Mupiron 2 % 15 q krem
| Təsiredici maddə | MUPIROCIN |
|---|---|
| Dərman forması | Krem |
| Farmakoloji təsir | Yerli (xaricə) istifadə olunan antibakterial məlhəm |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MUPİRON xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Mupirocin
Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 20 mq mupirosin vardır Köməkçi maddələr: polietilenqlikol 400, polietilenqlikol 3350.
Təsviri
Ağ və ya ağımtıl rəngli, yarımşəffaf, homogen məlhəmdir.
Farmakoterapevtik qrupu
Yerli (xaricə) istifadə olunan antibakterial məlhəm. ATC kodu: D06AX09.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Mupirosin Pseudomonas fluorescens-in fermentasiyası nəticəsində hazırlanan yeni antibiotikdir. Mupirosin izoleysin transfer-RNT sintetazanı inhibə edir və bununla da bakterial protein sintezinin qarşısını alır. Bu xüsusi təsir forması və onun unikal kimyəvi strukturu sayəsində mupirosin başqa klinik şəraitdə mövcud olan antibiotiklərə qarşı hər hansı çarpaz rezistentlik göstərmir. Mupirosin yerli tətbiq olunduqda, minimum inhibəedici konsentrasiyalarda bakteriostatik təsirə, daha yüksək konsentrasiyalarda isə bakterisid xassələrə malik olur. Aktivliyi İn vivo şəraitdə mupirosin Staphylococcus aureus (o cümlədən metisillinə qarşı davamlı ştammlar), S.epidermidis və beta-hemolitik Streptococcus növlərinə qarşı təsir göstərir. In vitro şəraitdə təsir spektri aşağıdakıları əhatə edir. ● Əsasən həssas ştammlar 1,2 Staphylococcus aureus 1,2 Staphylococcus epidermidis 1,2 Coagulase-negative staphylococci Streptococcus species Haemophilus influenza Neisseria gonorrhoeae Neisseria meningitides Moraxella catarrhalis Pasteurella multocida Həssas ştammlar üzrə təsdiqlənmiş göstərişlərə dair klinik effektivlik nümaiş olunmuşdur. Beta-laktamaza ifraz edən və metisillinə qarşı rezistent ştammlar daxil olmaqla. ● Rezistent ştammlar Corynebacterium ştammları Enterobacteriaceae ● Qrammənfi qeyri-fermentativ çubuqvarı ştammlar Micrococcus ştammları Anaeroblar Staphylococcus spp. görə mupirosinin həssaslığı Həssas: 1 mikroqram/ml bərabər və ya aşağı. Orta-həssas: 2-256 mikroqram/ml. Rezistent: 256 mikroqram/ml-dən yüksək. Rezistentlik mexanizmləri Stafilokokka qarşı aşağı səviyyəli rezistentlik (MİK 8-256 mikroqram/ml) təbii izoleysil tRNT sintetazası zülalında dəyişikliklərin baş verməsi səbəbindəndir. Stafilokokklara qarşı yüksək rezistentlik (MİK ≥ 512 mikroqram/ml) plasmid kodlaşdırılmış izoleysil tRNT sintetaza zülalında dəyişikliklərin baş verməsi səbəbindəndir. Enterobacteriaceae kimi Qram-mənfi bakeriyalara qarşı həqiqi rezistentliyin səbəbi bakterial hüceyrəyə nüfuz etməsinin aşağı olmasıdır. Farmakokinetikası Sorulması Mupirosinin zədələnməmiş insan dərisindən absorbsiyası aşağıdır, Metabolizmi Mupirosin yalnız yerli istidadə üçün yararlıdır. V/d və ya daxilə qəbuldan sonra və ya mupirosin absorbsiya olunmuşdursa (məs. zədələnmiş/patoloji dəri vasitəsilə) mupirosin tez bir zamanda qeyri- aktiv monik turşusuna metabolizə olunur. Xaric olması Sistem şəkildə sorulan mupirosin tez bir zamanda qeyri-fəal monik turşusuna metabolizə olunur və böyrəklər vasitəsilə sürətlə xaric olunur. Xüsusi pasiyent qrupları Yaşlı pasiyentlər: orta-ağır və ağır böyrək çatışmazlığı olmadığı halda məhdudiyyət yoxdur.
İstifadəsinə göstərişlər
• Bakterial dəri infeksiyaları, həmçinin, follikulit və furunkulyoz. Əks göstərişləri • Anamnezində mupirosin və polietilenqlikola qarşı yüksək həssaslıq (allergiya) olan xəstələrin istifadəsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
• Digər yerli istfadə olunan məlhəmlər kimi MUPİRON məlhəminin istifadəsi zamanı onun gözlə təmasından çəkinmək lazımdır. Təmas baş verərsə məlhəm qalıqları tam təmizlənənə qədər su ilə gözlər yaxşıca yuyulmalıdır. • Nadir hallarda rast gəlinən yerli allergik reyaksiyalar yarandıqda, müalicə dayandırılmalı, məlhəm çəkilmiş nahiyə yuyulub təmizlənməli və uyğun olan alternativ müalicə tətbiq olunmalıdır. • Digər antibakterial preparatlarda olduğu kimi, uzunmüddətli istifadə mupirosinə davamlı mikroorqanizmlərin artmasına səbəb ola bilər. • Antibiotiklərin istifadəsi yüngül dərəcədən həyati təhlükəli dərəcəyə qədər dəyişəbiləcək psevdomembranoz kolitə səbəb ola bilər. Ona görə antibiotiklərin istifadəsi və istifadəsindən sonrakı dönəmdə diyareya müşahidə olunan xəstələr nəzarət altına alınmalıdır. Yerli istifadə olunan mupirosin bu kimi halların yaranmasına səbəb olması ehtimalı çox az olsada davamlı və ya kəskin ishal, qarın ağrsı kimi əlamətlər yaranarsa, müalicəni dayandırıb həkimə müraciət olunmalıdır. • Böyrək çatışmazlığı olan yaşlı xəstələrdə orta və ya ağır böyrək çatışmazlığı əlamətləri və ya polietilenqlikolun absorbsiyasına səbəb olacaq bir vəziyyət olmadığı təqdirdə preparatın istifadəsində məhdudiyyət yoxdur. • Məlhəm şəklində mupirosin aşağıdakı hallarda istifadəsinə yol verilmir: ✓ oftalmologiyada ✓ burundaxili ✓ kateter istifadəsi zamanı ✓ mərkəzi damar kateterin yeridilmə yerində. • Polietilenqlikol açıq yaralardan, zədələnmiş dəridən sorulur və böyrəklər vasitəsilə ifraz olunur. Əgər orta və ya ağır böyrək çatışmazlığı əlaməti varsa, MUPİRON digər polietilenqlikol tərkibli məlhəmləri kimi, polietilenqlikolun böyük həcmdə sorulması mümkün olan hallarda istifadə olunmamalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
MUPIRON məlhəm digər krem və ya məlhəmlə qarışdırmaq olmaz. Bu, preparatın keyfiyyət və effektivliyini, həmçinin, stabilliyini dəyişə bilər. Reseptsiz buraxılan dərman vasitələri də daxil olmaqla hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə bu barədə həkimə məlumat verin!
Hamiləlik və laktasiya dövründə istifadəsi
B kateqoriyasına daxildir. Hamiləlik dövründə həkim təyinatı olmadan MUPİRON məlhəmi istifadə etməyin. Müalicə əsnasında hamilə olduğunuzu bilsəniz bu barədə həkimə məlumat verin! laktasiya dövründə istifadəsi • Döş çatlarının müalicəyə ehtiyacı olduqda, döş giləsi və ətraf nahiyəyə çəkilmiş krem ana südü ilə qidalandırılmadan öncə yuyulub təmizlənməlidir. Laktasiya dövründə hər hansı bir dərman vasitəsi qəbul edirsinizsə bu barədə həkimə məlumat verin!
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə hər hansı mənfi təsiri müşahidə olunmamışdır.
İstifadə qaydası və dozası
MUPİRON məlhəm zədənin dərəcəsindən aslı olaraq az miqdarda 10 gün ərzində, gündə 2 və ya 3 dəfə zədələnmiş nahyəyə çəkilir. İstifadə qaydası İşlənmiş nahiyə təmiz sarğı ilə örtülə bilər. Preparatın antibakterial təsirinin həmçinin təsiredici maddəsi mupoirosinin stabilliyində dəyişəbilməsini nəzərə alaraq, MUPİRON məlhəmi istifadə zamanı digər dərman vasitələri ilə qarışdırmayın. İlk istifadə etməzdən əvvəl qapağı alt-üst çevirərək borunu deşin. MUPİRON məlhəmin istifadəsindən öncə və sonra əlləri yaxşıca yuyun. Xüsusi qrup xəstələr Qaraciyər çatışmazlığı: Preparatın təsirindən asılı olaraq gündə 2 və ya 3 dəfə 10 gün müddətində istifadə olunur. Böyrək çatışmazlığı: Böyrək çatışmazlığı olan yaşlı xəstələrdə orta və ya ağır böyrək çatışmazlığı əlamətləri və ya polietilenqlikolun absorbsiyasına səbəb olacaq bir vəziyyət olmadığı təqdirdə preparatın istifadəsində məhdudiyyət yoxdur. Əgər orta və ya ağır böyrək çatışmazlığı əlaməti varsa, MUPİRON digər polietilenqlikol tərkibli məlhəmlər kimi, polietilenqlikolun böyük həcmdə sorulması mümkün olan hallarda istifadə olunmamalıdır. Uşaqlar Preparatın təsirindən aslı olaraq gündə 2 və ya 3 dəfə 10 gün müddətində istifadə olunur. Əgər Siz MUPİRON məlhəmin istifadəsini unutmusunuzsa Əgər Siz MUPİRON məlhəmin istifadəsini unutmusunuzsa, onu xatırlayan kimi, dərhal istifadə edin. Lakin növbəti istifadənin vaxtına az qalıbsa, o zaman unudulmuş dozanı buraxaraq növbəti dozanı öz vaxtında istifadə edin və müalicəni təlimata uyğun davam edin. Həkimə məlumat vermədən təyin edilmiş müalicə kursunu vaxtından əvvəl dayandırmayın! Əgər MUPİRON məlhəmin təsirinin həddindən artıq güclü və ya zəyif olduğunu görsəniz bu barədə həkimə məlumat verin!
Əlavə təsirləri
Əlavə təsirlərin rastgəlmə tezliyi: çox tez-tez (≥1/10); tez-tez ( ≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlum olmayan tezlikdə (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil). Ayrı-ayrı hallar daxil olmaqla, tez-tez rast gələn və bəzən rast gələn əlavə təsirlərin tezliyi 1573 pasiyentin iştirakı ilə aparılmış 12 klinik tədqiqatı əhatə edən təhlükəsizlik üzrə məlumat əsasında müəyyən edilmişdir. Çox nadir hallarda rast gələn əlavə təsirlər preparat bazara çıxarıldıqdan sonrakı hesabatlara əsaslandığı üçün real tezlikdən daha çox hesabatlara istinad edir. İmmun sistemdə baş verən pozğunluqlar Çox nadir hallarda: anafilaksiya, generalizə olunmuş səpgi, övrə və angioödem kimi sistemli allergik reaksiyalar. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar Tez-tez: isitfadə edildiyi nahiyədə yanma hissi. Bəzən: isitfadə edildiyi nahiyədə qaşınma, eritema, dalama və quruluq hissi. Mupirosinə və məlhəmin əsasına qarşı dəri allergik reaksiyalar.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat azdır. Doza həddinin aşılması zamanı xüsusi bir müalicə yoxdur. Dəstəkləyici müalicə aparılır və ehtiyac olduqda xəstəyə müvafiq nəzarət oluna bilər. Çox miqdarda istifadəsi zamanı polietilenqlikolun böyrəklər vasitəsi ilə xaric olmasını nəzərə alaraq, orta və ağır böyrək çatışmazlığı olan xəstələr nəzarətə alına bilər.
Buraxılış forması
15 q məlhəm, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
o 25 C-dən aşağı otaq temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Vefa İlaç San. ve Tic. Ltd. Şti. Mermerciler San. Sit. 2. Cadde No:3 Beylikdüzü/İstanbul/Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.