Mukolin 15 mq 100 ml sirop
| Təsiredici maddə | AMBROXOL |
|---|---|
| Dərman forması | Sirop |
| Farmakoloji təsir | Bəlğəmgətirici dərman vasitəsi |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,26 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmanı qəbul etməzdən əvvəl bu içlik vərəqədə yazılanları diqqətlə oxuyun, çünki onda Sizin üçün vacib məlumatlar vardır. Bu içlik vərəqəni saxlayın. Siz onu təkrar oxumalı ola bilərsiniz. Əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin. Bu dərman sizə təyin olunub. Onu digər şəxslərə verməyin. Onların xəstəliyinin əlamətləri sizinki ilə eyni olsa belə, bu dərman onlara zərər yetirə bilər. Preparatdan istifadə zamanı həkimə və ya xəstəxanaya müraciət etsəniz, bu preparatı istifadə etdiyiniz barədə həkiminizə məlumat verin. Bu içlik vərəqədə göstərilən təlimatlara ciddi əməl edin. Sizə tövsiyə edilən dozadan yüksək və aşağı doza istifadə etməyin. MUKOLİN 15 mq/5 ml pediatrik şərbət Beynəlxalq patentləşdirilməmiş adı: Ambroxol
Tərkibi
Təsiredici maddə: 5 ml (1 ölçü qaşığı) şərbətin tərkibində 15 mq ambroksol hidroxlorid vardır. Köməkçi maddələr: saxaroza, qliserin, metilparaben (E218), propilparaben (E216), “tutti-frutti” meyvə cövhəri, təmizlənmiş su.
Təsviri
Açiq sari rəngli, meyvə qoxulu, səffaf homogen məhluldur.
Farmakoterapevtik qrupu
Bəlğəmgətirici dərman vasitəsi. ATC kodu: R05CB06.
Farmakoloji xüsusiyyətləri
MUKOLİN bəlğəmgətirici dərman vasitəsidir, seliyin özlülüyünü azaldır və onun xaric olmasını asanlaşdırır. Ona görə də bəlğəmi tüpürməyi asanlaşdırır və tənəffüsün çətinliyini aradan qaldırır və öskürəyi azaldır.
İstifadəsinə göstərişlər
MUKOLİN tənəffüs yollarının özlü və yapışqanlı bəlğəmlə müşayiət olunan kəskin və xroniki xəstəliklərinin müalicəsində bəlğəmgətirici vasitə kimi istifadə olunur. Əks-göstərişlər Bromheksinə və ya ambroksola və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyrək/qaraciyər çatışmazlığı: böyrək/qaraciyər xəstəliyi və ya peptik xorası olan pasiyentlərdə o, xüsusi ehtiyatla istifadə edilməlidir. Əgər Sizə elə gəlirsə ki, MUKOLİN-in təsiri həddindən çox güclü və ya həddindən çox zəifdir, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Aşağıdakı hallarda MUKOLİN istifadə edərkən, xüsusilə ehtiyatlı olmaq lazımdır: əgər Sizdə böyrək/qaraciyər xəstəliyi və ya peptik xora (mədədə, 12-barmaq bağırsaqda və ya qida borusunun aşağı hissəsində inkişaf edən xora) varsa bu preparatı ehtiyatla istifadə edin. Hətta keçmişdə olsa belə, yuxarıda qeyd edilən xəbərdarlıqlar Sizə aiddirsə, lütfən həkiminizlə məsləhətləşin. MUKOLİN-ın tərkibində olan bəzi maddələr barədə mühüm məlumat MUKOLİN-ın tərkibində saxaroza vardır. Əgər həkiminiz sizə bəzi şəkərlərə qarşı dözümsüz- lüyünüzün olduğu barədə xəbərdarlıq etmişdirsə, bu dərman preparatından istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Preparatın tərkibində metilparaben və propilparaben vardır ki, onlar da allergik reaksiyalara səbəb ola bilər. Digər dərman preparatları ilə qarşılıqlı təsiri Kodein kimi hayxırmaya mane ola bilən dərmanlarla eyni zamanda istifadə etməyin. Yadda saxlayın ki, atropin (göz bəbəklərini genişləndirmək və ürəyin dayanmasının qarşısını almaq, tər, ağızsuyu və selik ifrazını azaltmaq üçün istifadə olunan preparat) və amantadin (Parkinson xəstəliyinin müalicəsində istifadə olunan dərman qrupu) antimuskarin təsir göstərən dərmanlar (sinir sistemində asetilxolin adlanan maddəni blokada edən dərman qrupu), trisiklik antidepressantlar (depressiyanın müalicəsi üçün istifadə olunan dərmanlar qrupu), haloperidol (şizofreniyanın müalicəsi üçün istifadə olunan dərman qrupuna aid preparat), antihistaminlər (allergiyanın müalicəsində istifadə olunan dərman qrupu), prokainamid (ürək aritmiyasının müalicəsində istifadə olunan dərman qrupuna aid preparat) və digər preparatlar (ipratropium – ağciyərlərin xroniki xəstəliklərinin müalicəsi üçün istifadə olunan preparatlar qrupu) seliyin toplanmasına gətirib çıxara bilər. Ürək qlikozidləri ilə (ürək çatışmazlığının müalicəsi üçün istifadə olunan dərman qrupu), kortikosteroidlərlə (ağrı və iltihabın müalicəsi üçün istifadə olunan hormon qrupu), bronxolitiklərlə (bronx və ağciyər adlanan tənəffüs yollarını genişləndirən dərmanlar), diuretiklərlə (sidik ifrazını artıran dərmanlar) və antibiotiklərlə (mikroorqanizmlərə qarşı təsir göstərən preparatlar) ambroksolun qarşılıqlı təsiri yoxdur. Əgər resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq hazırda hər hansı dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Adekvat klinik tədqiqat aparılmadığından, o, hamiləliyin birinci trimestrində yalnız zəruri hallarda və fayda-risk nisbəti qiymətləndirildikdən sonra istifadə edilə bilər. Əgər müalicə müddətində hamilə olduğunuzu hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya dövründə xüsusi ehtiyatla istifadə edilməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
MUKOLİN-in sürücülük və maşın və mexanizmlərdən istifadə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur; ona görə də xüsusi ehtiyatlılıq tələb olunur.
İstifadə qaydası və dozası
Preparat yeməkdən sonra qəbul edilir. Mukolin, yalnız oral qəbul üçün nəzərdə tutulub. Su və ya şirə ilə durulaşdırıla bilər. Həkiminiz Sizin MUKOLİN ilə nə qədər müddət ərzində müalicə almalı olduğunuz barədə Sizə məlumat verəcəkdir. Pediatriyada istifadəsi 0-2 yaşlı uşaqlara gündə 2 dəfə yarım ölçü qaşığı (2,5 ml) təyin edilir. 2-5 yaşlı uşaqlara gündə 3 dəfə yarım ölçü qaşığı (2,5 ml) istifadə edilir. 5-12 yaşlı uşaqlara gündə 2-3 dəfə bir ölçü qaşığı (5 ml) təyin edilir. Yaşlılarda istifadəsi Yaşlı pasiyentlərdə istifadəsi üçün xüsusi hal yoxdur. Əgər MUKOLİN istifadə etməyi unutmusunuzsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin.
Əlavə təsirləri
Bütün dərman preparatlarında olduğu kimi, preparatdan istifadə zamanı MUKOLİN-in komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslığı olan pasiyentlərdə əlavə təsirlər meydana çıxa bilər. Əgər aşağıdakı vəziyyətlərdən hər hansı biri yaranarsa, MUKOLİN-in qəbulunu dayandırın və DƏRHAL həkimə və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət edin: Dəridə səpgi Selikli qişada dəyişiklik Üzdə şişkinlik Tənəffüsün çətinləşməsi Bunların hamısı çox ciddi əlavə təsirlərdir. Əgər Sizdə bunlardan hər hansı biri baş verərsə, bu, o deməkdir ki, Sizdə MUKOLİN-ə qarşı allergiya vardır. Sizin təcili tibbi yardıma və ya xəstəxanaya yerləşdirilməyinizə ehtiyacınız ola bilər. Bütün bu yüksək dərəcədə ciddi əlavə təsirlər çox nadir hallarda müşahidə edilir. Əgər aşağıdakı simptomlardan hər hansı biri meydana çıxarsa, həkimə və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət etmək lazımdır Dəridə səpgi Bu ciddi əlavə təsirdir. Təcili tibbi müdaxilə tələb oluna bilər. Ciddi əlavə təsirlər çox nadir hallarda meydan açıxır. Əgər aşağıdakılardan hər hansı birini hiss etsəniz, həkiminizə bildirin Ürəkbulanma, qusma Abdominal ağrı Diareya Zəiflik Baş ağrısı Qaşınma Transaminazaların qanda müvəqqəti artması Bunlar MUKOLİN-in orta dərəcəli əlavə təsirləridir. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. MUKOLİN ilə müalicəni dayandırdıqda meydana çıxa biləcək əlavə təsirlər Məlum deyil.
Doza həddinin aşılması
Bu vaxta qədər insanlarda zəhərlənmə halları barədə məlumat olmamışdır. Doza həddinin aşılması zamanı simptomların qarşısını almaq üçün qusma törətmək və mədəni yumaq, dəstəkləyici müalicə aparmaq lazımdır. Əgər lazım olduğundan artıq MUKOLİN istifadə etmisinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Buraxılış forması
100 ml və ya 150 ml şərbət, ağ plastmas qapaqlı qəhvəyi rəngli şüşə flakonda. 1 flakon və 1 ölçü qaşığı (2,5 ml və 5 ml) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Biofarma İlaç San. ve Tic. A.Ş. Ünvan Akpınar Mah. Osmangazi Cad. No: 156 Sancaktepe/İstanbul / TÜRKİYƏ. Marketinq icazəsinin sahibi Biofarma İlaç San. ve Tic. A.Ş. Ünvan Akpınar Mah. Osmangazi Cad. No: 156 Sancaktepe/İstanbul/TÜRKİYƏ.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.