və bu, zülalla bağlı yodun, tiroksinin (sütun istifadəsi ilə aparılan analiz və radioimmun analiz) və ya triyodtironinin (radioimmun analiz köməyi ilə) səviyyəsi ilə təyin olunan qanda dövr edən qalxanabənzər vəzinin ümumi hormonlarının konsentrasiyasını yüksəldirlər. Triyodtironinin zəbtolunmasının aşağı düşməsi TBQ-nin miqdarının artmasını bildirir. Sərbəst triyodtironinin və tiroksinin konsentrasiyaları dəyişmir. Qanın zərdabında digər bağlayıcı zülalların səviyyələri – kortikosteroidbaglayan qlobulinin və cinsiyyət hormonları bağlayan qlobulinin – yüksələ bilər və bu səbəbdən müvafiq olaraq qanda dövr edən kortikosteroidlərin və cinsiyyət hormonlarının miqdarının yüksəlməsi baş verə bilər. Sərbəst və bioloji fəal hormonların konsentrasiyaları dəyişməz olaraq qalır. Digər plazma zülallarının (angiotensinogen/renin substratı, alfa-I-antitripsin, seruloplazmin) konsentrasiyaları yüksələ bilər. Koqnitiv funksiyanın yaxşılaşması barədə heç bir əsaslı sübut yoxdur. Yaşı 65-dən yuxarı olan, uzunmüddətli kombinəedilmiş və ya yalnız estrogen ƏHT istifadəsinə yeni başlayan qadınlarda ehtimal olunan demensiyanın inkişaf riskinin yüksəlməsi barədə bəzi məlumatlar əldə edilmişdir. Qalaktoza keçirməzliyi, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəlikləri olan pasiyentlərdə preparatı istifadə etmək olmaz. Femoston preparatı kontraseptiv preparatlara aid deyil. Yaşı 65-dən yuxarı olan qadınların Femoston® preparatı ilə müalicə təcrübəsi məhduddur. ALT səviyyəsinin yüksəlməsi Dasabuvirlə və ya dasabuvirsiz ombitasvir/paritaprevir/ritonavir kombinasiyası ilə hepatit C virusu (İÇV) infeksiyasından müalicə olunan pasiyentlərin iştirakı ilə aparılan klinik tədqiqatlarda ALT səviyyələrinin normanın yuxarı həddindən 5 dəfə artıq olması kombinəolunmuş hormonal kontraseptivlər (KHK) kimi etinilestradiol tərkibli preparatları istifadə edən qadınlarda əhəmiyyətli dərəcədə daha çox müşahidə edilmişdir. Bundan əlavə, həmçinin qlekaprevir/pibrentasvir qəbul edən pasiyentlər arasında KHK kimi etinilestradiol tərkibli preparatları istifadə edən qadınlarda ALT səviyyəsinin yüksəlməsi müşahidə edilmişdir. Etinilestradioldan fərqli, estradiol kimi tərkibində estrogenlər olan preparatları qəbul edən qadınlarda heç bir estrogen qəbul etməyən qadınlara nisbətən eyni dərəcəli ALT səviyyəsinin yüksəlməsi qeyd olunmuşdur; lakin, digər estrogenləri qəbul edən qadınların məhdud sayına görə, bu preparatı ombitasvir/paritaprevir/ritonavir ilə dasabuvirlə və ya dasabuvirsiz kombinəolunmuş müalicə zamanı, həmçinin qlekaprevir/pibrentasvir müalicə ilə eyni vaxtda ehtiyatla istifadə etmək lazımdır (” Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın). Digər dərman vasitələrilə qarşılıqlı təsiri Femoston preparatının digər dərman preparatları ilə qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində xüsusi tədqiqatlar aparılmayıb. Estrogenlərin və progestagenlərin effektivliyi pozula bilər: − Estrogenlərin və progestagenlərin metabolizmi, sitoxrom P sisteminin fermentlərini, xüsusilə450 2В6, 3А4, 3А5, 3А7 fermentlərini stimulə etmək qabiliyyətinə malik olan dərman preparatları ilə eyni zamanda istifadə etdikdə güclənə bilər. Belə təsirə malik dərman vasitələrinə qıcolmaəleyhinə (məsələn, fenobarbital, karbamazepin, fenitoin) və mikrobəleyhinə