Adaptol 500 mq N10 tablet
| Təsiredici maddə | TEMGICOLURIL |
|---|---|
| Resept | Reseptlə satılır |
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Psixoanaleptiklər, digər psixostimulyatorlar və nootrop preparatlar |
| İstehsal ölkəsi | Latviya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ADAPTOL® 500 mq tabletlər
ADAPTOL
Beynəlxalq patentləşdirilməmiş adı: Temgicoluril
Tərkibi
Təsiredic maddə: 1 tabletin tərkibində 500 mq temgikoluril vardır.
Köməkçi maddələr:metilsellüloza, kalsium stearat.
Təsviri
Yastı silindrik, iti kənarlı və bir tərəfində xətti olan, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir.
Farmakoterapevtik qrupu
Psixoanaleptiklər, digər psixostimulyatorlar və nootrop preparatlar.
ATC kodu: N06BX21.
Farmakolojı xüsusiyyətləri
Farmakodinamikası
Təsir mexanizmi
Adaptol dərman vasitəsinin təsiredici maddəsi olan temgikoluril anksiolitik vasitələr qrupuna aiddir.
Temgikoruril kimyəvi strukturuna görə orqanizmin təbii metabolitlərinə yaxındır, onun molekulu
bisiklik strukturun tərkibinə daxil olan sidik cövhərinin iki metilləşmiş fraqmentindən təşkil
olunmuşdur. Suda və bir çox üzvi həlledicilərdə asanlıqla həll olur. Temgikoluril turşularla,
qələvilərlə, oksidləşdiricilər və reduksiyaedicilərlə, müxtəlif dərman vasitələri və qida
komponentləri ilə qarşılıqlı təsirə girmir.
Anksiolitik təsirindən başqa temgikoluril, eləcə də nootrop təsirə malikdir. Temgikoluril limbikretikulyar kompleksə daxil olan strukturların aktivliyinə, qismən hipotalamusun emosiogen
sahəsinə təsir edir, eləcə də QAYT-ın (qamma-aminoyağ turşusu) bütün 4 əsas neyromediator,
xolin-, serotonin- və adrenergik sisteminə təsir edərək, onların balanslaşmasına və inteqrasiyasına
səbəb olur, lakin periferik adrenoneqativ təsir göstərmir.
Farmakodinamik təsiri
Temgikoluril mülayim anksiolitik aktivliyə malikdir, narahatlığı, həyəcanı, qorxunu, daxili
emosional gərginliyi və qıcıqlanmanı aradan qaldırır və ya zəiflədir. Dərman vasitəsinin
sakitləşdirici effekti miorelaksasiya və hərəkət koordinasiyasının pozuntuları ilə müşayiət edilmir.
Dərman vasitəsi əqli və hərəki aktivliyi azaltmır, bu səbəbə görə temgikolurilı iş günü və dərs
zamanı istifadə etmək olar. Yuxugətirici effektə malik deyil, lakin yuxugətirici vasitələrin təsirini
gücləndirir və yuxunun gedişatını onun pozuntuları zamanı yaxşılaşdırır. Temgikoluril anksiolitik
və nootrop təsirə malikdir; neyroleptiklərlə və benzodiazepin qrupu trankvilizatorlarla törədilən
əlavə təsirləri (emosional ruh düşkünlüyü, həddindən artıq sakitləşdirici effekt, əzələ zəifliyi)
azaldır, alkoqol əleyhinə təsir göstərir.
Alkoqolizmdən əziyyət çəkən pasiyentlərdə endogen etil spirtinin qan plazmasında səviyyəsi aşağı
olur, bu, alkoqola güclü meylliyin səbəblərindən biridir. Temgikoluril alkoqola meylliyi azaldaraq,
endogen spirtin səviyyəsini digər trankvilizatorlara nisbətən daha çox artırır. Temgikoluril nikotin
abstinensiyasını yüngülləşdirir və ya aradan qaldırır.
Temgikoluril əhval-ruhiyyənin yüksəlməsinə, eyforiya hissiyyatına səbəb olmur, adətolma və
asılılıq, ləğvetmə sindromu müçahidə edilmir.
Klinik effektivlik və təhlükəsizlik
Klinik tədqiqatlarda müəyyən edilmişdir ki, temgikoluril sayıqlama, patoloji emosional aktivlik
kimi produktiv psixopatoloji pozuntuların simptomatikasını stimulə etmədən məntiqi, assosiativ təfəkkürü artırır, diqqəti və əqli iş qabiliyyətini yaxşılaşdırır.
Farmakokinetikası
Sorulması
Daxilə qəbul edildikdən sonra dərman vasitəsi mədə-bağırsaq sistemindən yaxşı sorulur (77-80%),
təsiredici maddənin 40%-ə qədəri eritrositlərlə birləşir. Qalan hissə qan plazmasının zülalları ilə
birləşmir və plazmada sərbəst şəkildə qalır, bu səbəbə görə təsiredici maddə orqanizmdə maneəsiz
paylanır və sərbəst şəkildə hüceyrə membranından keçir.
Paylanması
Paylanma həcmi 0,9 l/kq təşkil edir. Təsiredici maddə qanda maksimal konsentrasiyaya dərman
vasitəsinin qəbulundan 0,5 saatdan sonra çatır və yüksək səviyyəsi 3-4 saat ərzində saxlanılır, sonra
tədricən azalır.
Biotransformasiyası
Temgikoluril orqanizmdə metabolizmə uğramır.
Eliminasiyası
Qəbul edilən dozanın 55-70%-i orqanizmdən sidiklə, qalan hissəsi nəcislə dəyişilməmiş şəkildə
sutka ərzində xaric olur.
Temgikoluril orqanizmdə toplanmır.
İstifadəsinə gostərişlər
Adaptol böyüklərdə istifadə üçün nəzərdə tutulmuşdur.
− Qıcıqlanma, emosional qərarsızlıq, həyəcan və qorxu ilə müşayət edilən nevroz və
nevrozabənzər hallar;
− müxtəlif mənşəli kardialgiya (ürəyin işemik xəstəliyi ilə əlagəsi olmayan);
− neyroleptiklərin və trankvilizatorların yaxşı keçirilməsi üçün onların törətdiyi somatovegetativ
və nevroloji əlavə təsirləri aradan qaldırmaq məqsədilə;
− tütün çəkməyə meylliyi azaldan qismində kompleks müalicənin tərkibində.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yüksək həssaslığın kəskin reaksiyaları barədə ayrı-ayrı məlumatlar qeyd edilmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Adaptol preparatını neyroleptiklərlə, trankvilizatorlarla (benzodiazepinlərlə), yuxugətirici
vasitələrlə, antidepressantlarla və psixostimulyatorlarla eyni vaxtda istifadə etmək olar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın təsiredici maddəsi orqanizmin bütün toxumalarına və mayelərinə yaxşı nüfuz edir.
Hamiləlik və laktasiya dövründə istifadəsinə dair kifayət qədər klinik müşahidələr yoxdur, bu
səbəbə görə preparatı bu dövrlərdə təyin etmək məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensal təhlükəli mexanizimləri idarəetmə qabiliyyətinə təsiri
Adaptol arterial təzyiqin enməsinə və zəifliyə səbəb ola bilər ki, bu da nəqliyyat vasitələrini və
mexanizmləri idarə etməyə təsir edə bilər.
İstifadə qaydası və dozası
Adaptol qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir.
Böyüklərə gündə 2-3 dəfə 500 mq təyin edilir.
Birdəfəlik maksimal doza 3 q, yüksək sutkalıq doza 10 q təşkil edir.
Müalicə kursunun müddəti bir neçə gündən 2-3 aya qədərdir.
Tütün çəkməyə meylliyi azaldan vasitə qismində kompleks müalicədə preparat 5-6 həftə ərzində
sutkada 1000 mq qəbul edilir.
Yaşlı pasiyentlərdə dozanın azaldılmasına ehtiyac yoxdur.
Qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın azaldılması tələb edilmir.
Böyrək çatışmazlığı olan pasiyentlərdə doza öyrənilməmişdir. Belə pasiyetlərdə dərman vasitəsini
ehtiyatla istifadə etmək lazımdır.
Pediatrik populyasiya
Adaptolun uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadəsinin təhlükəsizliyi və effektivliyi
barədə məlumat yoxdur.
Preparatın qəbulu unudulduqda, onu ötürülən dozanı yada düşən kimi qəbul etmək, növbəti
qəbulun vaxtı yaxınlaşdıqda, unudulan dozanı ötürmək lazımdır. Heç vaxt ikiqat doza qəbul etmək
olmaz.
Əlavə təsirləri
Digər dərman vasitələri kimi, Adaptol da əlavə təsirlərə səbəb ola bilər. Adətən Adaptolun qəbulu
pasiyent tərəfindən yaxşı keçirilir.
Əlavə təsirlərin tezliyi MedDRA (Terminoloji reqlamentar fəaliyyətin tibbi lüğəti) təsnifatının
sistemi üzrə aşağıdakı kimi müəyyən edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-a qədər);
bəzən (≥1/1000-dən <1/100-ə qədər); nadir hallarda (≥1/10 000-dən <1/1000-ə qədər); çox nadir
hallarda (<1/10 000); məlum deyil (əldə olan məlumatlara əsasən tezliyi qiymətləndirmək mümkün
deyil).
Sinir sistemində baş verən pozuntular: nadir hallarda – başgicəllənmə.
Damarlarda baş verən pozuntular: nadir hallarda – arterial təzyiqin enməsi.
Mədə-bağırsaq sistemində baş verən pozuntular: nadir hallarda – həzm sisteminin pozulması.
Dəri və dərialtı toxumalarda baş verən pozuntular: nadir hallarda – yüksək dozaların qəbulundan
sonra allergik reaksiyalar mümkündür (dəri qaşınması). Allergik reaksiyalar zamanı dərman
vasitəsinin qəbulunu dayandırmaq lazımdır.
Ümumi pozğunluqlar və yeridilmə yerində baş verən pozuntular: nadir hallarda – bədən
temperaturunun azalması, zəiflik.
Arterial təzyiqin enməsi və/və ya bədən temperaturunun azalması (bədən temperaturu 1-1,5 °С-dən
aşağı düşə bilər) preparatın qəbulunu ləğv etmək üçün səbəb deyil. Arterial təzyiq və bədən
temperaturu müalicə kursu bitdikdən sonra normaya düşür.
Müalicə dövründə içlik vərəqədə qeyd edilən əlavə təsirlərdən hər hansı güclü təzahür etdikdə və
ya qeyd edilməyən istənilən əlavə təsir yarandıqda, həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Preparatın toksikliyi azdır. Doza həddinin aşılması barədə bir dəfəyə 30 q dozada qəbulu zamanı iki
hal qeyd edilmişdir. Qəbul edilən doza sağlamlığa mənfi təsir göstərməmişdir.
Müalicəsi
Doza həddinin aşılmasına şübhə olduqda, həkim çağırmaq, ümumi qəbul olunmuş detoksikasiya
tədbirləri, o cümlədən, mədənin yuyulması və simptomatik terapiya aparmaq lazımdır. Spesifik
antidotu yoxdur.
Buraxılış forması
10 tablet polivinilxlorid örtüklü və laklı alüminium folqalı blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə
birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorumaq məqsədilə orijinal
qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
“Olaynfarm” SC.
Rupnitsu k., 5, Olayne, LV-2114, Latviya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.





Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.