Kerifer 5 ml inyeksiya
| Təsiredici maddə | IRON (FERRIC) HYDROXIDE SUCROSE COMPLEX |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| İstehsal ölkəsi | Hindistan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,32 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KERİFER vena daxilinə yeritmək üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Ferric (III) hydroxide sacharose complex
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində dəmir(III) hidroksid saxaroza kompleksi (20 mq elementar dəmirə ekvivalentdir) vardır. Köməkçi maddələr: inyeksiya üçün su.
Təsviri
Qırmızı – qəhvəyi rənqli şəffaf məhluldur. ATC kodu: B03AC.
İstifadəsinə göstərişlər
Kerifer tərkibində dəmir olan dərman vasitəsidir. Dəmir tərkibli dərman vasitələri orqanizmdə kifayət qədər dəmir olmadıqda istifadə olunur. Bu hal “dəmir çatışmazlığı” adlanır. Kerifer aşağıdakı hallarda istifadə olunur: – Dəmir tərkibli preparatlar peroral olaraq qəbul edilə bilmədikdə- tablet formasında dəmir preparatlarının istifadəsi narahatlıq hissi yaratdıqda. – Dəmir tərkibli preparatlar peroral olaraq istifadə edilmiş – lakin effektivliyi aşağı olmuşdur.
Əks göstərişlər
Preparata qarşı allergik (hiperhəssaslıq) reaksiyalar müşahidə edilən hallar. Digər inyeksiya şəklində istifadə edilən dəmir preparatlarına qarşı ciddi allergik (hiperhəssaslıq) reaksiyalar müşahidə edilmişdirsə. Dəmir çatışmazlığı ilə əlaqəli olmayan anemiya hallarında. Orqanizmdə dəmirin miqdarı həddindən çox olduqda və ya orqanizm tərəfindən dəmirin mənimsənilməsində problem varsa. Yuxarıda qeyd edilmiş hər hansı hallardan biri müşahidə edildikdə Kerifer preparatı təyin edilməməlidir. Əmin olmadığınız halda Kerifer dərman vasitəsini istifadə etməzdən qabaq həkiminizlə məsləhətləşin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallar barədə Kerifer dərman vasitəsini istifadə etməzdən qabaq həkimə və ya tibb bacısına məlumat verilməlidir: – Anamnezində dərmanlara qarşı allergiya qeyd edilənlər – Sizdə sistem qırmızı qurdeşənəyi varsa. – Sizdə revmatoid artrit varsa. – Sizdə kəskin astma, ekzema və ya digər allergik vəziyyətlər varsa. – Sizdə hər hansı infeksiya varsa. – Qaraciyər problemləriniz varsa. Yuxarıda qeyd edilmiş hər hansı hallardan birinin sizdə olub-olmamasına əmin olmadığınız halda Kerifer dərman vasitəsini istifadə etməzdən qabaq həkim və ya əczaşı ilə məsləhətləşin. Ampullar və ya flakonlar istifadə edilməzdən qabaq hər hansı zədənin və tərkibində çöküntünün olub-olmamasına görə yoxlanmalıdır. Tərkibində çöküntüsü olmayan homogen məhlul istifadə edilməlidir. Durulaşdırılmış məhlul qəhvəyi rəngdə və şəffaf olmalıdır. Preparatın istifadə edilməyən qalan miqdarı və ya tullantı materialları yerli tələblərə uyğun olaraq atılmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Son vaxtlarda və hazırda qəbul etdiyiniz və ya istifadəsini planlaşdırdığınız dərman preparatları barədə həkim və ya əczaçıya məlumat verin. Bunlara bitki tərkibli preparatlar da daxil olmaqla reseptsiz buraxılan bütün dərman preparatları da aiddir. Çünki, Kerifer bəzi dərman vasitələrinin effektivliyinə təsir göstərə bilər. Həmçinin, bəzi digər dərman vasitələri də Keriferin aktivliyinə təsir göstərə bilər. Xüsusilə aşağıdakı dərman preparatlarını istifadə etdiyiniz barədə həkim və ya əczaçını məlumatlandırın: – tərkibində dəmir olan peroral dərman vasitələri. Bu tip preparatlar Kerifer ilə yanaşı istifadə edilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin ilk trimesterində olan qadınlar üzərində Kerifer dərman vasitəsinin istifadəsi yoxlanılmamışdır. Hamiləsinizsə, və ya hamilə olduğunuzu ehtimal edirsinizsə və ya hamiləliyi planlayırsınızsa bu barədə həkimə məlumat vermək vacibdir. Kerifer dərman vasitəsi ilə müalicə müddətində hamilə qalmısınızsa, məsləhət almaq üçün həkimə müraciət edin. Həkim bu zaman Kerifer preparatı ilə müalicənin davam etdirilib-etdirilməməsinə dair qərar verəcəkdir. Laktasiya dövründə Kerifer dərman vasitəsi istifadə edilməzdən qabaq həkimlə məsləhətləşmək lazımdır. Hamiləlik və ya laktasiya dövrü hər hansı dərman vasitəsini istifadə etməzdən qabaq məsləhət üçün həkim və ya əczaçıya müraciət etmək lazımdır. Pediatriyada istifadəsi Kerifer preparatının uşaqlardə istifadəsi tövsiyə edilmir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Kerifer dərman vasitəsinin istifadəsindən sonra başgicəllənmə, fikirlərin qarışması və ya başhərlənmə kimi hallar baş verə bilər. Bu əlamətlər müşahidə edildiyi halda nəqliyyat vasitələrinin idarə edilməsindən və digər potensial təhlükəli mexanizmlərlə məşğul olmaqdan çəkinmək lazımdır. Əmin olmadığınız halda həkimə müraciət edin.
İstifadə qaydası və dozası
Kerifer dərman vasitəsinin dozası həkim tərəfindən təyin edilir. Həmçinin, preparatın yeridilmə tezliyi və müddətinə dair həkim qərar verəcəkdir. Dozanın düzgün təyin edilməsi üçün həkim qan testinin həyata keçirilməsini tələb edəcək. Kerifer preparatının tətbiqi həkim və ya tibb bacısı tərəfindən aşağıda qeyd edilmiş üsullardan hər hansı biri istifadə edilməklə həyata keçirilir: – Venadaxili tədrici inyeksiya şəklində – həftədə 1-3 dəfə. – Venadaxili infuziya (damcı üsulu ilə) şəklində – həftədə 1-3 dəfə. – Dializ zamanı – dializ cihazının venoz ucluğuna daxil edilməsi yolu ilə yeridilir. Kerifer preparatının tətbiqi immunoallergik halların anında aradan qaldırılması və müvafiq tədbirlərin görülməsi mümkün olan müəssisələrdə həyata keçirilməlidir. Preparatın hər tətbiqindən sonra pasiyent ən azı 30 dəqiqə ərzində həkim və ya tibb bacısının müşahidəsi altında olmalıdır. Kerifer qəhvəyi rəngli mayedir və inyeksiya və ya infuziya məhlulu qəhvəyi rəngdə görsənəcək.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi Kerifer preparatı da əlavə təsirlərin yaranmasına səbəb ola bilər, lakin bu əlavə təsirlər preparatdan istifadə edən hər nəfərdə rastlanmır. Allergik reaksiyalar (preparatdan istifadə edən hər bir nəfərdə rastlana bilər) Allergik reaksiyaların yaranması barədə dərhal həkimə və ya əczaçıya məlumat verilməlidir. Əlamətlərə aşağıda qeyd edilənlər aid edilə bilər: • Qan təzyiqinin aşağı düşməsi (başgicəllənmə, başhərlənmə və ya bayılma hissi). • Sifətin şişməsi. • Tənəffüsün çətinləşməsi. Allergik reaksiyaların yarandığını düşündüyünüz halda bu barədə dərhal həkim və ya tibb bacısına məlumat verin. Digər əlavə təsirlərə aiddir: Tez-tez rastlanan (10 nəfərdən 1-də rastlana bilər) • Dadbilmədə dəyişikliklər məsələn ağızda metal dadı hiss etmə. Adətən bu hal çox uzun müddət davam etmir. • Qan təzyiqinin azalması və ya artması. • Ürəkbulanma hissi. • İnyeksiya/infuziya yerində ağrı, qıcıqlanma, qaşınma, hematoma və ya inyeksiya möhtəviyyatının dəriyə sızması nəticəsində dərinin rəngsizləşməsi kimi reaksiyalar. Bəzən (100 nəfərdən 1-də rastlana bilər) • Baş ağrısı və ya başgicəllənmə hissi. • Mədədə ağrılar və ya diareya. • Ürıkbulanma hissi (qusma). • Təngnəfəslik, tənəffüsün çətinləşməsi. • Venaların iltihablanması. • Yanma hissi. • Qəbizlik. • Əllərin və ayaqların şişməsi. • Qanda qaraciyər fermentlərinin miqdarının artması (ALT, AST, GGT). • Qan zərdabında ferritinin miqdarının artması. Nadir (1000 nəfərdən 1-də) • Bayılma. • Yuxululuq. • Ürək döyüntülərinin artması (palpitasiya). • Sidiyin rənginin dəyişməsi. • Sinədə ağrılar. • Tərləmənin artması. • Qızdırma. • Qanda laktat dehidrogenazanın miqdarının artması. Yaranma tezliyi naməlum olan digər əlavə təsirlər aşağıdakılardır: ayıqlıq hissinin aşağı olması, şüurun qarışması hissi; şüurun itməsi; narahatlıq; titrəmə və ya əsmə; tənəffüsün çətinləşməsinə səbəb olan sifətin, dodaqların, dilin və ya boğazın şişkinləşməsi; nəbz sürətinin azalması; nəbz sürətinin artması; sirkulyator kollaps; qan laxtasının əmələ gəlməsi ilə nəticələnən venaların iltihablanması; tənəffüs yollarının kəskin daralması; qaşınma, övrə, səpgilər və ya dərinin qızarması; soyuq tərləmə; ümumi zəiflik hissi; solğun dəri; ani həyati təhlükəsi olan allergik reaksiyalar. Əlavə təsirlərin müşahidə edilməsi Əlavə təsirlər müşahidə etdiyiniz halda həkim və ya tibb bacısına bu barədə məlumat verin.
Doza həddinin aşılması
Kerifer steril 0,9%-li natrium xlorid məhlulundan başqa heç bir dərman vasitələri ilə qarışdırılmamalıdır. Digər məhlullarla və ya dərman vasitələri ilə qarışdırıldıqda çöküntü və/və ya qarşılıqlı təsir reaksiyalarının yaranması ehtimalı yüksəkdir. Şüşədən başqa digər polietilen və PVX ampullarla uyuşmazlığı məlum deyil.
Buraxılış forması
5 ml məhlul, ampullarda, 1 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
o 25 C-dən yüksək olmayan temperaturda, işıq şüalarından uzaq , orijinal qurusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır . Dondurmaq olmaz. İlk açılmadan sonra saxlanma müddəti Mikrobioloji nöqteyi-nəzərdən ampulun ilk açılmaslndan sonra preparat dərhal istifadə edilməlidir. Steril 0,9%-li natrium xlorid məhlulu (NaCl) ilə durulaşdırıldıqdan sonra mikrobioloji nöqteyi- nəzərdən preparat dərhal istifadə edilməlidir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Hiral Labs Ltd. 265, Sisona, Roorkee-247 661 (Hindistan). Mfg. Lic. No.: 55/UA/SC/P-2006.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.