preparatlar (rifampisin, rifabutin, nevirapin, efavirens) aiddir. − Ritonavir və nelvinavir preparatlarının CYP 3А4, А5, А7 fermentlərinin güclü inhibitorları450 olmalarına baxmayaraq, bu dərman vasitələrini steroid hormonlarla eyni zamanda istifadə etdikdə, əksinə göstərilən fermentlərin aktivləşməsi qeyd olunur. − Tərkibində adi dazıotu (Hypericum perforatum) olan bitki preparatları, CYP 3А4450 fermentlərinə təsir edərək estrogenlərin və progestagenlərin metabolizmini gücləndirə bilər. − Klinik cəhətdən, estrogenlərin və progestagenlərin metabolizminin güclənməsi onların effektlərinin zəifləməsinə və uşaqlıq qanaxmalarının profilinin dəyişməsinə səbəb ola bilər. Farmakodinamik qarşılıqlı təsirləri Hepatit C virusu (İÇV) olan, dasabuvirlə və ya dasabuvirsiz ombitasvir/paritaprevir/ritonavir kombinasiyası ilə müalicə olunan pasiyentlərin iştirakı ilə aparılan klinik tədqiqatlar zamanı kombinəolunmuş hormonal kontraseptivlər (KHK) kimi etinilestradiol tərkibli preparatları qəbul edən qadınlarda ALT səviyyələri normanın yuxarı həddindən 5 dəfə çox olmuşdur. Etinilestradioldan fərqli estradiol kimi digər estrogenləri qəbul edən qadınlarda heç bir estrogen qəbul etməyən qadınlarla müqayisədə eyni dərəcəli ALT səviyyəsinin yüksəlməsi qeyd olunmuşdur; lakin, digər estrogenləri qəbul edən qadınların məhdud sayına görə, bu preparatı ombitasvir/paritaprevir/ritonavir ilə dasabuvirlə və ya dasabuvirsiz kombinəolunmuş müalicə zamanı, həmçinin qlekaprevir/pibrentasvir müalicə ilə eyni vaxtda ehtiyatla istifadə etmək lazımdır. (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Estrogenlər digər dərman preparatlarının metabolizminə mane ola bilər: Estrogenlər, rəqabətli inhibisiya törətmək yolu ilə dərman preparatının metabolizmində iştirak edən CYP fermentlərinin təsirini tormozlaya bilər. Bu halı xüsusilə, terapevtik indeksləri dar olan dərman450 preparatları üçün nəzərə almaq lazımdır, məsələn: − takrolimus və siklosporin (CYP 3A4, 3A3);450 − fentanil (CYP 3A4);450 − teofillin (CYP 1A2).450 Klinik olaraq bu, həmin maddələrin plazma səviyyələrinin toksik konsentrasiyalara qədər yüksəlməsinə səbəb ola bilər. Beləliklə, dərman preparatının uzunmüddətli hərtərəfli monitorinqi və həmçinin, takrolomus, fentanil, siklosporin A və teofillin preparatlarının dozalarının aşağı salınmaları tələb oluna bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Femoston preparatını hamiləlik dövründə istifadə etmək olmaz. Femoston® preparatının qəbulu müddətində hamiləlik baş verərsə, preparatın qəbulunu dərhal dayandırmaq lazımdır. Estrogen- progestagen kombinasiyasının dölə təsadüfi təsiri ilə bağlı, indiyə qədər aparılan bir çox epidemioloji tədqiqatların nəticələri teratogen və fetotoksik effektlərin olmamasını göstərir. Hamilə qadınlarda estradiol/didrogesteronun istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Femoston preparatını laktasiya dövründə istifadə etmək olmaz. Uşaqlar Uşaqlarda Femoston preparatının təhlükəsizliyi və effektivliyi barədə kifayət qədər məlumatın olmadığı üçün, bu kateqoriyadan olan pasiyentlərdə preparatın istıfadə olunması tövsiyə edilmir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Femoston preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya əhəmiyyətsiz dərəcədə təsir göstərir.
İstifadə qaydası və dozası
Femoston preparatı daxilə qəbul etmək üçün nəzərdə tutulub. Estrogen daim qəbul olunur. Progestagen 28 günlük menstrual siklin son 14 günündə ardıcıllıqla əlavə olunur. Müalicə, 28 günlük menstrual siklin ilk 14 günü hər gün, gündə bir dəfə tərkibində 1 mq və ya 2 mq Estradiol olan tabletin qəbulu ilə başlayır; sonrakı 14 gün müddətində, 28 günlük təqvim qablaşmada göstərildiyi kimi, sutkada bir dəfə tərkibində 1mq və ya 2 mq Estradiol və 10 mq Didrogesteron olan tabletlər istifadə edilir. Preparatın 28 günlük qəbul sikli sona çatan kimi yeni qəbul siklinə başlamaq lazımdır. Femoston preparatının istifadəsini fasiləsiz həyata keçirmək lazımdır. Postmenopauza simptomlarının müalicəsini başlamaq və davam etdirmək üçün minimal vaxt müddətində minimal effektiv dozalar təyin etmək lazımdır. Adətən, müalicəni tərkibində 1 mq Estradiol və 10 mq Didrogesteron olan Femoston tabletlərinin qəbulu ilə başlamaq lazımdır. Orqanizmin klinik cavabından asılı olaraq fərdi dozalanmanı seçmək lazımdır. Digər davamlı ardıcıl və ya siklik müalicədən imtina edib Femoston preparatı ilə müalicəyə keçən pasiyentlər, 28 günlük müalicə siklini sona çatdırdıqdan sonra Femoston tabletlərinin fasiləsiz qəbuluna başlaya bilərlər. Fasiləsiz kombinəedilmiş müalicədən Femoston preparatının qəbuluna keçən pasiyentlər, tabletlərin qəbulunu istənilən vaxt başlaya bilərlər. Dərman preparatının qəbul vaxtı ötürüldükdə, dozanı mümkün qədər tez qəbul etmək lazımdır. Ötürülən qəbul vaxtından 12 saatdan çox müddət keçdikdə, ötürülən dozanı qəbul etmədən, növbəti qəbul vaxtını gözləmək lazımdır. Belə hallarda, profuz qanaxmaların və ya qanlı ifrazatın meydana çıxma ehtimalı yüksəlir. Femoston preparatının qəbulu qida qəbulundan asılı deyil.
Əlavə təsirləri
Klinik tədqiqatlarda estradiol/didrogesteron qəbul edən pasiyentlərdə aşağıdakı əlavə təsirlərin meydana çıxması barədə daha çox məlumatlar var: baş ağrısı, qarın nahiyəsində ağrı, süd vəzilərində ağrı/həssaslıq, bel ağrıları. Klinik tədqiqatlarda (n=5108) əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilib: çox tez-tez (≥1/10); tez-tez (≥1/100, lakin <1/10); bəzən (≥1/1000, lakin <1/100); nadir hallarda (≥1/10000, lakin <1/1000). İnfeksiyalar və invaziyalar: − tez-tez – vaginal kandidoz. Xoşxassəli, bədxassəli və dəqiqləşdirilməyən törəmələr: − bəzən – leyomiomanın ölçülərinin böyüməsi. İmmun sistemdə baş verən pozğunluqlar: − bəzən – hiperhəssaslıq reaksiyaları. Psixikada baş verən pozğunluqlar: − tez-tez – depressiya, əsəbilik; − bəzən – libidonun dəyişməsi. Mərkəzi sinir sistemində baş verən pozğunluqlar: − çox tez-tez – baş ağrısı; − tez-tez – miqren, başgicəllənmə. Ürəkdə baş verən pozğunluqlar: − nadir hallarda – miokard infarktı. Damarlarda baş verən pozğunluqlar: − bəzən – venoz tromboemboliya*. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: − çox tez-tez – qarın nahiyəsində ağrılar; − tez-tez – ürəkbulanma, qusma, meteorizm. Qaraciyərdə və öd yollarında baş verən pozğunluqlar: − bəzən – asteniya, halsızlıq, sarılıq və qarın nahiyəsində ağrılarla müşayiət olunan qaraciyərin funksional pozğunluqları, öd kisəsinin xəstəlikləri. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: − tez-tez – allergik dəri reaksiyaları (səpgi, övrə, qaşınma daxil olmaqla); − nadir hallarda – angionevrotik ödem, damar purpurası. Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: − çox tez-tez – bel ağrıları. Cinsiyyət üzvlərində və süd vəzilərində baş verən pozğunluqlar: − çox tez-tez – süd vəzilərində ağrı/həssaslıq; − tez-tez – menstrual siklin pozulması (postmenopauza dövründə qanlı ifrazatın olması, metrorragiya, oliqo/amenoreya, qeyri-müntəzəm menstruasiya, dismenoreya daxil olmaqla), çanaq nahiyəsində ağrılar, servikal ifrazat; − bəzən – süd vəzilərinin böyüməsi, predmenstrual sindrom. Ümumi və yeridilmə nahiyəsində pozğunluqlar: − tez-tez – astenik vəziyyətlər (asteniya, yorğunluq, halsızlıq), periferik ödemlər. Laborator və instrumental tədqiqatların nəticələrinə təsiri: − tez-tez – bədən kütləsinin artması; − bəzən – bədən kütləsinin aşağı düşməsi. * – aşağıda verilən məlumata bax. Süd vəzi xərçəngi riski 5 ildən çox kombinəedilmiş estrogen-progestagen müalicəsi alan qadınlarda diaqnoz qoyulmuş süd vəzi xərçəngi riskinin 2 dəfə yüksəlməsi barədə məlumat verilir. Yalnız estrogen müalicəsi alan qadınlarda artan risk, estrogen və progestagen kombinasiyalarını alan qadınlardan daha aşağıdır. Riskin səviyyəsi müalicənin müddətindən asılıdır. Aşağıda Women’s Health Initiative (WHI) ən böyük randomizə edilmiş plasebo nəzarətli sınaq və perspektivli epidemioloji tədqiqatların ən böyük meta-analizinə əsaslanan mütləq risk təxminləri verilmişdir: Perspektivli epidemioloji tədqiqatların ən böyük meta-təhlili BMI 27 (kq/m ) olan qadınlarda 5 illik terapiyadan sonra döş xərçəngi inkişafına əlavə risk dərəcəsinin qiymətləndirilməsi Yaş 5 il (50-54 yaş) HRT Nisbi risk 5 ildən sonra HRT alan HRT başlayanda almamış hər 1000 1000 qadına əlavə xəstəlik (illər) nəfərə xəstələnmə sayı Yalnız estrogen qəbulu ilə aparılan ƏHT 50 13,3 1,2 2,7 Estrogen və progestagen kombinasiyası 50 13,3 1,6 8,0 #Ümumi risk nisbəti. Ümumi risk nisbəti sabit göstərici deyil və müalicənin müddəti uzandıqca artır. Qeyd: AB ölkələrində süd vəzi xərçənginin xəstələnmə dərəcəsi fonu fərqli olduğundan, süd vəzi xərçənginin əlavə hadisələrinin sayı həmçinin mütənasib olaraq dəyişəcək. 1 2 2015-ci ildə İngiltərədə BMI 27 (kq/m ) olan qadınlar arasında baza göstəricilərindən nisbətlərinə əsasən. BMI 27 (kq/m ) olan qadınlarda 10 illik terapiyadan sonra döş xərçəngi inkişafına əlavə risk dərəcəsinin qiymətləndirilməsi Yaş 5 il (50-54 yaş) HRT Nisbi risk 5 ildən sonra HRT alan 1000 HRT başlayanda almamış hər 1000 nəfərə qadına əlavə xəstəlik sayı (illər) xəstələnmə 1 Yalnız KAE 50 26,6 1,3 7,1 KAT + MPA estrogen və progestagen ‡ 50 26,6 1,8 20,8 ‡* 2015-ci ildə İngiltərədə BMI 27 (kq/m ) olan qadınlar arasında başlanğıc insidansına əsaslanır. Qeyd: Döş xərçəngi fonunda görülmə sıxlığı AB səviyyəsində fərqli olduğundan, əlavə süd vəzi xərçəngi hadisələrinin sayı da nisbətlidir WHI tədqiqatının məlumatlarına görə uşaqlığı olmayan qadınlarda süd vəzi xərçənginin riski yüksəlməyib. ABSp-da WHI-nin tədqiqatı – 5 il istifadədən sonra süd vəzi xərçənginin əlavə riski Yaş diapazonu 5 il müddətində plasebo Risk nisbəti və 5 ildən artıq (Eİ 95%) ƏHT (illər) qrupunda hər 1000 95% Eİ qəbul edən hər 1000 qadına qadına düşən hadsisələrin düşən əlavə hadisələrin sayı sayı Yalnız KAE 50-79 21 0,8 (0,7–1,0) -4 (-6–0) KAT + MPA estrogen və progestagen ‡ 50-79 17 1,2 (1,0–1,5) +4 (0–9) ‡ Tədqiqata qədər ƏHT qəbul etməyən qadınlar barədə məlumatların təhlilini məhdudlaşdırdıqda, ilk 5 il müddətində heç bir aşkar risk müşahidə olunmayib, terapiyadan 5 ildən sonra isə risk ƏHT qəbul etməyənlərə nisbətən daha yüksək olub. KAE – konyuqasiyaolunmuş at estrogeni, MPA – medroksiprogesteron asetat. WHI tədqiqatının məlumatlarına görə uşaqlığı olmayan qadınlarda süd vəzi xərçənginin riski yüksəlməyib. Endometrium xərçəngi riski Uşaqlığı saxlanılan qadınlar postmenopauza dövründə ƏHT qəbul etməyən uşaqlığı saxlanılan qadınlarda endometrium xərçənginin inkişaf riski hər 1000 qadına təxminən 5 hadisədir. Uşaqlığı saxlanılan qadınlarda yalnız estrogenlə aparılan ƏHT-dan istifadə etmək tövsiyə edilmir, çünki bu halda endometrium xərçənginin riski yüksəlir. Epidemioloji tədqiqatlarda, yalnız estrogenlərin qəbul müddətindən və estrogenlərin dozasından asılı olaraq endometrium xərçəngi riskinin yüksəlməsi 50-65 yaş arasında olan diaqnoz qoyulan hər 1000 qadına düşən əlavə hadisələrin sayı 5-dən 55-ə qədər dəyişir. Yalnız estrogenlərlə aparılan müalicəyə ən azı 12 gün müddətində progestagen əlavə olunması bu cür riskin qarşısını ala bilər. “Milyon qadın” tədqiqatında 5 il müddətində kombinəolunmuş (ardıcıl və ya daimi) ƏHT istifadə olunması endometrium xərçənginin riskini yüksəltməyib (risk nisbəti 1,0 (0,8-1,2)). Yumurtalıqların xərçəngi Yalnız estrogenlə ƏHT və ya kombinəedilmiş estrogen-progestagenlə aparılan ƏHT zamanı diaqnoz qoyulmuş yumurtalıq xərçəngi riskinin cüzi yüksəlməsi müşayiət olunur. 52 epidemioloji tədqiqatın meta-analizinin məlumatlarına görə, hal-hazırda ƏHT-dan istifadə edən qadınlarda yumurtalıq xərçənginin inkişaf riski heç bir zaman ƏHT qəbul etməyən qadınlara nisbətən yüksək olur (risk nisbəti 1,43, Eİ 95% 1,31-1,56). Bu da, 5 il müddətində ƏHT qəbul edən 50-54 yaş arasında olan qadınlarda 2000 pasiyentə bir hadisənin əlavə olunmasına səbəb oldu. ƏHT qəbul etməyən 50-54 yaş arasında olan qadınlarda 5 il müddətində 2000 pasiyentdən ikisinə yumurtalıq xərçəngi diaqnozu qoyulur. Venoz tromboemboliya riski ƏHT venoz tromboemboliyanın (VTE) riski ilə, yəni dərin venaların trombozu və ya ağciyər damarlarının tromboemboliyasının inkişaf etməsi riskinin 1,3-3 dəfə artması ilə əlaqədardır. Bu vəziyyətin meydana çıxması, ƏHT istifadəsinin ilk ilində daha çox ehtimal edilir. Aşağıda WHI tədqiqatının nəticələri göstərilib: WHI tədqiqatı – 5 il müddətində istifadə etdikdən sonra VTE-nın əlavə riski Yaş diapazonu 5 il müddətində plasebo Risk nisbəti və ƏHT qəbul edən hər 1000 (illər) qrupunda hər 1000 95% Eİ qadına düşən əlavə qadına düşən hadisələrin sayı hadsisələrin sayı Yalnız estrogenin peroral qəbulu 50-59 7 1,2 (0,6-2,4) 1 (-3–10) Estrogen və progestagen kombinasiyasının peroral qəbulu 50-59 4 2,3 (1,2–4,3) 5 (1–13) Uşaqlığı olmayan qadınların iştirakı ilə aparılan tədqiqat. Ürəyin işemik xəstəliyi riski Yaşı 60-dan yuxarı olan kombinəedilmiş estrogen-progestagen ƏHT-dan istifadə edən qadınlarda, ürəyin işemik xəstəliyinin riski bir qədər yüksəkdir. İşemik insult riski Yalnız estrogen müalicəsi və estrogen-progestagen preparatların istifadəsi ilə aparılan müalicə işemik insultun nisbi riskinin 1,5 dəfəyə qədər yüksəlməsi ilə əlaqələndirilir. ƏHT istifadəsi fonunda hemorragik insult riski yüksəlmir. Nisbi risk yaşdan və aparılan müalicənin müddətindən asılı deyil, lakin baza riski əhəmiyyətli dərəcədə yaşdan asılı olduğu üçün, ƏHT qəbul edən qadınlarda insultun ümumi riski yaşa dolduqca yüksəlir. WHI tədqiqatların ümumiləşdirilmiş məlumatları – 5 il müddətində istifadə edtikdə işemik insultun əlavə riski Yaş diapazonu 5 il müddətində plasebo Risk nisbəti və 5 ildən artıq (Eİ 95%) ƏHT (illər) qrupunda hər 1000 95% Eİ qəbul edən hər 1000 qadına qadına düşən hadsisələrin düşən əlavə hadisələrin sayı sayı 50-59 8 1,3 (1,1–1,6) 3 (1-5) İşemik və hemorragik insultlar arasında fərq olmayıb. Estrogen/progestagen müalicəsi (estradiol/didrogesteron istifadəsi daxil olmaqla) ilə əlaqədar olan digər əlavə reaksiyalar: Xoşxassəli, bədxassəli və dəqiqləşdirilməyən törəmələr: − estrogendən asılı həm xoşxassəli, həm də bədxassəli törəmələr, məsələn, endometrium xərçəngi, yumurtalıqların xərçəngi. Progesterondan asılı tərəmələrin ölçülərinin böyüməsi (məsələn, meningioma). Qan və limfa sistemdə baş verən pozğunluqlar: − hemolitik anemiya. İmmun sistemdə baş verən pozğunluqlar: − sistem qırmızı qurd eşənəyi. Maddələr mübadiləsi və qidalanmada baş verən pozğunluqlar: − hipertriqliseridemiya. Sinir sistemində baş verən pozğunluqlar: − demensiya, xoreya, epilepsiyanın kəskinləşməsi. Görmə orqanında baş verən pozğunluqlar: − gözün buynuz qişasının əyriliyinin artması, kontakt linzaların keçirməzliyi (qəbul edilməməsi). Damarlarda baş verən pozğunluqlar: − arterial tromboemboliya. Qastrointestinal sistemdə baş verən pozğunluqlar: − pankreatit (müalicədən əvvəl hipertriqliseridemiyası olan qadınlarda). Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar: − multiform eritema, düyünlü eritema, dəridə xloazma və melanoz (preparatın qəbulu dayandırılıdııqdan sonra da saxlanıla bilər). Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: − aşağı ətraflarda qıcolmalar. Böyrək və sidik-ifrazat sistemində baş verən pozğunluqlar: − sidiyi saxlaya bilməmək. Cinsiyyət orqanlarında və süd vəzilərində baş verən pozğunluqlar: − süd vəzilərinin fibroz-kistoz xəstəlikləri, uşaqlıq boynunun eroziyası. Anadangəlmə, irsi və genetik pozğunluqlar: − porfiriyanın kəskinləşməsi. Laborator və instrumental tədqiqatların nəticələrinə təsiri: − qalxanabənzər vəzinin hormonlarının ümumi səviyyəsinin yüksəlməsi.
Doza həddinin aşılması
Həm estradiol, həm də didrogesteron preparatlarının toksikliyi aşağıdır. Femoston® preparatının istifadəsi zamanı doza həddinin aşılamsının simptomları – ürəkbulanma, qusma, süd vəzilərinin həssaslığı, başgicəllənmə, qarın nahiyəsində ağrılar, yuxuya meyillilik/yorğunluq və ləğvolunma qanaxması. Doza həddi aşıldıqda spesifik müalicənin tələb olunması az ehtimal edilir. Bu, həmçinin uşaqlarda doza həddinin aşılmasına da aid edilir.
Buraxılış forması
Kombi-qablaşdırma 28 tablet (tərkibində estradiol olan 14 örtüklü tablet + tərkibində estradiol və didrogesteron olan 14 örtüklü tablet), blisterdə.1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ebbott Biolocikalz B.V., Niderland/Abbott Biologicals B.V., The Netherlands. Ünvan Veerveq 12, 8121 AA Olst, Niderland/ Veerweg 12, 8121 AA Olst, The Netherlands. Preparatın istifadəsi zamanı meydana çıxan əlavə təsirlər barədə və ya preparatın keyfiyyətinə aid şikayətləri Abbotta məlumat vermək olar. Telefon: +380 44 498 60 80 (günün 24 saatı) və ya e-poçt: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.