Bisakodil 5 mq N30 tablet Hemofarm

Təsiredici maddə: BISACODYL
Təsiredici maddəBISACODYL
Dərman formasıTablet
Farmakoloji təsirİşlədici vasitə
İstehsal ölkəsiSerbiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,10 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

BİSAKODİL-HEMOFARM 5 mq bağırsaqda həll olan örtüklü tabletlər BISACODYL-HEMOFARM Beynəlxalq patentləşdirilməmiş adı: Bisacodyl

Tərkibi

Təsiredici maddə: 1 tableti tərkibində 5 mq bisakodil vardır. Köməkçi maddələr:laktoza monohidrat, qarğıdalı nişastası, povidon K-25, natrium karboksimetilnişasta, kollidal silisium dioksid, maqnezium stearat. Örtük: metakril turşusu və metilmetakril sopolimeri (1:2), makroqol 6000, talk. Şəkər örtüyü: saxaroza, akasiya kitrəsi, makroqol 6000, talk, xinolin sarısı boya maddəsi E 104, titan dioksid E 171.

Təsviri

Dairəvi formalı, sarı rəngli tabletlərdir, eninə kəsiyində demək olar ki, ağ rəngli nüvə və sarı rəngli örtük görünür.

Farmakoterapevtik qrupu

İşlədici vasitə. ATC kodu: A06AB02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası İşlədici vasitədir. Bağırsağın reseptor aparatına qıcıqlandırıcı təsir göstərir, bağırsağın peristaltikasını gücləndirərək və yoğun bağırsaqda seliyin sekresiyasını artıraraq, onun bilavasitə selikli qişasına təsir edir. Təsiri daxilə qəbulundan 6 saat sonra, yatmazdan əvvəl qəbul edildikdə 8-12 saatdan sonra başlayır. Farmakokinetikası Bağırsaqdan sorulmur. Prodərman hesab edilir, qələvi mühitdə mədə-bağırsaq traktının selikli qişasına qıcıqlandırıcı təsir göstərən metabolitin yaranması ilə hidroliz baş verir.

İstifadəsinə göstərişlər

Hipotonik və atonik qəbizlik (o cümlədən yaşlılarda qəbizlik; əməliyyatdan və doğuşdan sonrakı qəbizlik). İshalın tənzimlənməsi (hemorroy, proktit, arxa keçəcəyin çatı). Cərrahi əməliyyata, instrumental və rentgenoloji tədqiqatlara hazırlıq.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, bağırsaq keçməzliyi, yırtığın sıxılması, qarın boşluğu orqanlarının kəskin iltihabi xəstəlikləri, qarın nahiyəsində naməlum genezli ağrı, qastroenterit, appendisit, peritonit, mədə-bağırsaq traktından qanaxma, metrorragiya, sistit, spastik qəbizlik, kəskin proktit, kəskin hemorroy, 3 yaşa qədər uşaqlar, laktaza, saxaraza/izomaltaza defiiti, laktozaya, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası (preparatın tərkibində laktoza və saxaroza vardır).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Hamiləlik, laktasiya dövrü, qaraciyər və/və ya böyrək çatışmazlığı. Bisakodili xroniki qəbizliyin müalicəsi zamanı uzun müddət (10 gündən artıq) təyin etmək olmaz. Bisakodilin istifadəsi zamanı düz bağırsaqdan qanaxma başladıqda, pasiyentə preparatın qəbulunu dayandırması barədə xəbərdarlıq etmək lazıımdır. Preparatın istifadəsinin nəticəsində sidiyin və nəcisin bənövşəyi rəngə boyanması mümkündür. Preparatın uzun müddət istifadəsi maye itgisinə, elektrolit balansın pozulmasına, hipokaliemiyaya və susuzlaşmaya səbəb ola bilər ki, bu da yanğı və oliquriya ilə müşayiət edilir. Susuzlaşma orqanizmə zərər verə bilər (məsələn, yaşlı pasiyentlərdə böyrək çatışmazlığı zamanı), bu səbəbə görə yuxarıda sadalanan simptomlar zamanı preparatın qəbulunu dayandırmaq və həkimə müraciət etmək lazımdır. 1 tabletin (5 mq) tərkibində 0,006 çörək vahidi vardır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Antasidlərlə eyni vaxtda istifadəsi preparatın örtüyünün vaxtından əvvəl həll olmaına və mədə və onikibarmaq bağırsağın qıcıqlanmasına səbəb ola bilər. Preparatın yüksək dozalarının diuretiklərlə və ya qlükokortikosterodlərlə eyni vaxtda istifadəsielektrolit balansın (hipokaliemiya) pozulması riskini artıra bilər. Elektrolit balansının (hipokaliemiya) pozulması ürək qlikozidlərinin təsirinı qarşı yüksək həssaslığa səbəb ola bilər. Südlə və qələvi mineral su ilə eyni vaxtda qəbulu məsləhət görülmür. Uyuşmazlığı İstifadə edilmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktaiya dövründə istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə və uşağa olan potensial riskdən üstün olduğu halda mümkündür. Preparatın fertilliyə təsirinə dair klinik tədqiqatlar aparılmamaışdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın qəbulu dövründə nəqliyyat vasitəsini idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növü ilə məşğul olarkən ehtiyatlı olmaq vacibdir.

İstifadə qaydası və dozası

Tabletlər gündə 1 dəfə yatmazdan əvvəl və ya səhər yeməyindən 30 dəqiqə əvvəl qəbul edilir. Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara qəbula 1-3 tablet (5-15 mq) təyin edilir. 8-14 yaşlı uşaqlarda qəbula 1-2 tablet (5-10 mq), 3-7 yaşlı uşaqlarda 1 tablet (5 mq) istifadə edilir. Cərrahi əməliyyatlata, istrumental və rentgenoloji tədqiqatlara hazırlıq zamanı tədqiqatdan 1 sutka əvvəl 2 tablet və əməliyyat və ya tədqiqat ərəfəsində 2 tablet təyin edilir. Tabletlər bütöv şəkildə, sındırılmada, çeynəmədən, bir qədər su ilə qəbul edilir.

Əlavə təsirləri

Preparatın istifadəsi zamanı ən çox məlumat verilən əlavə təsirlər qarın nahiyəsində spastik ağrı və diareyadır. Mədə-bağırsaq sistemində baş verən pozuntular: qarın nahiyəsində spastik ağrı və ya diskomfort, diareya (susuzlaşma, əzələ zəifliyi, qıcolma, arterial təzyiqin enməsi), ürəkbulanma, qusma, nəcisdə əhəmiyyətsiz miqdarda qan, anorektal diskomfort, kolit. Sinir sistemində baş verən pozuntular: başgicəllənmə, bayılma. Preparatın qəbulundan sonra yaranan bu əlavə təsirlər vazovaqal reaksiya ilə əlaqədardır (daha doğrusu bağırsaq spazmının, defekasiya zamanı gərginliyin nəticəsində). İmmun sistemdə baş verən pozuntular: allergik reaksiyalar, angionevrotik ödem, anafilaktik reaksiyalar. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra preparatın “fayda-risk” nisbətinin fasiləsiz monitorinqin aparılması məqsədilə şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Tibb işçilərinə dərman vasitəsinin istənilən şübhəli əlavə təsiri barədə milli sistem vasitəsilə məlumat vermək məsləhət görülür.

Doza həddinin aşılması

Simptomları Diareya, susuzlaşma, su-elektrolit balansının pozulması, hipokaliemiya, yoğun bağırsağın atoniyası. Müalicəsi Simptomatikdir.

Buraxılış forması

5 mq bağırsaqda həll olan örtüklü tabletlər. 10 tablet polivinilxlorid/polivinilidenxlorid örtüklü və alüminium folqalı blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitəsinin qalığının və ya tullantısının utilizaiyası zamanı xüsusi ehtiyat tədbirləri Preparatın istənilən qədər istifadə edilməyən miqdarı və ya istifadə edilməyən materialı qüvvədə olan müvafiq qaydalara uyğun şəkildə məhv edilməlidir.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Hemofarm A.D., Serbiya. 26300, Vrşas ş., Beoqrad yolu bb. Hemofarm d.o.o., Bosnia and Herzegovina. 78000, Banja Luka, Novakovici bb, Bosnia and Herzegovina.

Qeydiyyat vəsiqəsinin sahibi

Hemofarm A.D., Vrsac, Serbia. Beogradski put bb, Vrsac, 26300, Serbia. Qablaşdırıcı/ Keyfiyyətə nəzarət Hemofarm A.D., Serbiya. 26300, Vrşas ş., Beoqrad yolu bb. İstehlakçılardan iradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Bisakodil 5 mq N30 tablet Hemofarm” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar