Prednizolon 5 mq N60 tablet

Təsiredici maddə: PREDNISOLONE
Təsiredici maddəPREDNISOLONE
Dərman formasıTablet
Farmakoloji təsirQlükokortikosteroid
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,58 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PREDNİZOLON tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Prednisolone

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 q prednizolon vardır. Köməkçi maddələr: saxaroza (şəkər rafinad), laktoza monohidrat (süd şəkəri), jelatin, kalsium stearat monohidrat, kartof nişastası.

Təsviri

Ağ rəngli, yastı silindrik formalı, iti kənarlı və xətti olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Qlükokortikosteroid. ATC kodu: H02AB06.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Prednizolon – hidrokortizonun dehidratlaşdırılmış analoqu olan sintetik qlükokortikosteroid preparatdır. Preparat iltihabəleyhinə, allergiyaəleyhinə, immunodepressiv, şokəleyhinə təsirlərə malik olub, β-adrenoreseptorların endogen katexolaminlərə qarşı həssaslığını yüksəldir. Spesifik sitoplazmatik reseptorlarla (qlükokortikosteroid (QKS) reseptorları bütün toxumalarda mövcuddur, xüsusilə, qaraciyərdə daha çoxdur) qarşılıqlı təsir nəticəsində zülalların (o cümlədən hüceyrələrdə həyat üçün vacib prosesləri tənzimləyən fermentlərin) əmələ gəlməsini induksiya edən kompleks meydana çıxır. Preparatın iltihabəleyhinə təsiri eozinofillər və tosqun hüceyrələr tərəfindən iltihab mediatorlarının azadolmasının tormozlanması, hialuron turşusunu hasil edən lipokortinlərin əmələ gəlməsinin və tosqun hüceyrələrin miqdarının azalmasının induksiya olunması, kapillyarların keçiriciliyinin aşağı düşməsi, hüceyrə membranlarının (xüsusilə, lizosomal) və orqanella membranlarının stabilləşməsi ilə əlaqəlidir. Preparat iltihabi prosesin bütün mərhələlərinə təsir göstərir: araxidon turşusu səviyyəsində (lipokortin fosfolipaza A2 fermentini tormozlayır, araxidon turşusunun azadolmasını tormozlayır və iltihabi, allergik və digər proseslərin meydana çıxmasına səbəb olan endoperoksidlərin, leykotrienlərin biosintezini inhibə edir) prostaqlandinlərin (Pg) sintezini və “iltihabəleyhinə sitokinlərin” (interleykin 1, şiş nekrozu faktoru alfa və digər) sintezini inhibə edir, hüceyrə membranının müxtəlif zədələyici faktorların təsirinə qarşı davamlılığını yüksəldir. Zülal mübadiləsinə təsiri: qan plazmasında qlobulinlərin miqdarını aşağı salır, qaraciyərdə və böyrəklərdə albuminlərin sintezini yüksəldir (albumin/qlobulin əmsalını artırmaqla), əzələ toxumasında zülal sintezini aşağı salır və katabolizmini yüksəldir. Lipid mübadiləsinə təsiri: ali yağ turşularının və triqliseridlərin sintezini yüksəldir, yağların yenidən paylanmasına (yağların toplanması əsasən, bazu oynağı, üz və qarın nahiyəsində baş verir) səbəb olur, hiperxolesterinemiyanın inkişaf etməsinə gətirib çıxarır. Karbohidrat mübadiləsinə təsiri: mədə-bağırsaq traktından karbohidratların absorbsiyasını artırır, qlükoza-6-fosfataza fermentinin aktivliyini yüksəldir (qlükozanın qaraciyərdən qana keçməsinin artması), fosfoenolpiruvatkarboksikinaza fermentinin aktivliyini və aminotransferaza fermentlərinin sintezini artırır (qlükoneogenezin aktivləşməsi), hiperqlikemiyanın inkişaf etməsinə səbəb olur. + Su-elektrolit mübadiləsinə təsiri: natrium ionlarının (Na ) və suyun orqanizmdə ləngiməsinə səbəb + olur, kalium ionlarının (K ) xaricolmasını stimullaşdırır (mineralkortikosteroidlərlə əlaqəli aktivliyi), 2+ mədə-bağırsaq traktından kalsium ionlarının (Ca ) absorbsiyasını aşağı salır, kalsium ionlarının sümüklərdən “yuyulmasına” və onların böyrək ekskresiyasının artmasına səbəb olur, sümük toxumasının minerallaşmasını aşağı salır. Preparatın immunodepressiv təsiri limfoid toxumanın involyusiyasına, limfositlərin (xüsusilə, T- limfositlərin) proliferasiyasının tormozlanmasına, B-hüceyrələrin miqrasiyasının və T- və B- limfositlərin qarşılıqlı təsirinin tormozlanmasına, limfositlərdən və makrofaqlardan sitokinlərin (interleykin-1, 2-nin və qamma-interferonun) azadolmasının tormozlanmasına və antitellərin əmələ gəlməsinin aşağı düşməsinə əsaslanır. Preparatın allergiyaəleyhinə təsiri allergiya mediatorlarının sintezinin və sekresiyasının aşağı düşməsi, sensibilizasiyaya məruz qalmış tosqun hüceyrələrdən və bazofillərdən histaminin və digər bioloji aktiv maddələrin azadolmasının tormozlanması, dövr edən bazofillərin miqdarının aşağı düşməsi, limfoid və birləşdirici toxumanın inkişaf etməsinin tormozlanması, T- və B-limfositlərin və tosqun hüceyrələrin miqdarının azalması, effektor hüceyrələrin allergiya mediatorlarına qarşı həssaslığının aşağı düşməsi, anticisimlərin əmələ gəlməsinin tormozlanması, orqanizmin immun cavabının dəyişməsi nəticəsində inkişaf edir. Tənəffüs yollarının obstruktiv xəstəlikləri zamanı preparatın təsiri əsasən, iltihabi proseslərin tormozlanması, selikli qişaların ödeminin şiddətinin qarşısının alınması və ya aşağı düşməsi, bronxial epitelinin submukoz qatının eozinofil infiltrasiyasının aşağı düşməsi və bronxların selikli qişasında dövr edən immun komplekslərin toplanması və eləcədə, selikli qişanın eroziyalaşmasının və deskvamasiyasının tormozlanması ilə əlaqədardır. Preparat kiçik və orta ölçülü bronxların β- adrenoreseptorlarının endogen katexolaminlərə və ekzogen simpatomimetiklərə qarşı həssaslığını yüksəldir və selik hasilatının azaldılması hesabına onun özlülüyünü aşağı salır. AKTH-nin (adrenokortikotrop hormonun) sintezini və sekresiyasını və ikincili olaraq – endogen QKS-in sintezini tormozlayır. Farmakokinetikası Absorbsiyası Daxilə qəbul edildikdə, prednizolon mədə-bağırsaq traktından yaxşı sorulur. Peroral yolla istifadə edildikdən 1-1,5 saat sonra qanda maksimal konsentrasiyası əldə olunur. Paylanması Prednizolonun 90%-ə qədəri qan plazmasının zülalları ilə birləşir – transkortinlə (kortizolu birləşdirən qlobulin) və albuminlərlə. Metabolizmi Prednizolon əsasən, qlükuron və kükürd turşuları ilə konyuqasiya yolu ilə qaraciyərdə, qismən isə böyrəklərdə və digər toxumalarda metabolizmə məruz qalır. Metabolitləri qeyri-aktivdir. Xaric olması Ödlə və yumaqcıq filtrasiyası yolu ilə böyrəklər vasitəsi ilə xaric olunur və 80-90%-i borucuqlarda reabsorbsiya olunur. Preparatın 20%-i böyrəklər vasitəsi ilə dəyişilməmiş şəkildə xaric olunur. Peroral yolla istifadə edildikdən sonra preparatın qan plazmasından yarımxaricolma dövrü 2-4 saat təşkil edir.

İstifadəsinə göstərişlər

● Birləşdirici toxumanın sistem xəstəlikləri (sistem qırmızı qurdeşənəyi, sklerodermiya, düyünlü periarteriit, dermatomiozit, revmatoid artrit). ● Oynaqların kəskin və xroniki iltihabi xəstəlikləri-podaqralı və psoriatik artrit, osteoartrit (o cümlədən posttravmatik), poliartrit, çiyin-kürək periartriti, ankilozlaşdırıcı spondiloartrit (Bexterev xəstəliyi), revmatoid artrit, o cümlədən yuvenil revmatoid artrit, böyüklərdə Still sindromu, bursit, qeyri-spesifik tendosinovit, sinovit və epikondilit. ● Kəskin revmatizm, kəskin revmokardit. ● Bronxial astma. ● Kəskin və xroniki allergik xəstəliklər, o cümlədən dərman vasitələrinə və qida məhsullarına qarşı allergik reaksiya, zərdab xəstəliyi, övrə, allergik rinit, dərman ekzanteması, pollinoz və s. ● Dəri xəstəlikləri-qovuqca, psoriaz, ekzema, atopik dermatit (yayılmış neyrodermit), kontakt dermatit (dəri səthinin geniş miqyaslı zədələnməsilə), toksidermiya, seboreyalı dermatit, eksfoliativ dermatit, toksik epidermal nekroliz (Layell sindromu), bullyoz herpetiformalı dermatit, Stivens- Conson sindromu. ● Prednizolonun parenteral istifadəsindən sonra baş beyinin və/və ya cərrahi müdaxilə və ya şüa terapiyası ilə əlaqədar baş beyinin ödemi (yalnız maqnit-rezonans və ya kompyuter tomoqrafiyasının nəticəsində kəllədaxili təzyiqin simptomları təsdiq edildikdən sonra). ● Gözlərin allergik xəstəlikləri: konyunktivitin allergik formaları. ● Gözlərin iltihabi xəstəlikləri-simpatik oftalmiya, ağır zəifaxıcı ön və arxa uveit, görmə sinirinin nevriti. ● Birincili və ikincili böyrəküstü vəzin çatışmazlığı (o cümlədən böyrəküstü vəzin çıxarılmasından sonrakı vəziyyət). Seçim preparatları hidrokortizon və ya kortizon hesab edilir; ehtiyac olduqda, sintetik analoqlar eyni vaxtda mineralokortikosteroidlərlə istifadə edilə bilər; xüsusilə uşaqlarda mineralokortikosteroidlərin əlavə edilməsi vacibdir. ● Böyrəküstü vəzin anadangəlmə hiperplaziyası. ● Autoimmun genezli böyrək xəstəlikləri (o cümlədən kəskin qlomerulonefrit); nefrotik sindrom (o cümlədən lipoid nefroz fonunda). ● Yarımkəskin tireoidit. ● Qan və qanyaradıcı sistemin xəstəlikləri-aqranulositoz, panmielopatiya, autoimmun hemolitik anemiya, limfo- və mieloid leykoz, limfoqranulematoz, trombositopenik purpura, böyüklərdə ikincili trombositopeniya, eritrobalstopeniya (eritrositar anemiya), anadangəlmə (eritroid) hipoplastik anemiya. ● Ağciyərlərin interstisial xəstəlikləri-kəskin alveolit, ağciyər fibrozu, II-III mərhələli sakroidoz. ● Vərəmli meningit, ağciyər vərəmi, aspirasion pnevmoniya (spesifik kimyəvi terapiya ilə birlikdə). ● Berillioz, Leffler sindromu (digər terapiyaya tabe olmayan); ağciyər xərçəngi (sitostatiklərlə kombinasiyada. ● Dağınıq skleroz. ● Mədə-bağırsaq xəstəlikləri-xoralı kolit, Kron xəstəliyi, lokal enterit. ● Hepatit. ● Orqan köçürməsi zamanı transplantantın ayrılması reaksiyasının profilaktikası. ● Onkoloji xəstəliklər fonunda hiperkalsiemiya. ● Mieloma xəstəliyi.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, laktaza defisiti, laktozaya qarşı dözümsüzlük, saxaraza/izomaltaza defisiti, saxarozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası; sistem mikoz; canlı və zəiflədilmiş vaksinlərlə preparatın immunosupressiv dozalarının eyni vaxtda istifadəsi; sadə herpeslə törədilən gözlərin infeksiyası (buynuz qişanın perforasiyası riskinə görə); laktasiya dövrü; 3 yaşa qədər uşaqlar. Nekroz ocağının yayılmasına, çapıq toxumasının formalaşmasının ləngiməsinə və bunun səbəbi nəticəsində ürək əzələsinin parçalanmasına görə kəskin və ya yarımkəskinmiokard infarktı olan pasiyentlərdə preparatın istifadəsi məsləhət görülmür.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Aşağıdakı xəstəliklər və hallar zamanı preparatı ehtiyatla istifadə etmək lazımdır ● Mədə-bağırsaq sisteminin xəstəlikləri-mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, ezofagit, qastrit, kəskin və ya latent peptik xora, bağırsağın yaxınlarda yaranan anastomozu, perforasiya və ya absesləşmə təhlükəsi olan xoralı kolit, divertikulit. ● Virus, göbələk və ya bakterial təbiətli parazitar və infeksion xəstəliklər (xəstələrlə yaxınlarda kontaktda olmaq daxil olmaqla, hazırda mövcud olan və ya yaxınlarda keçirilmiş)-sadə herpes, kəmərləyici herpes (viremik faza), suçiçəyi, qızılca; amebioz, strongiloidoz; aktiv və ya latent vərəm. Ağır infeksion xəstəliklərdə istifadəsi, yalnız spesifik mikrobəleyhinə terapiya fonunda yol veriləndir. ● Pre- və postvaksinal dövr (8 həftə əvvəl və 2 həftə vaksinasiyadan sonra), BSJ peyvəndindən sonra limfadenit İmmunodefisit vəziyyət (o cümlədən QİDS və ya İİV infeksiyası). ● Ürək-damar siseminin xəstəlikləri, o cümlədən xroniki ürək çatışmazlığı, arterial hipertenziya, hiperlipidemiya. ● Endokrin xəstəliklər-şəkərli diabet (o cümlədən karbohidratlara qarşı tolerantlığın pozulması), tireotoksikoz, hipotireoz, piylənmə (III-IV dərəcəli). ● Ağrı xroniki böyrək və/və ya qaraciyər çatışmazlığı, nefrourolitiaz. ● Hipoalbuminemiya və onun yaranmasına meyilli olan vəziyyət (qaraciyər sirrozu, nefrotik sindrom). ● Qıcolma sindromu. ● Yaşlı pasiyentlər (osteoporozun və arterial hipertenziyanın yüksək riski). ● Anamnezdə tromboembolik ağırlaşma və ya bu vəziyyətlərin inkişafına meyillilik. ● Anamnezdə psixikanın pozulması; kəskin psixoz. ● Sistem osteoporoz, miasteniya qravis, polimielit (bulbar ensefalit forması müstəsna olmaqla), açıq- və bağlıbucaqlı qlaukoma. ● Hamiləlik. Uşaqlarda boy artımı zamanı QKS, yalnız aşkar göstərişlər üzrə və həkimin xüsusi müşahidəsi altında istifadə edilməlidir. Prednizolon preparatı ilə müalicə zamanı meydana çıxan ağırlaşmaların dozanın miqdarından və müalicənin davametmə müddətindən asılı olmasını nəzərə alaraq, hər bir konkret halda göstərilən müalicənin zəruriliyi barədə qərar risk/fayda nisbətinin analizi əsasında qəbul edilir və eləcədə, müalicənin davametmə müddəti və preparatın istifadə tezliyi müəyyən edilir. Prednizolon preparatını, kifayət qədər terapevtik effektin meydana çıxmasını təmin edən ən aşağı dozada istifadə etmək və zərurət yarandığı halda, dozanın aşağı salınmasını tədricən həyata keçirmək lazımdır. Aritmiyanın inkişaf etmə təhlükəsini nəzərə alaraq, Prednizolon preparatının yüksək dozalarda istifadəsini tələb olunan avadanlıqla (elektrokardioqrafla, defibrillyatorla) təchiz olunmuş stasionar şəraitdə həyata keçirmək lazımdır. Uzunmüddətli spontan remissiya baş verdiyi halda, müalicəni dayandırmaq lazımdır. Uzunmüddətli müalicə aparıldıqda, pasiyenti müntəzəm müayinədən (döş qəfəsi orqanlarının rentgenoqrafiyası, yeməkdən 2 saat sonra qan plazmasında qlükozanın konsentrasiyası, sidiyin ümumi analizi, arterial təzyiqin ölçülməsi, bədən kütləsinə nəzarətin aparılması, anamnezlərində mədə-bağırsaq traktında xoralı xəstəliklər qeyd olunan pasiyentlərdə rentgenoloji və ya endoskopik müayinənin aparılması) keçirmək lazımdır. Prednizolon preparatı ilə uzunmüddətli müalicə qəbul edən uşaqların boy artımına və inkişafına diqqətlə nəzarət etmək lazımdır. Gündə bir neçə dəfəlik qəbula bölünmüş dozanın istifadəsi ilə uzunmüddətli müalicə qəbul edən uşaqlarda boy artımının ləngiməsi müşahidə oluna bilər. Prednizolonun uşaqlarda uzun müddət ərzində gündəlik istifadəsi yalnız, mütləq göstərişlər əsasında mümkündür. Preparatın günaşırı istifadəsi göstərilən effektin inkişaf etmə riskini aşağı sala bilər və ya tamamilə ondan qaçınmaq imkanı verə bilər. Prednizolon preparatı ilə uzunmüddətli müalicə qəbul edən uşaqlar kəlladaxili hipertenziyanın inkişaf etməsi üzrə yüksək risk qrupuna daxildirlər. İmmun sistemə tormozlayıcı təsir göstərən preparatlardan istifadə edən pasiyentlər infeksiyalara qarşı daha həssasdırlar. Məsələn, Prednizolon preparatından istifadə edən immunizasiya olunmamış uşaqlarda və böyüklərdə suçiçəyi və qızılca daha ağır gedişli ola bilər və hətta ölümlə nəticələnə bilər. Təsdiq olunmuş və ya ehtimal edilən parazitar infeksiyalar, məsələn, strongiloidoz qeyd olunan pasiyentlərə Prednizolon preparatını həmçinin, ehtiyatla təyin etmək lazımdır. Həmin pasiyentlərdə prednizolonun istifadəsi nəticəsində meydana çıxan immunosupressiya strongiloidoz hiperinfeksiyasına və prosesin, sürfələrin yayılmış miqrasiyası ilə müşayiət olunan disseminasiyasına səbəb olur ki, bu da bir çox hallarda, enterokolitin ağır formalarının və ölümlə nəticələnə bilən qrammənfi septisemiyanın inkişaf etməsinə gətirib çıxarır. Prednizolonla aparılan müalicə fonunda infeksiyalara qarşı həssaslıq yüksələ bilər, bəzi infeksiyalar yüngül şəkildə keçə bilər və eyni zamanda, yeni infeksiyalar inkişaf edə bilər. Bundan əlavə, orqanizmin infeksion prosesi lokalizasiya etmək qabiliyyəti aşağı düşür. İnsan orqanizminin müxtəlif sistemlərində məskunlaşan müxtəlif patogen orqanizmlərin, məsələn, virusların, bakteriyaların, göbələklərin, protozoyların və ya helmintlərin törətdikləri infeksiyaların inkişaf etməsi Prednizolon preparatının həm monoterapiya şəklində, həm də hüceyrə immunitetinə, humoral immunitetə və ya neytrofillərin funksiyalarına təsir göstərən digər immunodepressantlarla birlikdə istifadəsi ilə əlaqəli ola bilər. Həmin infeksiyaların gedişi yüngül ola bilər, lakin, bir sıra hallarda, ağır gedişli ola bilər və hətta, ölümlə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki, preparatın nə qədər yüksək dozaları istifadə edilərsə, infeksion ağırlaşmaların inkişaf etmə ehtimalı bir o qədər yüksəkdir. Prednizolon preparatının immunosupressiv təsir göstərən dozaları ilə müalicə qəbul edən pasiyentlərdə canlı və ya zəiflədilmiş canlı vaksinlərin istifadəsi əks göstərişdir, bununla belə, həmin pasiyentlərə cansız və ya inaktivləşdirilmiş vaksinləri yeritmək olar, lakin bu zaman, həmin vaksinlərin yeridilməsinə qarşı orqanizmin reaksiyası aşağı ola bilər və ya hətta heç olmaya bilər. Prednizolon preparatının immunosupressiv təsir göstərməyən dozaları ilə müalicə qəbul edən pasiyentlərdə müvafiq göstərişlər əsasında immunizasiya aparıla bilər. Aktiv vərəm zamanı Prednizolon preparatının istifadəsini ildırımvari və disseminasiyaolunmuş vərəm halları ilə məhdudlaşdırmaq və bu xəstəliklərin müalicəsi üçün Prednizolon preparatını müvafiq vərəməleyhinə kimyəvi-terapiya ilə birlikdə istifadə etmək lazımdır. Latent vərəm və ya müsbət tuberkulin sınaqları qeyd olunan pasiyentlərə Prednizolon preparatı təyin edildiyi halda, xəstəliyin reaktivləşməsi ehtimalını nəzərə alaraq, müalicəni ciddi həkim nəzarəti altında aparmaq lazımdır. Preparatın istifadəsi ilə uzunmüddətli müalicə müddətində belə pasiyentlər müvafiq profilaktik terapiya qəbul etməlidirlər. QKS-in istifadəsi ilə müalicə qəbul edən pasiyentlərdə Kapoşi sarkomasının inkişaf etmə halları qeyd olunmuşdur. Preparatın istifadəsi dayandırıldıqda, klinik remissiya qeyd oluna bilər. Prednizolon preparatını terapevtik dozalarda uzun müddət ərzində istifadə etdikdə, hipotalamus- hipofiz-böyrəküstü vəzi sisteminin supressiyası (böyrəküstü vəzilərin qabıq maddəsinin ikincili çatışmazlığı) inkişaf edə bilər. Böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığının dərəcəsi və davametmə müddəti hər bir pasiyentdə fərdidir və dozadan, istifadə tezliyindən, qəbul vaxtından və müalicənin davametmə müddətindən asılıdır. Preparatı günaşırı istifadə etməklə və ya dozasını tədricən aşağı salmaqla göstərilən effektin ağırlıq dərəcəsini zəiflətmək olar. Müalicə dayandırıldıqdan sonra böyrəküstü vəzilərin qabıq maddəsinin nisbi çatışmazlığının bu növü bir neçə ay müddətində davam edə bilər və bu səbəbdən, həmin dövr müddətində istənilən stress vəziyyətləri qeyd olunduqda, Prednizolon preparatını təkrar təyin etmək lazımdır. Preparatın istifadəsi qəflətən dayandırıldıqda, böyrəküstü vəzilərin kəskin çatışmazlığının inkişaf etməsi mümkündür ki, bu da ölüm nəticəsinə gətirib çıxara bilər. Preparatın istifadəsinin qəflətən dayandırılması nəticəsində həmçinin, “QKS-in ləğvetmə” sindromu (böyrəküstü vəzilərin çatışmazlığına aid olmayan) meydana çıxa bilər. Qeyd olunan sindromun simptomlarına aşağıda göstərilənlər aiddir: anoreksiya, ürəkbulanma, qusma, letargiya, baş ağrısı, qızdırma, oynaq ağrıları, dərinin qabıqlanması, mialgiya, bədən kütləsinin aşağı düşməsi və arterial təzyiqin aşağı düşməsi. Ehtimal edilir ki, göstərilən simptomlar qan plazmasında prednizolonun konsentrasiyasının aşağı düşməsi nəticəsində deyil, konsentrasiyanın kəskin dəyişməsi ilə əlaqəli meydana çıxır. Hipotireozdan və ya qaraciyər sirrozundan əziyyət çəkən pasiyentlərdə prednizolonun daha şiddətli effekti qeyd olunur. Mineralkortikosteroidlərin sekresiyasının pozulması ehtimalını nəzərə alaraq, eyni zamanda elektrolitlərin və/və ya mineralkortikosteroidlərin təyin olunması vacibdir. Hidrokortizonun və ya kortizonun orta və yüksək dozalarının istifadəsi, arterial təzyiqin yüksəlməsinə, natrium ionlarının və suyun orqanizmdə ləngiməsinə və kaliumun ekskresiyasının artmasına səbəb ola bilər. Sintetik QKS-dən (o cümlədən prednizolondan) istifadə etdikdə, preparatların yüksək dozalarının istifadəsi halları istisna olmaqla, göstərilən effektlərin meydana çıxma ehtimalı aşağıdır. Xörək duzunun qida ilə istifadəsinin məhdudlaşdırılması və kalium preparatlarının təyin olunması vacibdir. Bütün QKS preparatları kalsiumun xaricolmasını artırır. Prednizolon preparatının istifadəsi qan plazmasında qlükoza konsentrasiyasının yüksəlməsinə, mövcud şəkərli diabetin gedişinin pisləşməsinə gətirib çıxara bilər. Prednizolon preparatı ilə uzunmüddətli müalicə qəbul edən pasiyentlər şəkərli diabetin inkişaf etməsinə meyilli ola bilərlər. Prednizolon preparatı ilə müalicə fonunda stresslə üzləşə bilən pasiyentlərdə stress vəziyyətindən əvvəl, stress vəziyyəti müddətində və ondan sonra preparatın dozasının artırılması göstərişdir. Prednizolon preparatı ilə müalicə fonunda müxtəlif psixi pozğunluqların inkişaf etməsi mümkündür: eyforiyadan, yuxusuzluqdan, əhval-ruhiyyənin dəyişməsindən və depressiyadan kəskin psixi təzahürlərə qədər. Bundan əlavə, artıq mövcud emosional qeyri-stabillik və ya psixotik reaksiyalara meyillilik güclənə bilər. Prednizolon preparatından istifadə etdikdə, potensial ağır psixi pozğunluqlar meydana çıxa bilər. Müalicə başladıqdan sonra simptomlar adətən, bir neçə gün və ya bir neçə həftə müddətində meydana çıxa bilər. Doza aşağı salındıqdan və ya preparatın istifadəsi dayandırıldıqdan sonra, reaksiyaların əksəriyyəti aradan qalxır. Buna baxmayaraq, spesifik müalicənin aparılması tələb oluna bilər. Pasiyentləri və/və ya onların qohumlarını məlumatlandırmaq lazımdır ki, pasiyentin psixoloji statusunda dəyişikliklər meydana çıxdığı halda (xüsusilə, depressiv vəziyyət və ya suisidal cəhdlər inkişaf etdikdə), tibbi yardıma müraciət edilməlidir. Eyni zamanda, preparatın dozası aşağı salınan müddət ərzində və ya doza aşağı salındıqdan dərhal sonra və ya preparatın istifadəsi tamamilə dayandırıldığı halda, psixi pozğunluqların inkişaf etməsi ehtimalı barədə pasiyentləri və ya onların qohumlarını xəbərdar etmək lazımdır. QKS-dən istifadə edən pasiyentlərdə epidural lipomatozun inkişaf etməsi barədə məlumatlar mövcuddur. Bu hal adətən, yüksək dozaların istifadəsi ilə uzunmüddətli müalicə aparıldıqda qeyd olunur. Prednizolon preparatının uzunmüddətli istifadəsi arxa subkapsulyar kataraktanın, ekzoftalmın və ya görmə sinirinin zədələnməsi ilə müşayiət oluna bilən qlaukomanın meydana çıxmasına və göbələk və ya virus mənşəli ikincili göz infeksiyalarının inkişaf etməsinə səbəb ola bilər. Gözün buynuz qişasının perforasiyası riskinin mövcudluğunu nəzərə alaraq, sadə herpes virusunun törətdiyi göz infeksiyalarının (oftalmoherpesin) müalicəsi aparıldıqda, QKS-i ehtiyatla təyin etmək lazımdır. Prednizolonla aparılan müalicə mərkəzi seroz xorioretinopatiyanın inkişaf etməsinə gətirib çıxara bilər ki, bu da öz növbəsində, torlu qişanın qopmasına səbəb ola bilər. Prednizolon preparatı ilə aparılan müalicə peptik xora simptomlarını maskalaya bilər və bu halda, perforasiya və ya qanaxma əhəmiyyətli ağrı sindromu qeyd olunmadan inkişaf edə bilər. Ürək-damar xəstəliklərinin risk faktorları, o cümlədən hiperlipidemiya qeyd olunan pasiyentlərdə və arterial təzyiqin yüksəlməsinə meyilli olan pasiyentlərdə Prednizolon preparatını ehtiyatla istifadə etmək lazımdır – nəzərə almaq lazımdır ki, Prednizolon preparatının yüksək dozalarının və uzunmüddətli istifadəsi yeni reaksiyaların meydana çıxmasını təhrik edə bilər. Ürək funksiyalarına müntəzəm nəzarət etmək lazımdır. Prednizolon preparatının aşağı dozalarının istifadəsi göstərilən reaksiyaların ağırlıq dərəcəsini aşağı sala bilər. Sistem QKS-dən istifadə edən və az müddət əvvəl miokard infarktı keçirən pasiyentlərin vəziyyətlərinə müntəzəm nəzarət etmək vacibdir. Prednizolon preparatından istifadə edən pasiyentlərə asetilsalisil turşusu əsasında olan analgetikləri və qeyri-steroid iltihabəleyhinə preparatları ehtiyatla təyin etmək lazımdır. Allergik reaksiyaların meydana çıxması mümkündür. QKS-dən istifadə edən pasiyentlərdə dəri qıcıqlanmasının və anafilaktik və ya psevdoanafilaktik reaksiyaların nadir hallarda qeyd olunmasını nəzərə alaraq, QKS-i təyin etməzdən əvvəl, xüsusilə, pasiyentin anamnezində dərman preparatlarına qarşı allergik reaksiyalar qeyd olunduğu halda, tələb olunan tədbirlərin görülməsi vacibdir. QKS-in yüksək dozaları, kəskin pankreatitin meydana çıxmasına səbəb ola bilər. QKS-in yüksək dozaları ilə aparılan müalicə kəskin miopatiyanın meydana çıxmasına səbəb ola bilər; bu zaman, xəstəliyin inkişaf etməsinə sinir-əzələ keçiriciliyinin pozğunluqları (məsələn, miasteniya gravis) qeyd olunan pasiyentlər və eləcədə, xinolitiklərlə, məsələn, sinir-əzələ keçiriciliyini blokadaya alan preparatlarla eyni zamanda müalicə qəbul edən pasiyentlər daha çox məruz qalırlar. Bu növ miopatiya generalizəolunmuşdur – o, göz əzələlərini və ya tənəffüs sisteminin əzələlərini əhatə edə bilər və hətta, bütün ətrafların iflicinə gətirib çıxara bilər. Bundan əlavə, kreatinkinaza fermentinin səviyyəsi yüksələ bilər. Qeyd olunan hallarda, klinik sağalma bir neçə həftə və ya hətta, bir neçə il davam edə bilər. QKS-in yüksək dozaları ilə uzunmüddətli müalicə aparıldıqda, tez-tez rast gələn (lakin, nadir hallarda aşkar olunan) ağırlaşma – osteoporozdur. Yaşlı pasiyentlərdə osteoporozun yüksək riskini və orqanizmdə arterial təzyiqin potensial yüksəlməsinə səbəb ola bilən mayenin ləngiməsini nəzərə alaraq, həmin pasiyentlərə uzunmüddətli müalicə məqsədi ilə QKS-i ehtiyatla təyin etmək lazımdır. Metilprednizolonla və flüorxinolonlarla eyni zamanda aparılan müalicə, xüsusilə yaşlı pasiyentlərdə vətərlərin üzülməsi riskinin yüksəlməsinə səbəb olur. Prednizolon Kuşinq sindromunun klinik təzahürlərini gücləndirə bilər, bunu nəzərə alaraq, qeyd olunan xəstəlikdən əziyyət çəkən pasiyentlərdə prednizolonun istifadəsindən çəkinmək lazımdır. Anamnezlərində və ya hazırda trombozlar və ya trombotik ağırlaşmalar qeyd olunan pasiyentlərin vəziyyətlərinə diqqətlə nəzarət etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Prednizolonla eyni vaxtda istifadəsi zamanı: qaraciyərin mikrosomal fermentlərinin induktorları (fenobarbital, rifampisin, fenitoin, teofillin, efedrin, karbamazepin, aminoqlutetimid, primidon, rifabutin) onun konsentrasiyasının azalmasına səbəb olur; mifepriston – mifepristonun qəbulundan sonra 3-4 gün ərzində prednizolonun təsirinin azalması; metotreksat – prednizolonun metabolizminin azalması nəticəsində metotreksatın toksikliyinin artması; etopozid – prednizolunun təsirilə qaraciyərdə etopozidin metabolizminin inhibə edilməsi nəticəsində onun effektivliyinin artması və toksik təsirinin güclənməsi; diuetiklər (xüsusilə “tiazidlər”və karboanhidrazanın inhibitorları) və amfoterisin B orqanizmdən + kalium (K ) ionlarının xaric olmasının güclənməsinə səbəb ola bilər; natrium tərkibli preparatlar – ödemlərin inkişafı və arterial təzyiqin artması; amfoterisin B – ürək çatışmazlığının inkişafı riski artır; ürək qlikozidləri – onlara qarşı dözümsüzlük pisləşir və mədəcik ekstrasistoliyasının inkişafı ehtimalı artır (hipokaliemiya səbəbinə görə); dolayı antikoaqulyantlar – onların təsirini zəiflədir (nadir hallarda gücləndirir) (dozanın korreksiyası tələb edilir); antikoaqulyantlar və trombolitiklər – mədə-bağırsaq sistemində xoradan qanaxmanın inkişafı riski artır; etanol və qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) – mədə-bağırsaq sistemində eroziv- xoralı zədələnməsinin yaranması riski və qanaxmanın inkişafı güclənir (artritlərin müalicəsi zamanı QSİƏP-lə kombinasiya zamanı terapevtik effektin cəmlənməsinə görə qlükokortikosteroidlərin dozasının azaldılması mümkündür); parasetamol – hepatoksikliyin inkişafı riski artır (“qaraciyər” fermentlərinin induksiyası və parasetamolun toksik metabolitinin yaranması); asetilsalisil tueşusu – onun xaric olmasını sürətləndiri və qanda konsentrasiyasını azaldır (prednizolonun ləğv edilməsi zamanı qanda salisilatların konsentrasiyası artır və əlavə təsirlərin inkişafı riski yüksəlir); insulin və peroral hipoqlikemik preparatlar, hipotenziv vasitələr – onların effektivliyi azalır; 2+) D vitamini – onun bağırsaqda kalsium (Ca ionlarının sorulmasına təsiri azalır; samototrop hormon – axırıncının effektivliyini, prazikvantel ilə isə konsentrasiyasını azaldır; M-xolinoblokatorlar (antihistamin preparatlar və m-xolinoblokadaedici aktivliyə malik trisiklik antidepressantlar daxil olmaqla) və nitratlar-gözdaxili təzyiqin yüksəlməsinə səbəb olur; İzoniazid və meksiletin – onların metabolizmini artırır (xüsusilə “ləng” asetilyatorlarda) ki, bu da, onların plazma konsentrasiyasına azalmasına səbəb olur. Karboanhidrazanın inhibitorları və ilgək diuretikləri osteoparozun inkişafı riskini artıra bilər. İndometasin prednizolonu albuminlə birləşmədən sıxışdıraraq, onun əlavə təsirlərinin inkişafı riskini artırır. Adrenokortikotrop hormon (AKTH) prednizolonun təsirini gücləndirir. Erqokalseferol və parathormon prednizolonla törədilən osteopatiyanın inkişafına mane olur. Siklosporin və ketokonazol prednizolonun metabolizmini ləngidir, bəzi hallarda onun toksikliyini artırır. Androgenlərin və steroid anabolik preparatların prednizolonla eyni vaxtda istifadəsi periferik ödemlərin və hirsutizmin inkişafına, civzələrin yaranmasına səbəb olur. Estrogenlər və estrogen tərkibli peroral kontraseptivlər prednizolonun klirensini azaldır ki, bu da, onun təsirinin təzahürünün güclənməsilə müşayiət edilə bilər. Mitotan və böyrəküstü vəzin finksiyasının digər inhibitorları prednizolonun dozasının artırılmasının vacibliyinə səbəb ola bilər. Canlı virusəleyhinə vaksinlərlə eyni vaxtda istifadəsi zamanı və digər növ immunizasiya fonunda- virusların aktivasiyası və infeksiyanın inkişafı riski artır. Antipsixotik vasitələr (neyroleptiklər) və azatiopirin prednizolonun istifadəsi zamanı kataraktanın inkişfı riskini artırır. İmmunodepressantlar infeksiyanın və limfomanın və ya Epşteyn-Barr virusu ilə törədilən digər limfoproliferativ pozuntuların inkişafı riskini artırır. Antasidlərlə eyni vaxtda istifadəsi prednizolonun sorulmasını azaldır. Antitireoid preparatlarla eyni vaxtda istifadəsi zamanı prednizolonun klirensi azalır, tireoid hormonlarla isə artır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Prednizolon plasentadan asanlıqla keçir. Hamiləlik dövründə (xüsusilə, I trimestrdə) və ya hamilə olmağı planlaşdıran qadınlarda Prednizolon preparatının istifadəsi yalnız, prednizolonun gözlənilən müalicəvi effekt ana və döl üçün mənfi təsir riskindən üstün olduğu hallarda göstərişdir. Hamiləlik dövründə QKS-i yalnız, mütləq göstərişlər olduğu halda təyin etmək lazımdır. Hamiləlik dövründə uzunmüddətli müalicə aparıldıqda, dölün inkişafı pozulur. Hamiləlik dövrünün III trimestrində döldə böyrəküstü vəzilərin qabıq maddəsinin atrofiyasının meydana çıxma təhlükəsi mövcuddur ki, bu da yenidoğulmuş körpədə əvəzedici müalicənin aparılmasını tələb edə bilər. Hamiləlik dövründə prednizolondan istifadə edən anaların dünyaya gətirdikləri uşaqlarda böyrəküstü vəzilərin çatışmazlığının ehtimal edilən simptomlarını vaxtında aşkar etmək məqsədi ilə, həmin uşaqlara diqqətlə nəzarət etmək vacibdir. Hamiləlik dövründə QKS-dən istifadə edən anaların yenidoğulmuş körpələrində kataraktanın inkişaf etmə halları qeyd olunmuşdur. Hamiləlik dövrünün II yarısının hestozları, o cümlədən QKS-in istifadəsi fonunda preeklampsiya qeyd olunan hamilə qadınların hərtərəfli monitorinqinin aparılması vacibdir. QKS-in doğuşun gedişinə və nəticələrinə təsiri barədə heç bir məlumat yoxdur. QKS-in ana südünə nüfuz etməsini nəzərə alaraq, laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandığı halda, ana südü ilə qidalanmanı dayandırmaq tövsiyə olunur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Bir qədər maye ilə daxilə qəbul edilir. Preparatın dozası və müalicənin müddəti göstərişdən və xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, həkim tərəfindən fərdi təyin edilir. Doza seçimi və terapiyanın müddəti də bu yolla və pasiyentin müalicəyə reaksiyası ilə müəyyən edilir. Preparatın sutkalıq dozasını bir dəfəyə qəbul etmək məsləhət görülür və ya ikiqat sutkalıq dozanı- QKS-in endogen sekresiyasını sirkad ritmini nəzərə almaqla, günaşırı səhər vaxtı saat 6-8 intervalında. Prednizolon preparatının sutkalıq dozasını yeməkdən (səhər yeməyindən) sonra qəbul etmək lazımdır. Yüksək sutkalıq dozanı 2-4 qəbula bölmək olar, bu zaman səhərlər yüksək dozanı qəbul etmək lazımdır. Kəskin hallarda və əvəzedici terapiya qismində böyüklərə başlanğıc 20-30 mq/sutka dozada təyin edilir, dəstəkləyici doza 5-10 ma/sutka təşkil edir. Ehtiyac olduqda, başlanğıc doza 15-100 mq/sutka, dəstəkləyici doza 5-15 mq/sutka təşkil edə bilər. 3 yaş və yuxarı uşaqlarda başlanğıc doza sutkada 4-6 qəbula bədən çəkisinə 1-2 mq/sutka, dəstəkləyici doza 0,3-0,6 mq/kq/sutka təşkil edir. Terapevtik effekt əldə edildikdən sonra doza tədricən 5 mq-a, sonra 3-5 gün intervalla 2,5 mq olmaqla, daha gec qəbullar təxirə salınmaqla azaldılır. Preparatın uzun müddət qəbulu zamanı sutkalıq dozanı tədricən azaltmaq lazımdır. Uzun müddətli terapiyanı qəflətən dayandırmaq olmaz. Dəstəkləyici dozanın ləğv edilməsi tədricən, qlükokortikosteroid terapiyanın aparılmasından artıq aparılır. Stress vəziyyətində (infeksiya, allergik reaksiya, travma, əməliyyat, sinir stressi) əsas xəstəliyin kəskinləşməsinin qarşısını almaq üçün Prednizolon preparatının dozası müvəqqəti olaraq artırılmalıdır (1,5-3, ağır hallarda 5-10 dəfə).

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyinin inkişafı və təzahürü istifadənin müddətindən, dozanın yüksək olmasından və Prednizolon preparatının təyin edilməsinin sirkad ritminə riayət edilməsindən asılıdır. Prednizolon preparatının istifadəsi zamanı aşağıdakılar qeyd edilə bilər. İnfeksion və parazitar xəstəliklər: oportunistik infeksiya, infeksiyanın klinik simptomlarının gizlənməsi, kandidozlu ezofagit. Qan və limfatik sistemdə baş verən pozğunluqlar: tromboemboliya (o cümlədən ağciyər arteriyasının tromboemboliyası). İmmun sistemdə baş verən pozğunluqlar: dəri səpgisi, qaşınma, anafilaktik şok. Endokrin sistemdə baş verən pozğunluqlar: qlükozaya qarşı tolerantlığın azalması, “steroidli” şəkərli diabet və ya latent şəkərli diabetin manifestasiyası, böyrəküstü vəzin funksiyasının zəifləməsi, Kuşinq sindromu (ayabənzər sifər, hipofizar tipli piylənmə, hirsutizm, arterial təzyiqin yüksəlməsi, dismenoreya, amenoreya, əzələ zəifliyi, striya), hirsutizm, uşaqlarda cinsi inkişafın ləngiməsi, şəkərli diabetli pasiyentlərdə insulinə və ya peroral hipoqlikemik preparatlara tələbatın artması. Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar: kalsium ionlarının xaric olmasının artması, bədən çəkisinin artması, mənfi azot balansı (zülalların yüksək parçalanması), yüksək tərləmə, iştahanın artması və ya azalması. Mineralokortikosteroid aktivliklə əlaqədar pozuntular: orqanizmdə mayenin və natrium ionlarının ləngiməsi (periferik ödem), hipernatriemiya, hipokaliemik sindrom (hipokaliemiya, aritmiya, mialgiya və ya əzələ spazmı, qeyri-adi zəiflik və yorğunluq). Psixikanın pozulması: suisidal fikirlər, qeyri-adekvat davranış, qıcıqlanma, şüurun dumanlanması, əhval-ruhiyyənin dəyişməsi, deliriy, dezoriyentasiya, eyforiya, hallüsinasiya, maniakal-depressiv psixoz, depressiya, paranoya, əsəbilik və ya narahatlıq, yuxusuzluq. Sinir sistemində baş verən pozğunluqlar: amneziya, kəllədaxili təzyiqin yüksəlməsi, beyinciyin psevdoşişi, başağrı, qıcolma, koqnitiv pozulmalar, epidural lipomatoz. Görmə orqanında baş verən pozğunluqlar: arxa subkapsulyar katarakta, görmə sinirinin mümkün zədələnməsilə gözdaxili təzyiqin yüksəlməsi, gözlərdə ikincili bakterial, göbələk və ya viruslu infeksiyaların inkişafına meyillilik, buynuz qişanın trofik dəyişikliyi, ekzoftalm, mərkəzi seroz xorioretinopatiya, qlaukoma. Eşitmə orqanında və labirintdə baş verən pozğunluqlar: başgicəllənmə, vertiqo. Ürəkdə baş verən pozğunluqlar: aritmiya, bradikardiya (ürəyin dayanmasına qədər); xroniki ürək çatışmazlığının inkişafı (meyilli pasiyentlərdə) və ya proqressivləşməsi, hipoqlikemiya üçün xarakterik olan EKQ-də dəyişiklik, arterial təzyiqin artması, hiperkoaqulyasiya, tromboz. Kəskin və yarımkəskin miokard infarktı olan pasiyentlərdə-nekroz ocağının yayılması, çapıq toxumasının formalaşmasının ləngiməsi, bu da, ürək əzələsinin parçalanmasına səbəb ola bilər. Damarlarda baş verən pozğunluqlar: teleangioektaziya. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: ürəkbulanma, qusma, pankreatin, mədə və onikibarmaq bağırsağın “steroidli” xorası, eroziv ezofagit, mədə-bağırsaq qanaxması və mədə- bağırsaq sisteminin divarının perforasiyası, həzm sisteminin pozulması, meteorizm, hıçqırıq. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozuntular: “qaraciyər” transaminazalarının və qələvi fosfotazanın aktivliyinin artması. Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar: yaraların ləng sağalması, petexiya, ekximoz, dərinin nazikləşməsi, hiper- və hipopiqmentasiya, civzə, striya, piodermiyaya və kandidoza qarşı meyilliliyin inkişafı. Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: uşaqlarda boy inkişafının və sümükləşmə prosesinin ləngiməsi (boy inkişafının epifizar zonasının vaxtından əvvəl bağlanması), osteoporoz (sümüklərin patoloji sınması, çiyin sümüyünün baş hissəsinin və omba sümüyünün aseptik nekrozu), əzələ vətərlərinin cırılması, “steroidli” miopatiya, əzələ kütləsinin azalması (atrofiya). Ümumi və yeridilmə nahiyəsində pozuntular: süstlük. Digər: infeksiyalara qarşı yüksək həssaslıq, infeksiyanın kəskinləşməsi (bu əlavə təsirin təzahürü birlikdə istifadə edilən immunodepressantlarla və vaksinlərlə əlaqədardır), leykosituriya, “QKS-in ləğvedilmə” sindromu, gecə sidiyəgetmələrinin artması, böyrək daşı xəstəliyi.

Doza həddinin aşılması

Dozadan asılı olan əlavə təsirlərin güclənməsi mümkündür. Prednizolon preparatının dozasını azaltmaq vacibdir. Preparatın uzun müddət istifadəsi zamanı Kuşinq sindromunun inkişafı mümkündür. Müalicə simptomatikdir. Preparatın artıq birdəfəlik peroral dozasının qəbulu zamanı mədəni yumaq və aktivləşdirilmiş kömür qəbul etmək lazımdır.

Buraxılış forması

5 mq-lıq tabletlər. 60 tablet, polimer flakonda. 10 tablet polivinilxlorid örtüklü və möhürlü laklanmış alüminium folqadan konturlu-yuvalı qablaşdırmada. Hər 1 polimer flakon və ya 6 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Biosintez” İSC. Rusiya, 440033, Penza ş., Drujba k., 4. Hüquqi ünvan və iradları qəbul edən təşkilat “Biosintez” İSC. Rusiya, 440033, Penza ş., Drujba k., 4. Tel.:/Faks: (8412) 57-72-49.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Prednizolon 5 mq N60 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar