UVIROMED 500 N10 TAB

Təsiredici maddə: VALACICLOVIR
Təsiredici maddəVALACICLOVIR
Dərman formasıTablet
Farmakoloji təsirSistem istifadə üçün virusəleyhinə vasitə. Birbaşa təsirli virusəleyhinə vasitə. Transkriptanın geriyə dönən inhibitorları istisna olmaqla, nukleozidlər və nukleotidlər
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

16,66 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

UVİROMED örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Valaciclovir

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq və ya 1000 mq valasiklovir (valasiklovir hidroxlorid şəklində) vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, povidon K30, susuz kolloidal silisium dioksid, maqnezium stearat. Örtük: ağ opadri II 85F18422 (qismən hidrolizəolunmuş polivinil spirti, titan dioksid, makroqol, talk).

Təsviri

Uviromed 500 Uzunsov formalı, hər iki tərəfi qabarıq, bir tərəfində «Г500» yazısı olan ağ rəngli örtüklü tabletlərdir. Uviromed 1000 Uzunsov formalə, hər iki tərəfi qabarıq, bir tərəfində «U1000» yazısı, digər tərəfində bölünmə xətti olan ağ rəngli örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün virusəleyhinə vasitə. Birbaşa təsirli virusəleyhinə vasitə. Transkriptanın geriyə dönən inhibitorları istisna olmaqla, nukleozidlər və nukleotidlər. ATC kodu: J05AB11.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi Valasiklovir – asiklovirin (purin nukleozidi olan quanin analoqunun) L-valin efiridir. İnsan orqanizmində valasiklovir, valasiklovirhidrolaza fermentinin iştirakı ilə demək olar ki, sürətlə və tamamilə asiklovirə və valinə çevrilir. Asiklovir herpes viruslarına qarşı spesifik inhibəedici aktivliyə malikdir; in vitro şəraitdə o, 1-ci və 2-ci tip sadə herpes virusuna (SHV, Herpes simplex), Varicella zoster virusuna, sitomeqalovirusa (SMV), Epşteyn-Barr virusuna və 6-cı tip insan herpes virusuna qarşı aktivlik nümayiş etdirir. Fosforilləşmədən sonra asiklovir, aktiv formaya – asiklovir trifosfata çevrilir və virus dezoksiribonuklein turşusunun (DNT-nin) sintezini inhibə edir. Fosforilləşmənin ilkin mərhələsində virusun spesifik fermenti iştirak edir. SHV-yə, Varicella zoster virusuna və Epşteyn-Barr virusuna gəldikdə, həmin ferment şəklində yalnız virusla zədələnmiş hüceyrələrdə mövcud olan virus timidinkinaza fermenti iştirak edir. SMV ilə zədələnmiş hüceyrələrdə asiklovirin fosforilləşməsi ilə əlaqəli selektivlik, minimum qismən fosfotransferaza geninin ekspressiya məhsulu olan UL97 vasitəsi ilə təmin olunur. Asiklovirin spesifik virus fermenti vasitəsi ilə aktivləşdiriməsinin zəruriliyi, əhəmiyyətli dərəcədə dərman preparatının selektiv təsirindən asılıdır. Gələcəkdə, asiklovirin fosforilləşməsi prosesi (monofosfatdan trifosfata çevrilməsi) hüceyrə kinazaları vasitəsi ilə həyata keçirilir. Asiklovir trifosfat virus DNT-polimeraza fermentini rəqabətli inhibə edir və eləcədə, nukleozid analoqu olduğu səbəbindən virus DNT-nə qoşulur ki, bu da DNT zəncirinin artmasının dayanmasına və DNT sintezinin tormozlanmasına gətirib çıxarır və nəticədə, virusun replikasiya prosesi pozulur. Farmakodinamik effektləri Asiklovirə qarşı rezistentlik timidinkinaza fermentinin aşağı aktivliyinə malik virus fenotipinin mövcudluğu ilə əlaqədardır ki, bu da insan orqanizmi üçün mənfi faktor hesab edilir. Virusun timidinkinaza və ya DNT-polimeraza fermentlərinin əhəmiyyətsiz dəyişiklikləri nəticəsində asiklovirə qarşı həssaslıq zəifləyir; göstərilən dəyişikliklər qeyd olunan virus ştammlarının rezistentliyi yabanı virus ştammlarının rezistenliyi ilə müqayisə ediləndir. Asiklovirin istifadəsi ilə profilaktika da daxil olmaqla, müalicə qəbul edən pasiyentlərdən əldə edilən SHV-nin və Varicella zoster virusunun klinik izolyatlarının monitorinqindən əldə olunan məlumatlarda təsdiq edilmişdir ki, virusun asiklovirə qarşı həssaslığı immunokompetent pasiyentlərdə çox nadir hallarda və immunitetin əhəmiyyətli zəifləməsi qeyd olunan pasiyentlərdə, məsələn, orqanların və ya sümük iliyinin transplantasiyası zamanı, bədxassəli törəmələrlə əlaqəli kimyəvi-terapiya aparıldıqda, insan immunçatışmazlığı virusunun (İİV) səbəb olduğu infeksiya zamanı isə bəzi hallarda aşağı düşür. Klinik effektivliyi və təhlükəsizliyi Varicella zoster virusunun törətdikləri infeksiyalar Valasiklovirdən istifadə etdikdə, ağrı sindromunun daha sürətlə aradan qalxması qeyd olunur (dərman preparatının istifadəsi müddətində ağrı sindromunun davametmə müddəti qısalır və Varicella zoster virusunun törətdiyi infeksiya ilə əlaqəli ağrı qeydə alınan pasiyentlərin faiz göstəricisi aşağı düşür – buraya kəskin ağrı və eləcədə, 50 yaşdan yuxarı pasiyentlərdə postherpetik nevralgiya da daxildir). Valasikloviri oftalmoherpes zamanı istifadə etdikdə, görmə orqanlarında ağırlaşmaların inkişaf etmə riski azalır. Vena daxilinə istifadə edilən virusəleyhinə müalicə, bir qayda olaraq, immunitetləri zəif olan pasiyentlərdə kəmərləyici herpesin standart müalicəsi hesab edilir. Bununla belə, məhdud məlumatlarda zəif immunitetə malik olan bəzi pasiyentlərdə, o cümlədən, mühüm orqanlarda bədxassəli şişləri olan, İİV infeksiyasına yoluxmuş, autoimmun xəstəlikləri, limfoma və leykoz qeyd olunan pasiyentlər də daxil olmaqla və eləcədə, gövdə hüceyrələrinin transplantasiyasından sonra, Varicella zoster virusunun törətdiyi infeksiyaların müalicəsi zamanı valasiklovirin istifadəsinin klinik effektivliyi təsdiq edilmişdir. SHV-nin törətdikləri infeksiyalar SHV-nin törətdikləri göz infeksiyaları zamanı valasiklovir, istifadəsi üzrə müvafiq tövsiyələrin nəzərə alınması ilə istifadə edilməlidir. Valasiklovirin müalicə vasitəsi şəklində istifadəsinin və eləcədə, genital (cinsiyyət orqanları) herpetik infeksiyanın aktivliyinin aşağı salınması üçün istifadəsinin öyrənilməsi istiqamətində + 3 aparılan tədqiqatlara qanda CD4 -un orta konsentrasiyası 1 mm sahədə 100 hüceyrədən artıq olan İİV/SHV ko-infeksiyası qeyd olunan pasiyentlər daxil edilmişdir. Kliniki simptomların inkişaf etməsi ilə müşayiət olunan residivlər tezliyinin azalması ilə əlaqəli valasiklovirin effektivliyi, preparatın sutkada 1 dəfə 1000 mq dozada istifadəsi ilə müqayisədə, sutkada 2 dəfə 500 mq dozada istifadəsi zamanı daha yüksək olmuşdur. Genital herpetik infeksiya residivinin müalicə vasitəsi şəklində sutkada 2 dəfə 1000 mq dozada valasiklovirin effektivliyi, sutkada 5 dəfə 200 mq dozada asiklovirin (peroral istifadəsi) effektivliyi ilə müqayisə edilən olmuşdur (infeksiyanın residiv epizodunun davametmə müddəti əsasında qiymətləndirilmişdir). Ağır immunçatışmazlığı qeyd olunan pasiyentlərdə valasiklovirin istifadəsinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmamışdır. SHV-nin törətdikləri digər dəri infeksiyalarının müalicəsi zamanı istifadə edildikdə, valasiklovir təsdiq edilmiş effektivliyə malikdir. Valasiklovir labial herpesin, kimyəvi-terapiya və ya şüa terapiyası ilə əlaqəli mukozitin, üz dərisinin cavanlaşdırılması prosedurasının aparılması nəticəsində meydana çıxan SHV- infeksiyası residivinin və eləcədə, qladiator herpesinin müalicəsi zamanı effektivdir. Asiklovirin istifadəsinin klinik təcrübəsi barədə məlumatların nəzərə alınması ilə ehtimal edilir ki, multiform eritemanın, herpetik ekzemanın və herpetik xoranın müalicəsi aparıldıqda, valasiklovirin effektivliyi asiklovirin effektivliyi ilə müqayisə edilə bilər. Müəyyən edilmişdir ki, valasikloviri təhlükəsiz cinsi əlaqə təcrübəsi ilə eyni zamanda supressiv müalicə vasitəsi şəklində istifadə etdikdə, immunokompetent yetkin yaşlı pasiyentlərdə genital herpesin ötürülməsi riski aşağı düşür. 2-ci tip SHV qeyd olunan 1484 nəfər heteroseksual immunokompetent cütlüklərdən ibarət olan yetkin yaşlı pasiyentlərin (diskordant cütlüklər) iştirakı ilə aparılan ikiqat kor plasebo-nəzarətli klinik tədqiqatda müəyyən edilmişdir ki, plasebonun istifadəsi ilə müqayisədə, valasiklovirin istifadəsi zamanı genital herpesin ötürülməsi riski əhəmiyyətli dərəcədə (75 % (infeksiya simptomları), 50 % (serokonversiya) və 48 % (infeksiyaya yoluxmanın ümumi göstəricisi)) aşağı düşür. Klinik subtədqiqatda iştirak edən pasiyentlərdə virusun ifraz olunması plasebo ilə müqayisədə, valasiklovirin istifadəsi zamanı əhəmiyyətli dərəcədə azalmışdır (73 %). SMV infeksiyası SMV infeksiyasına yoluxmanın profilaktikası məqsədi ilə valasiklovirdən istifadə etdikdə, mühüm orqanların (böyrəklərin, ürəyin) transplantasiyasından sonra pasiyentlərdə transplantatın kəskin ayrılma reaksiyasının, opportunustik infeksiyaların və SHV-nin və Varicella zoster virusunun törətdiyi infeksiyasının meydana çıxma tezliyinin aşağı düşməsi qeyd olunmuşdur. Mühüm orqanların transplantasiyasından sonra pasiyentlərdə optimal terapevtik strategiyanın müəyyən edilməsi məqsədi ilə valasiklovirin və valqansiklovirin müqayisəli effektivliyinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmamışdır. Farmakokinetikası Sorulması Valasiklovir – prodərmandır (təsiredici maddə – asiklovirdir). Asiklovirin peroral qəbulu zamanı istənilən dövrdə qeydə alınan biomənimsənilməsi ilə müqayisədə, valasiklovirin istifadəsi zamanı asiklovirin biomənimsənilməsi təxminən 3,3-5,5 dəfə yüksək olmuşdur. Peroral yolla istifadə edildikdən sonra, valasiklovir mədə-bağırsaq traktında sürətlə və demək olar ki, tamamilə sorulur və ehtimal ki, insan qaraciyər hüceyrələrindən çıxarılan fermentin – valasiklovirhidrolaza fermeninin iştirakı ilə asiklovirə və valinə çevrilir. Valasikloviri 1000 mq dozada istifadə etdikdə, asiklovirin biomənimsənilməsi 54 % təşkil edir (qida ilə eyni zamanda istifadə edildikdə, biomənimsənilməsi dəyişmir). Valasiklovirin farmakokinetik parametrləri dozadan proporsional asılılı deyildir. Dərman preparatının dozasının artırılması ilə onun sorulma sürəti və dərəcəsi aşağı düşür və bu zaman, terapevtik dozalar diapazonunda qan plazmasında maksimal konsentrasiya (C ) göstəricilərinin qeyri-proporsional yüksəlməsi qeyd olunur, 500max mq dozaların istifadəsi zamanı isə preparatın biomənimsənilməsi azalır. Valasiklovirin 250-2000 mq dozalarının birdəfəlik istifadəsindən sonra, normal böyrək funksiyaları qeyd olunan sağlam könüllülərdə asiklovirin farmakokinetik parametrləri Cədvəl 1-də göstərilmişdir. Cədvəl 1. Valasiklovirin 250-2000 mq dozalarının birdəfəlik istifadəsindən sonra, normal böyrək funksiyaları qeyd olunan sağlam könüllülərdə asiklovirin farmakokinetik parametrləri Farmakokinetik 250 mq 500 mq 1000 mq 2000 mq parametr (N=15) (N=15) (N=15) (N=8) C mkq/ml 2,20±0,38 3,37±0,95 5,20±1,92 8,30±1,43max, T saat 0,75 (0,75-1,5) 1,0 (0,75-2,5) 2,0 (0,75-3,0) 2,0 (1,5-3,0)max, AUC, mkq/ml 5,50±0,82 11,1±1,75 18,9±4,51 29,5±6,36 N – sağlam könüllülərin sayı. T – C əldə olunana qədər müddət.max max AUC – “konsentrasiya-zaman” əyrisi altındakı sahə göstəricisi. C və AUC parametrləri orta göstərici ± standart sapma şəklində göstərilmişdir; T parametrimax max mediana və diapazon kimi qeyd olunmuşdur. Dəyişilməmiş halda valasiklovirin C göstəricisi, asiklovirin C göstəricisinin təxminənmax max yalnız 4 %-ni təşkil edir; valasiklovirin C göstəricisi, istifadə edildikdən 30-100 dəqiqəmax (mediana) əldə olunur; 3 saatdan sonra qan plazmasında dərman preparatının konsentrasiyası, kəmiyyət təyininin qapı səviyyəsindən aşağıdır və ya ona müvafiqdir. Bir dəfə və dəfələrlə təkrar istifadə etdikdə, valasiklovirin və asiklovirin farmakokinetik profilləri bir-biri ilə oxşardır. Valasiklovirin və asiklovirin farmakokinetik parametrləri, valasikloviri peroral yolla istifadə edən Varicella zoster virusu, SHV və İİV infeksiyalarına yoluxmuş pasiyentlərdə və sağlam yetkin yaşlı pasiyentlərdə müqayisə edilən olmuşdur. Asiklovirin C göstəriciləri, transplantasiyadan sonra valasikloviri sutkada 4 dəfə 2000 mqmax dozada istifadə edən pasiyentlərdə, dərman preparatını eyni dozalarda istifadə edən sağlam könüllülərlə müqayisədə, daha yüksək və ya müqayisə edilən olmuşdur; transplantasiyadan sonra pasiyentlərdə AUC göstəricisinin hesablanmış sutkalıq qiymətləri əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Paylanması Valasiklovirin qan plazmasının zülalları ilə birləşmə dərəcəsi çox aşağıdır (15 %). Böyrək funksiyalarından asılı olmayaraq, asiklovirin və onun 8-hidroksi-asiklovir (8-OH-ACV) metabolitinin təxminən 25 %-i və eləcədə, 9-karboksimetoksi-metilquanin (CMMG) metabolitinin təxminən 2,5 %-i onurğa beyin mayesinə nüfuz edir (onurğa beyin mayesində AUC göstəricisi/qan plazmasında AUC göstəricisi nisbəti əsasında hesablanmışdır). Metabolizmi Peroral yolla istifadə edildikdən sonra, valasiklovir bağırsaqda və/və ya qaraciyərdə metabolizmə uğrayaraq (ilk keçid effekti), asiklovirə və L-valinə çevrilir. Asiklovirin biotransformasiyası prosesində az miqdarlarda onun metabolitləri – CMMG (alkoqoldehidrogenaza və aldehiddehidrogenaza fermnetlərinin vasitəsi ilə) və 8-OH-ACV (aldehidoksidaza fermentinin vasitəsi ilə) əmələ gəlir; qan plazmasında asiklovirin, CMMG və 8-OH-ACV metabolitlərin faiz nisbəti, müvafiq olaraq, təxminən 88 %, 11 % və 1 % təşkil edir. Valasiklovirin və asiklovirin metabolizmində sitoxrom P450 sisteminin izofermentləri iştirak etmir. Xaric olması Valasiklovir sidiklə, əsasən asiklovir (orqanizmə yeridilən maddənin 80 %-dən çoxu) va asiklovirin CMMG metaboliti (orqanizmə yeridilən maddənin təxminən 14 %-i) şəklində xaric olunur; asiklovirin daha bir metaboliti – 8-OH-ACV metabolit, sidikdə yalnız əhəmiyyət kəsb etməyən miqdarlarda (orqanizmə yeridilən maddənin 2 %-dən azı) aşkar edilir. Valasiklovirin orqanizmə yeridilən dozasının 1 %-dən azı sidiklə dəyişilməmiş halda xaric olunur. Valasikloviri normal böyrək funksiyalarına malik pasiyentlərdə bir dəfə və dəfələrlə təkrar istifadə etdikdən sonra, qan plazmasından asiklovirin yarımxaricolma dövrü təxminən 3 saat təşkil edir. Xüsusi pasiyent qrupları Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər Asiklovirin orqanizmdən xaricolması prosesi böyrək funksiyalarının vəziyyətindən asılıdır – böyrək funksiyalarının ağırlıq dərəcəsi artdıqca, qan plazmasında asiklovirin konsentrasiyası yüksəlir. Valasiklovirin istifadəsindən sonra, böyrək xəstəliklərinin terminal mərhələsi qeyd olunan pasiyentlərdə asiklovirin yarımxaricolma dövrü orta hesabla təxminən 14 saat təşkil edir (böyrək funksiyaları normal olan pasiyentlərdə bu göstərici təxminən 3 saat təşkil edir). Valasiklovirin normal böyrək funksiyalarına (kreatinin klirensinin orta göstəricisi 111 ml/dəqiqədə, diapazon 91-144 ml/dəqiqədə) malik olan 6 subyektdə 2000 mq dozada hər 6 saatdan bir və böyrək funksiyalarının ağır pozğunluqları (kreatinin klirensinin orta göstəricisi 26 ml/dəqiqədə, diapazon 17-31 ml/dəqiqədə) qeyd olunan 3 subyektdə1500 mq dozada hər 12 saatdan bir dəfələrlə təkrar istifadəsindən sonra, qan plazmasında və onurğa beyin mayesində tarazlıq vəziyyətində asiklovirin və onun CMMG və 8-OH-ACV metabolitlərinin konsentrasiyaları qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, normal böyrək funksiyalarına malik olan subyektlərlə müqayisədə, böyrək funksiyalarının ağır pozğunluqları qeyd olunan subyektlərdə asiklovirin, CMMG və 8-OH-ACV metabolitlərin qan plazmasında və onurğa beyin mayesində konsentrasiyaları, müvafiq olaraq, orta hesabla 2, 4 və 5-6 dəfə yüksək olmuşdur. Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər Farmakokinetik məlumatlarda təsdiq edilmişdir ki, qaraciyər funksiyaları pozulduqda, valasiklovirin asiklovirə çevrilməsi sürəti aşağı düşür, lakin, bu zaman valasiklovirin asiklovirə çevrilmə dərəcəsi dəyişmir və eləcədə, asiklovirin yarımxaricolma dövrü dəyişməz qalır. Qadınlar (hamiləlik dövrü) Valasiklovirin və asiklovirin farmakokinetik parametrlərinin öyrənilməsi istiqamətində aparılan tədqiqatların nəticələrinə əsasən, hamiləlik dövrünün son mərhələlərində qadınlarda valasiklovirin farmakokinetikası dəyişmir. Qadınlar (laktasiya dövrü) Valasikloviri 500 mq dozada peroral yolla istifadə etdikdən sonra, ana südündə asiklovirin maksimal konsentrasiyası, qadında qan zərdabında qeyd olunan konsentrasiyasından 0,5-2,3 dəfə yüksəkdir; ana südündə asiklovirin konsentrasiyası 2,24 mkq/ml (9,95 mkmol/l) (mediana) təşkil etmişdir. Qadın valasikloviri sutkada 2 dəfə 500 mq dozada istifadə etdiyi halda, ana südü ilə birlikdə uşaq orqanizminə peroral yolla gündəlik daxil olan asiklovirin dozası təxminən 0,61 mq/kq/sutkada təşkil edəcəkdir. Asiklovirin ana südündən yarımxaricolma dövrü, asiklovirin qan zərdabından yarımxaricolma dövrü ilə eyni olmuşdur. Qadında qan zərdabında və ana südündə və eləcədə, uşaq sidiyinin tərkibində dəyişilməmiş halda valasiklovir aşkar edilməmişdir.

İstifadəsinə göstərişlər

Varicella zoster virusunun törətdikləri infeksiyalar – kəmərləyici herpes Uviromed preparatının istifadəsi immunokompetent yetkin yaşlı pasiyentlərdə kəmərləyici herpesin (kəmərləyici dəmrovun) və oftalmoherpesin müalicəsi üçün göstərişdir. Uviromed preparatının istifadəsi aşağı immunitetə malik olan yetkin yaşlı pasiyentlərdə (yüngül və orta dərəcəli immunosupressiya) kəmərləyici herpesin müalicəsi üçün göstərişdir. SHV-nin törətdikləri infeksiyalar Uviromed preparatının istifadəsi, aşağıda göstərilənlər də daxil olmaqla, SHV-nin törətdikləri dəri və selikli qişa infeksiyalarının müalicəsi və aktivliyinin aşağı salınması üçün göstərişdir: – immunokompetent yetkin yaşlı pasiyentlərdə və yeniyetmələrdə və aşağı immunitetə malik olan yetkin yaşlı pasiyentlərdə ilk dəfə aşkar olunan genital herpesin müalicəsi; – immunokompetent yetkin yaşlı pasiyentlərdə və yeniyetmələrdə və aşağı immunitetə malik olan yetkin yaşlı pasiyentlərdə genital herpesin residivlərinin müalicəsi; – immunokompetent yetkin yaşlı pasiyentlərdə və yeniyetmələrdə və aşağı immunitetə malik olan yetkin yaşlı pasiyentlərdə residivləşən genital herpetik infeksiyanın aktivliyinin aşağı salınması. Uviromed preparatının istifadəsi immunokompetent yetkin yaşlı pasiyentlərdə və yeniyetmələrdə və aşağı immunitetə malik olan yetkin yaşlı pasiyentlərdə SHV-nin törətdikləri residivləşən göz infeksiyalarının müalicəsi və aktivliyinin aşağı salınması üçün göstərişdir. SHV infeksiyasına yoluxmuş aşağı immunitetə malik olan yetkin yaşlı pasiyentlərin iştirakı ilə aparılan klinik tədqiqatlara yalnız İİV infeksiyasına yoluxmuş pasiyentlər daxil edilmişdir. SMV-in törətdikləri infeksiyalar Uviromed preparatının istifadəsi yetkin yaşlı pasiyentlərdə və yeniyetmələrdə SMV infeksiyasına yoluxmanın və mühüm orqanların transplantasiyasından sonra SMV-in törətdikləri xəstəliklərin meydana çıxmasının profilaktikası üçün göstərişdir.

Əks göstərişlər

Preparatın istənilən komponentinə və asiklovirə qarşı hiperhəssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Eozinofiliya və sistem simptomlarla müşayiət olunan dərman reaksiyası (DRESS) Valasiklovirlə müalicə müddətində pasiyentlərdə həyat üçün təhlükəli xarakter daşıya bilən və ya ölümlə nəticələnə bilən DRESS kimi arzuolunmayan reaksiyanın qeyd olunması barədə məlumatlar daxil olmuşdur. Uviromed preparatı ilə müalicəyə başlamazdan əvvəl pasiyentləri yuxarıda göstərilən reaksiyanın əlamətləri və simptomları barədə və eləcədə, dəri üzərində reaksiyaların aşkar edilməsi məqsədi ilə hərtərəfli monitorinqin aparılmasının zəruriliyi barədə məlumatlandırmaq lazımdır. DRESS-in inkişaf etməsini təsdiq edən əlamətlər və ya simptomlar meydana çıxdığı hallarda preparatın istifadəsi dayandırılmalıdır və alternativ müalicənin aparılması barədə məsələ (zərurət yarandığı təqdirdə) nəzərdən keçirilməlidir. Valasiklovirlə müalicə fonunda DRESS-in inkişafı qeyd olunan pasiyentlər, gələcəkdə dərman preparatının istifadəsindən çəkinməlidirlər. Su balansı Orqanizmin susuzlaşması riski qeyd olunan pasiyentlər, xüsusilə, yaşlı pasiyentlər kifayət qədər maye qəbul etməlidirlər. Valasiklovirin böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə və yaşlı pasiyentlərdə istifadəsi Asiklovir orqanizmdən böyrəklər vasitəsi ilə xaric olunur və bu səbəbdən, böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə valasiklovirin dozasını aşağı salmaq lazımdır. Yaşlı pasiyentlərdə böyrək funksiyalarının zəifləməsi ehtimalının mövcudluğunu nəzərə alaraq, həmin pasiyentlərdə dərman preparatının dozasının aşağı salınması barədə qərar qəbul edilməlidir. Yaşlı pasiyentlərdə və böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə sinir sistemində arzuolunmayan reaksiyaların inkişaf etmə riski yüksəlir və bu səbəbdən, oxşar arzuolunmayan reaksiyaları vaxtında aşkar etmək məqsədi ilə həmin pasiyentlərin hərtərəfli müşahidəsi təmin edilməlidir. Mövcud məlumatlara əsasən, müalicə dayandırıldıqdan sonra, yuxarıda göstərilən arzuolunmayan reaksiyalar, bir qayda olaraq, aradan qalxmışdır. Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə və qaraciyər transplantasiyası zamanı valasiklovirin yüksək dozalarının istifadəsi Qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə valasiklovirin yüksək dozalarda (sutkalıq 4000 mq və daha yüksək) istifadəsi barədə heç bir məlumat yoxdur, qaraciyər transplantasiyası zamanı pasiyentlərdə valasiklovirin istifadəsinin öyrənilməsi istiqamətində xüsusi tədqiqatlar aparılmamışdır və bu səbəbdən, yuxarıda göstərilən pasiyentlərdə dərman preparatı sutkalıq 4000 mq-dan yüksək dozalarda ehtiyatla istifadə edilməlidir. Valasiklovirin kəmərləyici herpes zamanı istifadəsi Valasiklovirlə aparılan müalicəyə klinik cavab, xüsusilə, aşağı immunitetə malik olan pasiyentlərdə hərtərəfli nəzarət edilməlidir. Peroral dərman formalarının kifayət qədər effektivliyi qeyd olunmadığı halda, venadaxili virusəleyhinə müalicənin aparılmasının zəruriliyi nəzərdən keçirilməlidir. Kəmərləyici herpesin ağırlaşmış formaları (məsələn, daxili orqanların zədələnməsi, disseminasiya olunmuş kəmərləyici herpes, motor neyropatiya, ensefalit və serebrovaskulyar pozğunluqlar) qeyd olunan pasiyentlərdə venadaxili virusəleyhinə müalicə aparılmalıdır. Aşağı immunitetə malik olan pasiyentlərdə oftalmoherpes zamanı və ya infeksiyanın disseminasiyası (yayılması) və ya daxili orqanların zədələnməsi riskinin yüksəlməsi qeyd olunan pasiyentlərdə venadaxili virusəleyhinə müalicənin aparılması tələb olunur. Genital herpetik infeksiyanın ötürülməsi Xəstəlik simptomları mövcud olduqda, hətta virusəleyhinə müalicə başladıqdan sonra belə, pasiyentlər cinsi kontaktlardan çəkinməlidirlər. Virusəleyhinə preparatların istifadəsi ilə aparılan müalicə fonunda infeksiyanın aktivliyi aşağı düşür və genital herpesin ötürülməsi riski əhəmiyyətli dərəcədə azalır; bununla belə, həmin risk tamamilə istisna edilə bilməz. Müalicəyə əlavə olaraq, təhlükəsiz cinsi kontakt qaydalarının riayət edilməsi tövsiyə olunur. SHV-nin törətdikləri göz infeksiyaları zamanı valasiklovirin istifadəsi SHV-nin törətdikləri göz infeksiyaları qeyd olunan pasiyentlərdə valasiklovirin istifadəsi ilə aparılan müalicəyə klinik cavab hərtərəfli nəzarət edilməlidir. Peroral dərman preparatları ilə aparılan müalicənin kifayət qədər effektiv olmaması ehtimal edildiyi hallarda, venadaxili virusəleyhinə müalicənin aparılmasının zəruriliyi nəzərdən keçirilməlidir. SMV infeksiyası zamanı valasiklovirin istifadəsi Orqanların transplantasiyasından sonra SMV infeksiyasının inkişaf etmə riski yüksək olan pasiyentlərdə (məsələn, SMV-müsbət donor/SMV-mənfi resipiyent və ya antitimositar qlobulinin istifadəsi ilə aparılan induksion müalicə) (təxminən 200 pasiyentdə) dərman preparatının istifadəsinin effektivliyi barədə məlumatlarda təsdiq edilmişdir ki, valasiklovirlə müalicə yalnız, təhlükəsizlik baxımından valqansiklovirin və ya qansiklovirin istifadəsi əks göstəriş olduğu hallarda təyin edilməlidir. SMV infeksiyasının profilaktikası məqsədi ilə valasiklovirin yüksək dozalarından istifadə etdikdə, dərman preparatının digər göstərişlərə görə daha aşağı dozalarının istifadəsi ilə müqayisədə, arzuolunmayan reaksiyaların, o cümlədən mərkəzi sinir sistemində baş verən pozğunluqarın meydana çıxma riski yüksələ bilər. Oxşar vəziyyətlərdə pasiyentlərdə böyrək funksiyalarının dəyişikliklərinin hərtərəfli monitorinqini aparmaq və valasiklovirin dozasını müvafiq qaydada korreksiya etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Valasikloviri nefrotoksik preparatlarla, məsələn, aminoqlikozidlərlə, platin birləşmələri ilə, yod tərkibli kontrast maddələrlə, metotreksatla, pentamidinlə, foskarnetlə, siklosporinlə, takrolimusla eyni zamanda istifadə etdikdə, xüsusilə, böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə ehtiyat tədbirlərinə riayət edilməlidir və bu zaman, böyrək funksiyalarına müntəzəm nəzarət aparılmalıdır. Asiklovir orqanizmdən böyrəklərdə aktiv borucuq sekresiyası vasitəsi ilə əsasən dəyişilməmiş halda sidiklə xaric olunur. Valasikloviri (1000 mq dozada) simetidinlə və ya probenesidlə eyni zamanda istifadə etdikdə, böyrəklərdə aktiv sekresiya prosesinin inhibə olunması hesabına asiklovirin böyrək klirensi aşağı düşür, asiklovirin AUC göstəriciləri isə müvafiq olaraq, təxminən 25 % və 45 % yüksəlir; simetidinin və probenesidin valasiklovirlə eyni zamanda istifadəsi müddətində asiklovirin AUC göstəriciləri təxminən 65 % yüksəlir. Valasikloviri asiklovirlə rəqabətli təsir göstərən və ya böyrəklərdə aktiv borucuq sekresiyası prosesini inhibə edən digər dərman preparatları (məsələn, tenofovir) ilə kombinasiya şəklində istifadə etdikdə, qan plazmasında asiklovirin konsentrasiyası yüksələ bilər. Eyni qaydada, valasiklovirlə birlikdə istifadə edildikdə, qan plazmasında digər dərman preparatlarının konsentrasiyaları yüksələ bilər. Valasiklovirin istifadəsi zamanı qan plazmasında asiklovirin daha yüksək konsentrasiyaları qeyd olunan pasiyentlərdə (məsələn, kəmərləyici herpesin müalicəsi və ya SMV infeksiyasının profilaktikası müddətində), asikloviri və böyrəklərdə aktiv borucuq sekresiyası prosesini inhibə edən dərman preparatlarını kombinasiya şəklində istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət edilməlidir. Müəyyən edilmişdir ki, asikloviri və mikofenolat mofetili (transplantasiya zamanı pasiyentlərdə istifadə edilən immunosupressant) eyni zamanda istifadə etdikdə, asiklovirin və mikofenolat mofetilin qeyri-aktiv metabolitinin AUC göstəriciləri yüksəlir. Valasikloviri və mikofenolat mofetili sağlam könüllülərdə kombinasiya şəklində istifadə etdikdə, həmin dərman preparatlarının C və AUC göstəriciləri dəyişməmişdir. Göstərilən kombinasiyanın klinikmax istifadə təcrübəsi məhduddur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Valasiklovirin istifadəsi barədə məhdud məlumatlar və hamiləlik dövründə qadınlarda asiklovirin istifadəsi barədə azsaylı məlumatlar, hamiləlik reyestrlərindən (valasiklovirin və ya valasiklovirin aktiv metaboliti olan asiklovirin təsirinə (peroral istifadə və ya vena daxilinə yeridilmə) məruz qalan qadınlarda sənədlə təsdiq olunmuş hamiləlik nəticələri), müvafiq olaraq, 111 və 1246 hamiləlik nəticələrinə dair əldə olunan məlumatlar (müvafiq olaraq, 29 və 756 qadın dərman preparatlarının təsirinə hamiləlik dövrünün birinci trimestrində məruz qalmışdır) və eləcədə, postmarketinq dövründə toplanan məlumatlar preparatın feto-/neonatal toksikliyinin və ya teratogen təsirinin olmamasını təsdiq edir. Heyvanlar üzərində reproduktiv toksikliyin öyrənilməsi istiqamətində aparılan tədqiqatlarda valasiklovirin toksikliyi aşkar edilməmişdir. Hamiləlik dövründə Uviromed preparatının qadınlarda istifadəsi yalnız, preparatın qadın üçün potensial faydaları döl üçün potensial risklərdən üstün olduğu hallarda mümkündür. Laktasiya dövrü Valasiklovirin əsas metaboliti olan asiklovir, ana südü ilə xaric olunur. Bununla belə, qadınlarda valasiklovirin terapevtik dozalarından istifadə etdikdə, dərman preparatının ana südü ilə qidalanan uşağa təsir göstərməsi gözlənilmir, çünki, həmin uşağın qəbul etdiyi doza (preparatın vena daxilinə istifadəsi), yenidoğulmuş uşaqlarda herpesin müalicəsi aparıldıqda, asiklovirin terapevtik dozasının 2 %-dən az miqdarını təşkil edir. Laktasiya dövründə qadınlarda Uviromed preparatı ehtiyatla və yalnız ciddi klinik göstərişlər olduğu hallarda istifadə edilməlidir. Fertilliyi Peroral yolla yeridildikdə, valasiklovir siçovulların fertilliyinə heç bir təsir göstərməmişdir. Asiklovirin yüksək dozalarını siçovullara və itlərə parenteral yolla yeritdikdə, xayalıqların atrofiyası və aspermatogenez qeyd olunmuşdur. Valasiklovirin insan fertilliyinə təsirinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmamışdır, bununla belə, 6 ay müddətində gündəlik asiklovirin 400-1000 mq dozalarının istifadəsi ilə müalicə qəbul edən 20 pasiyentdə toxum mayesində (spermatozoidlərin miqdarında, onların hərəkətliliyində və ya morfoloji xüsusiyyətlərində) heç bir dəyişiklik aşkar edilməmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın avtonəqliyyat idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmamışdır. Uviromedin avtonəqliyyat idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsirininin qiymətləndirilməsi zamanı pasiyentin klinik statusunu və preparatın əlavə təsirlərinin profilini nəzərə almaq vacibdir. Təsiredici maddənin farmakoloji xüsusiyyətlərinə əsaslanaraq, Uviromedin yuxarıda qeyd edilən fəaliyyət növlərinə neqativ təsirini proqnozlaşdırmaq mümkün deyil.

İstifadə qaydası və dozası

Dozalanması Varicella zoster virusunun törətdikləri infeksiyaların – kəmərləyici herpesin və oftalmoherpesin müalicəsi Kəmərləyici herpes diaqnozu təsdiq edildikdən sonra, Uviromed preparatı ilə müalicə mümkün qədər tez başlanılmalıdır. Bir qədər gec, herpetik səpgilərin meydana çıxmasından 72 saat sonra aparılan müalicə barədə heç bir məlumat yoxdur. İmmunokompetent yetkin yaşlı pasiyentlər İmmunokompetent pasiyentlərin müalicəsi üçün valasiklovirin dozası 7 gün müddətində sutkada 3 dəfə 1000 mq (ümumi sutkalıq doza 3000 mq) təşkil edir. Preparatın dozasını kreatinin klirensinə müvafiq aşağı salmaq lazımdır (aşağıda, “Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər” hissəsinə bax). Aşağı immunitetə malik olan yetkin yaşlı pasiyentlər Aşağı immunitetə malik olan pasiyentlərin müalicəsi üçün valasiklovirin dozası 7 gündən az olmayan müddət ərzində və zədələnmiş nahiyələrdə qartmaq əmələ gəldikdən sonra 2 gün müddətində sutkada 3 dəfə 1000 mq (ümumi sutkalıq doza 3000 mq) təşkil edir. Preparatın dozasını kreatinin klirensinə müvafiq aşağı salmaq lazımdır (aşağıda, “Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər” hissəsinə bax). Aşağı immunitetə malik olan pasiyentlərdə virusəleyhinə müalicənin aparılması, vezikullar əmələ gəldikdən sonra birinci həftə müddətində və ya qartmaq tam formalaşana qədər istənilən dövrdə göstərişdir. Yetkin yaşlı pasiyentlərdə və yaşı 12 və daha yuxarı olan yeniyetmələrdə SHV-nin törətdikləri infeksiyaların müalicəsi İmmunokompetent yetkin yaşlı pasiyentlər və yaşı 12 və daha yuxarı olan yeniyetmələr Valasiklovirin dozası sutkada 2 dəfə 500 mq (ümumi sutkalıq doza 1000 mq) təşkil edir. Preparatın dozasını kreatinin klirensinə müvafiq aşağı salmaq lazımdır (aşağıda, “Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər” hissəsinə bax). İnfeksiyaların residivləri zamanı müalicənin davametmə müddəti 3-5 gün təşkil etməlidir. İnfeksiyanın ilk epizodları daha ağır gedişli ola bilər və həmin vəziyyətlərdə, müalicənin davametmə müddətini 10 günə qədər uzatmaq olar. Uviromed preparatı ilə müalicə mümkün qədər tez başlanmalıdır; SHV infeksiyasının residivləri zamanı preparatın prodromal dövrdə və ya residivin ilk əlamətləri və ya simptomları meydana çıxdıqdan dərhal sonra istifadəsi, optimal hesab edilir. SHV infeksiyasının residivi zamanı müalicə, onun ilk əlamətləri və ya simptomları meydana çıxdığı halda başlanılarsa, dərinin və selikli qişaların zədələnmələrinin inkişaf etməsinin qarşısını almaq mümkündür. Labial herpes Böyüklərdə və yeniyetmələrdə labial herpes zamanı valasiklovirin 1 gün müddətidnə sutkada 2 dəfə 2000 mq dozada istifadəsi ilə aparılan müalicə (ümumi sutkalıq doza 4000 mq) effektiv hesab edilir. Dərman preparatının ikinci dozası, birinci dozanın qəbulundan təxminən 12 saat sonra (lakin, 6 saatdan tez olmamaqla) istifadə edilməlidir. Preparatın dozasını kreatinin klirensinə müvafiq aşağı salmaq lazımdır (aşağıda, “Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər” hissəsinə bax). Göstərilən dozalanma rejimi seçildikdə, müalicənin davametmə müddəti 1 gündən artıq olmamalıdır, çünki, müəyyən edilmişdir ki, müalicənin davametmə müddətinin uzadılmasının əlavə klinik üstünlükləri mövcud deyildir. Müalicəni, labial herpesin ən erkən simptomları (məsələn, sancma, qaşınma və ya yanğı hissi) meydana çıxdığı halda başlamaq lazımdır. Aşağı immunitetə malik olan yetkin yaşlı pasiyentlər Aşağı immunitetə malik olan pasiyentlərin müalicəsi üçün valasiklovirin dozası 5 gündən az olmayan müddət ərzində sutkada 2 dəfə 1000 mq (ümumi sutkalıq doza 2000 mq) təşkil edir; klinik vəziyyətin ağırlıq dərəcəsini və pasiyentin immunoloji statusu nəzərə alınmalıdır. İnfeksiyanın ilk epizodları daha ağır gedişli ola bilər və həmin vəziyyətlərdə, müalicənin davametmə müddətini 10 günə qədər uzatmaq olar. Uviromed preparatı ilə müalicə mümkün qədər tez başlanmalıdır. Preparatın dozasını kreatinin klirensinə müvafiq aşağı salmaq lazımdır (aşağıda, “Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər” hissəsinə bax). Maksimal klinik effektin əldə olunması məqsədi ilə müalicənin, xəstəliyin simptomları meydana çıxdıqdan sonra, ilk 48 saat müddətində başlanması tövsiyə olunur. Dəri üzərində və selikli qişalarda zədələnmələrin inkişaf etmə prosesinə hərtərəfli nəzarət etmək lazımdır. Yetkin yaşlı pasiyentlərdə və yaşı 12 və daha yuxarı olan yeniyetmələrdə SHV-nin törətdikləri residivləşən infeksiyaların aktivliyinin aşağı salınması İmmunokompetent yetkin yaşlı pasiyentlər və yaşı 12 və daha yuxarı olan yeniyetmələr Valasiklovirin dozası sutkada 1 dəfə 500 mq təşkil edir. Residivlər çox tez-tez (müalicənin aparılmaması ilə ildə 10 və daha çox residiv) qeyd olunan pasiyentlərdə dərman preparatının sutkalıq 500 mq dozasını bir neçə dəfəyə istifadə etməklə (sutkada 2 dəfə 250 mq; dərman preparatının göstərilən dozalanma rejiminə riayət etmək imkanı verən müvafiq dozalanması istifadə edilməlidir), müalicənin əlavə üstünlüklərini müşahidə etmək olar. Preparatın dozasını kreatinin klirensinə müvafiq aşağı salmaq lazımdır (aşağıda, “Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər” hissəsinə bax). Müalicənin ilkin qiymətləndirilməsi 6-12 aydan sonra aparılmalıdır. Aşağı immunitetə malik olan yetkin yaşlı pasiyentlər Valasiklovirin dozası sutkada 2 dəfə 500 mq (ümumi sutkalıq doza 1000 mq) təşkil edir. Preparatın dozasını kreatinin klirensinə müvafiq aşağı salmaq lazımdır (aşağıda, “Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər” hissəsinə bax). Müalicənin ilkin qiymətləndirilməsi 6-12 aydan sonra aparılmalıdır. Yetkin yaşlı pasiyentlərdə və yaşı 12 və daha yuxarı olan yeniyetmələrdə SMV infeksiyasına yoluxmanın və SMV-in törətdikləri xəstəliklərin meydana çıxmasının profilaktikası Valasiklovirin dozası sutkada 4 dəfə 2000 mq (ümumi sutkalıq doza 8000 mq) təşkil edir. Transplantasiyadan sonra, Uviromed preparatının istifadəsi mümkün qədər tez başlanmalıdır. Preparatın dozasını kreatinin klirensinə müvafiq aşağı salmaq lazımdır (aşağıda, “Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər” hissəsinə bax). Müalicənin davametmə müddəti, bir qayda olaraq, 90 gün təşkil edir; yüksək risk qrupuna daxil olan pasiyentlərdə müalicənin davametmə müddətini uzatmaq olar. Xüsusi pasiyent qrupları Uşaqlar 12 yaşdan kiçik uşaqlarda preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə böyrək funksiyalarının mümkün pozğunluqlarını nəzərə almaq və dərman preparatının dozasını müvafiq qaydada korreksiya etmək lazımdır (aşağıda, “Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər” hissəsinə bax); həmin pasiyentlər müalicə müddətində kifayət qədər maye qəbul etməlidirlər. Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə Uviromed preparatını ehtiyatla istifadə etmək lazımdır; həmin pasiyentlər müalicə müddətində kifayət qədər maye qəbul etməlidirlər. Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə dərman preparatının dozası aşağı salınmalıdır (Cədvəl 2-yə bax). Müntəzəm hemodializ proseduraları qəbul edən pasiyentlər, Uviromed preparatını hemodializ prosedurası aparıldıqdan sonra istifadə etməlidirlər. Kreatinin klirensinə, xüsusilə, böyrək funksiyaları sürətlə dəyişdiyi dövrdə, məsələn, transplantasiyadan dərhal sonra və ya böyrək transplantatının bitişməsi müddətində tez-tez nəzarət etmək lazımdır və bu zaman, preparatın dozası müvafiq qaydada korreksiya edilməlidir. Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər Valasiklovirin 1000 mq dozasının istifadəsi ilə müalicə qəbul edən yetkin yaşlı pasiyentlərin iştirakı ilə aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, yüngül və ya orta dərəcəli qaraciyər sirrozundan əziyyət çəkən (qaraciyərin sintetik funksiyaları qorunub saxlanılan) pasiyentlərdə dərman preparatının dozasının korreksiyası tələb olunmur. Ağır qaraciyər sirrozundan əziyyət çəkən (qaraciyərin sintetik funksiyalarının pozulması, portokaval anastamozların mövcudluğu qeyd olunan) pasiyentlərdən əldə olunan farmakokinetik məlumatlarda, valasiklovirin dozasının korreksiyasının tələb olunmaması göstərilmişdir; bununla belə, göstərilən pasiyentlərdə dərman preparatının klinik istifadə təcrübəsi məhduddur. Valasiklovirin daha yüksək (sutkada 4000 mq və daha yüksək) dozalarının istifadəsi barədə məlumat “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsində təsvir edilmişdir. Cədvəl 2. Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə dərman preparatının dozalanma rejimləri İstifadəsinə göstərişlər Kreatinin klirensi, Valasiklovirin dozası* ml/dəqiqədə Varicella zoster virusunun törətdikləri infeksiyalar İmmunokompetent yetkin yaşlı ≥ 50 Sutkada 3 dəfə 1000 mq pasiyentlərdə və aşağı 30-49 Sutkada 2 dəfə 1000 mq immunitetə malik olan yetkin 10-29 Sutkada 1 dəfə 1000 mq yaşlı pasiyentlərdə kəmərləyici herpesin (kəmərləyici ˂ 10 Sutkada 1 dəfə 500 mq dəmrovun) müalicəsi SHV-nin gtörətdikləri infeksiyalar İmmunokompetent yetkin yaşlı ≥ 30 Sutkada 2 dəfə 500 mq pasiyentlərdə və yeniyetmələrdə SHV-nin ˂ 30 Sutkada 1 dəfə 500 mq törətdikləri infeksiyaların müalicəsi Aşağı immunitetə malik olan ≥ 30 Sutkada 2 dəfə 1000 mq yetkin yaşlı pasiyentlərdə SHV-nin törətdikləri ˂ 30 Sutkada 1 dəfə 1000 mq infeksiyaların müalicəsi İmmunokompetent yetkin yaşlı ≥ 50 Sutkada 2 dəfə 2000 mq pasiyentlərdə və 30-49 Sutkada 2 dəfə 1000 mq yeniyetmələrdə labial herpesin 10-29 Sutkada 2 dəfə 500 mq müalicəsi (alternativ birgünlük ˂ 10 Sutkada 1 dəfə 500 mq müalicə rejimi) SHV-nin törətdikləri infeksiyaların aktivliyinin aşağı salınması – immunokompetent yetkin ≥ 30 Sutkada 1 dəfə 500 mq ^ yaşlı pasiyentlər və ˂ 30 Sutkada 1 dəfə 250 mq yeniyetmələr ≥ 30 Sutkada 2 dəfə 500 mq- aşağı immunitetə malik olan yetkin yaşlı pasiyentlər ˂ 30 Sutkada 1 dəfə 500 mq SMV-in törətdikləri infeksiyalar ≥ 75 Sutkada 4 dəfə 2000 mqMühüm orqanların 50-dən ˂ 75-ə qədər Sutkada 4 dəfə 1500 mqtransplantasiyasından sonra yetkin yaşlı pasiyentlərdə və 25-dən ˂ 50-ə qədər Sutkada 3 dəfə 1500 mq yeniyetmələrdə SMV 10-dan ˂ 25-ə qədər Sutkada 2 dəfə 1500 mq infeksiyasının profilaktikası ˂ 10 və ya dializ Sutkada 1 dəfə 1500 mq * Müntəzəm hemodializ proseduraları qəbul edən pasiyentlər, hemodializ proseduraları aparılan günlərdə dərman preparatını prosedura tamamlandıqdan sonra istifadə etməlidirlər. ^ Residivlər çox tez-tez (ildə 10 və daha çox residiv) qeyd olunan pasiyentlərdə valasikloviri sutkada 2 dəfə 250 mq dozada istifadə etdikdə, daha yaxşı nəticələr müşahidə oluna bilər (dərman preparatının göstərilən dozalanma rejiminə riayət etmək imkanı verən müvafiq dozalanması istifadə edilməlidir). İstifadə qaydası Tabletlər daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur.

Əlavə təsirləri

Klinik tədqiqatlarda valasiklovirin istifadəsi zamanı (minimum yuxarıda qeyd edilən göstərişlərdən biri üzrə) ən çox qeyd edilən əlavə təsirlər başağrı və ürəkbulanma olmuşdur. Əlavə təsirlər, o cümlədən ağır əlavə reaksiyalar (trombotik trombositopenik purpura/hemolitik- uremik sindrom, kəskin böyrək çatışmazlığı, nevroloji pozuntular və eozinofiliya və sistem simptomlarla (DRESS) dərman reaksiyası, MedDRA üzrə sistem-orqan sinfilə aşağıda sadalananlara müvafiqdir. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Klinik tədqiqatlarda əlavə təsirlə valasiklovirin istifadəsi arasında əlaqə aşkar edildikdə, bu məlumatlar əlavə təsirlərin tezliyinin kateqoriyasını müəyyən etmək etmək üçün istifadə edilmişdir. Postmarketinq dövrdə qeyd edilən, lakin klinik tədqiqatlarda qeyd edilməyən əlavə təsirlərin tezliyinin kateqoriyasının müəyyən edilməsi zamanı daha konservativ qiymətləndirilmə göstəricisindən istifadə edilmişdir (“üçlük qaydası”). Valasiklovirin istifadəsilə əlaqədar olan və postmarketinq dövrdə, eləcə də klinik tədqiqatlarda qeyd edilən əlavə təsirlərin tezliyinin kateqoriyasının müəyyən edilməsi zamanı klinik tədqiqatlarda rastgəlmə tezliyinin göstəricisi istifadə edilmişdir. Valasiklovirin istifadəsinin təhlükəsizliyi barədə məlumat bazası, klinik tədqiqatlarda müxtəlif göstəriş üzrə dərman vasitəsinin təsirinə məruz qalan 5855 pasiyent barədə məlumatı birləşdirir (kəmərləyici herpesin terapiyası, genital herpes infeksiyasının aktivliyinin terapiyası/azalması və labil herpesin terapiyası). Klinik tədqiqatlarda alınan məlumatlar Sinir sistemində baş verən pozuntular: çox tez-tez-başağrı. Mədə-bağırsaq sistemində baş verən pozuntular: tez-tez-ürəkbulanma. Postmarketin dövrdə alınan məlumatlar Qan və limfa sistemində baş verən pozuntular: bəzən-leykopeniya, trombositopeniya. Leykopeniya əsasən immuniteti zəif pasiyentlərdə qeyd edilmişdir. İmmun sistemdə baş verən pozuntular: nadir hallarda-anafilaksiya. Psixikanın pozulması: bəzən-şüurun dumanlanması, halüsinasiya, şüurun zəifləməsi, ajitasiya; nadir hallarda-ensefalopatiya, psixotik simptomlar, deliriya. Sinir sistemində baş verən pozuntular: tez-tez-başgicəllənmə; bəzən-tremor; nadir hallarda- ataksiya, dizartriya, qıcolma, koma. Nevroloji pozuntular, bəzi hallarda ağır, ensefalopatiya ilə əlaqədar ola bilər; bu simptomalra şüurun dumanlanması, ajitasiya, qıcolma, halüsinasiya, koma daxildir. Belə əlavə təsirlər, bir qayda olaraq, geridönən xarakter daşıyır və əsasən böyrək funksiyası pozulmuş və ya digər meylli faktorlu pasiyentlərdə qeyd edilir. SMV-infeksiyasının profilaktikası üçün yüksək doza (sutkada 80000 mq) valasiklovir qəbul edən pasiyentlərdə orqan transplantasiyasından sonra nevroloji pozuntular, dərman vasitəsini digər göstərişlər üzrə qəbul edən pasiyentlərə nisbətən tez-tez qeyd edilmişdir. Tənəffüs sistemində, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozuntular: bəzən- təngnəfəslik. Mədə-bağırsaq sistemində baş verən pozuntular: tez-tez-qusma, diareya; bəzən-qarın nahiyəsində diskomfort. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozuntular: bəzən-qanda qaraciyərin funksional göstəricilərinin miqdarının geridönən artması, məsələn, qanda bilirubinin konsentrasiyasının, qanda qaraciyər fermentlərinin səviyyəsinin. Dəridə və dərialtı toxumada baş verən pozuntular: tez-tez-fotosensibilizasiya reaksiyaları, qaşınma daxil olmaqla, səpgi; bəzən-övrə; nadir hallarda-angionevrotik ödem; məlum deyil- Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozuntular: bəzən-böyrək nahiyəsində ağrı, hematuriya (çox vaxt böyrəklərdə baş verən digər pozuntularla əlaqədar); nadir hallarda-böyrək funksiyasının pozulması, kəskin böyrək çatışmazlığı (xüsusilə yaşlı pasiyentlərdə və ya dərman vasitəsinin məsləhət görülən dozasını aşan preparatı qəbul edən böyrək funksiyası pozulmuş pasiyentlərdə). Böyrək nahiyəsində ağrı böyrək çatışmazlığı ilə əlaqədar ola bilər. Böyrək kanalcıqlarında asiklovir kristallarının çöküntü verməsi barədə məlumat vardır. Valasiklovirin istifadəsi zamanı pasiyentlərin kifayət qədər maye qəbul etməsi vacibdir. Xüsusi qrup pasiyentlər barədə əlavə məlumat Klinik tədqiqatlarda immunitetin ağır pozuntusu olan, xüsusilə İİV-infeksiyalı pasiyentlərdə xəstəliyin son mərhələsində valasiklovirin uzun müddət yüksək dozasını (sutkada 8000 mq) qəbul edən böyük pasiyentlərdə, böyrək çatışmazlığı, mikroangiopatik hemolitik anemiya və trombositopeniya (bəzən kombinasiyada) qeyd edilmişdir. Yuxarıda qeyd edilən dəyişikliklər, eləcə də analoji əsas və ya yanaşı xəstəlikləri olan valasiklovir terapiyası alan pasiyentlərdə qeyd edilmişdir. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsirlər yarandıqda və ya bu böılmədə qeyd edilməyən yeni əlavə təsirlər təzahür etdikdə, bu barədə Milli farmakonəzarət sisteminə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Simptomları Valasiklovirin doza həddinin aşılması zamanı pasiyentlərdə kəskin böyrək çatışmazlığı və şüurun dumanlanması, halüsinasiya, ajitasiya, şüurun zəifləməsi və koma daxil olmaqla, nevroloji simptomlar qeyd edilmişdir; eləcə də ürəkbulanma və qusma yarana bilər. Uviromedin istifadəsi zamanı doza həddinin təsadüfən aşılmasının qarşısını almaq məqsədilə ehtiyatlı olmaq lazımdır. Doza həddinin aşılması hallarından ən çox qeyd ediləni dərman vasitəsinin dozalanma rejiminin müvafiq şəkildə korreksiya olunmamasına görə məsləhət görülən dozanı aşan çoxsaylı valasiklovir qəbul edən böyrək funksiyasının pozuntusu olan pasiyentlər və yaşlı pasiyentlər olmuşlar. Müalicəsi Valasiklovirin doza həddinin aşılması zamanı dərman vasitəsinin toksik təsirinin əlamətlərinin vaxtında aşkar edilməsi məqsədilə pasiyentin ciddi müşahidə edilməsini təmin etmək vacibdir. Hemodializ prosedurunun aparılması zamanı asiklovirin qan plazmasında konsentrasiyası əhəmiyyətli dərəcədə azalır, bu səbəbə görə klinik simptomların yaranması ilə müşayiət edilən valasiklovirin doza həddinin aşılması zamanı hemodializə terapiya üsullarından biri kimi baxmaq olar.

Buraxılış forması

Uviromed 500 7 tablet blisterdə. 3 və ya 6 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 tablet blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Uviromed 1000 7 tablet blisterdə. 3 və ya 6 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 tablet blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi World Medicine Ilaç San. ve Tic.A.Ş,Turkey. Bağcılar İlçesi, Güneşli, 15 Temmuz Mahallesi, Cami Yolu Cad. No:50 K. 1B Zemin 4-5-6, İstanbul, Turkey.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“UVIROMED 500 N10 TAB” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar