TRICORTIN 2 ML 1000 MG 5 AMP
| Təsiredici maddə | CYANOCOBALAMIN + CORTICAL PHOSPHOLIPIDS |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Psixostimullaşdırıcı və nootrop preparatları |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
30,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TRİKORTİN 1000 əzələdaxili inyeksiya üçün məhlul TRICORTIN 1000 Beynəlxalq patentləşdirilməmiş adı: Swine Cerebral Cortex Phospholipids + Cyanocobalamin
Tərkibi
Təsiredici maddə: 1 ampulda 12 mq donuz beyin qabığının fosfolipidləri, 1000 mkq siankobalamin vardır. Köməkçi maddələr: lidokain xlorid, iki əsaslı natrium fosfat, bir əsaslı natrium fosfat, P-hidroksibenzoat turşusunun mürəkkəb efiri, inyeksiya üçün su.
Təsviri
Bir qədər parıltılı, qırmızı rəngində, özünə xas olan qoxu ilə məhluldur.
Farmakoterapevtik qrupu
Psixostimullaşdırıcı və nootrop preparatları. ATC kodu: N06BX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Donuzun serebral korteksindən alınan fosfolipidlərin parenteral tətbiqi, neyron membranının fermentativ fəaliyyətini normallaşdırır, neyrotransmitterlərin dövriyyəsini, qlükoza və endogen fosfolipidlərin metabolizmini artıraraq, neyronal metabolizmanı aktivləşdirə bilər. Sianokobalamin sinir hüceyrələrin metabolizmində xüsusi stimulyator kimi iştirak edir. Farmakokinetikası İkiqat nişanlanmış parenteral yeridilmiş fosfolipidlərin stabilliyi və metabolik yolu hüceyrə səviyyəsində 3H/14C nisbətinin və beyində aşkar olunmuş ümumi radioaktivliyin qiymətləndirilərək araşdırıldı. Tədqiqatlar göstərir ki, bu molekullar qanda stabildir və bütövlükdə beyinə çatırlar.
İstifadəsinə göstərişlər
Asteno-nevrotik sindromlu xəstələrdə müalicəyə əlavə vasitə kimi.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı fərdi həssaslıq. 18 yaşa qədər olan uşaqlar və yeniyetmələr.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın istifadəsinə dair xüsusi xəbərdarlıq və ehtiyat tədbirləri yoxdur. Ehtiyatla Nəqliyyat vasitəsini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə preparat təsir etmir. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Digər dərman preparatları ilə qarşılıqlı təsiri barədə məlumatlar yoxdur. “Trikortin 1000”in digər preparatlar ilə uyuşmazlıq halları məlum deyil. Hamiləliк və laktasiya dövründə istifadəsi Hamiləlik və laktasiya dövründə preparat yalnız həkim nəzarəti altında tətbiq oluna bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
“Trikortin 1000” nəqliyyat və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Həkimin göstərişi üzrə sutkada 1 dəfə 2ml əzələdaxili yeridilir.
Əlavə təsirləri
Preparata aid olan hər hansı əlavə effektlər barədə məlumat yoxdur. Hiperhəssaslıq reaksiyaları mümkündür.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat yoxdur.
Buraxılış forması
2 ml məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Fidia Farmaceutici S.p.A., İtaliya. Via Ponte Della Fabrica, 3/A-35031 Abano Termo, İtaly. Eksklüziv distribütor EL Company LTD.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.