Yuxusuzluq (İnsomniya): Səbəbləri, əlamətləri və müalicə yolları
İnsomniya — yəni yuxusuzluq — insanın normal və kifayət qədər yuxu ala bilməməsi halıdır. Bu vəziyyət ya yuxuya getməkdə çətinlik, ya tez oyanma, ya da keyfiyyətsiz yuxu ilə özünü göstərir. Uzunmüddətli davam etdikdə həyat keyfiyyətinə və sağlamlığa ciddi təsir göstərir.
Əsas səbəblər:
Yuxusuzluğa bir çox faktor səbəb ola bilər:
Stress və psixoloji gərginlik
Anksiyete və depressiya
Hormonal dəyişikliklər (məsələn, menopauza dövründə)
Kofein və nikotin istifadəsi
Yatmazdan əvvəl telefona və ya ekrana baxmaq
Ətraf mühit faktorları (səs, işıq, narahat yataq və s.)
Bəzi dərmanların yan təsiri
Yuxusuzluğun əsas əlamətləri bunlardır:
Yuxuya getməkdə çətinlik
Gecə tez-tez oyanma və yenidən yata bilməmə
Səhərlər çox erkən oyanma
Gündüz yorğunluq, halsızlıq və əsəbilik
Diqqət pozuntusu və yaddaş zəifləməsi
Həvəsin və motivasiyanın azalması
Yüngül və orta dərəcəli yuxusuzluq hallarında aşağıdakı sadə qaydalar kömək edə bilər:
Gündəlik yuxu rejimi yaradın – eyni saatda yatıb eyni saatda oyanmağa çalışın.
Yatmazdan əvvəl ekranlardan uzaq durun
Axşam saatlarında ağır yeməklər və kofeindən uzaq olun
Yatmazdan əvvəl rahatlaşdırıcı fəaliyyətlər edin – kitab oxumaq, isti duş və s.
Yataq otağını yuxu üçün optimal hala gətirin – qaranlıq, sakit və sərin mühit
Əgər yuxusuzluq 3 həftədən çox davam edirsə, gündəlik həyatınıza təsir edirsə və sadə üsullarla düzəlmirsə, həkimə müraciət etmək vacibdir. Bəzən insomniya, başqa bir sağlamlıq probleminin əlaməti ola bilər (məsələn, qalxanabənzər vəz xəstəlikləri, narahat ayaq sindromu və s.).
Hesabınız yoxdur?
Hesab yarat