Mefempa 12,5 mq / 1000 mq N60 tablet

Təsiredici maddə: EMPAGLIFLOZIN + METFORMIN HCL
Təsiredici maddəEMPAGLIFLOZIN + METFORMIN HCL
Dərman formasıTablet
Farmakoloji təsirQanda qlükoza səviyyəsini aşağı salan oral kombinəolunmuş dərman vasitələri
İstehsal ölkəsiPakistan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

38,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MEFEMPA 12,5 mq/1000 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Epmaglifozin + Metformin hydrochloride

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibinbdə 12,5 mq empaqliflozin, 1000 mq metformin hidroxlorid vardır. Köməkçi maddələr:Avisel 102, PVP K-30, kroskarmelloza natrium, talk tozu, maqnezium stearat, natrium laurilsulfat.

Təsviri

Açıq narıncı rəngli tabletlərdir.

Farmakoterapevtik qrupu

Qanda qlükoza səviyyəsini aşağı salan oral kombinəolunmuş dərman vasitələri. ATC kodu: A10BD20.

Farmakoloji xüsusiyyətləri

Təsir mexanizmi MefEmpanın tərkibinə 2-ci tip şəkərli diabetin müalicəsində istifadə olunan iki oral antihiperqlisemik preparat daxildir: empaqliflozin, natrium-qlükoza birgə daşıyıcısı 2 (SGLT2) inhibitoru və biquanid sinfinin üzvü olan metformin hidroxlorid.

İstifadəsinə göstərişlər

Qlisemik nəzarət MefEmpa böyüklərdə 2-ci tip diabetin müalicəsində pəhriz və idmana əlavə olaraq göstərilir: – müalicə metformin və ya empaqliflozin ilə kifayət qədər idarə olunmadıqda; – müalicə metformin və ya empaqliflozin ilə kifayət qədər idarə olunmadıqda insulin də daxil olmaqla digər qlükoza səviyyəsini azaldan dərman vasitələri ilə birlikdə; – empaqliflozin və metformin hidroxloridin ayrı-ayrı tabletlər şəklində kombinasiyası ilə müalicə olunan xəstələrdə.

Əks göstərişlər

– Empaqliflozin, metformin hidroxlorid və ya MefEmpanın hər hansı komponentinə qarşı hiperhəssaslıq; – kəskin metabolik asidoz və ya metabolik asidozun hər hansı bir növü (məsələn, laktik asidoz, diabetik ketoasidoz); – diabetik prekoma; – kəskin böyrək çatışmazlığı (KrKl < 30 ml/dəq və ya eQFS< 30 ml/dəq/1.73 m ); – böyrək funksiyasını dəyişdirən kəskin vəziyyətlər: dehidratasiya, ağırlaşmış infeksiyalar, şok, yod tərkibli kontrast maddələrin damardaxili yeridilməsi; – toxuma hipoksiyasına (xüsusilə kəskin və ya xroniki xəstəliyin ağırlaşması) səbəb ola bilən xəstəliklər, məsələn: dekompensasiya olunmuş ürək çatışmazlığı, tənəffüs çatışmazlığı, anamnezdə miokard infarktı, şok; – qaraciyər çatışmazlığı, kəskin alkoqol intoksikasiyası, alkoqolizm.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ümumi MefEmpa 1-ci tip diabet xəstələrində istifadə edilməməlidir. Diabetik ketoasidoz Empaqliflozinlə müalicə olunan xəstələrdə təcili xəstəxanaya yerləşdirilməsi tələb olunan ciddi həyati təhlükəli diabetik ketoasidoz (DKA) halları, ölümcül hallar da daxil olmaqla bildirilmişdir. Bir sıra bildirilmiş hallarda vəziyyət atipik olmuş, qanda qlükozanın yalnız orta dərəcəli artımı (14 mmol/l-dən aşağı) olmuşdur. Ürəkbulanma, qusma, iştahsızlıq, qarın ağrısı, həddindən artıq susuzluq, tənəffüs çətinliyi, çaşqınlıq, qeyri-adi yorğunluq və ya yuxululuq kimi qeyri-spesifik simptomlar zamanı diabetik ketoasidoz riski nəzərə alınmalıdır. Qanda qlükoza səviyyəsindən asılı olmayaraq, bu simptomlar baş verdikdə, xəstələrdə dərhal ketoasidoz yoxlanılmalıdır. Diabetik ketoasidoza şübhə olduqda, MefEmpa qəbulu dayandırılmalı, xəstə qiymətləndirilməli və təcili müalicə aparılmalıdır. MefEmpa qəbul edərkən ketoasidoz riski yüksək ola bilən xəstələrə çox aşağı karbohidratlı pəhriz (keton birləşmələri orqanizmdə sintezi daha da artıra bildiyi üçün) saxlayan xəstələr, kəskin xəstəliyi olan xəstələr, insulin çatışmazlığını göstərən mədəaltı vəzi pozğunluqları (məsələn, 1-ci tip diabet, pankreatit və ya anamnezdə mədəaltı vəzi əməliyyatı), insulinin dozasının azalması (insulin sintezi pozğunluğu daxil olmaqla), alkoqoldan sui-istifadə, ağır dehidratasiya və anamnezində ketoasidoz (məsələn, kəskin xəstəlik və ya cərrahiyyə səbəbiylə uzun müddətli aclıq) olan xəstələr daxildir. Bu xəstələrdə MefEmpa ehtiyatla istifadə edilməlidir. İnsulinin dozasını azaldarkən ehtiyatlı olmaq lazımdır. MefEmpa ilə müalicə olunan xəstələrdə ketoasidozun monitorinqini və ketoasidoza meyllilik olan klinik vəziyyətlərdə MefEmpanın müvəqqəti dayandırılması nəzərdən keçirilməlidir. Bu vəziyyətlərdə, hətta MefEmpa müalicəsi dayandırılsa belə, ketonların monitorinqi nəzərdən keçirilməlidir. Laktoasidoz (originalda bu hissə yoxdur) Laktoasidoz çox nadir, lakin ciddi metabolik ağırlaşmadır, əksər hallarda böyrək funksiyasının kəskin ağırlaşması və ya kardiorespirator xəstəlik və ya sepsis zamanı baş verir. Metforminin kumulyasiyası böyrək funksiyasının kəskin pisləşməsi ilə baş verir və laktoasidoz riskini artırır. Dehidratasiya (kəskin ishal və ya qusma, qızdırma və ya maye qəbulunun azalması) halında metforminin qəbulu müvəqqəti dayandırılmalı və həkimə müraciət edilməsi tövsiyə olunur. Böyrək funksiyasını kəskin şəkildə poza bilən dərman vasitələri (məsələn, antihipertenzivlər, diuretiklər və QSİƏPlər) metformin qəbul edən xəstələrdə ehtiyatla istifadə edilməlidir. Laktoasidoz üçün digər risk faktorları həddindən artıq alkoqol qəbulu, qaraciyər çatışmazlığı, qeyri- adekvat idarə olunan şəkərli diabet, ketoz, uzun müddətli aclıq və hipoksiya ilə əlaqəli hər hansı hallar, həmçinin laktoasidoza səbəb ola bilən dərman vasitələrinin eyni vaxtda istifadəsidir. Xəstələr və/və ya xəstə yaxınları laktoasidoz riski barədə məlumatlandırılmalıdırlar. Laktoasidoz asidotik təngnəfəslik, qarın nahiyəsində ağrı, əzələ qıcolmaları, halsızlıq və hipotermiya, hətta koma ilə xarakterizə olunur. Şübhəli simptomlar olduqda, xəstə metforminin qəbulunu dayandırmalı və dərhal həkimə müraciət etməlidir. Diaqnostik laborator göstəricilərinə qan pH-nın azalması (< 7.35), plazmada laktat səviyyəsinin artması (> 5 mmol/l) və anion boşluğunun və laktat/piruvat nisbətinin artması daxildir. Yod tərkibli kontrast maddələrin yeridilməsi Yod tərkibli kontrast maddələrin damardaxili yeridilməsi kontrastlı nefropatiyaya səbəb ola bilər ki, bu da metforminin kumulyasiyası və laktoasidoz riskinin artması ilə nəticələnir. Metforminin qəbulu görüntüləmə prosedurundan əvvəl və ya prosedur zamanı dayandırılmalı və böyrək funksiyası yenidən qiymətləndirilməli və stabil olduqda ən azı 48 saat ərzində müalicə bərpa edilməməlidir. Perineal nekrotizan fasiit (Fournier qanqrenası) SGLT2 inhibitorları, o cümlədən empaqliflozin ilə müalicə olunan qadın və kişi şəkərli diabet xəstələrində nadir, lakin ciddi və həyati təhlükəsi olan perineal nekrotizan fasiitinin (həmçinin Fournier qanqrenası) marketinqdən sonrakı halları bildirilmişdir. Ciddi ağırlaşmalara xəstəxanaya yerləşdirmə, çoxsaylı əməliyyatlar və ölüm daxildir. Ağrı və ya həssaslıq, eritema, genital və ya perineal nahiyədə şişkinlik, qızdırma və halsızlıq ilə müraciət edən MefEmpa ilə müalicə olunan xəstələr nekrotizan fasiit üçün qiymətləndirilməlidir. Şübhə olduqda, MefEmpanın qəbulu dayandırılmalı və dərhal müalicəyə başlanmalıdır (o cümlədən, geniş spektrli antibiotiklər və zəruri hallarda cərrahi müdaxilə). Böyrək funksiyası Təsir mexanizminə görə empaqliflozinin effektivliyi böyrək funksiyasından asılıdır. Müalicəyə başlamazdan əvvəl və mütəmadi olaraq GFR qiymətləndirilməlidir. MefEmpa QFS< 30 ml/dəq olan xəstələrdə əks göstərişdir və böyrək funksiyasını dəyişdirən şərtlər olduqda qəbulu müvəqqəti dayandırılmalıdır. Ürək funksiyası Ürək çatışmazlığı olan xəstələrdə hipoksiya və böyrək çatışmazlığı riski daha yüksəkdir. Stabil xroniki ürək çatışmazlığı olan xəstələrdə MefEmpa ürək və böyrək funksiyasının müntəzəm monitorinqi ilə istifadə edilə bilər. Kəskin və qeyri-stabil ürək çatışmazlığı olan xəstələrdəMefEmpanın qəbulu tərkibində metformin olduğuna görə əks göstərişdir. Yaşlılarda 75 yaş və yuxarı xəstələrdə hipovolemiya riski arta bilər, buna görə də bu xəstələrə MefEmpa ehtiyatla təyin olunmalıdır. 85 yaşdan yuxarı xəstələrdə terapevtik təcrübə məhduddur. Bu xəstələrdə müalicəyə başlamaq tövsiyə edilmir. Metformin böyrəklər vasitəsilə xaric olunduğu üçün və yaşlı xəstələrdə böyrək funksiyasının azalmağa meylli olduğuna görə, MefEmpa qəbul edən yaşlı xəstələrdə böyrək funksiyası mütəmadi olaraq yoxlanılmalıdır. Hipovolemiya riski SGLT2 inhibitorlarının təsir rejiminə əsasən, terapevtik qlükozuriya ilə müşayiət olunan osmotik diurez qan təzyiqinin cüzi azalmasına səbəb ola bilər. Buna görə də, empaqliflozinin səbəb olduğu hipotenziya riski olan xəstələrdə, məsələn, məlum ürək-damar xəstəlikləri olan xəstələrdə, hipotenziya tarixçəsi olan antihipertenziv müalicə alan xəstələrdə və ya 75 yaşdan yuxarı xəstələrdə preparatdan istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Maye itkisinə səbəb ola bilən vəziyyətlərdə (məsələn, mədə-bağırsaq xəstəlikləri), empaqliflozin qəbul edən xəstələrə maye miqdarının vəziyyətinin (məsələn, fiziki müayinə, qan təzyiqinin ölçülməsi, hematokrit daxil olmaqla laborator analizlər) və elektrolitlərin diqqətlə monitorinqi tövsiyə olunur. Maye itkisi düzələnə qədər MefEmpa ilə müalicənin müvəqqəti dayandırılması nəzərdən keçirilməlidir. Sidik yollarının infeksiyaları 18-24 həftə davam edən kombinə plasebo-nəzarətli ikiqat kor tədqiqatlarda, arzuolunmaz hadisə kimi bildirilmiş sidik yolları infeksiyasının ümumi tezliyi 10 mq empaqliflozin və metformin ilə müalicə olunan xəstələrlə müqayisədə plasebo/metformin və ya 25 mq empaqliflozin/ metforminlə daha yüksək olmuşdur. Empaqliflozinlə müalicə olunan xəstələrdə pielonefrit və urosepsis də daxil olmaqla ağırlaşmış sidik yollarının infeksiyalarının marketinqdən sonrakı halları bildirilmişdir. Ağırlaşmış sidik yollarının infeksiyaları olan xəstələrdə müalicənin müvəqqəti dayandırılması nəzərə alınmalıdır. Cərrahiyyə Ümumi, spinal və ya epidural anesteziya altında əməliyyat zamanı MefEmpanın qəbulu dayandırılmalıdır. Müalicəyə əməliyyatdan və ya ağızdan qidalanmanın bərpasından sonra və böyrək funksiyasının qiymətləndirilməsi və stabil olması şərti ilə en tez 48 saat sonra yenidən başlanıla bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Empaqliflozin və metforminin çoxdozada eyni vaxtda istifadəsi sağlam insanlarda empaqliflozin və ya metforminin farmakokinetikasını əhəmiyyətli dərəcədə dəyişdirmir. MefEmpa ilə əlaqəli qarşılıqlı təsir tədqiqatları aparılmamışdır. Aşağıdakı göstərilənlə təsireci maddələr üçün fərdi mövcud məlumatları əks etdirir. Empaqliflozin Farmakodinamik qarşılıqlı təsirlər Diuretiklər Empaqliflozin tiazid və ilgək diuretiklərin sidikqovucu təsirini artıra bilər və dehidratasiya və hipotenziya riskini artıra bilər. İnsulin və insulin sekresiyasını artıran dərmanlar İnsulin və sulfonilur kimi törəmələri kimi insulin sekresiyasını artıran maddələr hipoqlisemiya riskini artıra bilər. Buna görə də, empaqliflozin ilə birlikdə istifadə edildikdə hipoqlisemiya riskini azaltmaq üçün insulinin və ya insulin sekresiyasını artıran dərmanların dozasını azaltmaq tələb oluna bilər. 1,5-anhidroqlusitol (1,5-AG) təhlili ilə müdaxilə 1,5-AQ analizi ilə qlisemik nəzarətin monitorinqi tövsiyə edilmir, çünki SGLT-2 inhibitorlarını qəbul edən xəstələrdə 1,5-AQ-nin ölçülməsi qlisemik nəzarəti qiymətləndirmək üçün etibarsızdır. Qlisemik nəzarəti izləmək üçün alternativ üsullardan istifadə edilməlidir. Farmakokinetik qarşılıqlı təsirlər Digər dərman vasitələri ilə qarşılıqlı təsirin in vitro qiymətləndirilməsi Empaqliflozin CYP450 izofermentlərini inhibə etmir, təsirsiz hala gətirmir və ya induksiya etmir. In vitro məlumatlar göstərir ki, insanlarda empaqliflozin uridin 5′-difosfo qlükuronosiltransferaza UGT1A3, UGT1A8, UGT1A9 və UGT2B7 tərəfindən qlükuronidləşərək metabolizə olunur. Empaqliflozin UGT1A1, UGT1A3, UGT1A8, UGT1A9 və ya UGT2B7-ni inhibə etmir. Terapevtik dozalarda empaqliflozinin əsas CYP450 izofermenrlərini və ya UGT1A1-i geriyədönən inhibə etmə və ya təsirsizləşdirmək potensialına malik deyil. Buna görə də, əsas CYP450 və UGT izofermentlərinin empaqliflozin və bu fermentlərin eyni vaxtda qəbul edilən substratları ilə qarşılıqlı təsir əlaqəsi mümkünsüz hesab olunur. Empaqliflozin P-qlikoproteinin (P-gp) və döş xərçənginə qarşı rezistent zülalının (BCRP) substratıdır, lakin terapevtik dozalarda bu daşıyıcıları inhibə etmir. İn vitro tədqiqatlara əsasən, empaqliflozinin P-gp substratları olan dərmanlarla qarşılıqlı təsir ehtimalı azdır. Empaqliflozin OAT3, OATP1B1 və OATP1B3 insan daşıyıcılarının substratıdır, lakin OAT1 və OCT2 deyil. Empaqliflozin klinik cəhətdən plazmada əhəmiyyətli konsentrasiyalarda insan daşıyıcılarının heç birini inhibə etmir və buna görə də, bu daşıyıcıların substratları ilə dərman-dərman qarşılıqlı təsir əlaqəsi mümkünsüz hesab olunur. Digər dərman vasitələri ilə qarşılıqlı təsirin in vivo qiymətləndirilməsi Empaqliflozin digər tez-tez istifadə olunan dərmanlarla eyni vaxtda istifadə edildikdə klinik cəhətdən əhəmiyyətli farmakokinetik qarşılıqlı təsir müşahidə edilməmişdir. Farmakokinetik tədqiqatların nəticələrinə əsasən, empaqliflozinin tez-tez təyin olunan dərmanlarla eyni vaxtda qəbulu zamanı dozanın tənzimlənməsi tövsiyə edilmir. Empaqliflozin qlimepirid, pioqlitazon, sitaqliptin, linaqliptin, varfarin, verapamil, ramipril, simvastatin ilə eyni vaxtda qəbul edildikdə və ya edilmədikdə, sağlam könüllülərdə və T2DM olan xəstələrdə torasemid və hidroxlortiazidin ilə eyni vaxtda qəbul edildikdə və ya edilmədikdə oxşar farmakokinetika göstərmişdir. Gemfibrozil (59%), rifampisin (35%) və ya probenesid (53%) ilə eyni vaxtda qəbul edildikdən sonra empaqliflozinin ümumi ekspozisiyasında (AUC) artım müşahidə edilmişdir. Bu dəyişikliklər klinik cəhətdən əhəmiyyətli hesab edilməmişdir. Empaqliflozin sağlam könüllülərdə eyni vaxtda qəbul edildikdə qlimepirid, pioqlitazon, sitaqliptin, linaqliptin, varfarin, diqoksin, ramipril, simvastatin, hidroxlortiazid, torasemid və oral kontraseptivlərin farmakokinetikasına klinik cəhətdən əhəmiyyətli təsir göstərməmişdir. Metformin Birlikdə qəbulu tövsiyə edilmir Alkoqol Alkoqol intoksikasiyası xüsusən aclıq, qidalanma pozğunluğu və ya qaraciyər çatışmazlığı hallarında laktosidoz riskinin artması ilə assosasiya olunur. Yod tərkibli kontrast maddələr MefEmpanın qəbulu görüntüləmə prosedurundan əvvəl və ya prosedur zamanı dayandırılmalı və böyrək funksiyası yenidən qiymətləndirilməli və stabil olduqda ən azı 48 saat ərzində müalicə bərpa edilməməlidir. Birlikdə qəbulu ehtiyat tədbirləri tələb edən birləşmələr QSİƏP-lər, o cümlədən selektiv siklo-oksigenaza (SOG) II inhibitorları, AÇF inhibitorları, angiotensin II reseptor antaqonistləri və diuretiklər ( xüsusən də ilgək diuretikləri) kimi bəzi dərmanlar böyrək funksiyasına mənfi təsir göstərə bilər ki, bu da laktoasidoz riskini artıra bilər. Bu cür dərmanları metforminlə birlikdə istifadə etməyə başladıqda və ya istifadə edərkən böyrək funksiyasının diqqətlə monitorinqi lazımdır. Üzvi kation daşıyıcıları (ÜKT) Metformin həm ÜKT1, həm də ÜKT2 daşıyıcılarının substratıdır. Metforminlə eyni vaxtda qəbul edildikdə: – ÜKT1 inhibitorları (məsələn, verapamil) metforminin effektivliyini azalda bilər. – ÜKT1 induktorları (məsələn, rifampisin) metforminin mədə-bağırsaqdan sorulmasını və effektivliyini artıra bilər. – ÜKT2 inhibitorları (məsələn, simetidin, doluteqravir, ranolazin, trimetoprim, vandetanib, izavukonazol) metforminin böyrəklər tərəfindən xaric olmasını azalda bilər və bununla da metforminin plazmada konsentrasiyasının artmasına səbəb ola bilər. – Həm ÜKT1, həm də ÜKT2 inhibitorları (məsələn, krizotinib, olaparib) metforminin effektivliyini və böyrəklərdən xaric olmasını dəyişə bilər. Buna görə də, xüsusilə böyrək çatışmazlığı olan xəstələrdə, metforminin plazmada konsentrasiyasının artma ehtimalı olduğu üçün bu dərmanların metforminlə eyni vaxtda istifadəsi zamanı ehtiyatlı olmaq tövsiyə olunur. Lazım gələrsə, ÜKT inhibitorları/induktorları metforminin effektivliyini dəyişə bildiyi üçün metforminin dozasının tənzimlənməsi nəzərdən keçirilə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik (D kateqoriyası) Hamilə qadınlarda MefEmpa və ya onun fərdi komponentlərinin istifadəsi ilə bağlı məhdud məlumatlar mövcuddur. Tək başına empaqliflozin ilə aparılan kliniki olmayan tədqiqatlarda reproduktiv toksiklik ilə bağlı birbaşa və ya dolayı zərərli təsirlər görülməmişdir. Empaqliflozin və metformin və ya yalnız metforminin kombinasiyası ilə heyvan tədqiqatları yalnız metforminin daha yüksək dozalarında reproduktiv toksiklik göstərmişdir. Ehtiyat tədbiri kimi, aşkar ehtiyac olmadığı halda, hamiləlik dövründə MefEmpanın istifadəsindən çəkinmək tövsiyə olunur. Laktasiya Metformin insanlarda ana südünə keçir. Ana südü ilə qidalanan yenidoğulmuşlarda/körpələrdə heç bir mənfi təsir müşahidə edilməmişdir. Empaqliflozinin ana südü ilə xaric olub-olmadığı məlum deyil. Heyvanlarda mövcud olan klinik olmayan məlumatlar empaqliflozinin südlə xaric olunduğunu göstərir. İnsan yenidoğulmuşlar/körpələr üçün risk istisna edilə bilməz. MefEmpa ilə müalicə ana südü ilə qidalandırma zamanı dayandırılmalıdır. Fertillik MefEmpa və ya onun ayrı-ayrı komponentlərinin insanlarda fertilliyə təsiri ilə bağlı heç bir araşdırma aparılmamışdır. Ayrı-ayrı komponentlərlə olan heyvanlar üzərində aparılan klinik olmayan tədqiqatlarda fertilliklə bağlı birbaşa və ya dolayı zərərli təsirlər müşahidə olunmamışdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri MefEmpa nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etmək qabiliyyətinə cüzi təsir göstərir. Xəstələrə avtomobil idarə edərkən və digər mexanizmlərlə işləyərkən, xüsusən də MefEmpanı sulfonilur preparatları və/və ya insulinlə birlikdə qəbul etdikdə hipoqlisemiyanın qarşısını almaq üçün ehtiyat tədbirləri görmələri tövsiyə edilməlidir.

İstifadə qaydası və dozası

Doza Böyrək funksiyası normal olan böyüklərdə (QFS ≥ 90ml/dəq) Tövsiyə olunan doza gündə iki dəfə 1 tabletdir. Doza xəstənin mövcud rejiminə, effektivliyinə və dözümlülüyünə əsasən fərdiləşdirilməlidir. Maksimum tövsiyə olunan gündəlik doza 25 mq empaqliflozin və 2000 mq metformindir (doza ilə bağlı əlavə məlumat üçün Cədvəl 1-ə baxın). MefEmpa sulfonilur törəmələri və/və ya insulinlə birlikdə qəbul edildikdə, hipoqlisemiya riskini azaltmaq üçün sulfonilur preparatlarının və/və ya insulinin daha aşağı dozası tələb oluna bilər. Xüsusi xəstə qruplarına dair əlavə məlumat Böyrək çatışmazlığı Yüngül böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tövsiyə edilmir. Metformin tərkibli dərman vasitələri ilə müalicəyə başlamazdan əvvəl və müalicədən sonra ən azı ildə bir dəfə QFS qiymətləndirilməlidir. Böyrək çatışmazlığının sonrakı inkişaf riski yüksək olan xəstələrdə və yaşlılarda böyrək funksiyası daha tez-tez, məsələn hər 3-6 aydan bir qiymətləndirilməlidir. Cədvəl 1. Böyrək çatışmazlığı olan xəstələr üçün doza rejimi* eQFS (ml/dəq) Metformin Empaqliflozin 60-89 Maksimum gündəlik doza 3000 Müalicəyə 10 mg doza ilə mq-dır.* başlanılır. Böyrək funksiyasının azalması Maksimum gündəlik doza 25 ilə əlaqədar olaraq dozanın mq-dır. azaldılması nəzərdə tutula bilər. 45-59 Maksimum gündəlik doza 2000 Müalicəyə 10 mg doza ilə mq-dır. başlanılır. Başlanğıc doza maksimum dozanın ən çox yarısıdır. 30-44 Maksimum gündəlik doza 1000 Müalicəyə 10 mg doza ilə mq-dır.* başlanılır. Başlanğıc doza maksimum dozanın ən çox yarısıdır. <30 Metformin əks göstərişdir. Empaqliflozin tövsiyə olunmur. *MefEmpanın adekvat effektivliyi yoxdursa, sabit dozanın birləşməsi əvəzinə fərdi monokomponentlərdən istifadə edilməlidir. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı zamanı istifadə olunmamalıdır. Yaşlılarda Yaşlı xəstələrdə böyrək funksiyasının azalma potensialına görə, metforminin dozası böyrək funksiyasından asılı olaraq tənzimlənməlidir. Böyrək funksiyasının müntəzəm qiymətləndirilməsi lazımdır. 85 yaşdan yuxarı xəstələrdə müalicə tövsiyə olunmur. Pediatriyada MefEmpanın təhlükəsizliyi və effektivliyi ilə bağlı məlumat olmadığına görə 18 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə edilmir. İstifadə qaydası Metformin ilə əlaqəli mədə-bağırsaq sistemində arzuolunmaz təsirləri azaltmaq üçün MefEmpa yeməklə birlikdə qəbul edilməlidir. Bir doza buraxıldıqda, xəstə xatırlayan kimi qəbul etməlidir. Bununla belə, ikiqat doza eyni vaxtda qəbul edilməməlidir. Bu halda, buraxılmış doza buraxılmalıdır.

Əlavə təsirləri

Təhlükəsizlik profilinin qısa xülasəsi Empaqliflozin/metforminin təhlükəsizliyini qiymətləndirmək üçün klinik tədqiqatlarda cəmi 12245 2-ci tip şəkərli diabet xəstəsi müalicə olunmuş, onlardan 8199 xəstə empaqliflozin/ metformin ilə tək başına və ya sulfonilur, pioqlitazon, DPP4 inhibitorları və ya əlavə olaraq insulinlə müalicə edilmişdir. Bu tədqiqatlarda 2910 xəstə 10 mq empaqliflozin/ metformin və 3699 xəstə 25 mq empaqliflozin/ metformin ilə ən azı 24 həftə, 2151 və ya 2807 xəstə isə ən azı 76 həftə müalicə almışdır. “EMPA-REG OUTCOME” tədqiqatında iştirak edən xəstələr üçün empaqliflozin/metforminin ümumi təhlükəsizlik profili əvvəllər məlum olan təhlükəsizlik profili ilə müqayisə edilə bilər. 18-24 həftəlik plasebo ilə idarə olunan ikiqat kor tədqiqatlara 3456 xəstə daxil edilmişdir, bunlardan 1271-i 10 mq empaqliflozin/metformin və 1259-u 25 mq empaqliflozin/metformin ilə müalicə edilmişdir. Klinik tədqiqatlarda ən tez-tez bildirilən əlavə təsir müvafiq tədqiqatlarda istifadə olunan fon terapiyasının növündən asılı olan hipoqlisemiya olmuşdur (Cədvəl 2). Təsiredici maddələrin ayrılıqda əlavə təsirləri ilə müqayisədə empaqliflozin/metformin ilə klinik tədqiqatlarda əlavə təsirlər müəyyən edilməmişdir. Əlavə təsirlərin cədvəlli siyahısı Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Cədvəl 2. Plasebo ilə idarə olunan ikiqat kor tədqiqatda və post-marketinq təcrübəsindən əldə edilən empaqliflozin monoterapiyası və ya empaqliflozin/metforminin kombinə müalicəsini alan xəstələrdə əlavə təsirlər bildirilmişdir. Orqanlar Çox tez-tez Tez-tez Bəzən Nadir Çox nadir sistemi sinfi İnfeksiyalar və Vaginal Perineal invaziyalar moniliaz, nekrotizan vulvovaginit, fasiit balanit və digər (Fournier 2,6 genital qanqrenası) 1, 2 infeksiyalar , Sidik yollarının 1,2 infeksiyası (o cümlədən pielonefrit və urosepsis) 6 3 Metabolizm və Hipoqlisemiya Ketoasidoz Laktoasidoz qidalanma (sulfonilur B12 vitaminin pozğunluqları preparatları və absorbsiyasının 3,4 ya insulinlə azalması birlikdə istifadə edildikdə) Sinir sistemi Dadbilmənin pozğunluqları pozulması 1,2 Vaskulyar Hipovolemiya pozğunluqlar Mədə-bağırsaq Ürəkbulanma Qəbizlik sistemi Qusma 5 3 pozğunluqları İshal Qarın nahiyəsində ağrı İştahın azalması Hepatobiliyar Qaraciyər pozğunluqlar analizlərində anormallıq Hepatit 2,3 Dəri-dərialtı Allergik Qaşıntı 2,6 toxuma reaksiyalar Angiödem 6 3,6 pozğunluqları (səpgi , övrə , eritema ) Böyrək və Sidiyin Dizuriya sidik yolları həcminin pozğunluqları artması Ümumi və Susuzluq yerilmə nahiyəsində baş verən pozğunluqlar Laborator Plazmada Qlomerular göstəricilər lipidlərin filtrasiya 2,7 artması sürətinin azalması Qanda kreatinin artması Hematokritin 2,7 yüksəlməsi

Doza həddinin aşılması

Empaqliflozin Sağlam insanlar üzərində nəzarətli klinik tədqiqatlar zamanı tövsiyə olunan maksimum gündəlik dozanın 32 qatına bərabər olan 800 mq-a qədər empaqliflozinin birdəfəlik dozaları yaxşı tolerə edilmişdir. Metformin 85 q dozaya qədər metformin hidroxlorid ilə hipoqlikemiya müşahidə edilməmişdir, baxmayaraq ki, belə şəraitdə laktoasidoz baş vermişdir. Metformin hidroxloridin yüksək dozası və ya müşayiət olunan risklər laktoasidoza səbəb ola bilər. Laktoasidoz təcili tibbi haldır və xəstəxanada müalicə edilməlidir. Müalicəsi Doza həddinin aşılması halında, xəstənin klinik vəziyyətinə uyğun olaraq dəstəkləyici müalicəyə başlamaq lazımdır. Laktatın və metformin hidroxloridin xaric edilməsinin ən effektiv üsulu hemodializdir, halbuki empaqliflozinin hemodializlə xaric edilməsi öyrənilməmişdir.

Buraxılış forması

10 tablet Alüminium/Alu-Alu vahid doza blisterdə. 3 və ya 6 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºС-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Reign Pharmaceuticals PCSIR KLC (Pvt.) Ltd. TBIC Building 1 , PCSIR Laboratories Complex Shahrah-e-Dr. Salim-Uz-Zaman Siddiqui, off University Road Karachi 75280, Pakistan.

Qeydiyyat vəsiqəsinin sahibi

“B-MED” LLC, Azerbaijan Republic. Nizami district,R.Rustamov str.,House 41/42 AZ1002,Baku ,Azerbaijan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Mefempa 12,5 mq / 1000 mq N60 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar