Alflutop 1 ml N10 inyeksiya

Təsiredici maddə: SEA FISH BIOACTIVE CONCENTRATE
Təsiredici maddəSEA FISH BIOACTIVE CONCENTRATE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirDayaq-hərəkət aparatının xəstəlikləri üçün digər preparatlar
İstehsal ölkəsiRumıniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

55,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

ALFLUTOP inyeksiya üçün məhlul

ALFLUTOP®

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,1 ml xırda dəniz balığının bioaktiv konsentratı vardır.
Köməkçi maddələr: fenol, inyeksiya üçün su

Təsviri

Açıq-sarı rəngdən açıq-qəhvəyi rəngə qədər şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Dayaq-hərəkət aparatının xəstəlikləri üçün digər preparatlar.
ATC kodu: M09AX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Alflutop qlikozaminoqlikanlardan (hialuron turşusu, xondroitin-6 sulfat, xondroitin-4-sulfat, dermatan sulfat, keratan sulfat; aminturşular), molekul kütləsi 50000 dalton olan polipeptidlərdən və makro- və mikroelementlərdən (natrium, kalium, kalsium, maqnezium, dəmir, sink, mis) təşkil olan xondroprotektordur. Preparat qığırdaq toxumasında maddələr mübadiləsini tənzimləyir: hialuronidazanın və digər fermentlərin aktivliyinin zəifləməsi əsasında xondroprotektor təsir göstərir və hialuron turşusunun və II tip kollagenin biosintezini normallaşdırır. Alflutop interstisial toxumada və oynaq qığırdağı toxumasında bərpa proseslərini stimulə edir, iltihab mediatorlarının biosintezini tormozlayır, iltihabəleyhinə sitokinlər daxil olmaqla.
İfadəolunmuş iltihabəleyhinə və analgeziyaedici effekti müalicənin 8-10-cu günündə təzahür edir.

Farmakokinetikası

Dəniz orqanizmlərinin ekstraktının təsiri onun təsiredici maddələrinin birgə təsirilə əlaqədardır, bu səbəbə görə farmakokinetik xarakteristikasının öyrənilməsi mümkün deyildir.

İstifadəsinə göstərişlər

Degenerativ-revmatik xəstəliklər: koksartroz, qonartroz, falanqaarası artroz, spondilyoz.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
– hamiləlik və laktasiya dövrü;
– 18 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparat autoimmun xəstəliklər (revmatoid poliartrit, ankilozlaşdırıcı spondilit, eritematoz, sklerodermiya) zamanı ciddi tibbi müşahidə altında ehtiyatla istifadə edilməlidir.
Dəniz məhsullarına (dəniz balığı) qarşı fərdi dözümsüzlük olduqda, allergik reaksiyaların inkişafı riski artır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşkar edilməyib.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

İstifadə qaydası və dozası

Böyüklər
Preparat 20 gün ərzində gündə 1 ml əzələdaxili dərinə yeridilir.
İri oynaqların əsasən zədələnməsi zamanı həkim müşahidəsi altında preparat 3 günlük intervalla hər oynağa 1-2 ml oynaqdaxili yeridilir. Müalicə kursu hər oynağa 5 inyeksiya təşkil edir.
Müalicə kursunu həkim məsləhəti ilə 3-6 aydan sonra təkrar etmək məqsədəuygundur.

Əlavə təsirləri

Nadir hallarda
– Qaşınma ilə dermatit, dəri qızarması və preparatın yeridilmə nahiyəsində yanma hissi;
– qısamüddətli mialgiya;
– qan təzyiqinin yüksəlməsi.
Ayrı-ayrı hallarda
– Oynaqdaxili inyeksiyalar zamanı ağrı sindromunun ötüb keçən güclənməsi
Çox nadir hallarda
– Anafilaktik reaksiyaların inkişafı mümkündür.

Doza həddinin aşılması

Simptomları

Meyilli pasiyentlərdə allergik reaksiyaların yaranması mümkündür.

Müalicəsi

Preparatın ləğv edilməsi, simptomatik terapiya.

Buraxılış forması

1 ml məhlul, qəhvəyi rəngli şüşə ampulda. 5 ampul, polietilen altlıqda. Hər altlıq alüminium folqa ilə örtülmüşdür. 2 altlıq, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15-25°C temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

İlkin qablaşdırma

“S.C. Zentiva S.A.”.
Theodor Pallady blvd, no. 50, Bucharest, Romania.

İkincili qablaşdırma

“S.C. Biotehnos S.A.”, Romania.
Ilfov, Otopeni, 3-5 Gorunului Str.

Qeydiyyat vəsiqəsinin sahibi

“S.C. Biotehnos S.A.”, Romania.
Ilfov, Otopeni, 3-5 Gorunului Str.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Alflutop 1 ml N10 inyeksiya” üçün ilk rəyi siz yazın.