Indometasin 25 mq N30 tablet Sopharma

Təsiredici maddə: INDOMETACIN
Təsiredici maddəINDOMETACIN
Dərman formasıTablet
Farmakoloji təsirQeyri-steroid quruluşlu iltihabəleyhinə preparat (QSİƏP), antirevmatik dərman preparatı
İstehsal ölkəsiBolqarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,70 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman preparatının qəbuluna başlamazdan əvvəl bu içlik-vərəqəni diqqətlə oxuyun. – Bu içlik-vərəqəni atmayın. Sizə onu yenidən oxumaq lazım gələ bilər. – Hər hansı əlavə suallar meydana çıxdıqda, həkiminizə müraciət edin. – Bu dərman şəxsən Sizə təyin edilmişdir. Onu digər şəxslərə verməyin. Onların simptomları Sizin simptomlar kimi olsa da, bu dərman onlara zərər yetirə bilər. – Əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik-vərəqədə qeyd edilməyən digər əlavə təsirləri hiss etdikdə həkiminizə məlumat verməyiniz xahiş olunur. İNDOMETASİN SOFARMA 25 mq bağırsaqda həll olan tabletlər INDOMETACIN SOPHARMA Beynəlxalq patentləşdirilməmiş adı: Indometacin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq indometasin vardır. Köməkçi maddələr: laktoza monohidrat, buğda nişastası, mikrokristallik sellüloza (tip 101), povidon K25, susuz kolloidal silisium dioksid, maqnezium-stearat, talk. Örtük: metakril turşusunun sopolimeri-etilakrilat (1:1) 30% dispersiya;metilakrilatın sopolimeri: metil metakrilat: metakril turşusu 30% ; natrium-hidroksid; polisorbat 80, qəhvəyi boya suspenziyası:(talk, 3-etil sitrat, titan dioksid, dəmir-2-oksid, dəmir-3-oksid, propan-1,2-diol alginat, kalium sorbat); trietil sitrat.

Təsviri

Yumru,iki tərəfi qabarıq, mədə şirəsinin təsirinə davamlı təbəqə ilə örtülmüş, diametri 7 mm, açıq- qəhvəyi rəngli tabletlərdir.

Farmakoterapevtik qrupu

Qeyri-steroid quruluşlu iltihabəleyhinə preparat (QSİƏP), antirevmatik dərman preparatı.

Farmakoloji xüsusiyyətləri

İndometasin qeyri -steroid iltihabəleyhinə preparatdır (QSİƏP), eyni zamanda antirevmatik təsirə malikdir. Güclü iltihabəleyhinə, ağrıkəsici və qızdırmasalıcı təsirə malikdir. Əsas təsir mexanizmi iltihab, ağrı və qızdırma proseslərində mühüm rol oynayan prostaqlandinlərin sintezini tormozla- masından ibarətdir. İndometasin Sofarma dayaq-hərəkət aparatının iltihabi və degenerativ xəstəlikləri zamanı kəskin və xroniki ağrıların simptomatik, qısamüddətli müalicəsi üçün qəbul edilir: revmatoid artriti; kəskin və kəskinləşmiş yuvenil artrit; kəskin və kəskinləşmiş xroniki ankilozlaşdırıcı spondiloartrit (Bexterev xəstəliyi); podaqra və podaqra artritinin tutmaları; psoriatik artrit; Reyter xəstəliyi; oynaqətrafı xəstəliklər: tendinitlər, bursitlər, tendobursitlər, tendovaginitlər, idmançılarda travmalar; diskopatiya, pleksitlər, radikulonevritlər; dismenoreya.

Əks göstərişlər

– preparatın təsiredici maddəsinə və ya istənilən köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq; − asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı yüksək həssaslıq və əgər onlar əvvəllər astma tutmasına, allergik zökəmə və ya övrəyə səbəb olmuşsa; – mədə və onikibarmaq bağırsağın peptik xorası və / və ya keçmişdə həzm yolunda xora və ya qanaxmalar haqqında məlumatlar; – keçmişdə qeyri-steroid iltihabəleyhinə preparatların qəbulu nəticəsində mədə-bağırsaq qan axmaları; – ağır ürək çatışmazlığı; – ağır qaraciyər və böyrək çatışmazlığı; – hamiləliyin son üç ayı və laktasiya dövrü; – yaşı 14-dən aşağı olan uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İndometasin Sofarma aşağıdakı hallarda xüsusi ehtiyatla istifadə olunmalıdır: • İndometasin istənilən vaxt həzm yoluna qıcıqlandırıcı təsiri göstərə bilər (xəbərdarlıq simptomları ilə və ya simptomsuz). • Aşağıda göstərilən xəstələrdə mədə-bağırsaq traktı tərəfindən ağırlaşmaların meydana çıxma riski yüksəkdir: anamnezində mədə və 12-barmaq bağırsaq xorası, qanaxma olan xəstələrdə, yaşı 65-dən yuxarı olan, çoxlu alkoqol qəbul edən, siqaret çəkən xəstələrdə. • Bu cür ağırlaşmaların meydana çıxma riski paralel olaraq peroral kortikosteroidləri (hormonlar), antikoaqulyantları qəbul edən xəstələrdə mövcuddur. • Mədə-bağırsaq traktında ulseroz koliti və Kron xəstəliyi olan xəstələrdə yüksək ehtiyatla istifadə olunmalıdır. • İndometasin Sofarma kimi dərman preparatlarının qəbulunu miokard infarktının və ya insultun baş vermə riskiylə əlaqələndirirlər. Bu təhlükəli amillərdən istəniləni yüksək dozaların qəbulu və uzun müddətli müalicə vaxtı daha çox ehtimal olunur. Məsləhət görülən dozaları və müalicə müddətini artırmayın. • Əgər Sizdə ürəklə bağlı problemlər varsa, insult keçirmisinizsə və ya düşünürsünüz ki, onların yaranma riski var (məsələn, qan təzyiqiniz, xolesterinin səviyyəsi yüksəkdir, diabet xəstəliyi və ya siqaret çəkirsiniz), müalicəni həkiminizlə və ya əczaçıyla müzakirə etmək lazımdır. • Qida və dərmanlara qarşı yüksək həssaslıq, allergik xəstəlikləri – allergik rinit, bronxial astma, nazal pollinozu olan xəstələrdə yüksək ehtiyatla istifadə olunmalıdır. • Böyrəklərin zədələnmə ehtimalı olduğuna görə böyrək xəstəlikləri olan xəstələrdə indometasin ehtiyatla istifadə olunmalıdır. • Psixiki pozğunluğu, depressiya, epilepsiya, parkinsonizm olan xəstələrdə ehtiyatla istifadə olunur, belə ki, əsas xəstəliyin pisləşməsinə gətirib çıxara bilər. • Anamnezində koaqulyasiya pozğunluğu olan xəstələrdə, dərman preparatıyla uzunmüddətli müalicə vaxtı, laxtalanma göstəricilərinə nəzarət etmək lazımdır. • QSİƏP qrupundan olan digər preparatlar kimi indometasinlə uzunmüddətli müalicə qaraciyərin funksiyasında dəyişiklik törədə bilər, buna görə də qaraciyər fermentlərinin dövri olaraq yoxlanması tələb olunur. • İndometasin nadir hallarda, ciddi dəri reaksiyalarına səbəb ola bilər. Belə hallarda hiperhəssaslığın ilk dəri simptomları vaxtı müalicəni dayandırmaq lazımdır. • Yaşlı pasientlərə və həmçinin qan təzyiqini aşağı salan, ürək ritminin müalicəsi üçün dərman preparatlarını və diuretikləri (sidikqovucu) qəbul edən pasiyentlərə ehtiyatla qəbul etmək lazımdır. • Dərman maddəsi iltihabəleyhinə təsir nəticəsində kəskin iltihabın simptomlarını gizləyə bilər və buna görə də onun təyin edilməsi zamanı bakterial infeksiyanın olması istisna edilməlidir. • Qadınların reproduktiv dövründə preparatdan istifadə edərkən fertilliyin ləngiməsi ehtimalı mümkündür. • Anamnezində epilepsiya və ya qıcolmaları olan xəstələrdə preparatın xinolonlarla (siprofloksasin) və piroksikamla eyni vaxtda istifadə olunması qıcolmaların yaranma təhlükəsini artırır. İndometasin Sofarma preparatının bəzi tərkib hissələri haqqında vacib məlumatlar • Tabletlərin tərkibinə köməkçi maddə kimi laktoza daxildir. Həkiminiz Sizi bəzi şəkərlərə qarşı dözümsüzlüyün olması barədə xəbərdar etdiyi halda, bu dərman preparatını qəbul etməzdən əvvəl məsləhət üçün ona müraciət edin. • Dərman preparatının tərkibində buğda nişastası vardır. Seliakiyası (qlüten enteropatiyası) olan insanlar üçün təhlükəli deyildir. Buğdaya allergiyası olan pasiyentlər (seliakiyadan fərqlənən) bu dərmanı qəbul etməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hal-hazırda və yaxın zamanlarda qəbul etdiyiniz digər dərman preparatları haqqında (o cümlədən reseptsiz buraxılan) həkiminizə və ya əczaçıya məlumat verməyiniz xahiş olunur. Bu çox vacibdir, çünki indometasin bəzi dərman preparatlarının fəallığını dəyişdirə bilər və ya, əksinə, bəzi dərman preparatları onun təsirini dəyişdirə bilər. • İndometasini digər QSİƏP – lərlə (aspirin) və kortikosteroidlərlə (hormonlar) eyni vaxtda qəbul etdikdə mədə-bağırsaq traktı, böyrək və qaraciyər tərəfindən ağırlaşmaların meydana çıxma riski yüksəlir. • Kəskin mədə-bağırsaq qanaxması təhlükəsinə görə diflunizalla eyni zamanda qəbul etmək tövsiyə olunmur (QSİƏP vasitə). • İndometasinin diqoksinlə (ürək çatışmamazlığı vaxtı istifadə olunur), litium duzları ilə (psixiki xəstəliklərin müalicəsi üçün istifadə olunur), immunosupressorlarla (metotreksat və siklosporin) eyni vaxtda qəbulu onların toksikliyinin artmasına gətirib çıxarır. • İndometasin, digər QSİƏP -lər kimi, diuretiklərin (sidikqovucu) və arterial təzyiqi aşağı salan dərman preparatlarının terapevtik təsirini azaldır. • Probenesid (podaqranın müalicəsi üçün) indometasinin toksikliyini gücləndirə bilər. • Antikoaqulyantlar, antiaqreqantlar və QSİƏP eyni zamanda istifadə olunduqda xora və qanaxmanın əmələ gəlmə təhlükəsi yüksəlir. • Xinolon qrupundan antibakterial preparatları (məsələn, siprofloksasin) qəbul edən xəstələrdə ehtiyatla istifadə olunmalıdır. • İndometasin antidiabetik dərman preparatlarına təsir etmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstənilən dərman preparatını qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. Hamiləlik (xüsusilə son 3 ayda) vaxtı və laktasiya dövründə İndometasin Sofarma preparatının qəbulu əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

İndometasin Sofarma qulaqlarda küy, başgicəllənmə, yuxululuq, görmə və eşitmə pozğunluqları kimi əlavə təsirləri törədə bilər və buna görə də sürücülər və avadanlıqların operatorları preparatı ehtiyatla qəbul etməlidirlər.

İstifadə qaydası və dozası

İndometasin Sofarma preparatını həkiminizin təyinatlarına dəqiq riayət edərək qəbul edin. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun. Doza və müalicə müddəti müalicə edən həkiminiz tərəfindən müəyyən edilir. Yaşlılar və 14 yaşdan yuxarı uşaqlara: başlanğıc doza gündə 2-4 dəfə 25-50 mq (1-2 tablet) təşkil edir. Lazım olduqda dozanı 3 qəbula bölünmüş gündə 150 mq-a qədər artırırlar. Maksimal sutkalıq doza 200 mq təşkil edir. Uzunmüddətli müalicə zamanı sutkalıq doza 75 mq-ı keçməməlidir. Podaqra zamanı Kəskin podaqra ağrıları zamanı ağrıları aradan götürmək üçün başlanğıc doza 100 mq təşkil edir, daha sonra müalicə ağrılar keçənə qədər gündə 3 dəfə 50 mq-la davam etdirilir. Yaşlı pasiyentlər (65 yaşdan yuxarı) Belə pasiyentlərdə əlavə təsirlərin riski yüksəkdir. Mümkün qədər qısa müddətə ən aşağı effektiv doza tövsiyə edilir. Pasiyentlərdə mədə-bağırsaq qan axmanın yaranmasını müşahidə etmək lazımdır. 14 yaşdan kiçik uşaqlarda 14 yaşdan kiçik uşaqlarda istifadə olunmur. İstifadə qaydası Tabletləri yeməkdən sonra qəbul edin. Tabletlər kifayət qədər su ilə bütöv halda udulmalıdır. İndometasin Sofarmanın qida məhsulları ilə və içkilərlə qəbulu İndometasin Sofarma preparatı ilə müalicə vaxtı alkoqol və ya alkoqol tərkibli dərman preparatları istifadə etməyin. İndometasin Sofarma preparatının qəbulunu unutduqda Bir dozanın qəbulunu buraxdıqda onu mümkün qədər tez qəbul edin. Növbəti dozanı qəbul etmək üçün vaxt demək olar ki, çatdıqda, onu adi doza kimi qəbul edin. Buraxılan dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Dərman preparatının qəbulunu müalicə həkimizin təyinatı üzrə davam etdirin. Bu dərman preparatının qəbulu ilə bağlı istənilən əlavə suallar meydana çıxdıqda, həkiminizə və ya əczaçıya müraciət etməyiniz xahiş olunur.

Əlavə təsirləri

Bütün dərman preparatları kimi, İndometasin Sofarma preparatı da, hamıda olmasa da, əlavə təsirlərə səbəb ola bilər. Ən çox əlavə təsirlər mədə-bağırsaq tərəfindən müşahidə olunur. Xora, perforasiyalar, qanaxma əsasən yaşlı pasiyentlərdə müşahidə olunur. Əlavə təsirlərin yaranmasının tezliyi aşağıdakı qaydada təyin edilir: Çox tez-tez (10 pasiyentdə – 1-dən çox), tez-tez (100 pasiyentdə – 1-dən -10 qədər), bəzən (1000 pasiyentdə – 1-dən -10 qədər), nadir (10 000 pasiyentdə – 1-dən -10 qədər), çox nadir (10 000 1-dən az, ayrı-ayrı məlumatlarda daxil olaraq), naməlum tezliklə (mövcud məlumatlarapasiyentdə əsasən qiymətləndirmək olmur). Qan və limfa sisteminə Bəzən: leykopeniya (qanın ağ hüceyrələrin sayının azaldılması, hansı ki, infeksiyanın yaranma ehtimalını artırır), trombositopeniya (trombositlərin sayının azalması nəticəsində qan axmanın və ya qançırların yüksək yaranma riskiylə), aqranulositoz (qanın ağ hüceyrələrinin sayının azaldılması, hansı ki, infeksiyanın yaranma ehtimalını artırır), hemolitik qanazlığı, aplastik qanazlığı (qanın qırmızı hüceyrələrinin sayının azalması, zəiflik). İmmun sistemə Çox nadir: bronxospazm (çətinləşdirilmiş nəfəs), astma hücumları, allergik (anafilaktik və ya anafilaktoid)pasiyentlərdə allergik reaksiyalar. Maddələr mübadiləsinə və qidalanmaya Bəzən: mayenin ləngiməsi, hiperqlikemiya (qanda şəkərin səviyyəsinin artımı), qlyukozuriya (sidikdə şəkər), hiperkaliemiya (qanda yüksəldilmiş kalium səviyyəsi). Sinir sisteminə Tez-tez: başgicəllənmə, baş ağrı, yuxululuq, depressiya, yorğunluq. Bəzən: həyəcanlılıq, konsentrasiyanın pozulması, həssaslığın pozulmaları, paresteziyalar daxil olmaqla (keyləşmə, vicvicə hissi), qeyrisəmtləşmə, yuxusuzluq, əsəbilik, periferiya nevropatiyası (periferiya sinirlərinin funksiyasının pozulması), yaddaşın nasazlıqları, psixotik reaksiyalar. Görmə orqanlarına Bəzən: iki görmə və ya zəif görmə. Eşitmə orqanına Çox nadir: eşitmə qabiliyyətinin pozulmaları, qulaqlarda gurultu. Ürəyə: Bəzən: taxikardiya (tez-tez vuran nəbz), stenokardiya (sinədə ağrı), palpitasiyalar (ürək döyüntüsü), aritmiyalar, şişlər. Çox nadir: QSİƏP vasitələrin qəbuluylə bağlı ürək çatışmazlığının ağırlaşması. İndometasin Sofarma kimi dərman preparatlarını, miokardın infarktı və ya insultun yaranma riskiylə əlaqələndirirlər. Damarlara Bəzən: qan təzyiqinin artması və ya aşağa düşməsi. Mədə-bağırsaq sisteminə Tez-tez: ürək bulanması, qusma, ishal, dispepsiya, qəbəlik, qarında ağrılar. Bəzən: meteorizm (qarının şişməsi), melena (nəcisdə qan), qematemez (qanlı qusma), yara stomatiti, yara kolitinin (qalın bağırsağın xəstəliyi) kəskinləşməsi, Kron xəstəliyi mövcud yaranın kəskinləşməsi. Qaraciyər və öd yollarına Nadir: sarılıqla keçən və ya sarılıqsız toksiki hepatit (qaraciyərin sarılıqla və ya sarılıqsız iltihabı). Çox nadir: fulminant hepatit (qaraciyərin tez keçən iltihabı). Dəri və dərialtı toxumalara Bəzən: səpgi, qaşınma, örə, petexiyalar (nöqtə qanaxmaları), ekximozlar (daha böyük qançırlar). Çox nadir: daha ağırdəri reaksiyaları (eksfoliativ dermatiti, purpura, düyünlü eritema, çoxformalı eritema, Stivens-Cons sindromu, toksiki epidermal nekroliz). Böyrək və sidikqovucu yollara Bəzən: sidikdə zülalın və ya qanın mövcudluğu, nefrotik sindrom, interstisial nefriti (böyrəklərin iltihabı), kəskin böyrək çatışmazlığı, tumurcuq pozmaları (papillyar nekroz). Laborator və instrumental tədqiqatların nəticələrinə Qaraciyər fermentlərin səviyyəsinin arması, bilirubinin dəyişkən artımı. Əlavə təsirlərdən istənilən biri ciddiləşərsə və ya bu içlik-vərəqədə təsvir edilməyən digər əlavə təsirləri qeyd etdikdə, bu haqda həkiminizi və ya əczaçını məlumatlandırmağınız xahiş olunur.

Doza həddinin aşılması

Lazım olduğundan yüksək doza qəbul etdikdə həkiminizə müraciət edin. Yüksək dozalarda aşağıdakı simptomlar müşahidə oluna bilər: qarında ağrılar, ürəkbulanma, qusma, güclü başağrısı, başgicəllənmə, yaddaşın və koordinasiyanın pozulmaları. Daha ağır hallarda paresteziyalar və qıcolmalar müşahidə olunur. Müalicəsi: qusma törətmə, mədənin yuyulması, simptomatik müalicə.

Buraxılış forması

Mədə şirəsinin təsirinə davamlı örtüklə örtülmüş 30 tablet, bərk, rəngsiz alüminium/ şəffaf PVX folqadan blisterdə.1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən aşağı temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman preparatlarını çirkab sularına və ya məişət tullantıları üçün konteynerə atmaq olmaz. Lazım olmayan dərman preparatlarını necə məhv etmək lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin mühafizəsinə şərait yaradacaqdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti göstərilən ayın sonuncu gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

SOFARMA AC. Sofiya 1220, İlienski şossesi küç., 16, Bolqarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Indometasin 25 mq N30 tablet Sopharma” üçün ilk rəyi siz yazın.