Alka-Zeltser N10 fışıldayan tablet
| Təsiredici maddə | ACETYLSALICYLIC ACID + CITRIC ACID ANHYDROUS + SODIUM HYDROCARBONATE |
|---|---|
| Dərman forması | Fışıldayan tablet |
| Farmakoloji təsir | Analgetiklər. Salisil turşusu və onun törəmələri |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ALKA-ZELTSER fışıldayan tabletlər
ALKA-SELTZER®
Beynəlxalq patentləşdirilməmiş adı: Asetilsalisil turşusu
Tərkibi
Təsirli maddə: 1 tabletin tərkibində 324 mq asetilsalisil turşusu vardır.
Köməkçi maddələr: susuz limon turşusu, natrium hidrokarbonat, povidon 25, natrium saxarin, limon aromatizatoru, laym aromatizatoru, kalsium silikat, natrium dokuzat/ natrium benzoat.
Təsviri
Bir tərəfində perimetr boyu qabaran dairədə «ALKA SELTZER» sözlərinin yazıldığı yumru, yastı, ağ rəngli tabletlər. Əks tərəfində şırım var.
Farmakoterapevtik qrupu
Analgetiklər. Salisil turşusu və onun törəmələri.
ATC kodu: N02BA01.
Farmakoloji xüsusiyyətləri
Asetilsalisil turşusu ağrıkəsici, qızdırmasalıcı və iltihabəleyhinə təsirə malik turşu əmələ gətirən qeyri-steroid iltihabəleyhinə preparatlar qrupuna aiddir. Bu təsirlərin mexanizmi prostaqlandinlərin sintezində iştirak edən siklooksigenaza fermentlərinin geriyə dönməz inhibə etməsindən ibarətdir.
0,3 və 1,0 q aralıqda daxilə qəbul dozalarında asetilsalisil turşusu yüngüldən mülayim güclüyə kimi baş ağrılarının müalicəsində və bədən hərarətinin yüksəlməsində istifadə olunur, məsələn: soyuqdəymə və qripi müalicə etmək üçün, temperaturu aşağı salmaq üçün və əzələ və oynaq ağrılarını müalicə etmək üçün.
Eyni qaydada o, revmatoid artrit, osteoartroz və ankilozedici spondiloartrit kimi kəskin və xroniki iltihablı xəstəliklərin müalicəsində də istifadə olunur. Asetilsalisil turşusu trombositlərdə tromboksan A2 sintezini blokada etdiyi üçün trombositlərin birləşməsini inhibə edir. Buna görə, ürək-damar xəstəliklərinin müxtəlif əlamətləri zamanı asetilsalisil turşusu gündəlik 75 mq-dan 300 mq-a dozada təyin edilir.
İstifadəsinə göstərişlər
Zəif ağrılardan mülayim güclü ağrılaradək.
Bədənin yüksək hərarəti.
Uşaqlar və yeniyetmələr üçün istifadə göstərişlərinə diqqət yetirin (“Ehtiyat tədbirləri” bölməsinə baxın).
Əks göstərişlər
AST-yə və ya digər QSİƏP-ə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; aktiv peptik xora; hemorragik diatez; həftədə 15 mq və ya daha artıq doza ilə metotreksatın birlikdə qəbulu; salisilatların və ya digər QSİƏP-in qəbulu nəticəsində yaranan astma; ağır xroniki böyrək və/və ya qaraciyər çatışmazlığı; ağır xroniki ürək çatışmazlığı; hamiləlik (III trimestr); 15 yaşdan aşağı uşaqlar və yeniyetmələr.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı aşağıdakı hallarda xüsusi ehtiyatla qəbul etmək lazımdır:
Digər analgetiklərə/iltihabəleyhinə/ revmatizməleyhinə vasitələrə və ya allergen maddələrə qarşı yüksək həssaslıq; AST xüsusilə də, allergiya, anamnezdə bronxial astması, otlara qarşı burun axması, burunda polipoz, xroniki bronx-ağciyər xəstəlikləri zamanı bronxlarda spazm, bronx astması tutmalarını yarada bilər (məsələn, dəri reaksiyası, qaşınma, məxmərək); antikoaqulyantlar ilə eyni zamanda müalicə; mədə xorası və ya anamnezdə mədə-bağırsaq qanaxmaları; məhdud böyrək funksiyalarına və ya zəif ürək-damar qan dövranına malik xəstələr üçün: AST böyrəklərin funksional pozğunluğu və ya kəskin böyrək çatışmazlığı riskini artıra bilər; əməliyyata qədər (həmçinin dişin çıxarılması kimi kiçik müdaxilələr zamanı) qanaxmaya meyilli artıra bilər; qlukozo-6-fosfatdehidrogenazanın yüksək dərəcədə çatışmazlığından əziyyət çəkən xəstələr üçün: AST hemolizə və ya hemolitik anemiyaya gətirib çıxara bilər. Hemoliz riski doza həddinin aşılması, yüksək hərarət və ya kəskin infeksiyalar zamanı artır.
Alka-Zeltser preparatının bir tabletində 477 mq natrium vardır, bu, natriuma nəzarət olunan pəhriz zamanı nəzərə alınmalıdır.
Natrium benzoata qarşı allergiyası olan xəstələr üçün natrium benzoatın istifadəsi dəridə və ya selikli qişalarda qıcıqlanma şəklində allergik reaksiyalara səbəb ola bilər. Ağrıkəsici vasitələrin uzun müddət qəbulu zamanı baş ağrıları yarana bilər, bu preparatın təkrar qəbuluna gətirir ki, bu da yenidən davamlı baş ağrılarına səbəb ola bilər.
Böyrək çatışmazlığı riski zamanı ağrıkəsici vasitələrin qəbulu böyrəklərin uzunmüddətli pozuntularına səbəb ola bilər (analgetik nefropatiya). Bu risk xüsusilə müxtəlif ağrıkəsici vasitələrin birgə qəbulu zamanı artır.
Cüzi dozalarda AST sidik turşusunun xaric olmasını azaldır. Azalmış diurezə meyilli olan xəstələrdə podaqranın kəskinləşməsi mümkündür.
15 yaşından yuxarı yeniyetmələr yalnız həkimin müşahidəsi altında və digər preparatların effekti olmadıqda AST qəbul etməlidirlər. 15 yaşından aşağı uşaqlarda və yeniyetmələrdə A tipli qrip, B tipli qrip, suçiçəyi kimi virus xəstəlikləri zamanı AST qəbulu nəticəsində Reye sindromunun inkişafı riski mövcuddur. Davamlı qusma, kəskin ensefalopatiya, qaraciyərin ölçülərinin böyüməsi Reye sindromunun əlamətləridir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
İltihabəleyhinə vasitələrlə metotreksatın böyrək klirensinin azalması və onun qan plazmasındakı zülallar ilə birləşməsindən sıxışdırılıb çıxarılması metotreksatın hepatotoksikliyini gücləndirir.
Hipoqlikemik preparatların, heparinin, sulfanilamidlərin, triyodtironinin, rezerpinin təsirini gücləndirir.
Trombositlərin aqreqasiyasının inhibitorları, trombolitiklər və antikoaqulyantlar qanaxma riskini artırır.
Serotoninin geriyə udulmasının selektiv inhibitorları və digər QSİƏP-lər, yüksək dozalarda sinerqist effektə görə xora və mədə-bağırsaq qanaxmalarının yaranma riskini artırırlar.
Qan plazmasında diqoksinin, barbituratların və litium preparatlarının konsentrasiyası böyrək ekskresiyasının azalması nəticəsində artır.
Diabetəleyhinə preparatlar (məsələn, insulin, sulfonil sidik cövhəri) hipoqlikemik təsiri artırır.
Diuretiklərlə yüksək dozada AST birləşməsi və angiotenzinçevirici fermentin inhibitorları qlomerulyar filtrasiyanı azaldır.
Sistem qlükokortikosteroidlər müalicənin gedişində qan plazmasında salisilatların miqdarını azaldır, istifadə olunduqdan sonra isə – salisilatlar ilə doza həddinin aşılması riskini artırırlar: mədə-bağırsağ tərəfindən əlavə təsirlərin yüksək inkişaf riski.
Valproy turşusunun qan plazmasının zülalları ilə birləşməsindən sıxışdırılıb çıxarılması nəticəsində onun toksikliyi artır.
Spirtli içkilər MBT-nin selikli qişasına zədələyici təsirini artırır, mədə-bağırsaq qanaxmalarının inkişaf riskini artırır.
Sidikqovucu preparatların (məsələn, benzbromaron, probenesid), hipotenziv vasitələrin və diuretiklərin effektini azaldır.
Tərkibində maqnezium və/və ya alüminium hidroksiddən ibarət olan antasidlər AST-nin sorulmasını ləngidir və pisləşdirir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Prostaqlandinlərin sintezinin inhibitorları hamiləliyin gedişinə və/və ya embrionun/dölün inkişafına mənfi təsir göstərə bilər. Hamiləliyin erkən dövrlərində uşaqsalma riski və qüsurların inkişafı doza həddinin aşılması və preparatın davamlı şəkildə qəbulu ilə birlikdə artır.
Hamiləliyin 3-cü trimestirində aşağıdaki risklər mümkündür: böyrək çatışmazlığına və suyun azalmasına gətirib çıxara bilən böyrək disfunksiyası; döldə – ürək-ağciyər toksikliyi.
Hamiləliyin son aylarında anada və uşaqda – qanın laxtalanması arta bilər; antiaqreqant təsir; doğuş sancılarının zəifləməsi.
Salisilatlar və onların metabolitləri az miqdarda da olsa ana südünə daxil olaraq trombositlərin funksiyasının pozulması nəticəsində uşaqda qanaxmaların əmələ gəlmə riskini artırır. Belə ki, bu günə kimi preparatın təsadüfən (bir dəfə) qəbulundan sonra onun körpəyə mənfi təsirləri qeydə alınmadığı üçün ana südü ilə qidalandırmanı dayandırmağa ehtiyac yoxdur. Lakin preparatın mütəmadi olaraq və ya yüksək dozalarda qəbulu zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Siklooksigenazanın/prostaqlandinlərin sintezini inhibə edən dərman preparatları qadın fertilliyinin pozulmasına gətirib çıxararaq ovulyasiya prosesinə də öz təsirini göstərir. Müalicə bitdikdən sonra bu proses bərpa oluna bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Tableti/tabletləri bir stəkan suda həll edib içmək lazımdır.
Böyüklər və 15 yaşından yuxarı uşaqlar: birdəfəlik doza 1-2 ədəd fışıldayan tablet təşkil edir, maksimal sutkalıq doza 8 tabletdən artıq olmamalıdır. Lazım gələrsə, birdəfəlik dozanı 4-8 saat intervallarla gündə 3 dəfəyə qədər qəbul etmək olar.
Yaşlı insanlar üçün: adi doza 1 tablet, daha güclü ağrılar və ya titrətmə ilə qızdırma zamanı 2 tablet təşkil edir. Hər iki halda lazım gələrsə, qəbulu 4 saatdan tez olmamaq şərtilə təkrarlamaq olar. Maksimal sutkalıq doza 4 tablet təşkil edir.
Müalicə müddəti (həkim ilə məsləhətləşmədən) ağrıkəsici vasitə kimi 5 gündən və qızdırmasalıcı vasitə kimi 3 gündən artıq olmamalıdır.
Əlavə təsirləri
Əlavə təsirlərin rastgəlimə tezliyini qiymətləndirmək üçün aşağıdakı təsnifatdan istifadə olunur: Çox tez-tez – hər 10 nəfərdən 1-dən çoxunda baş verə bilər, tez-tez – hər 10 nəfərdən 1-dən azında baş verə bilər, az-az – hər 100 nəfərdən 1-dən azında baş verə bilər, nadir hallarda – hər 1000 nəfərdən 1-dən azında baş verə bilər, çox nadir hallarda – hər 10000 nəfərdən 1-dən azında baş verə bilər və tezliyi məlum deyil – mövcud məlumatlara əsasən baş vermə tezliyini müəyyən etmək olmur.
Qan və limfa sistemi pozğunluqları: nadir və çox nadir hallarda – ayrı-ayrı hallarda ölümlə nəticələnə bilən ciddi qanaxmalar, məsələn, serebral qansızmalar, xüsusilə də, aşkarlanmamış yüksək təzyiqli xəstələrdə və və ya antikoaqulyantlarla eyni vaxtda müalicə zamanı. Burundan qanaxmalar, damaqların qanaması, dəri qanaxmaları və ya urogenital yollardan mümkün ola biləcək davamlı laxtalanma ilə. Preparatın qəbulu başa çatdıqdan 4-8 gün sonra təsiri dayanır. Qlukozo-6-fosfatdehidrogenazanın ciddi çatışmazlığı olan xəstələrdə hemoliz və hemolitik anemiya haqqında məlumat verilir.
Mədə-bağırsaq sistemi pozğunluqları: nadir hallarda – qıcqırma, ürəkbulanma, qusma, qarında ağrılar, nadir hallarda perforasiyaya səbəb ola biləcək mədə xorası, nadir hallarda dəmir defisitli anemiyaya səbəb ola biləcək mədə-bağırsaq qanaxmaları; mədə-bağırsaq yollarının iltihabı.
Sinir sistemi pozğunluqları: baş ağrıları, başgicəllənmə, eşitmə qabiliyyətinin pozulması, qulaqlarda küy (tinnit) və şüurun dumanlanması doza həddinin aşılmasının əlamətləri ola bilər (“Doza həddinin aşılması” bölməsinə baxın).
Dəri və dərialtı toxumaları pozğunluqları: az-az – dəri reaksiyaları şəklində allergik reaksiyalar; nadir hallarda – ağır dəri reaksiyaları şəklində allergik reaksiyalar (multiformalı ekssudativ eritemaya qədər).
İmmun sistemi pozğunluqları: nadir hallarda – ilk növbədə astmadan əziyyət çəkən xəstələrdə tənəffüs yollarının, MBT və ürək-damar sisteminin allergik reaksiyaları. Əlamətləri bunlardır: qan təzyiqinin aşağı düşməsi, boğulma halları, rinit, burnun tutulması, anafilaktik şok və ya Kvinke ödemi.
Qaraciyər və öd yolları pozğunluqları: çox nadir hallarda – qaraciyər göstəricilərinin artması.
Böyrək və sidik yolları pozğunluqları: böyrəklərin funksional pozğunluğu və kəskin böyrək çatışmazlığı.
Əlavə təsirlər barədə məlumatın verilməsi
Hər hansı əlavə təsir müşahidə etsəniz, həkimlə məsləhətləşin. Bu məsləhət içlik vərəqədə sadalanmayan istənilən arzuolunmaz təsir də aiddir. Xoşagəlməz təsirlər barədə, o cümlədən dərman vasitələrinin təsirsiz olması barədə siz, həmçinin, dərman vasitələrinə qarşı xoşagəlməz reaksiyalar (hərəkətlər) üzrə məlumat bazasına xəbər verə bilərsiniz. Əlavə təsirlər barədə məlumat verməklə Siz bu dərmanın təhlükəsizliyinə dair daha çox məlumatın əldə edilməsinə kömək edirsiz.
Doza həddinin aşılması
Yaşlı insanlarda intoksikasiyadan ehtiyat etmək lazımdır (müalicə məqsədilə doza həddinin aşılması və ya geniş intoksikasiya ölümlə nəticələnə bilər).
Doza həddinin orta ağır aşılması zamanı simptomlar: ürəkbulanma, qusma, qulaqlarda küy, eşitmə qabiliyyətinin pozulması, baş ağrısı, başgicəllənmə və şüurun dumanlanması. Preparatın dozasının azaldılması zamanı bu əlamətlər keçir.
Doza həddinin ağır aşılması: titrətmə ilə qızdırma, hiperventilyasiya, ketoz, respirator alkaloz, metabolik asidoz, koma, kardiogen şok, tənəffüs çatışmazlığı, kəskin hipoqlikemiya.
Müalicəsi: xəstənin xəstəxanaya yerləşdirilməsi, lavaj, aktivləşdirilmiş kömürün qəbulu, turşu-qələvi balansının monitorinqi, qələvili diurez, hemodializ, maye itkisinin əvəz edilməsi, simptomatik müalicə.
Buraxılış forması
2 tablet, alüminium folqa ilə laminasiya edilmiş kağız stripdə. 5 strip, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılıb.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Buraxılma şərtləri
Reseptsiz buraxılır.
İstehsalçı
Bayer Bitterfeld GmbH, Greppin, Salegaster Chaussee 1, 06803 Bitterfeld-Wolfen, Almaniya.
Qeydiyyat vəsiqəsinin sahibi
Bayer Consumer Care AG, Peter Merian-Strasse 84, 4052 Bazel, İsveçrə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.