Indap 2,5 mq N30 kapsul

Təsiredici maddə: INDAPAMIDE
Təsiredici maddəINDAPAMIDE
Dərman formasıKapsul
Farmakoloji təsirDiuretiklər. Sulfonamidlər
İstehsal ölkəsiÇexiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,42 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

İNDAP kapsullar INDAP Beynəlxalq patentləşdirilməmiş adı: İndapamid

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 2,5 mq indapamid vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, laktoza monohidrat, qarğıdalı nişastası, maqnezium stearat, kolloidal silisium dioksid, jelatin, indiqokarmin, titan dioksid.

Təsviri

Qapağı mavi, gövdəsi ağ rəngli, № 4 ölçülü jelatin kapsullardır.

Farmakoterapevtik qrupu

Diuretiklər. Sulfonamidlər. ATC kodu: C03BA11.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası İndapamid –distal nefron borucuğunun kortikal seqmentində natriumun reabsorbsiyasının inhibə olunması vasitəsi ilə təsir göstərən, farmakoloji cəhətdən tiazid diuretik preparatlara oxşar olan indol halqasına malik sulfonamid törəməsidir. İndapamid natriumun və xloridlərin və daha az dərəcədə kaliumun və maqneziumun xaricolmasını yüksəldir ki, bunun hesabına da sidiyin əmələ gəlmə həcmi artır; preparat antihipertenziv təsirə malikdir. Preparatın antihipertenziv təsiri anefrik hipertenziv pasiyentlərdə də saxlanılır. Digər diuretik preparatlar kimi, indapamidin damarlarla əlaqəli təsir mexanizmi aşağıda göstərilənləri əhatə edir: – ionların (ilk növbədə kalsium ionlarının) transmembran mübadiləsi ilə əlaqəli damar divarlarının saya əzələlərinin tonusunun aşağı salınması; – prostaqlandin PGE2-nin və prostasiklin PGI2-nin (vazodilatator və trombositlərin aqreqasiyasının inhibitoru) sintezinin stimullaşdırılması. İndapamid ürəyin sol mədəciyinin hipertrofiyasının azalmasına səbəb olur. Müəyyən bir dozadan başlayaraq, tiazid diuretiklərin və tiazidəbənzər diuretik preparatların terapevtik effektləri artıq güclənmir, əlavə təsirlərinin təzahürləri isə əksinə artır. Bu səbəbdən, müalicə qeyri-effektiv olduğu təqdirdə, preparatın dozasının artırılması tövsiyə olunmur. İndapamid qanda ASLP-nin (aşağı sıxlıqlı lipoproteinlərin) və YSLP-nin (yuxarı sıxlıqlı lipoproteinlərin) və qlükozanın səviyyələrinə heç bir təsir göstərmir. Farmakokinetikası Absorbsiyası İndapamidin bioloji mənimsənilməsi çox yüksəkdir (93 %). 2,5 mq dozanın istifadəsindən sonra, qan zərdabında maksimal konsentrasiyasının (T ) əldəmax olunması üçün tələb olunan zaman 1-2 saat çərçivəsində dəyişir. Paylanması İndapamidin 75 %-dən çox miqdarı qan plazmasının proteinləri ilə birləşir. Preparatın birdəfəlik istifadəsi ilə müqayisədə, indapamidin təkrar istifadəsi qan plazmasında konsentrasiyasının tarazlıq vəziyyətini artırır. Tarazlıq vəziyyəti stabilliyin qorunub saxlanmasını təmin edir, kumulyativ effekt müşahidə olunmur. Metabolizmi İstifadə edilən dozanın 60-80 %-i böyrəklər vasitəsi ilə xaric olunur. İndapamid orqanizmdən əsasən metabolitlər şəklində xaric olunur, preparatın 5 %-i dəyişilməmiş halda xaric olunur. Yarımxaricolma dövrü 14-24 saat (orta hesabla 18 saat) təşkil edir. Böyrək çatışmazlığı zamanı preparatın farmakokinetik parametrləri dəyişmir.

İstifadəsinə göstərişlər

Arterial hipertenziya.

Əks göstərişlər

– Böyrək funksiyasının ağır formalı çatışmazlığı; – qaraciyər funksiyasının ağır formalı çatışmazlığı və qaraciyər ensefalopatiyası (beyini zədələyən degenerativ xəstəliklər); – hipokaliemiya (qanda kaliumun aşağı səviyyəsi); – preparatın istənilən komponentinə və sulfonamid törəmələrinə qarşı yüksək həssaslıq; – 18 yaşa qədər uşaqlar; – Hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qaraciyər ensefalopatiyası Qaraciyər funksiyaları pozulduğu halda, tiazid diuretiklər qaraciyər ensefalopatiyasının meydana çıxmasına səbəb ola bilər. Bu halda diuretiklərin istifadəsini dərhal dayandırmaq lazımdır. Fotohəssaslığı Tiazid və tiazidəbənzər diuretiklərin istifadəsi zamanı fotohəssaslıq reaksiyalarının meydana çıxması halları barədə məlumatlar mövcuddur. Müalicə müddətində fotohəssaslıq reaksiyaları meydana çıxdığı halda, müalicəni dayandırmaq tövsiyə olunur. Diuretiklərin təkrar istifadəsi üçün zərurət yarandıqda, dərinin günəş şüaları və ya UVA süni şüalanma ilə təmasda olduğu nahiyələrin qorunması tövsiyə olunur. Xorioidal effuziya, kəskin miopiya və ikincili qapalı-bucaqlı qlaukoma Sulfonamidlər və ya tərkibində sulfonamid törəmələri olan preparatlar idiosinkrazik reaksiyanın baş verməsinə səbəb ola bilər ki, bu da görmə sahələri qüsurlarının, müvəqqəti miopiyanın və kəskin qapalı-bucaqlı qlaukomanın inkişaf etməsi ilə müşayiət olunan xoriodal effuziyanın baş verməsinə gətirib çıxara bilər. Müalicə başladıqdan sonra, adətən bir neçə saat və ya bir neçə həftə müddətində meydana çıxan simptomlara görmə itiliyinin kəskin pisləşməsi və ya gözlərdə ağrı hissi aiddir. Müalicə edilməyən qapalı-bucaqlı qlaukoma görmə qabiliyyətinin geri dönməyən itirilməsinə gətirib çıxara bilər. Sulfonamidlərlə və ya onların törəmələri ilə birincili müalicə dərhal dayandırılmalıdır. Gözdaxili təzyiqi stabilləşdirmək mümkün olmadığı təqdirdə, təcili həkim və ya cərrahi yardımın aparılması tələb oluna bilər. Kəskin qapalı-bucaqlı qlaukomanın inkişaf etməsi üçün risk faktorlarına anamnezdə sulfonamidlərə və ya penisillinə qarşı allergiyanın qeyd olunması aid ola bilər. Su və elektrolit balansı Qan plazmasında natriumun səviyyəsi Müalicəyə başlamazdan əvvəl qan plazmasında natriumun konsentrasiyasını müəyyən etmək və daha sonra, müntəzəm intervallarla onun dəyişikliklərinə nəzarət etmək tələb olunur. Diuretiklərin istifadəsi ilə aparılan müalicə, bəzi hallarda ciddi nəticələrin meydana çıxmasına səbəb olan hiponatriumemiya ilə müşayiət oluna bilər və bu zaman, başlanğıc mərhələdə qanda natriumun konsentrasiyasının aşağı düşməsi simptomsuz keçə bilər. Bu səbəbdən, xüsusilə, yaşlı pasiyentlərdə və qaraciyər sirrozundan əziyyət çəkən pasiyentlərdə qan plazmasında natriumun səviyyəsinə müntəzəm nəzarət etmək tövsiyə olunur. Qan plazmasında kaliumun səviyyəsi Tiazid və tiazidəbənzər diuretiklərin uzunmüddətli istifadəsi qan plazmasında kaliumun konsentrasiyasının azalması və hipokaliumemiyanın (< 3,4 mmol/l) inkişaf etməsi riski ilə əlaqəlidir. Pasiyentlərdə hipokaliumemiyanın inkişaf etməsinin qarşısını almaq lazımdır. Bu, xüsusilə, yaşlı pasiyentlərə, həddindən artıq zəifləmiş pasiyentlərə və eləcədə, diuretik preparatla eyni zamanda digər dərman preparatlarından istifadə edən pasiyentlərə, ödemlərlə müşayiət olunan sirrotik assitdən əziyyət çəkən pasiyentlərə, aritmiyaların inkişaf etməsinə meylli olan koronar damar xəstəliklərindən və ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərə (hipokaliumemiya zamanı digitalis (üskükotu) preparatlarının ürəyə toksik təsirinin artması qeyd olunur) aiddir. Bundan əlavə, hipokaliumemiyanın meydana çıxmasının yüksək riski, anadangəlmə və ya qazanılmış ola bilən QT intervalının uzanması halının mənşəyindən asılı olmayaraq, QT intervalının uzanması qeyd olunan pasiyentlər üçün də xarakterikdir. Bu vəziyyətdə, bradikardiya kimi hipokaliumemiya da ağır aritmiyaların, o cümlədən, həyat üçün təhlükəli olan mədəcik taxikardiyasının (torsades de pointes) meydana çıxmasına səbəb ola bilər. Yuxarıda göstərilən bütün hallarda qan plazmasında kaliumun konsentrasiyasına tez-tez nəzarət etmək lazımdır. Ehtimal edilən hipokaliumemiyanın aşkar edilməsi məqsədi ilə müayinə, müalicənin ilk həftəsi müddətində aparılmalıdır. Hipokaliumemiya aşkar edildiyi halda, onun aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin aparılması tələb olunur. Qan plazmasında kalsiumun səviyyəsi Tiazid və tiazidəbənzər diuretiklər kalsiumun sidiklə xaricolmasını zəiflədə bilər ki, bu da qan plazmasında kalsiumun konsentrasiyasının bir qədər və müvəqqəti yüksəlməsinə gətirib çıxara bilər. Hiperkalsiumemiya, əvvəllər aşkar edilməyən hiperparatireozun nəticəsi ola bilər. Bu vəziyyətdə müalicə dayandırılmalı və qalxanabənzər ətraf vəzilərin funksiyalarının müayinəsi aparılmalıdır. Qanda qlükozanın səviyyəsi Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə, xüsusilə, hipokaliumemiya qeyd olunduğu halda, qanda qlükozanın səviyyəsinə müntəzəm nəzarət etmək lazımdır. Sidik turşusunun səviyyəsi Sidik turşusunun konsentrasiyasının yüksəlməsi qeyd olunan pasiyentlərdə podaqra tutmalarının meydana çıxmasını nəzərə alaraq, qan plazmasında sidik turşusunun aktual göstəricilərindən asılı olmayaraq, preparatın dozasını tənzimləmək tövsiyə olunur. Böyrək funksiyaları və diuretiklər Tiazid və tiazidəbənzər diuretiklər yalnız normal və ya minimal zəifləmiş böyrək funksiyaları (böyüklərdə qan plazmasında kreatinin səviyyəsi 25 mq/l-dən, yəni 220 mikromol/l-dən aşağı) qeyd olunduğu hallarda maksimal effektivdir. Yaşlı pasiyentlərdə qan plazmasında kreatinin göstəricisi pasiyentin yaşının, bədən kütləsinin və cinsinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Diuretiklərlə müalicə müddətində suyun və natriumun itirilməsi ilə əlaqəli meydana çıxan hipovolemiya qlomerulyar filtrasiyanı aşağı salır ki, bu da bəzi hallarda, qan plazmasında sidik cövhərinin və kreatininin səviyyəsinin yüksəlməsi ilə müşayiət olunur. Böyrək funksiyaları normal olan pasiyentlərdə göstərilən müvəqqəti funksional böyrək çatışmazlığı, bir qayda olaraq, ciddi nəticələrə gətirib çıxarmır; bununla belə, həmin vəziyyətin meydana çıxması, artıq mövcud böyrək çatışmazlığını əhəmiyyətli dərəcədə gücləndirə bilər. İdmançılar Dopinq testlər aparıldığı zaman, indapamid müsbət reaksiyanın meydana çıxmasına səbəb ola bilər. Köməkçi maddələr Preparatın tərkibinə laktoza monohidrat daxildir. Qalaktozaya qarşı dözümsüzlük, tam laktaza çatışmazlığı və ya qlükoza və qalaktoza sorulmasının pozğunluqları kimi nadir irsi xəstəlikləri olan pasiyentlərdə göstərilən preparatın istifadəsi tövsiyə olunmur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Arzuolunmayan kombinasiyalar İndapamidin litiumla eyni zamanda istifadəsi, doza həddinin aşılması əlamətləri ilə müşayiət olunan, məsələn, duzsuz pəhriz saxlanıldıqda, qan plazmasında litiumun səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər (litiumun sidiklə xaricolmasının zəifləməsi). Diuretik preparatların istifadəsi üçün zərurət yarandığı hallarda, qan plazmasında litiumun səviyyəsinə sistematik şəkildə nəzarət etmək və preparatın dozasının müvafiq korreksiyasını aparmaq lazımdır. İndapamidlə eyni zamanda istifadə edilən bəzi dərman preparatları (astemizol, bepridil, eritromisin, halofantrin, sultoprid, terfenadin, vinkamin), hipokalimemiya, bradikardiya və ya QT intervalının uzanması qeyd olunan pasiyentlərdə mədəcik taxikardiyasının (torsades de pointes) meydana çıxmasına səbəb ola bilər. Xüsusi ehtiyat tədbirlərinin aparılması tələb olunan kombinasiyalar Sistem şəkildə istifadə edilən qeyri-steroid iltihabəleyhinə preparatlar (məsələn, ibuprofen) və salisilatların yüksək dozaları indapamidin antihipertenziv effektinin zəifləməsinə səbəb ola bilər. Susuzlaşma qeyd olunan pasiyentlərdə kəskin böyrək çatışmazlığının meydana çıxma təhlükəsi (qlomerulyar filtrasiyanın zəifləməsi) mövcuddur. Bu səbəbdən, müalicənin əvvəlində pasiyent, böyrək funksiyalarının sistematik nəzarəti altında çox miqdar su istifadə etməlidir. Amfoterisin B, sistem şəkildə istifadə edilən qlükokortikoidlər və mineralokortikoidlər, tetrakozaktid, kontakt tipli işlədici preparatlar hipokaliumemiyanın meydana çıxmasına səbəb ola bilər (preparatların effektlərinin cəmlənməsi). Qan plazmasında kaliumun səviyyələrini müşahidə etmək və zərurət yarandığı halda, xüsusilə, diqoksinlə eyni zamanda müalicə müddətində onları korreksiya etmək tələb olunur. Baklofen antihipertenziv effektin yüksəlməsinə səbəb olur. Müalicənin əvvəlində pasiyent, böyrək funksiyalarının sistematik nəzarəti altında çox miqdar su istifadə etməlidir. Hipokaliumemiyanın mövcudluğu, diqoksindən istifadə edən pasiyentlərdə diqoksinin toksik təsir riskinin yüksəlməsinə səbəb ola bilər. Göstəilən vəziyyətlərdə, qan plazmasında kaliumun səviyyəsinə sistematik nəzarət etmək, EKQ göstəricilərini qeydə almaq və zərurət yarandığı halda, müalicəni dəyişdirmək lazımdır. Müalicənin əvvəlində və eyni zamanda natrium çatışmazlığı qeyd olunduğu halda (xüsusilə, böyrək arteriyasının stenozundan əziyyət çəkən pasiyentlərdə), angiotenzinçevirən fermentin (AÇF) inhibitorları hipotenziyanın və ya kəskin böyrək çatışmazlığının qəflətən meydana çıxma riskinin yüksəlməsinə səbəb olur. Essensial hipertenziya zamanı diuretik preparatlarla əvvəlcədən aparılan müalicə natrium çatışmazlığının baş verməsinə gətirib çıxara bilər və bu səbəbdən, AÇF inhibitoru ilə müalicəyə başlamazdan 3 sutka əvvəl diuretik preparatların istifadəsini dayandırmaq tövsiyə olunur. Xroniki ürək çatışmazlığı zamanı indapamidi AÇF inhibitoru ilə kombinasiyada istifadə etdikdə, müalicəni AÇF inhibitorunun çox aşağı dozasının və diuretikin aşağı dozasının istifadəsi ilə başlamaq lazımdır. Bu zaman, AÇF inhibitoru ilə müalicənin ilk həftələri müddətində böyrək funksiyalarının (qan plazmasında kreatinin səviyyəsinə) sistematik nəzarətinin aparılması tələb olunur. Ia sinfinə (xinidin, dizopiramid) və III sinfə (amiodaron, bretilium, sotalol) daxil olan aritmiyaəleyhinə preparatlardan eyni zamanda istifadə etdikdə, mədəcik taxikardiyasının meydana çıxma təhlükəsi nəzərə alınmalıdır (meyllilik faktorlarına hipokaliumemiya, bradikardiya və artıq mövcud olan QT intervalının uzanması aiddir). Metformindən istifadə etdikdə, ehtimal ki, diuretik preparatların (əsasən ilgək diuretiklərinin) istifadəsi ilə əlaqəli böyrək funksiyalarının çatışmazlığı nəticəsində laktoasidozun meydana çıxma təhlükəsi qeyd olunur. Qan plazmasında kreatinin səviyyələri kişilərdə 15 mq/l-dən (135 mikromol/l-dən) və qadınlarda 12 mq/l-dən (110 mikromol/l-dən) yüksək olduğu hallarda, metforminin istifadəsi tövsiyə olunmur. İndapamidlə kombinasiyada yod tərkibli kontrast maddələrin yüksək dozaları və eyni zamanda qeyd olunan dehidratasiya, kəskin böyrək çatışmazlığı riskinin yüksəlməsinə səbəb olur. İmipramin sırasından olan (trisiklik) antidepressantlar və neyroleptiklər antihipertenziv effektin və ortostatik hipotenziya riskinin yüksəlməsinə səbəb olur (preparatların effektlərinin cəmlənməsi). Kalsium duzlarının istifadəsi müddətində sidiklə kalsiumun xaricolmasının azalması nəticəsində, hiperkalsiumemiyanın inkişaf etmə təhlükəsi meydana çıxır. Siklosporin, dövr edən siklosporinin səviyyəsinin dəyişməsi müşahidə olunmadan, qan plazmasında kreatinin səviyyəsinin yüksəlməsi riskinə gətirib çıxarır (hətta, su/natrium nisbətinin aşağı düşməsi qeyd olunmadan). Natriumun və suyun orqanizmdə ləngiməsi nəticəsində, kortikosteroidlər preparatın antihipertenziv effektini aşağı sala bilər. Kaliumqoruyucu diuretiklərlə (amiloridlə, spironolaktonla, triamterenlə) eyni zamanda təyin olunması – məqsədəuyğun və bəzi pasiyentlər üçün çox faydalı kombinasiyadır; bununla belə, hipokaliumemiyanın, böyrək disfunksiyası və ya şəkərli diabet qeyd olunan pasiyentlərdə isə hiperkaliumemiyanın meydana çıxma ehtimalı istisna edilmir. Belə vəziyyətlərdə qan plazmasında kaliumun səviyyəsinə, zərurət yarandıqda, EKQ göstəricilərinə nəzarət etmək və tələb olunduğu halda, müalicəni dəyişmək tövsiyə olunur. Aşağıda göstərilən dərman preparatlarından hər hansı biri istifadə edildiyi halda, həkimlə məsləhətləşmək lazımdır: – sizaprid, difemanil (həzm sistemində qeyd olunan problemlərin müalicəsi üçün istifadə edilən preparatlar); – sparfloksasin, moksifloksasin və eritromisin inyeksiya şəklində (infeksiyaların müalicəsi üçün istifadə olunan antibiotiklər); – vinkamin inyeksiya şəklində (yaşlı pasiyentlərdə yaddaşın itməsi kimi, koqnitiv pozğunluq simptomlarının müalicəsi üçün istifadə olunan preparat); – halofantrin (malyariyanın müəyyən növlərinin müalicəsi üçün istifadə olunan parazitəleyhinə preparat); – pentamidin (ağciyər iltihabının müəyyən növlərinin müalicəsi üçün istifadə olunan preparat); – mizolastin (allergik reaksiyaların, məsələn, pollinozun müalicəsi üçün istifadə olunan preparat); – amfoterisin B inyeksiya şəklində (göbələk xəstəliklərinin müalicəsi üçün istifadə olunan preparat); – allopurinol (podaqranın müalicəsi üçün istifadə olunan preparat). Qida məhsulları İndap preparatının istifadəsinə heç bir təsir göstərmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Qadın pasiyent hamilə olduqda və ya körpəni ana südü qidalandırdıqda, hamilə olduğuna şübhə etdikdə və ya hamiləlik planlaşdırdıqda, preparatı istifadə etməzdən əvvəl həkimlə və ya əçcazı ilə məsləhətləşməlidir. Bu dərman vasitəsini hamiləlik dövründə istifadə etmək məsləhət görülmür. Pasiyent hamiləlik planlaşdırdıqda və ya hamiləliyin baş verməsini bildikdə, mümkün qədər tez zamanda alternativ müalicəyə keçməlidir. Hamiləlik zamanı və ya hamiləlik planlaşdırdıqda, bu barədə həkimə məlumat vermək lazımdır. İndapamidin laktasiya dövründə istifadəsinə dair məlumat olmadığı üçün bu dövrdə onu qəbul etmək olmaz. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bəzi pasiyentlərdə, əsasən müalicənin əvvəlində və ya qan təzyiqinin aşağı salınması üçün nəzərdə tutulmuş digər dərman preparatları ilə kombinasiyada istifadə edildikdə, qan təzyiqinin aşağı düşməsi ilə əlaqəli yorğunluq hissigüclənməsi və başgicəllənmə meydana çıxa bilər. Həmin vəziyyətdə, nəqliyyat vasitəsini idarə etməkdən və yüksək diqqət tələb olunan fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır. Pasiyentin müntəzəm müşahidəsi aparıldıqda, göstərilən əlavə təsirlərin meydana çıxması az ehtimal edilir.

İstifadə qaydası və dozası

Sutkada 2,5 mq (1 kapsul) təyin edilir. Kapsullar çeynəmədən və su ilə udulur. Preparatı diuretik antihipertenzivlər istisna olmaqla, digər antihipertenziv vasitələrlə kombinasiyada istifadə etmək olar. Müalicənin effektivliyi kifayət qədər olmadıqda, İndap preparatının dozasını artırmaq olmaz, əlavə antihipertenziv vasitələrin qəbuluna başlamaq daha məqsədəuyğundur. İndapamidin daha yüksək dozalarının qəbulu zamanı antihipertenziv təsirin artması baş vermir, yalnız onun saluretik effeti artır.

Əlavə təsirləri

Əlavə təsirlərin başvermə tezliyi aşağıdakı qradasiya ilə sadalanmışdır: çox tez-tez (≥ 1/10); tez- tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Qan və limfa sistemində baş verən pozuntular: çox nadir hallarda-aqranulositoz, aplastik anemiya, leykopeniya, trombositopeniya. Maddələr mübadiləsində və qidalanmada baş verən pozuntular: çox nadir hallarda- hiperkalsiemiya; məlum deyil-hipokaliemiya zamanı kaliumun deplesiyası, bu, yüksək risk qrupuna malik pasiyentlr üçün xüsusi əhəmiyyət kəsb edir. Sinir sistemində baş verən pozuntular: nadir hallarda-başağrı, paresteziya; məlum deyil-sinkope. Görmə orqanında baş verən pozuntular: məlum deyil-yaxıngörmə (miopiya), dumanlı görmə, görmənin pozulması, xorioidal effuziya. Eşitmə orqanında və labirintdə baş verən pozuntular: nadir hallarda-başgicəllənmə. Ürəkdə baş verən pozuntular: nadir hallarda-aritmiya; məlum deyil-torsade de pointes (potensial ölüm təhlükəli). Damarda baş verən pozuntular: çox nadir hallarda-hipotenziya. Mədə-bağırsaq sistemində baş verən pozuntular: bəzən-qusma; nadir hallarda-ürəkbulanma, qəbizlik, ağızda quruluq; çox nadir hallarda-pankreatit. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozuntular: çox nadir hallarda-qaraciyərin anomal funksiyası; məlum deyil-qaraciyər çatışmazlığı zamanı qaraciyər ensefalopatiyasının inkişafı mümkündür, hepatit. Dəridə və dərialtı toxumada baş verən pozuntular: tez-tez-makulopapulyoz səpgi, hiperhəssaslıq reaksiyaları (başlıca olaraq, dermatoloji); bəzən-purpura; çox nadir hallarda-angioedema, övrə, toksik epidermal nekroliz, Stivens-Conson sindromu; məlum deyil-artıq mövcud kəskin disseminəolunmuş qırmız qurdeşənəyinin pisləşməsi mümkündür, fotosensibilizasiya reaksiyaları. Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozuntular: çox nadir hallarda-böyrək çatışmazlığı. Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular: nadir hallarda-yorğunluq. Laborator və instrumental məlumatlar: məlum deyil-EKQ-da QT intervalının uzanması, qanda qlükozanın səviyyəsinin artması, qanda sidik turşusunun konsentrasiyasının yüksəlməsi, qaraciyərdə fermentlərin səviyyəsinin artması.

Doza həddinin aşılması

Simptomları: ürəkbulanma, qusma, zəiflik, mədə-bağırsaq traktı funksiyalarının pozulması, su- elekltrolit pozğunluqları, bəzi hallarda – arterial təzyiqin həddindən artıq aşağı düşməsi, tənəffüsün tormozlanması. Qaraciyər sirrozu qeyd olunan pasiyentlərdə qaraciyər komasının inkişaf etməsi ehtimal edilir. Müalicəsi: mədənin yuyulması, su-elektrolit balansının korreksiyası, simptomatik müalicə. Preparatın spesifik antidotu yoxdur.

Buraxılış forması

Kapsullar 2,5 mq. 10 kapsul, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, orijinal qutusunda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

PRO.MED.CS Praha a.s. Telčská 377/1, Michle, 140 00 Praha 4.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Indap 2,5 mq N30 kapsul” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar