Tenoten böyüklər üçün N40 tablet

Təsiredici maddə: AFFINITY PURIFIED ANTIBODY (BRAIN SPECIFIC S-100 PROTEIN)
Təsiredici maddəAFFINITY PURIFIED ANTIBODY (BRAIN SPECIFIC S-100 PROTEIN)
ReseptReseptlə satılır
Dərman formasıTablet
Farmakoloji təsirAnksiolitik preparatlar
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,24 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TENOTEN homeopatik sorma tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 0,003 q beyin-spesifik S-100 zülalına qarşı affin- təmizlənmiş antitellər* vardır. Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat. -15 * tərkibində təsiredici maddənin aktiv formasının miqdarı 10 nq/q-dan artıq olmayan su-spirt qarışığı şəklində laktoza monohidratın üzərinə çəkilir.

Təsviri

Yastı silindrik formalı, üzərində xətti olan, iti kənarlı, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir. Tabletin yastı xətli tərəfinin üzərində MATERIA MEDICA yazısı, digər yastı tərəfinin üzərində TENOTEN yazısı vardır.

Farmakoterapevtik qrupu

Anksiolitik preparatlar. ATC kodu: N05BX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Preparat, sakitləşdirici, həyəcanəleyhinə (anksiolitik) təsirlərə malik olduğu halda, arzuolunmayan hipnogen və miorelaksasiyaedici effektlərin meydana çıxmasına səbəb olmur. Psixoemosional gərginliyə qarşı dözümlülüyü yaxşılaşdırır. Preparat stress-protektor, nootrop, antiamnestik, hipoksiyaəleyhinə, neyroprotektor, antiastenik, antidepressiv təsirlərə malikdir. İntoksikasiya və hipoksiya zamanı, beyin qan dövranının kəskin pozğunluğundan sonrakı vəziyyətlərdə neyroprotektor təsir göstərir, zədələnmə nahiyəsini məhdudlaşdırır, mərkəzi sinir sistemində (MSS-də) öyrənmə və yaddaş proseslərini normalaşdırır. Lipidlərin peroksidləşməsi proseslərini inhibə edir. Beyində sinaptik (məlumatlandırıcı) və metabolik proseslərin əlaqələndirilməsini həyata keçirən S-100 zülalının funksional aktivliyini modifikasiya edir. QAYT-mimetik və neyrotrofik təsir göstərərək, stress-məhdudlaşdıran sistemlərin aktivliyini yüksəldir, neyronal plastiklik proseslərinin bərpa olunmasına səbəb olur. Farmakokinetikası Preparatın spesifik tərkibini (“Tərkibi” bölməsinə bax) nəzərə alaraq, müasir fiziki-kimyəvi analiz metodlarının (qaz-maye xromatoqrafiyası, yüksək effektiv maye xromatoqrafiyası, xromato-kütlə-spektrometriya) həssaslığı, Tenoten preparatın təsiredici maddəsinin orqanizmin bioloji mayelərində, orqan və toxumalarında miqdarını qiymətləndirməyə imkan vermir ki, bu da, preparatın farmakokinetikasının öyrənilməsini texniki cəhətdən mümkünsüz edir.

İstifadəsinə göstərişlər

Tenoten böyüklərdə istifadə üçün nəzərdə tutulub. Nevrotik və nevrozabənzər hallarda, psixosomatik xəstəliklərdə həyəcanlı vəziyyət; yüksək sinir gərginliyilə, qıcıqlanması, həyəcan və vegetativ reaksiyalarla stress pozuntusu zamanı kompleks terapiyanın tərkibində. Emosional fonun dəyişkənliyilə, qıcıqlanma, yaddaş zəifliyi, vegetativ pozuntularla müşayiət edilən dissirkulyar mənşəli nevroloji pozuntular zamanı həyəcanlı vəziyyət zamanı kompleks terapiyanın tərkibində.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. 18 yaşa qədər uşaqlar. Laktaza çatışmazlığı, laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın tərkibində laktoza monohidrat vardır, bununla əlaqədar anadangəlmə qalaktozemiya, qlükoza və ya qalaktoza malabsorbsiyası sindromu və ya anadangəlmə laktaza çatışmazlığı kimi xəstəlikləri olan pasiyentlərdə preparatı istifadə etmək məsləhət görülümür. Tenoten preparatının təsirində aktivləşdirici xüsusiyyətlərin mövcudluğunu nəzərə alaraq, preparatın gün ərzində sonuncu qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırkı dövrə qədər digər dərman preparatları ilə uyuşmazlığı qeydə alınmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə qadınlarda Tenoten preparatının istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Göstərilən dövrdə preparatın istifadəsinə ehtiyac olduqda, “fayda-risk” nisbəti nəzərə alınmalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Tenoten preparatının nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri aşkar edilməmişdir.

İstifadə qaydası və dozası

Tabletin üzərində olan xətt onun 2 hissəyə bölmək üçün nəzərədə tutulmayıb. Daxilə qəbul edilir. Bir dəfəyə 1 və ya 2 tablet istifadə edilir (tam həll olanadək ağızda saxlamaq lazımdır, lakin qida qəbulu zamanı deyil). Gündə 2 dəfə təyin edilir; ehtiyac olduqda, sutkada 4 dəfəyə qədər artırıla bilər. Müalicə kursu 1-3 aydır; ehtiyac olduqda, müalicə kursunu 6 aya qədər uzatmaq və ya 1-2 aydan sonra təkrar etmək olar. Müalicəyə başladıqdan sonra 3-4 həftə ərzində davamlı yaxşılaşma vəziyyəti əldə edilmədiyi halda, həkimə müraciət etmək lazımdır. Uşaqlar Tenoten preparatı uşaqlarda istifadə üçün nəzərədə tutulmayıb. Uşaqlara və 18 yaşdan aşağı yeniyetmələrə Tenotenuşaqlar üçün preparatı göstərişdir.

Əlavə təsirləri

Preparatın tərkibinə daxil olan komponentlərə qarşı yüksək fərdi həssaslıq reaksiyalarının inkişaf etməsi mümkündür.

Doza həddinin aşılması

Preparatın istifadəsi nəticəsində doza həddinin aşılması baş verdiyi halda, preparatın tərkibinə daxil olan köməkçi maddələrlə əlaqəli dispepsiya halları müşahidə oluna bilər.

Buraxılış forması

Homeopatik sorma tabletlər. 20 tablet, polivinilxlorid örtüklü və alüminium folqa konturlu-yuvalı qablaşmada. 2 konturlu- yuvalı qablaşma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Preparatın istifadəsi müddətində konturlu-yuvalı qablaşma istehsalçı tərəfindən nəzərdə tutulmuş karton qutuda saxlanılmalıdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı və ərizəçi “Materia Medika Holdinq” EİŞ” MMC. İstehsalçının hüquqi ünvanı Rusiya, 127473, Moskva şəh., 3-cü Samoteçnıy dalanı, ev 9. Tel.:/Faks: +7 (495) 684-43-33. “Qaynar xətt”: +7 (495) 681-09-30; +7 (495) 681-93-00. E-mail: [email protected] Dərman preparatının istehsalat ünvanı Rusiya, 454139, Çelyabinsk şəh., Buquruslanskaya küç., ev 54. Ərizəçinin faktiki ünvanı “Materia Medika Holdinq” EİŞ” MMC nümayəndəliyi. Azərbaycan Respublikası, AZ 1025, Bakı şəh., Xətai rayonu, Nobel prospekti, ev 15, kvartal 1212. Tel.: + 994 12 488 68 92. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Tenoten böyüklər üçün N40 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar