YOMOGI 250 MG N10 CAP

Təsiredici maddə: SACCHAROMYCES BOULARDII
Təsiredici maddəSACCHAROMYCES BOULARDII
Dərman formasıKapsul
Farmakoloji təsirBoulardii şəkərmisetləri
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,50 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

YOMOGİ bərk kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Saccharomyces boulardii

Tərkibi

Təsiredici maddə: 1 kapsulda ən azı 10 canlı hüceyrəyə müvafiq 250 mq Saccharomyces boulardii (Saccharomyces cerevisiae HANSEN CBS 5926) vardır. Köməkçi maddələr: susuz laktoza, maqnezium stearat, jelatin, su, natrium dodesil sulfat, xlorofillin- mis kompleksi, titan dioksid, sarı dəmir hidroksid.

Təsviri

Açıq yaşıl-sarı bərk kapsullardır.

Farmakoterapevtik qrupu

Boulardii şəkərmisetləri. ATC kodu: A07FA02

Farmakoloji xüsusiyyətləri

Saccharomyces boulardii maya göbələyi olub normal mikrofloranı bərpa edir və güclü diareyaəleyhinə təsir göstərir. Saccharomyces boulardii patogen və şərti-patogen mikroorqanizmlərin, o cümlədən Clostridium difficile, Klebsiella pneumoniae, Staphylococcus aureus, Pseudomonas aeruginosa, Candida kruesei, Candida albicans, Candida pseudotropicalis, Proteus mirabilis, Proteus vulgaris, Salmonella typhi, Salmonella typhimurium, Escherichia coli, Shigella dysenteriae, Yersinia enterocolitica, Enthamoeba hystolitica, Lambliae artmasının qarşısını alır. Mikrobların toksinlərinə, xüsusən də Clostridium difficile mikrobunun sitotoksininə antitoksik təsir göstərir. Su və duzların sekresiyasını azaldaraq güclü antisekretor təsir göstərir. IgA sintezini artıraraq qeyri-spesifik immuniteti gücləndirir. Bağırsağın selikli qişasının trofikasını yaxşılaşdırır.

İstifadəsinə göstərişlər

Antibiotikoterapiya ilə bağlı diareya və kolitlərin profilaktika və müalicəsi. Müxtəlif mənşəli diareya (ishal), o cümlədən səyahətçilər diareyası. Zondla uzun müddət qidalanma zamanı yaranan diareyanın profilaktikası.

Əks göstərişlər

Yomogi mayaya və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslığı (allergiyası) olanlarda istifadə edilməməlidir. Əgər Sizdə mərkəzi venoz kateter varsa, istifadə edilməməlidir. Kapsulun tərkibində laktoza vardır. Bu dərman anadangəlmə qalaktozemiya, qlükoza və qalaktoza malabsorbsiya sindromu, laktaza çatışmazlığından əziyyət çəkən xəstələrdə istifadə edilməməlidir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər diareya 2 gündən artıq davam edirsə və ya nəcisdə qan izləri varsa, həmçinin hərarət yüksəldikdə dərhal həkimə müraciət edin. Diareya zamanı maye və duzların (elektrolitlərin), xüsusən də uşaqlarda bərpa edilməsi vacib müalicə tədbiridir. Körpə və kiçik yaşlı uşaqlarda diareya (ishal) olduqda mütləq həkimə müraciət etmək vacibdir. Əgər nəcisin mikrobioloji müayinəsi Saccharomyces boulardii ilə müalicə müddətində və ya müalicədən qısa müddət sonra aparılırsa, bu haqda laboratoriyaya məlumat vermək lazımdır, digər halda nəticə yanlış-müsbət ola bilər. Tərkibində laktoza olduğundan əgər xəstəyə bəzi şəkərlərə qarşı dözümsüzlük diaqnozu qoyulubsa dərman vasitəsinin qəbulundan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Şəkərli diabeti olanların nəzərinə Yomogi preparatının 1 kapsulu 0,01 ÇV müvafiqdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Göbələkəleyhinə preparatlar ilə birgə qəbul zamanı Yomogi -nin klinik effekti azala bilər. MAO inhibitorları ilə birgə qəbulu zamanı qan təzyiqinin artması ehtimalı var. Qida və ya içkilərlə birgə qəbuluna dair heç bir məhdudiyət yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Eksperimental tədqiqatlarda əldə edilmiş nəticələr mövcud deyil. Bu səbəbdən həmin substansiyanı aktiv komponent qismində daxil edən dərman vasitəsi hamiləlik və əmizdirmə dövründə istifadə edilməməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Daxilə yeməkdən 1 saat əvvəl kifayət qədər maye (məs., 1 stəkan su) ilə qəbul edilir. Məsləhət görülən doza: Diareyanın, (o cümlədən antibiotiklərin istifadəsi nəticəsində törənən) müalicəsi üçün gündə 1-2 dəfə 1 kapsul qəbul edilir. Kəskin diareya zamanı 3-5 gün, xroniki diareya zamanı 10-14 gün. Səyahətçilər diareyasının qarşısını almaq üçün səyahətdən 5 gün əvvəl gündə 1-2 dəfə 1 kapsul qəbul edilir. Antibiotiklərlə müalicənin ilk günündən 2 kapsuldan gündə 2 dəfə olmaqla, bütün antibiotikoterapiya kursu müddətində qəbul olunur. Uzun müddət zondla qidalanma zamanı yaranan diareyanın qarşısını almaq üçün daxilə qidalı mayenin hər 1 litrinə 2 kapsul qəbul edilir. 6 yaşdan kiçik uşaqlarda preparatın qəbulunu asanlaşdırmaq üçün kapsulu açıb möhtəviyyatını otaq temperaturunda olan mayedə həll etmək olar. Daha yaxşı effekt əldə etmək üçün müalicə diareya aradan qaldırıldıqdan sonra daha bir neçə gün davam etdirilir. Aknenin xronik formalarının kombinə olunmuş müalicəsi üçün bir neçə həftə ərzində qəbulu məsləhət görülür; lakin, əgər xəstəliyin simptomları keçmirsə həkimə müraciət edin.

Əlavə təsirləri

Nadir hallarda qarında köpmə baş verə bilər. Çox nadir hallarda (10 000-dən 1-dən artıq olmayaraq) qaşınma, övrə, dərinin qızarması, bütün bədən səthində dəri səpgisi (generalizəolunmuş ekzantema) və ya üz və boğaz nahiyəsində dəri və selikli qişaların şişkinliyi (Kvinke ödemi), tənəffüsün daralması və çətinləşməsi və ya anafilaktik şok simptomları şəklində allergik reaksiyalar büruzə verə bilər. Ehtimal edilə bilən əlavə təsirlərin tezliyinin proqnozlaşdırılması mümkün görülmür. Çox nadir hallarda (hər 10000 nəfərdən 1-də): maya göbələyinin qan dövranına invaziyası (funqemiya). Əlavə təsirlərin tezliyi məlum deyil: qan infeksiyası (sepsis). Əlavə təsirlərdən hər hansı birisi ağırlaşdıqda və ya mövcud içlik vərəğində qeyd edilməmiş hər hansı bir əlavə təsir qeydə alındıqda həkiminizə və ya əczaçınıza məlumat verməyiniz zəruridir.

Doza həddinin aşılması

Əgər Siz səhvən tovsiyyə edilən dozanı 2-3 dəfə artıq qəbul etmisinizsə bu bir qayda olaraq xüsusi ziyan vurmaz. Əgər Siz dozanı əhəmiyyətli dərəcədə aşmısızsa həkimə müraciət edin. Buraxiliş forması 10 kapsul blisterdə. 1, 2, 5 və ya 10 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlanılma şəraiti 25ºC-dən aşağı temperaturda, qablamada və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır. Yararliliq müddəti 2 il Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Pharma-Zentrale GmbH Loerfeldstr. 20 58313 Herdecke, Germany.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“YOMOGI 250 MG N10 CAP” üçün ilk rəyi siz yazın.