Metilurasil 500 mq N10 rektal şam
| Təsiredici maddə | METHYLURACIL |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | Toxuma reparasiyasının stimulyatoru |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,30 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
METİLURASİL rektal suppozitoriyalar Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddə:1 suppozitoriyanın tərkibində 0,5 q dioksometiltetrahidropirimidin (metilurasil) vardır. Köməkçi maddə: bərk yağ (Kernosol 35).
Təsviri
Ağ rəngli və ya sarımtıl ağ və ya krem çalarlı suppozitoriyadır.
Farmakoterapevtik qrupu
Toxuma reparasiyasının stimulyatoru. ATC kodu: L03AX.
Farmakoloji xüsusiyyətləri
Anabolik və antikatabolik aktivliyə malikdir. Hemopoetik, leykopoetik, immunostimuləedici, iltihabəleyhinə təsir göstərir. Nuklein mübadiləsini normallaşdırmaqla, toxumaların böyüməsini, qranulasion yetişməsini və epitelizasiyasını sürətləndirərək, yaralarda hüceyrə regenerasiyası prosesini sürətləndidir (o cümlədən, mədə-bağırsaq sisteminin selikli qişasının sürətli proliferasiyaedən hüceyrələrində).
İstifadəsinə göstərişlər
Proktitlər, siqmoiditlər, xoralı kolitlər.
Əks göstərişlər
Preparata qarşı yüksək həssaslıq. Leykozun kəskin və xroniki leykemik forması (xüsusilə, mieloid), limfoqranulomatoz, sümük iliyinin bədxassəli xəstəlikləri. 8 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Məlumat yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduqda mümkündür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.
İstifadə qaydası və dozası
Rektal istifadə edilir. Böyüklərə sutkada 3-4 dəfə 1-2 suppozitotrya, 8-18 yaşlı uşaqlara sutkada 1 suppozitoriya təyin edilir. Müalicə kursu xəstəliyin xarakterindən asılı olaraq 7 gündən 4 aya qədər davam edə bilər.
Əlavə təsirləri
Allergik reaksiyalar, başağrısı, başgicəllənmə, düz bağırsaq nahiyəsində qısamüddətli yanğı hissi.
Doza həddinin aşılması
Məlumat yoxdur.
Buraxılış forması
500 mq rektal suppozitoriyalar. 5 suppozitoriya, konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
20˚C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Biosintez” İSC, Rusiya Federasiyası, 440033, Penza ş., Drujbi k., 4. Tel.:/Faks: (8412) 57-72-49. Ünvan “Biosintez” İSC, Rusiya Federasiyası, 440033, Penza ş., Drujbi k., 4. Tel.:/Faks: (8412) 57-72-49.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.