Natalsid 250 mq N10 rektal şam
| Təsiredici maddə | SODIUM ALGINATE |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | Yerli istifadə üçün hemostatik vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,91 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NATALSİD rektal suppozitoriyalar Beynəlxalq patentləşdirilməmiş adı: Sodium alginate
Tərkibi
Təsiredici maddə:1 suppozitoriyanın tərkibində 250 mq natrium alginat (natrium alginat) vardır. Köməkçi maddə: bərk yağ (vitepsol (H 15, W 35 markalı), supposir (NA 15, NAS 50 markalı)).
Təsviri
Ağ qəhvəyi çalarlı və ya açıq qəhvəyi və ya açıq bozumtul qəhvəyi çalarlı, torpedoya bənzər suppozitoriyalardır, suppozitoriyanın səthində ərpin yaranması və kəsikdə hava boşluğunun və qıfa bənzər dərinləşmənin olması yol veriləndir.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün hemostatik vasitə. ATC kodu: В02ВС.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Preparatın təsiredici maddəsi olan natrium alginat, qonur dəniz yosunlarından alınan təbii polisaxariddir. İfadəolunmuş hemostatik, iltihabəleyhinə və reparativ təsir göstərir. Farmakokinetikası Təsvir edilməyib.
İstifadəsinə göstərişlər
Xroniki anal çatlar epitelizasiya mərhələsində, xroniki qanayan babasil, proktosiqmoidit və düz bağırsaqda əməliyyatdan sonrakı dövrdə iltihabi əlamətlər.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. 14 yaşa qədər uşaqlar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələrilə klinik əhəmiyyətli qarşılıqlı təsir qeyd edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Natalsid preparatı hamiləlik və laktasiya dövründə əks göstəriş deyil. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Rektal istifadə edilir. İstifadə edilməzdən əvvəl suppozitoriya konturlu qablaşmadan azad edilir. Suppozitoriyanı bağırsağın sərbəst boşaldılmasından və ya təmizləyici imalədən sonra düz bağırsağa yeridilir. Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara sutkada 2 dəfə 1 suppozitoriya təyin edilir. Natalsid preparatı ilə müalicə kursunun müddəti 7-14 gün təşkil edir.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür. İçlik vərəqədə qeyd edilən istənilən əlavə təsir dərinləşdikdə və ya pasiyent içlik vərəqədə qeyd edilməyən istənilən digər əlavə effekt müşahidə etdikdə, bu barədə həkimə məlumat verməlidir.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları məlum deyil. Preparatı istifadəsi üzrə təlimata uyğun istifadə etdikdə, doza həddinin aşılması az ehtimal edilir.
Buraxılış forması
250 mq-lıq rektal suppozitoriyalar. 5 suppozitoriya, polivinilxlorid örtüklü, polietilenlə laminatlanmış konturlu-yuvalı qablaşdır- mada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/İradları qəbul edən təşkilat “NİJFARM” SC, Rusiya. 603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.