Ketotifen 1 mq N30 tablet Sopharma

Təsiredici maddə: KETOTIFEN
Təsiredici maddəKETOTIFEN
Dərman formasıTablet
Farmakoloji təsirSistem istifadə üçün digər antihistamin preparatlar
İstehsal ölkəsiBolqarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,29 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KETOTİFEN SOFARMA tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ketotifen

Tərkibi

Тəsiredici maddə: 1 tabletin tərkibində 1 mq ketotifenə ekvivalent miqdarda ketotifen hidrofu- marat vardır. Кöməkçi maddələr: mikrokristallik sellüloza, kalsium hidrofosfat, buğda nişastası, maqnesium stearat.

Təsviri

Yumru, yastı bir tərəfində bölmə xətti və bir tərəfdən bölücü zolağı olan, 7 mm diametrində, ağ və ya bozumtul, qoxusuz tabletlərdir.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün digər antihistamin preparatlar. ATC kodu: R06AX17.

Farmakoloji xüsusiyyətləri

Ketotifen sikloheptatiofenonlar qrupuna aiddir və güclü antihistamin təsirinə malikdir. Qeyri- bronxodilatasiyaedici astmaəleyhinə dərmanlar qrupuna aiddir. Təsir mexanizmi, mastosid hüceyrələri tərəfindən histamin və digər vasitəçilərin tormozlanmasından, histamin H1 reseptorlarının blokadası və fosfodiesteraz fermentinin tormozlanması ilə əlaqədardır, bunun nəticəsində mastosid hüceyrələrində siklik adenozin-monofosfat səviyyəsi yüksəlir. PAF (trombositləri aktivləşdirən faktor) təsirini yatırır. Tək istifadə edildikdə, astmatik hücumları dayandırmır, lakin onların meydana gəlməsinin qarşısını alır və intensivliyinin azalmasına və bəzi hallarda onların tamamilə itməsinə səbəb olur. Bəlğəmin xaric olunmasına müsbət təsir göstərir.

İstifadəsinə göstərişlər

Ketotifen Sofarma antihistaminlər (antiallergik) adlanan dərman qrupuna daxildir. O, histamin və digər maddələrin allergiya zamanı orqanizmdə ifraz olunmasının qarşısını alır. Monoterapiya zamanı astma tutmalarına təsir etmir. Uzun müddət qəbul etdikdə tutmaların meydana çıxmasının qarşısını alır, onların davametmə müddətini və intensivliyini azaldır, bəzi hallarda tam yoxa çıxmağına səbəb olur. Uzun müddət davam edən və zəif ifadə olunmuş atipik (allergik) astmanın müalicəsi; allergik halların simptomatik müalicəsi, o cümlədən allergik rinit (burnun selikli qişasının iltihabı) və konyunktivit (gözün birləşdirici qişasının iltihabı). Ketotifen Sofarma baş vermiş astma tutmalarını aradan qaldırmır.

Əks göstərişlər

− Təsiredici maddəyə və ya tərkib hissələrindən istənilən birinə qarşı allergiya (hiperhəssaslıq); − Hamiləliyin ilk 3 ayı və laktasiya dövrü .

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ketotifen Sofarmanı kəskin astma tutmasının müalicəsi üçün istifadə etməyin − Əgər Siz kortikosteroidlərlə müalicə alırsınızsa, Ketotifen Sofarma preparatının istifadəsinə başladığınız halda kortikosteroidlərlə müalicənizi qəflətən dayandırmayın. Ancaq həkim məsləhətindən sonra doza tədricən azaldılaraq qəbul dayandırıla bilər. − Əgər Ketotofen Sofarma ilə müalicə zamanı infeksion xəstəlik müşahidə edilərsə, müalicəni spesifik antiinfeksiyon terapiya ilə aparmaq lazımdır. − Anamnezində qıcolma tutmaları qeyd edilən xəstələrdə Ketotifen Sofarmanın istifadəsi xüsusi diqqət tələb edir. Tabletin tərkibindəki buğda nişastasında ancaq cuzi qlüten ola bilər və seliakiyası olan insanlar üçün təhlükəli deyildir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər Siz hal-hazırda və ya yaxın vaxtda digər dərman maddələri (o cümlədən reseptsiz buraxılan) istifadə etmisinizsə həkiminizə və ya əczaçıya məlumat verməyiniz xahiş olunur. − Ketotifen preparatının peroral diabetəleyhinə dərman maddələri ilə kombinasiyada istifadə olunması zamanı geriyə dönən trombositopeniya (trombositlərin miqdarının azalması) təhlükəsi meydana çıxır Sedativ, yuxugətirici və digər antihistamin (allergiyaəleyhinə) dərman maddələrinin və alkoqolun təsirini artırır. Ona görə də Ketotifenin sadalanan dərmanlarla birgə istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərman vasitəsini qəbul etməmişdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. Ketotifen Sofarmanı hamiləliyin ilk üç ayında istifadə etmək olmaz. Qalan aylarda ancaq həkim konsultasiyasından sonra qəbul edilə bilər. Ketotifen Sofarma ana südünə keçdiyi üçün laktasiya dövründə istifadə edilməməlidir. İstifadə olunan zaman ana südü ilə qidalandırma dayandırılmalıdır. Pediatriyada istifadəsi Klinik müşahidələr farmakokinetik xüsusiyyətləri təsdiqləyir və uşaqlarda optimal nəticə əldə etmək üçün yetkinlərə nisbətən daha yüksək mq/kq dozaya ehtiyac olduğunu göstərir. Daha yüksək dozalar, aşağı dozalar qədər yaxşı mənimsələnir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə zamanı (xüsusi ilə müalicənin başlanğıc dövründə) yuxululuq və reaksiyaların zəifləməsi halları müşahidə edilə bilər. Buna görə də Ketotifen preparatından nəqliyyat vasitələrini idarə edərkən və digər mexanizimlərdə işləyərkən ehtiyatla istifadə etmək lazımdır.

İstifadə qaydası və dozası

Həmişə preparatı həkiminizin təyinatına dəqiq şəkildə əməl etməklə qəbul edin. Nəyəsə əmin olmadıqda, həkiminizdən və ya əczaçınızdan soruşun. Tablet yemək zamanı, su ilə daxilə qəbul edilir. Adi doza: Böyüklər: gündə 2 dəfə, 1 tablet Əgər Sizdə sedativ effektə qarşı həssaslıq yüksəkdirsə, dozanın bir qədər azalatmaq üçün həkiminizlə məsləhətləşin. Lazım olduqda sutkalıq dozanı 4 mq-a qədər artırmaq olar (gündə 2 dəfə, 2 tablet). 3 yaşdan böyük uşaqlar üçün gündə 2 dəfə, 1 tablet, Müalicəni 2-3 aydan az davam etmək məsləhət edilmir. Müalicəni qəflətən dayandırmaq olmaz. 2-4 həftə ərzində tədricən dayandırılmalıdır. Ketotifen Sofarma qəbulunu unutduqda Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etmək olmaz. Həkimin təyin etdiyi dozaya əsasən müalicəni davam edin. Əgər Sizdə preparatın qəbulu barəsində hər hansı əlavə sual yaranarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Bütün dərman vasitələrində olduğu kimi Ketotifen Sofarma da əlavə təsirlərə səbəb ola bilər. Lakin onlar heç də bütün pasiyentlərdə müşahidə olunmur. Nadir hallarda rast gələn bəzi əlavə təsirlər çox ciddi ola bilər. 10 000 istifadəçidən 1-ində müşahidə edilməsi ehtimalı var. – hərarətin qalxması, titrəmə, baş ağrısı, öskürək və bütün bədəndə ağrı ilə müşayət olunan dəri səpgiləri, dəri qızarması, dodaqlarda çat, dəridə, gözlərdə, ağız boşluğunda, cinsiyyət orqanlarında qovuqcuqlar – Dərinin və ya gözlərin saralması, nəcisin rəngsizləşməsi, sidiyin tündləşməsi (sarılıq və hepatit əlamətləri) Çox nadir hallarda Ketotifen qıcolmaların yaranmasına səbəb ola bilər. Əgər sadalanan əlavə təsirlərdən hər hansı biri Sizdə özünü biruzə verərsə, həkiminizi dərhal xəbərdar edin. Digər əlavə təsirlər: Tez-tez rast gəlinən (100 nəfər istifadəçidən 1-ində): həyacan, narahatlıq hissi, qıcıqlanma, yuxusuzluq. Nadir hallarda (1000 nəfər istifadəçidən 1-10-unda ) başgicəllənmə, sidik ifrazı zamanı (yanma) göynəmə hissi, tez-tez sidiyə getmə (sistit), ağızda quruluq hissi. Nadir (10 000 istifadəçidən 1-10-nunda) yuxululuq hissi, bədən çəkisinin artması. Əgər bu reaksiyalardan hər hansı biri çox ağır şəkildə biruzə verirsə, həkiminizə mütləq xəbər verin. Əgər, hər hansı bir əlavə təsir ağırlaşarsa və ya bu içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər əmələ gələrsə, həkimə və ya əczaçıya bu haqda məlumat verin.

Doza həddinin aşılması

Lazımi dozadan yüksək dozada preparat qəbul etdiyiniz zaman dərhal həkiminizə müraciət edin. Sizin tibbi yardıma ehtiyacınız ola bilər. İlk bir neçə saat ərzində mədə yuyulmalıdır.

Buraxılış forması

10 tablet, sərt, yaşıl, şəffaf polivinilxlorid və alüminium folqadan ibərət blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Sofiya 1220, İlienski şossesi küç., 16, Bolqarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ketotifen 1 mq N30 tablet Sopharma” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar