Koraksan 5 mq N56 tablet
| Təsiredici maddə | IVABRADINE HCL |
|---|---|
| Dərman forması | Tablet |
| İstehsal ölkəsi | Fransa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
29,70 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərmanın qəbulunu başlamadan öncə bu içlik vərəqəsini diqqətlə oxuyun. Bu içlik vərəqəsini saxlayın, gələcəkdə sizə lazım ola bilər Əlavə suallarınız yarandıqda müalicə həkiminizə və ya əczaçınıza müraciət edin. Bu preparat sırf sizin qəbulunuz üçün təyin edilmişdir. Digər şəxslərdə əmələ gələn əlamətlər sizdəki əlamətlərlə oxşar olsa da, preparatın qəbulu onlar üçün zərərli ola bilər və onlara verilməməlidir. Əgər özünüzdə əlavə təsirlər müşahidə etsəniz, müalicə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Bura içlik vərəqədə verilməyən mümkün əlavə təsirlər də daxildir (bax: “Əlavə təsirləri”). KORAKSAN 5 mq; 7,5 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ivabradine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq ivabradin (5,390 mq ivabradin hidroxloridə ekvivalent) və ya 7,5 mq ivabradin (8, 085 mq ivabradin hidroxloridə ekvivalent) vardır. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat (E470B), qarğıdalı nişastası, maltodekstrin, susuz kolloidal silisium 4-oksidi (E551). Örtük: hipromelloza (E464), titan 4-oksid (E171), makroqol 6000, qliserin (E422), maqnezium stearat (E 470B), sarı dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172).
Təsviri
Koraksanın 5 mq-lıq tabletləri narıncı-cəhrayi rəngli uzunsov formalıdır, plyonka örtüklə örtülüdür, hər üzündə bölmə xətti vardır. Tabletin bir üzündə qabarıq formada“5” nişanı, digər nişanı vardır.üzündə isə Koraksanın 7,5 mq-lıq tabletləri narıncı-cəhrayi rəngli üçbucaq formalıdır, plyonkalı qilafla örtülüdür, hər üzündədə bölmə xətti vardır. Tabletin bir üzündə qabarıq formada “7,5” nişanı, nişanı vardır.digər üzündə isə ATC kodu: C01EB17.
Farmakoloji xüsusiyyətləri
Koraksanın əsas təsiri 1 dəqiqədə ürək vurğularının tezliyini azaltmaqdan ibarətdir. Beləliklə, xüsusilə stenokardiyanın əmələ gəlməsi təhlükəsi yüksək olduqda ürəyin oksigenə olan tələbatı- nı azaldır. Bu mexanizmlə əlaqədar, Koraksan stenokardiya tutmalarını nəzarət altında saxlamağa kömək edir və onların təkrarlanma hallarını azaldır. Bundan başqa, artmış ürək döyüntüləri ürəyin funksiyasına və ürək çatışmazlığı olan xəstələrin prognozuna negativ təsir göstərir, ivabradinin xüsusi bradikardik təsiri ürək döyüntülərini azaldır, beləliklə bu xəstələrdə urəyin funksiyasını və prognozunu yaxşılaşdırır.
İstifadəsinə göstərişlər
Koraksan – döş nayihəsində ağrı ilə müşayiət olunan stabil stenokardiyanın müalicəsi üçün təyin olunur: – Sinə ağrısına səbəb olan stabil stenokardiya. Bu dərman beta-blokatorlar adlanan ürək dərmanlarını qəbul edə bilməyən və ya onlara qarşı dözümsüzlüyü olan xəstələrdə istifadə edilir. Bu preparat, həmçinin beta-blokatorlarla vəziyyətinə tam nəzarət oluna bilməyən xəstələrdə beta-blokatorlarla birgə istifadə edilir. – Ürək döyüntülərinin sayı artmış xroniki ürək çatışmazlığı olan xəstələrdə (70 və ya ondan yuxarı 1 dəqiqədə ürək döyüntülərinin tezliyini). Stabil stenokardiya barəsində məlumat Stabil stenokardiya – ürək kifayət qədər qanla təchiz olunmadıqda əmələ gələn xəstəlikdir. Adətən 40-50 yaş arasında inkişaf edir. Stenokardiyanın ən yayılmış simptomu – döş nayihəsində ağrı və diskomfort hissidir. Əksər hallarda stenokardiya ürək vurğularının sayı artdıqda, yəni fiziki və emosional gərginlik zamanı, soyuq mühitdə yaxud yeməkdən sonra əmələ gəlir. Stenokardiyalı xəstələrdə ürək vurğularının tezləşməsi döş nayihəsində ağrının əmələ gəlməsi ilə nəticələnə bilər. Xroniki ürək çatışmazlığı barəsində məlumat Xroniki ürək çatışmazlığı – ürək orqanizmi kifayət qədər qanla təchiz etmədiyi zaman əmələ qələn xəstəlikdir. Xroniki ürək çatışmazlığının ən yayılmış simptomları – təngnəfəslik, yorğunluq və ayaq şişməsidir.
Əks göstərişlər
İvabradinə və ya Koraksanın istənilən digər komponentinə qarşı yüksək həssaslıq (allergiya) Müalicədən öncə, sakit vəziyyətdə ürək vurğularının tezliyi çox az olduqda (dəqiqədə 70 vurğudan az) Kardiogen şoka məruz qaldıqda (stasionar müalicə tələb edən hal) Ürək vurğularının tezliyi pozulduqda Ürək tutması zamanı Arterial təzyiqin çox aşağı olması Qeyri-stabil stenokardiya hallarında (istər sakitlik, istərsə gərginlik nəticəsində döş nayihəsində əmələ gələn ağrılarla müşayiət olunan xəstəliyin ağır forması ) Ağır dərəcəli ürək çatışmazlığı hallarında (ürək ritminin pozulmaları ) Ürək ritminin elektrokardiostimulyatorla təmin edilməsi zamanı Qaraciyərin ağır xəstəlikləri Göbələk infeksiyalarının müalicəsi üçün təyin olunmuş dərman vasitələri qəbul edirsinizsə ( ketokonazol, intrakonazol), makrolid antibiotiklər (cozamisin, klaritromisin, telitromisin və ya peroral eritromisin), QİCS infeksiyasının müalicəsi üçün təyin olunmuş dərmanlar (nelfinavir, ritonavir) və ya nefazodon (depressiyanın müalicəsi üçün dərman) (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”) Qadınlarda: etibarlı kontraseptiyadan istifadə edilmədiyi hallar Hamiləlik dövrü və ya hamiləliyin planlaşdırılması Laktasiya dövrü
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Koraksanın qəbuluna başlamazdan əvvəl həkiminizə və ya əczaçınıza müraciət edin. Ürək vurğularının tezliyinin pozulması (aritmiya, ürəkdöyünmə, sinədə ağrının artması) və ya sabit atrial fibrillasiya (aritmiya növü) və ya QT intervalının uzanması sindromu, EKQ-də anomaliya olduqda. Yorğunluq və ya tənəffüs çatışmazlığı kimi simptomlar qeyd olunursa (bu, ürək vurğularının tezliyinin həddindən artıq aşağı olmasının göstəricisi ola bilər). Yaxın keçmişdə insult keçirmişsinizsə (“beyin zərbəsi”) Arterial təzyiq artıq dərəcədə aşağı olduqda Nəzarətsiz qan təzyiqi olanda, xüsusilə antihipertenziv müalicəsini dəyişdikdən sonra Qulaqcıqların daimi titrəməsi hallarında (ürək ritminin pozğunluqlarının bir forması) Ağır ürək çatışmazlığı hallarında ya ürək çatışmazlığı, EKQ-da anomaliya “His dəstəsinin ayaqcının blokada” halda. Torlu qişanın ağır dərəcəli xroniki zədələnməsi hallarında. Mötədil dərəcəli qaraciyər zədələnməsi mövcud olduqda Qaraciyərin ağır dərəcəli xəstəliyi hallarında. Qeyd olunan halların istənilən biri Sizə aid edilə bilirsə, Koraksanı qəbul etmədən öncə mütləq müalicə həkiminizlə məsləhətləşin. Koraksanın tərkibinə daxil olan bəzi maddələr barədə məlumat Koraksanın tərkibində laktoza vardır. Müəyyən şəkər növlərinə allergiyanızın olduğunu bilirsinizsə, bu dərmanı qəbul etməzdən öncə müalicə həkiminizlə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Xahiş olunur, reseptsiz buraxılan dərmanlar da daxil olmaqla, qəbul etdiyiniz dərmanlar barədə həkiminizi məlumatlandırın. Aşağıda qeyd olunan dərmanlardan hər hansı birini qəbul edirsinizsə, Koraksanın dozasına düzəliş aparılması və ya monitorinqin keçirilməsi ehtiyacı yarana bildiyindən, müalicə həkiminizi bu barədə mütləq məlumatlandırın. Flukonazol (göbələyə qarşı dərman) Rifampisin (antibiotik) Barbituratlar (yuxu pozğunluğu və epilepsiya zamanı istifadə olunur) Fenitoin (epilepsiya zamanı istifadə olunur) Hipericum perforatum və ya deşilmiş qaxotu (depressiyanın homeopatik müalicəsi) Ürək vurğularının tezliyinin pozğunluqlarının və istənilən digər pozğunluqların müalicəsi üçün QT intervalını uzadan preparatlar, məsələn: o Xinidin, dizopiramid, ibutilid, sotalol, amiodaron (ürək ritminin pozğunluqlarının müalicəsində) o Bepridil (stenokardiyanın müalicəsində) o Həyəcanlı vəziyyətlər, şizofreniya və ya digər psixozların müalicəsində istifadə olunan bəzi preparatlar (pimozid, ziprazidon, sertindol) o Malyariyanın müalicəsi üçün dərman vasitəsi (meflokin və ya qalofantrin kimi) o Venadaxili eritromisin (antibiotik) o Pentamidin (protozoylara qarşı preparat) o Sizaprid (qastroezofageal reflüks hallarında) Kalium səviyyəsi qanda azalması səbəb olan müəyyən diuretiklər, furosemid, hidroxlortiazid, indapamid (ödem, yüksək qan təzyiqi müalicəsində istifadə olunurlar).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə olduqda, hamiləlik nəzərdə tutulduğu zaman və ya etibarlı kontrasepsiya istifadə etmirsinizsə, Koraksan qəbul etməyin (“Əks göstərişlər” bölməsinə bax). Hamiləlik müddətində Koraksan qəbul etmisinizsə müalicə həkiminizlə məsləhətləşin. İstənilən dərmanı qəbul etməzdən öncə müalicə həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Laktasiya dövründə Koraksan qəbul etməyin (“Əks göstərişlər” bölməsinə baxın). Pediatriyada istifadəsi Koraksan 18 yaşına çatmamış uşaqlar və yeniyetmələr tərəfindən qəbul olunmamalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Koraksan müvəqqəti işıq hissiyatlarının əmələ gəlməsinə səbəb ola bilər (görmə sahəsində parlaqlığını müvəqqəti artımı). (“ Əlavə təsirləri” bölməsinə bax). Belə hal baş verdikdə, işıqlandırmanın birdən dəyişmə ehtimalı olduqda, məsələn, gecə vaxtı, nəqliyyat vasitəsini və ya digər cihazları idarə edərkən ehtiyatlı olun.
İstifadə qaydası və dozası
Koraksanın qəbulu zamanı həkim təyinatlarına riayət edin. Hər hansı bir şübhəniz yaranıbsa, müalicə həkiminizlə məsləhətləşin. Koraksan yemək zamanı qəbul olunmalıdır. Stabil stenokardiya müalicəsində Tövsiyə edilən ilkin dozası – gündə 2 dəfə 5 mq tabletdən çox olmamalıdır.Əgər sizdə hələ də stenokardiya simptomları qalırsa, ehtiyac yarandıqda doza artırıla bilər. Tövsiyə edilən doza gündə 2 dəfə 7,5 mq-dan cox olmamalıdır. Qəbul olunacaq doza barəsində qərar həkiminiz tərəfindən verilir. Müalicənin adi rejimi: səhər və axşam bir tablet. Bəzi hallarda (məsələn, yaşlı xəstələrdə) həkim dozanın yarısını təyin edə bilər, yəni 5 mq Koraksan tabletinin yarısı (2,5 mq ivabadrin) səhər, 5 mq tabletin o biri yarısı isə axşam qəbul edilir. Xroniki ürək çatışmazlığının müalicəsində Koraksanın adətən tövsiyə edilən ilkin dozası – gündə 2 dəfə 5 mq tabletin qəbulundan ibarətdir, ehtiyac yarandıqda doza gündə 2 dəfə 7,5 mq-a qədər artırıla bilər. Qəbul olunacaq doza barəsində qərar həkiminiz tərəfindən verilir. Müalicənin adi rejimi: səhər və axşam bir tablet. Bəzi hallarda (məsələn, yaşlı xəstələrdə) həkim dozanın yarısını təyin edə bilər, yəni 5 mq Koraksan tabletinin yarısı (2,5 mq ivabadrin) səhər, 5 mq tabletin o biri yarısı isə axşam qəbul edilir. Koraksanın qida və içkilərlə qəbulu Koraksan ilə müalicə müddətində qreypfrut şirəsinin istifadəsi məhdudlaşdırılmalıdır. Koraksanı preparatının qəbulunu unutduqda Koraksanı qəbul etməyi unutduqda növbəti dozanı adi vaxtda qəbul edin. Unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul etməyin. Tabletlər yerləşdirilmiş blisterin üzərində çap olunmuş təqvim Koraksanı sonuncu dəfə nə zaman qəbul etdiyinizi yadda saxlamaq üçün köməkçi vasitədir. Koraksan preparatının qəbulunu dayandırdıqda Stenokardiyanın ya xroniki ürək çatışmazlığının müalicəsi üçün adətən ömürboyu təyin edilir, bu dərman preparatının qəbulunu dayandırmazdan əvvəl həkiminizlə məsləhətləşməlisiniz. Bu preparatın istifadəsinə dair əlavə suallarınız varsa, həkiminizdən və ya əczaçıdan soruşun. Koraksanın təsirini həddindən artıq zəif və ya güclü hesab edirsinizsə, müalicə həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Əlavə təsirləri
Bütün digər dərman preparatları kimi, Koraksan da hər xəstədə olmasa da, əlavə təsirlər törədə bilər. Əlavə təsirlərin əksəriyyəti yüngül və ya orta ağırlıqlı olur. Onlar adətən müalicənin ilk 2 həftəsində yaranır və keçici olur. Aşağıda verilən mümkün əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı qaydada təsnif edilir: • Çox tez-tez rast gəlinən (10 istifadəçi arasında 1-dən artığında rast gəlinir) • Tez-tez rast gəlinən (100 istifadəçi arasında 1-10 xəstədə rast gəlinir) • Bəzən rast gəlinən (1,000 istifadəçi arasında 1-10 xəstədə rast gəlinir) • Nadir (10,000 istifadəçi arasında 1-10 xəstədə rast gəlinir) • Çox nadir (10,000 istifadəsi arasında 1 xəstədən azında rast gəlinir) • Naməlum (mövcud məlumatlar əsasında tezliyini müəyyən etmək mümkün deyil) Çox tez-tez rast gəlir: İşıqlı görmə hissiyatı (çox vaxt işıq gücünün artması ilə əlaqədar olan qısa parlaqlığın artması anları). Onlar həmcinin rəngli işıqlar, görüntülər kimi təsvir oluna bilər. Adətən onlar müalicənin ilk iki ay ərzində görünür və müalicə zamanı və ya sonra həll olunur. Tez-tez rast gəlir: Ürəyin işində dəyişikliklər (ürək ritminin zəifləməsi). Adətən onlar müalicənin ilk 2-3 ay ərzində görünür. Tez-tez rast gəlir: Ürəkdöyünməni anomal davranışı, nəzərətə gəlməyən qan təzyiqi, baş ağrıları, başgicəllənmə, görmə pozğunluğu. Bəzən rast gəlinən: Ürəkdöyünmə və əlavə ürək atmaları, ürəkbulanma, qəbizlik, ishal, başgicəllənmə (vertigo), təngənəfəslik və əzələ qıcolmaları və laborator göstəricilərdə (qan testlərində) dəyişikliklər: qanda sidik turşusunun miqdarının artması, eozinofillərin sayının artması, kreatinin sayının artması, dəri səpgiləri, angionevrotik ödem (ətrafların, dodaqların, üz dərisinin, dilin və boğazın selikli qişalarının ödemi ilə müşayiət olunur), aşağı arterial təzyiq, yorqunluq hissi, bayılma, zəiflik, anormal EKQ, ikili görmə, görmənn pisləşməsi. Nadir rast gəlinən: Urtikar səpgisi, dəri qaşınması, halsızlıq. Çox nadir: Qeyri-müntəzəm ürək ritmi Əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa, yaxud bu vərəqədə göstərilməmiş əlavə təsirlər müşahidə etsəniz, həkiminizə və ya əczaçınıza söyləməyiniz xahiş olunur.
Doza həddinin aşılması
Koraksanı təyin olunan dozadan artıq qəbul etdikdə, ürək vurğularının sayının həddindən artıq azalması səbəbindən təngnəfəslik və yorğunluq hiss edə bilərsiniz. Belə hallarda mütləq dərhal müalicə həkiminizlə əlaqə saxlayın.
Buraxılış forması
14, 28, 56, 84, 98, 100 və ya 112 tablet çap olunmuş təqvimlə birlikdə, konturlu-yuvalı qablaş- dırmada (blisterdə). Konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda qablaşdırmanın bütün ölçüləri olmaya bilər.
Saxlanma şəraiti
30ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan və görmədiyi yerdə saxlayın. Dərman preparatlarını çirkab suları və ya məişət tullantıları ilə birlikdə atmaq olmaz. Artıq lazım olmayan dərmanları necə atmaq lazım olduğunu bilmək üçün əczaçıya müraciət edin. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edəcək.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Son istifadə tarixi karton qutunun və blisterin üzərində göstərilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Le Laboratuar Servye Industrie. 905, route de Saran, 45520 Gidy, France.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.