Permetrin 40 q məlhəm

Təsiredici maddə: PERMETHRIN + CHINIFURILI
Təsiredici maddəPERMETHRIN + CHINIFURILI
Dərman formasıMəlhəm
Farmakoloji təsirEkzoparazitləri məhv etmək üçün vasitə, permetrin, o cümlədən sintetik birləşmələr
İstehsal ölkəsiLatviya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,07 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PERMETRİNLİ BAKTERİSİD MƏLHƏM xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adi: yoxdur.

Tərkibi

Təsiredici maddələr: 1 q məlhəmin tərkibində 50 mq permetrin, 1 mq xinifuril vardır. Köməkçi maddələr: etil spirti, karbomer, trolamin, təmizlənmiş su.

Təsviri

Məlhəm. Geləbənzər qeyri-şəffaf sarı rəngli kütlədir.

Farmakoterapevtik qrupu

Ekzoparazitləri məhv etmək üçün vasitə, permetrin, o cümlədən sintetik birləşmələr. ATC kodu: P03AC04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası insektisid və akarisid maddə bit, birə, gənələr (o cümlədən qoturluq gənəsi) və buğum-ayaq həşərat olan digər eksoparazitlərə təsir göstərir. Süfrə, sirkə və yetkin fərdləri məhv edir. Permetrin insektlərin sinir hüceyrələri membranlarına təsir edərək membran kanalında repolyarizasiyanı təmin edən kalium və natrium axınını pozur. Repolyarizasiya pozulduğundan ekzoparazitlərin iflic olması baş verir. Köməkçi maddə xinifuril qram müsbət mikroorqanizmlərə, xüsusilə də stafilakokk və streptokokkların patogen ştamlarına qarşı antibakterial fəallığa malikdir. Xinifuril (N-(5-dietilaminopentil-2)-2-(2-(5-nitrofuril-2) vinil-4-xinolin-karboksiamin). Nitrofuran qrupundan olan xinifuril kimyəvi quruluşuna görə, xüsusilə də qram(+) mikroorqanizmlərə qarşı, güclü antimikrob təsirə malikdir. Xinifuril bakterisid təsir göstərir – mikrobların inkişafını dayandırmır, onları məhv edir. Təsir mexanizmi mikrobların dehidrogenaza fermentini zəiflətməklə oksidləşmə – reduksiya reaksiyasının balansının pozulması ilə bağlıdır. Xinifuril hidrogen ionunun akseptoru olduğundan, toxuma tənəffüsü və makroergik birləşmələrin yaranması proseslərini pozaraq nuklein turşuları ilə kompleks birləşmələr əmələ gətirir, nəticədə nuklein turşularının strukturunda dəyişikliklər baş verir, membran zülallarının və tənəffüs fermentlərinin sintezi pozulur. Xinifuril yerli istifadə edilir, rezorbtiv təsiri yoxdur. Əsas göstəriş – dəri və yumşaq toxumaların infeksion və iltihabi prosesləridir. Farmakokinetikası Yerli istifadə olunduqda tərkib hissələri sorulmur və rezobtiv təsir göstərmir.

İstifadəsinə göstərişlər

Məlhəm böyüklərdə və uşaqlarda (2 aylıqdan etibarən) dərinin infeksion zədələnməsi olan qoturluq xəstəliyinin müalicəsi üçün istifadə olunur. Uşaqlarda yalnız həkim təyinatına əsasən istifadə olunur.

Əks göstərişlər

− Permetrinə və ya məlhəmin hər hansı komponentinə qarşı yüksək həssaslıq (allergiya); − 2 aylığa qədər uşaqlar (bu yaş qrupu uşaqlarda istifadəsinə dair kifayət qədər təcrübə yoxdur) − hamiləlik və laktasiya dövrü;

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

− Məlhəmin gözə düşməsinə imkan vermək olmaz, düşərsə, göz konyunktivasına qıcıqlandırıcı təsir göstərir. Əgər bu baş verərsə, çox miqdarda su ilə yumaq lazımdır. − 2 aylıqdan 6 aylığa qədər uşaqların müalıcəsi tibbi personalın nəzarəti altında aparılmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Öyrənilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövrlərdə istifadəsi əks göstərişdir. Laktasiya zamanı ya əmizdirmə dayandırılmalı, ya da preparatın istifadəsindən imtina edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlhəmin nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri yoxdur.

İstifadə qaydası və dozası

Az miqdarda məlhəm nazik qatla gənələrin zədələdiyi sahəyə sürtülür və ehmalca hopdurulur. Məlhəm 24 saat saxlanılır, sonra sabunla yuyulur və alt paltarları dəyişdirilir. Əgər dəridə qaşınma və iltihabi proses azalmırsa, həmçinin yeni qotur və iltihab ocaqları meydana cıxırsa 1-2 gün fasilə ilə 5 dəfə təkrar istifadə edilə bilər. 2 aylıqdan 3 yaşa qədər uşaqlarda məlhəmin saxlama müddəti 12 saatdır. Təkrar istifadə 2 gündən sonra yalnız bir dəfə ola bilər. 3 yaş və ondan böyük uşaqlarda məlhəmin saxlama müddəti 24 saatdır, təkrar istifadə 1-2 gündən sonra 5 dəfəyə qədər ola bilər.

Əlavə təsirləri

Bütün əlavə təsirlər rast gəlmə tezliyindən asılı olaraq qruplara ayrılmışdır. Hər bir qrupun əhəmiyyətinə görə əlavə təsirləri azalan qaydada qeyd edilir. Çox tez-tez (1/10) Tez-tez (1/100 – 1/10) Bəzən (1/1000 – 1/100) Nadir hallarda (1/10000 – 1/1000) Çox nadir hallarda (<1/10 000) Naməlum tezlikdə (mövcud məlumatlara görə təyin etmək mümkün deyil) Nadir hallarda: Applikasiya yerində yanğı hissi, iynəbatma hissi, uyuşma, qaşınma, eritema, allergik reaksiya mümkündür. Hər hansı əlavə təsir meydana cıxarsa məlhəmin istifadəsini dayandırmaq lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması haqqında məlumat yoxdur.

Buraxılış forması

40 q məlhəm, alüminium tublarda. 1 tub içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. Saxlama şəraiti 25°C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “LMP”, MMC. Vietalvas küç., 1 Riqa, LV – 1009, Latviya. [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Permetrin 40 q məlhəm” üçün ilk rəyi siz yazın.