Maqnerot 500 mq N20 tablet
| Təsiredici maddə | MAGNESIUM OROTATE DIHYDRATE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Digər mineral əlavələr. |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MAQNEROT tabletlər Beynәlxalq patentlәşdirilmәmiş adı: Magnesium orotate Tәrkibi Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq maqnezium orotat dihidrat (32,8 mq və ya 1,35 mmol maqnezium) vardır. Köməkçi maddələr: kolloidal silisium dioksid, karmelloza natrium, mikrokristallik sellüloza, qarğıdalı nişastası, povidon K 30, laktoza monohidrat, natrium siklomat, talk, maqnezium stearat. Tәsviri Bir tərəfində kəsiyi olan ağ rəngli tabletlərdir. Bölmə xətti tabletin bərabər dozalara bölünməsi üçün yox, tabletin bölünməsindən sonra udulmasını asanlaşdırmaq üçün nəzərdə tutulub.
Farmakoterapevtik qrupu
Digər mineral əlavələr. АТC kodu: А12CC09. Farmakoloji xüsusiyyәtlәri Farmakodinamikası Maqnezium vacib hüceyrədaxili kation olaraq 300-dən çox ferment reaksiyası, hüceyrə keçiriciliyi və sinir-əzələ keçiriciliyinin tənzimlənməsində vacib rol oynayır. Fizioloji halı bərpa edərək maqnezium çatışmazlığı simptomlarının müalicəsi ilə yanaşı, aşağıdakı klinik təsirlər də maqneziumun istifadəsi əlaqədardır: maqnezium asetilxolinin azad olmasını azaldaraq xolinergik sinir uclarında kurareyəbənzər təsir göstərir; maqnezium və kalsium orqanizmdə qismən sinergist təsir göstərirlər, baxmayaraq ki maqnezium, kalsiumun bağlanmasını rəqabətli inhibə etməklə “kalsiumun fizioloji antaqonisti” rolunu da oynaya bilər. Farmakokinetikası Maqneziumun adi pəhriz qəbulundan yüksək dozalarının təqribən 35-40% sorulur. Maqneziumun çatışmazlığı maqneziumun absorbsiyasını stimullaşdırır. Maqneziumun böyrəklər vasitəsi ilə xaricolması maqneziumun qəbuluna tez uyğunlaşır; maqneziumun çatışmazlığı maqneziumun xaricolmasını azaldır, həddindən artıq qəbulu zamanı isə xaric olunur. Klinikayaqədərki təhlükəsizlik məlumatları Başqa yerlərdə verilmiş məlumatlar istisna olaraq, dərman maddəsinin qısa xarakteristikasında maqnezium duzlarının birdəfəlik və təkrar dozasından sonra toksiklik barədə heç bir məlumat yoxdur və bu hal hazırda insanlarda bilinməyən əlavə təsirlərin baş verə biləcəyinə şübhə yaradır. Genotoksikliklə bağlı tədqiqatlar, maddənin terapevtik istifadəsi zamanı insanlar üçün xüsusi bir təhlükə olduğunu göstərmir. Klinikaya qədər olan məlumatlar maqneziumun kanserogen potensiala malik olduğunu göstərməyib. Reproduktivlik toksikliyinə dair heyvanlar üzərində heç bir tədqiqat aparılmamışdır. İstifadәsinә göstәrişlәr Maqnezium çatışmazlığı, əzələ aktivliyinin pozğunluqlarına səbəb olduqda (sinir-əzələ pozğunluqları, baldır əzələsinin qıcolmaları). Əks göstәrişlәr Maqnerot aşağıdakı hallarda istifadə edilməməlidir: Təsiredici maddəyə və ya “Tərkibi” bölməsində sadalanan köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq, böyrək funksiyasının ağır pozğunluğu, miasteniya gravis və ürək keçiricilik sisteminin kollapsı halında (AV blokada). Xüsusi göstәrişlәr vә ehtiyat tәdbirlәri Nadir irsi qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlər Maqnerotdan istifadə etməməlidirlər. Digәr dәrman maddәlәri ilә qarşılıqlı tәsiri Maqnerot, tetrasiklinlər, dəmir və ya natrium flüorid ilə eyni vaxtda qəbul edilməməlidir, çünki bu, enteral absorbsiyaya qarşılıqlı təsir edə bilər. Yuxarıda qeyd olunan preparatlar təxminən 2-3 saatldan sonra qəbul edilməlidir. Hamilәlik vә laktasiya dövründә istifadәsi Hamiləlik dövründə maqnezium əlavəsi ilə aparılan epidemioloji tədqiqatlar maqneziumun hamiləliyə və döl/yenidoğulmuşların sağlamlığına mənfi təsirlərinin olduğunu göstərməmişdir. Maqnerot hamiləlik və laktasiya dövründə göstəriş olduqda, terapevtik dozalarda istifadə edilə bilər. Nәqliyyat vasitәlәrini vә digәr potensial tәhlükәli mexanizmlәri idarәetmә qabiliyyәtinә tәsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə hər hansı təsiri müşahidə edilməmişdir. İstifadә qaydası vә dozası Tabletlər az miqdarda maye ilə daxilə qəbul edilməlidir. 7 gün ərzində gündə 3 dəfə 2 tablet (196,8 mq və ya 8,1 mMol maqnezium), sonra isə gündə 2-3 dəfə 1 tablet təyin edilir (98,4 mq və ya 4,05 mMol maqnezium). Müalicə kursu 4-6 həftədən az olmamalıdır. Təkrar kurslar həkimlə məsləhətləşdikdən sonra aparıla bilər. Baldır əzələlərinin gecə qıcolmalarında gecələr 2-3 tablet qəbul etmək məsləhət görülür. Əlavә tәsirlәri Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Mədə bağırsaq traktına: ishal (yüksək dozalar qəbul edilərkən) meydana çıxa bilər ki, bu da adətən doza azaldıldıqda spontan olaraq keçir. Əlavə təsirlərin bildirilməsi Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkimə və ya əczaçıya məlumat verin. Dərman maddələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ( AZ1065, Azərbaycan Respublikası; Bakı ş., Fuad İbrahimbəyov küç., 31, (+99412) 596 05 20, [email protected]) bildirilməlidir. Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz. Doza hәddinin aşılması Doza həddinin aşılmasından sonra da intoksikasiya əlamətləri baş vermir. Peroral maqnezium duzları ilə maqnezium intoksikasiyası adətən ağır böyrək çatışmazlığı və ya anuriya olan pasiyentlərdə müşahidə olunur.
Buraxılış forması
500 mq-lıq tabletlər. 10 tablet, blisterlərdə. 2 və ya 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlanma şәraiti 25ºC-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır. Açılmış konteyner rütübətdən qorunmaq üçün kip bağlı qapaqla saxlanılmalıdır. Yararlılıq müddәti 5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Konteyner ilk açıldıqdan sonra 1 ilə qədər istifadə edilə bilər. Aptekdәn buraxılma şәrti Reseptsiz buraxılır.
İstehsalçı
Mauermann Arzneimittel KG. Ünvan Heinrich-Knote-Str. 2 82343 Pöcking, Germany. Qeydiyyat vәsiqәsinin sahibi Wörwag Pharma GmbH & Co. KG. Ünvan Flugfeld-Allee 24 71034 Böblingen, Germany.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.