Lanomisin 500 mq 2 ml inyeksiya
| Təsiredici maddə | AMIKACIN SULFATE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Aminoqlikozid qrupu antibiotik |
| İstehsal ölkəsi | Yunanıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,69 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
LANOMİSİN inyeksiya və infuziya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 125 mq/2ml: 1 ml məhlulun tərkibində 62,5 mq amikasinə ekvivalent 83,45 mq amikasin sulfat var. 250 mq/2ml: 1 ml məhlulun tərkibində 125 mq amikasinə ekvivalent 166,9 mq amikasin sulfat var. 500 mq/2ml: 1 ml məhlulun tərkibində 250 mq amikasinə ekvivalent 333,8 mq amikasin sulfat var. Köməkçi maddələr:natrium sitrat, natrium metabisulfit, inyeksiya üçün su.
Təsviri
Sarımtıl rəngli, iysiz, tərkibində bərk hissəcikləri olmayan şəffaf mayedir. Farmakoloji qrupu Aminoqlikozid qrupu antibiotik. ATC kodu: J01GB06.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Geniş təsir spektrli, aminoqlikozid qrupuna aid antibiotikdir. Amikasin sulfat 30 S subvahidi səviyyəsində ribosoma birləşərək zülal sintezini pozur ki, bu da bakteriya hüceyrəsinin məhvi ilə nəticələnir. Əsasən aerob qram-mənfi mikroorqanizmlərə qarşı: Pseudomonas aeruginosa, Escherichia coli, Klebsiella spp., Serratia spp., Providencia spp., Enterobacter spp., Salmonella spp., Shigella spp.və bəzi qram-müsbət mikroorqanizmlərə qarşı da aktivlik göstərir: Staphylococcus spp. (həmçinin penisillinə və bəzi sefalosporinlərə davamlı ştammlar). Streptococcus spp. qarşı zəif aktivdir. Mycobacterium tuberculosis və bəzi digər miroorqanizmlərə qarşı yüksək həssaslıq göstərir. PAST, izoniazid və steptomisin kimi preparatlara dayanıqlı Mycobacterium tuberculosis ştammlarına bakteriostatik təsir göstərir. Amikasin digər aminoqlikozidləri inaktivləşdirən fermentlərin təsiri altında öz aktivliyini itirmədiyindən tobramisin, gentamisin və netilmesinə davamlı Pseudomonas aeruginosa ştammlarına qarşı yüksək həssaslıq nümayiş etdirir. Farmakokinetikası Sorulması Amikasin MBT – dən demək olar ki, sorulmur. 7,5 mq/kq dozada v/d və ya ə/d yeridildikdən 0,5-1 saat sonra C müvafiq olaraq 21 və 38 mkq/ml təşkil edir. Vena və ya əzələ daxilinə yeridildikdənmax sonra plazmada terapevtik konsentrasiyası (15-25mkq/ml)10-12 saat qorunub saxlanır. Zülallarla birləşmə faizi 4-11% təşkil edir. Paylanması Bütün orqan və toxumalara asanlıqla penetrasiya olunur: ağciyərlər, bronxların selikli qişası, bəlğəm, sidik- ifrazat sistemi, onurğa beyni mayesi, az miqdarda öd və s. Hematoensefalik baryeri asanlıqla keçir (xüsusən uşaqlarda və onurğa mayesində iltihabi proses olan şəxslərdə). Plasentar baryeri keçir və dölün qanında, amnion mayesində toplanır. Metabolizmi Amikasin metabolizmə uğramır. Eliminasiyası Amikasin üçün T böyüklərdə təqribən 2-4 saat, yenidoğulmuş uşaqlarda 5-8 saat təşkil edir.1/2 Amikasin 65-94% dəyişilməmiş halda sidiklə xaric olunur. Böyrək klirensi 79-100 ml/dəqiqədir. Hemodializ zamanı hər 4-6 saatdan bir plazma konsentrasiyası 50% azalır. Peritoneal dializ zamanı isə 48-72 saat ərzində plazma konsentrasiyası 25% azalır.
İstifadəsinə göstərişlər
Amikasin qram-mənfi mikroorqanizmlər tərəfindən törədilmiş infeksion-iltihabi xəstəliklər zamanı təyin olunur (kanamisin, gentamisin və s. aminoqlikozid qrupu antibiotiklərə qarşı davamlı proseslərdə): – Tənəffüs yollarının infeksion xəstəlikləri: bronxit, pnevmoniya, plevrit, ağciyərlərin absesi, plevranın empieması – Multirezistent formalı vərəmin kompleks müalicəsi – Bağırsaq infeksiyaları (dizenteriya, salmonellyoz və s.) – Qarın boşluğu orqanlarının infeksion xəstəlikləri (peritonit, öd yolları infeksiyaları və s.) – Sepsis, bakterial endokardit – Mərkəzi sinir sisteminin infeksion iltihabi xəstəlikləri (meningit daxil olmaqla) – Sidikçıxarıcı yolların infeksiyaları (pielonefrit, sistit, uretrit, prostatit, qonoreya və s.) – Dəri və yumşaq toxumaların infeksiyaları, irinli yaralar və yanıq infeksiyaları – Sümük və oynaq infeksiyaları (osteomielit daxil olmaqla) – Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri (salpinqooforit, endometrit, iltihabi kistalar və s.) – Cərrahi əməliyyatlardan qabaq və sonra bakterial ağırlaşmaların müalicə – profilaktikası məqsədi ilə. Əks-göstərişlər – Preparata qarşı yüksək həssaslıq – Digər aminoqlikozid qrupu antibiotiklərinə qarşı yüksək həssaslığın olması – Eşitmə sinirinin nevriti – Xroniki böyrək çatışmazlığı (azotemiya, uremiya) – Hamiləlik.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıda sadalanan hallarda amikasin sulfatın təyinatından qabaq müalicə həkiminizlə məsləhətləşməniz tövsiyyə olunur: Xroniki böyrək çatışmazlığı Eşitmə zəifliyi və ya tinnit (qulaqlarda küy) varsa Parkinson xəstəliyi və ya miasteniya zamanı. Bundan əlavə vaxtından əvvəl doğulmuş körpələrdə və ya vaxtında doğulmuş yenidoğulmuşlarda ehtiyatla təyin edilməlidir. Lanomsiin tərkibində metabisulfid natrium olduğundan çox nadir hallarda bronxospazm şəklində hiperhəssaslıq reaksiyalarına səbəb ola bilər. 1 ampulda 23 mq natrium var.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Streptomisin, kanamisin, monomisin, gentamisin, tobramisin, viomisin, polimiksin B, həmçinin furosemid və etakrin turşusu kimi sidikqovucular oto-/nefrotoksiklik riskini artıra bilər. Bu səbəbdən onları amikasin sulfatla eyni zamanda və ya növbəli təyin etmək olmaz. Farmakoloji xüsusiyyətlərinə görə digər preparatlarla eyni şprisdə təyin etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya zamanı təyini yalnız həyati göstəricilərə görə mümkündür. FDA kateqoriyası –“D”.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Əgər preparatın qəbulu zamanı başgicəllənmə kimi yan təsir meydana çıxarsa o zaman nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmədən imtina edilməlidir.
İstifadə qaydası və dozası
Preparatın dozalanması fərdi olaraq xəstənin bədən kütləsi, xəstəliyin ağırlıq dərəcəsi, infeksiyanın növü və lokalizasiyasından asılı olaraq təyin olunur. Lanomsiin əzələ daxilinə və ya vena daxilinə təyin olunur. Böyüklər və 12 yaşdan böyük uşaqlar: 8-12 saatdan bir 15-20 mq/kq. 12 yaşa qədər uşaqlar: 8-12 saatdan bir 15-30mq/kq (sutkada 1 q-a qədər).
Əlavə təsirləri
Xüsusən vərəmin müalicəsində uzunmüddətli müxtəlif preparatların qəbulu zamanı yan təsirlərin hansı preparat sayəsində yaranması dəqiq deyil. Lanomsiinin uzunmüddətli təyinatı böyrək funksiyalarında dəyişikliklərə, eşitmənin zəifləməsinə və müvazinət pozulmalarına səbəb ola bilər. Çox tez-tez (10 nəfərdən birində) • Tinnit, eşitmədə pozuntular; • Bəzən ürəkbulanma ilə müşayiət olunan müvazinətin itirilməsi; • Başgicəllənmə; • Böyrək funksiyalarının zəifləməsi nəticəsində sidiyin miqdarının azalması. Tez-tez (100 nəfərdən birində) • Bədən temperaturunun artması; • Dəri səpgiləri; • Qaraciyər fermentlərinin səviyyəsinin artması. Bəzən (1000 nəfərdən birində) • Anemiya (qanın formalı elementlərinin (eritositlərin, leykositlərin və trombositlərin) miqdarının azalması); • Qanda kalium və maqneziumun miqdarının azalması; • Baş ağrıları; • Yuxarı və aşağı ətraflarda uyuşma, iynə batırılması hissləri; • Arterial təzyiqin enməsi; • Ürəkbulanma, qusma; • Eşitmənin zəifləməsi; • Oynaqlarda ağrılar.
Doza həddinin aşılması
Toksik reaksiyalar, tənəffüsün dayanmasına səbəb ola biləcək sinir-əzələ ötürücülüyü blokadası. Yenidoğulmuş körpələrdə MSS tormozlanması (hərəkətsizlik, halsızlıq, stupor, koma, ağır tənəffüs pozuntuları).
Buraxılış forması
2 ml məhlul, şüşə ampulda. 1, 5 və ya 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlanılma şəraiti 25°С –yə qədər olan temperaturda, quru və qaranlıq yerdə (ampul mütləq qutuda saxlanılmalıdır) və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ünvan 6, DERVENAKION KÜÇ. 153 51 PALLINI, ATTICİ, YUNANISTAN.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.