ZOLTONAR 5MG 100 ML № 1 (RASTVOR) (VORLD MEDISIN ILAC SAN VE TIC AS) (TURCIYA)

Dərman formasıİnfüziya məhlulu
Farmakoloji təsirSümük xəstəliklərinin terapiyası zamanı istifadə edilən preparatlar. Sümüklərin strukturuna və mineralizasiyasına təsir edən preparatlar. Bisfosfonatlar
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

174,31 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ZOLTONAR infuziya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Zoledronic acid

Tərkibi

Təsiredici maddə: 1 flakonda5mq zoledron (zoledron turşusu monohidrat şəklində) turşusu vardır. Köməkçi maddələr:mannit, natrium sitrat, inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu

Sümük xəstəliklərinin terapiyası zamanı istifadə edilən preparatlar. Sümüklərin strukturuna və mineralizasiyasına təsir edən preparatlar. Bisfosfonatlar. ATC kodu: M05BA08.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi Zoledron turşusu azot tərkibli bisfosfonatlar sinfinə daxildir və əsasən, sümük toxumasına təsir göstərir; zoledron turşusu sümük toxumasının osteoklastlar vasitəsi ilə rezorbsiyasını inhibə edir. Farmakodinamik effektləri Bisfosfonatların selektiv təsiri onların minerallaşmış sümük toxumasına qarşı yüksək uyğunluq dərəcəsinə əsaslanır. Osteoklastlarda zoledron turşusunun əsas molekulyar hədəfi farnezilpirofosfatsintaza fermentidir. Uzunmüddətli təsir dövrü zoledron turşusunun farnezilpirofosfatsintaza fermentinin aktiv mərkəzində və sümük toxumasının tərkibinə daxil olan mineral kompleksdə birləşmə nahiyələrinə yüksək uyğunluq dərəcəsi ilə əlaqəlidir. Zoledron turşusunun istifadəsi fonunda postmenopauza dövründə sümük toxumasında maddələr mübadiləsinin yüksək göstəricilərinin minimal səviyyəyə qədər sürətlə aşağı düşməsi qeyd olunmuşdur: 7-ci gün sümük rezorbsiyasının göstəriciləri aşağı düşmüşdür, 12-ci həftədə sümük toxumasının əmələ gəlməsinin göstəriciləri aşağı düşmüşdür. Gələcəkdə, sümük toxumasının metabolizminin göstəriciləri premenopauza diapazonu çərçivəsində qeyd olunmuşdur. Zoledron turşusunu hər il təkrar istifadə etdikdə, sümük toxumasında maddələr mübadiləsi göstəricilərinin proqressivləşən azalması müşahidə olunmamışdır. Farmakokinetikası Zoledron turşusunun 64 pasiyentdə birdəfəlik və 5- və 15 dəqiqəlik infuziyalarının 2, 4, 8 və 16 mq dozalarda dəfələrlə təkrar istifadəsi zamanı farmakokinetik məlumatlar əldə olunmuşdur; farmakokinetik parametrlər dərman preparatının dozasından asılı deyil. Paylanması Vena daxilinə yeridildikdə, qan plazmasında zoledron turşusunun konsentrasiyası sürətlə yüksəlir və infuziyanın sonunda maksimal səviyyə əldə olunur. İnfuziya tamamlandıqdan sonra, qan plazmasında zoledron turşusunun konsentrasiyası sürətlə aşağı düşür – 4 saatdan sonra maksimal səviyyənin 10 %-dən aşağı və 24 saatdan sonra maksimal səviyyənin 1 %-dən aşağı göstəricilərinə qədər. Sonra, uzun müddət ərzində qan plazmasında dərman preparatının, maksimal səviyyəsinin 0,1 %-dən yüksək olmayan çox aşağı konsentrasiyaları qeydə alınır. Xaric olması Vena daxilinə yeridildikdən sonra, zoledron turşusunun xaricolma prosesi, dərman preparatının sistem qan dövranından sürətlə xaric olunan 2 mərhələ də daxil olmaqla, 3 mərhələdən ibarətdir və bu zaman, preparatın yarımxaricolma dövrləri 0,24 saat (α-mərhələ) və 1,87 saat (β-mərhələ) və 146 saat son yarımxaricolma dövrü (γ-mərhələ) ilə uzunmüddətli bir mərhələ təşkil edir. Qan plazmasında dərman preparatının konsentrasiyasının (α- və β-mərhələlər) sürətlə aşağı düşməsi, ehtimal ki, onun sümük toxumasında sürətlə paylanması və böyrəklər vasitəsi ilə xaric olunması ilə əlaqəli ola bilər. Dəfələrlə təkrar istifadə edildikdə (hər 28 sutkadan bir), zoledron turşusunun orqanizmdə toplanması müşahidə olunmur. Zoledron turşusu orqanizmdə metabolizmə məruz qalmır və böyrəklər vasitəsi ilə dəyişilməmiş halda xaric olunur. İnfuziyadan sonra, ilk 24 saat müddətində dərman preparatının yeridilən dozasının 39±16 %-i sidikdə aşkar olunur, zoledron turşusunun qalan hissəsi, müstəsna olaraq, sümük toxuması ilə birləşir. Preparatın sümük toxumasında toplanması, bütün bisfosfonatlar üçün xarakterik xüsusiyyətdir və ehtimal ki, quruluşca pirofosfatla uyğunluğu ilə əlaqəlidir. Digər bisfosfonatlar kimi, zoledron turşusu sümük toxumasında çox uzunmüddətli dövr ərzində saxlanılır. Sümük toxumasından dərman preparatı sistem qan dövranına çox ləng daxil olur və böyrəklər vasitəsi ilə xaric olunur. Zoledron turşusunun ümumi klirensi 5,04±2,5 l/saat təşkil edir və preparatın dozasından, pasiyentin cinsindən, yaşından, irqindən və bədən kütləsindən asılı deyil. Müəyyən edilmişdir ki, bir pasiyentdə və müxtəlif pasiyentlərdə dərman preparatının klirensinin dəyişkənliyi, müvafiq olaraq, 34 % və 36 % təşkil edir. Zoledron turşusunun vena daxilinə yeridilməsinın davametmə müddəti 5 dəqiqədən 15 dəqiqəyə qədər uzandığı halda, infuziyanın sonunda qan plazmasında dərman preparatının konsentrasiyası 30 % aşağı düşür, lakin bu, “konsentrasiya-zaman” əyrisi altındakı sahə göstəricilərinin (AUC) qiymətlərinə təsir göstərmir. Farmakokinetik/farmakodinamik qarşılıqlı təsirləri Zoledron turşusunun dərman preparatları ilə qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmamışdır. Zoledron turşusu insan orqanizmində metabolizmə məruz qalmır və sitoxrom P450 sistemin metabolik fermentlərinə təsir göstərmir və ya əhəmiyyət kəsb etməyən inhibəedici (birbaşa və/və ya geri dönməyən) təsir göstərir. Bu səbəbdən, zoledron turşusunun, sitoxrom P450 sistemin fermentləri vasitəsi ilə metabolzimə məruz qalan dərman preparatlarının klirensini aşağı salma ehtimalı azdır. Zoledron turşusunun qan plazmasının zülalları ilə birləşmə dərəcəsinin yüksək olmamasını (təxminən 43-55 %) və konsentrasiyadan asılı olmamasını nəzərə alaraq, qan plazmasının zülalları ilə yüksək birləşmə dərəcəsinə malik digər dərman preparatları ilə birləşmə nahiyələri üçün rəqabətlə əlaqəli qarşılıqlı təsir ehtimalı azdır. Xüsusi pasiyent qrupları Böyrək funksiyalarının pozulması qeyd olunan pasiyentlər Farmakokinetik tədqiqatlarda iştirak edən 64 pasiyentdə zoledron turşusunun böyrək klirensinin orta göstəriciləri 84±29 ml/dəqiqə (diapazon 22-143 ml/dəqiqə) təşkil etmişdir, bu zaman, dərman preparatının böyrək klirensi kreatinin klirensi (Cl ) ilə korrelyasiya olunmuşdur (Cl -nincr cr 75±33 %-i). Aşkar edilmişdir ki, böyrək funksiyalarının yüngül və orta dərəcəli pozğunluqları qeyd olunan pasiyentlərdə zoledron turşusunun AUC göstəriciləri, böyrək funksiyaları normal0-24 olan pasiyentlərdə qeyd olunan göstəricilərlə müqayisədə, əhəmiyyətsiz dərəcədə (30-40 %) yüksəlir. Dərman preparatının böyrək funksiyasından asılı olmayaraq, orqanizmdə toplanmamasını nəzərə alaraq, ehtimal edilir ki, böyrək funksiyalarının yüngül (Cl 50-80cr ml/dəqiqə) və orta (Cl 35-50ml/dəqiqə) dərəcəli pozğunluqları qeyd olunan pasiyentlərdəcr zoledron turşusunun dozasının korreksiyası tələb olunmur. Böyrək funksiyalarının ağır pozğunluqları (Cl 35 ml/dəqiqədən aşağı) qeyd olunan pasiyentlərdə böyrək çatışmazlığınıncr inkişaf etmə riskinin yüksək olmasını nəzərə alaraq, bu qrup pasiyentlərdə zoledron turşusunun istifadəsi əks göstərişdir.

İstifadəsinə göstərişlər

Sınıqların yüksək riski olan pasiyentlərdə osteoporozun müalicəsi, o cümlədən, yaxın zamanda baş verən bud sümüyü boynunun sınığı: qadınlarda postmenopauza dövrü, yetkin kişilərdə. Sınıqların yüksək riski olan pasiyentlərdə sistem qlükokortikosteroidlərlə (QKS) uzunmüddətli terapiya fonunda osteoporozun müalicəsi: qadınlarda postmenopauza dövrü, yetkin kişilərdə. Böyüklərdə sümüklərin zədələnməsi zamanı Pecet xəstəliyinin müalicəsi.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə və ya digər bisfosfonatlara qarşı yüksək həssaslıq; – hipokalsiemiya; – böyrək funksiyasının ağır pozuntusu (Cl 35 ml/dəqiqədən az);cr – hamiləlik və laktasiyadövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Böyrək funksiyalarının pozulması Böyrək funksiyalarının ağır pozğunluqları (Cl 35 ml/dəqiqədən aşağı) qeyd olunancr pasiyentlərdə böyrək çatışmazlığının inkişaf etmə riskinin yüksək olmasını nəzərə alaraq, həmin pasiyentlərdə Zoltonar preparatının istifadəsi əks göstərişdir. Müəyyən edilmişdir ki, zoledron turşusu ilə aparılan müalicədən sonra, xüsusilə, böyrək funksiyalarının pozğunluqları mövcud olan və ya yaşlı pasiyentlər, nefrotoksik preparatların və diuretiklərin eyni zamanda istifadəsi kimi digər risk faktorları qeyd olunan pasiyentlər daxil olmaqla, böyrək funksiyalarının pozulması və eləcə də, dərman preparatının istifadəsindən sonra, yaxın müddət ərzində inkişaf edə bilən susuzlaşma meydana çıxmışdır. Böyrək funksiyalarının pozulması pasiyentlərdə hətta, zoledron turşusunun birdəfəlik istifadəsindən sonra qeyd olunmuşdur. Böyrək funksiyalarının pozulması və ya yuxarıda göstərilən risk faktorlarından hər hansı birinin artıq mövcud olduğu pasiyentlərdə nadir hallarda, dializin aparılması tələb olunan və ya ölüm nəticəsinə gətirib çıxaran böyrək çatışmazlığı inkişaf etmişdir. Böyrəklərdə qeyd olunan arzuolunmayan reaksiyaların inkişaf etmə riskini minimuma endirmək məqsədi ilə aşağıda göstərilən ehtiyat tədbirlərinə riayət etmək lazımdır: – Zoltonar preparatının istifadəsindən əvvəl, faktiki bədən çəkisini nəzərə alaraq, Kokroft-Qolt (Cockcroft-Gault) düsturunun istifadəsi ilə Cl -ni hesablamaq lazımdır;cr – böyrək funksiyalarının artıq mövcud pozğunluqları qeyd olunan pasiyentlərdə qan plazmasında kreatinin konsentrasiyasının tranzitor yüksəlməsi daha əhəmiyyətli ola bilər; – risk qrupundan olan pasiyentlərin qan plazmasında kreatinin səviyyəsinə nəzarət etmək lazımdır; – Zoltonar preparatını böyrək funksiyalarına təsir göstərə bilən digər dərman preparatları ilə eyni zamanda ehtiyatla istifadə etmək lazımdır; – Zoltonar preparatını istifadə etməzdən əvvəl, xüsusilə, yaşlı pasiyentlər və diuretiklərlə müalicə qəbul edən pasiyentlərin orqanizmində maye həcmini tələb olunan qaydada bərpa etmək vacibdir; – zoledron turşusunun birdəfəlik dozası 5 mq-dan yüksək olmamalıdır, infuziyanın davametmə müddəti isə 15 dəqiqədən az olmamalıdır. Hipokalsiemiya Hipokalsiemiyanın korreksiyası məqsədi ilə, Zoltonar preparatının istifadəsindən əvvəl, hipokalsiemiya qeyd olunan pasiyentlər, müvafiq dozalarda kalsium və D vitamini qəbul etməlidirlər və eləcə də, mineral mübadilənin digər pozğunluqları (məsələn, hipoparatireoz, kalsiumun bağırsaqlarda malabsorbsiyası) tələb olunan qaydada korreksiya olunmalıdır. Qeyd olunan vəziyyətlərdə pasiyentlərin tibbi müşahidəsini təmin etmək lazımdır. Sümüklərin zədələnməsi ilə müşayiət olunan Pecet xəstəliyi sümük toxumasının yüksək metabolizmi ilə xarakterizə olunur. Preparatdan istifadə etdikdə, zoledron turşusunun sümük toxumasında maddələr mübadiləsinə təsir effektinin sürətli inkişafı nəticəsində tranzitor, bəzi hallarda klinik simptomların inkişafı ilə müşayiət olunan hipokalsiemiya meydana çıxa bilər ki, bu da bir qayda olaraq, dərman preparatının venadaxili infuziyasından sonra, ilk 10 gün müddətində daha şiddətli ola bilər. Zoltonar preparatı ilə müalicə müddətində kifayət qədər kalsium və D vitaminindən istifadə etmək tövsiyə olunur. Bundan əlavə, Pecet xəstəliyindən əziyyət çəkən pasiyentlər Zoltonar preparatının istifadəsindən sonra, minimum 10 gün müddətində kalsium tərkibli preparatlardan (sutkada iki dəfə 500 mq-dan az olmayan miqdarda elementar kalsium) istifadə etməlidirlər. Pasiyentləri hipokalsiemiya simptomlarının inkişaf etməsinin mümkünlüyü barədə məlumatlandırmaq və eləcədə, həmin simptomların meydana çıxma riski yüksəldiyi dövrdə pasiyentlərin müvafiq klinik monitorinqini həyata keçirmək lazımdır. Zoltonar preparatını istifadə etməzdən əvvəl, Pecet xəstəliyindən əziyyət çəkən pasiyentlərin qan plazmasında kalsiumun konsentrasiyasını müəyyən etmək tövsiyə olunur. Zoledron turşusu daxil olmaqla, bisfosfonatlardan istifadə etdikdə, nadir hallarda pasiyentlərdə əhəmiyyətli dərəcədə ağır, bəzən iş qabiliyyətinin itirilməsinə gətirib çıxaran sümük, oynaq və/və ya əzələ ağrıları qeyd olunmuşdur. Çənə osteonekrozu Zoledron turşusu ilə müalicə qəbul edən osteoporozdan əziyyət çəkən pasiyentlərdə postmarketinq dövründə çənə osteonekrozu halları qeydə alınmışdır. Ağız boşluğunda yumşaq toxumaların sağalmayan açıq yaraları olan pasiyentlərdə zoledron turşusu ilə müalicənin başlanması və ya təkrar müalicə kursunun aparılması bir qədər təxirə salınmalıdır. Yanaşı risk faktorlarının mövcudluğu qeyd olunan pasiyentlərə Zoltonar preparatı ilə müalicəyə başlamazdan əvvəl müvafiq stomatoloji müayinədən keçmək və preventiv (qabaqlayıcı) müalicə qəbul etmək tövsiyə olunur; belə pasiyentlərdə, həmçinin, preparatın istifadəsinin fayda və potensial risk nisbətini qiymətləndirmək lazımdır. Pasiyentlərdə çənə osteonekrozunun inkişaf etmə riski qiymətləndirildikdə, aşağıda göstərilən faktorlar nəzərə alınmalıdır: – sümük toxumasının rezorbsiyasını inhibə edən dərman preparatının potensialı (güclü təsirə malik preparatlardan istifadə etdikdə, daha yüksək risk), preparatın yeridilmə yolu (parenteral yolla istifadə edildikdə, daha yüksək risk) və rezorbtiv müalicə zamanı kumulyativ doza; – bədxassəli şişlər, ko-morbid vəziyyətlər (məsələn, anemiya, qanın laxtalanma qabiliyyətinin pozulması, infeksion xəstəlikıər), tütün istifadəsi; – eyni zamanda aparılan kimyəvi-terapiya, şüa terapiyası (baş və boyun nahiyəsinin şüalandırılması), QKS (qlükokortikosteroidlər) və ya angiogenez inhibitorları ilə müalicə; – ağız boşluğu gigiyenasının kifayət qədər aparılmaması, periodont xəstəlikləri, diş protezlərinin tələb olunan şəkildə seçilməməsi, anamnezdə ağız boşluğu xəstəliklərinin mövcudluğu, invaziv stomatoloji proseduraların aparılması, məsələn, dişlərin çəkilməsi. Zoltonar preparatı ilə müalicə müddətində pasiyentlər ağız boşluğunun gigiyenik qaydalarına riayət etməli və müntəzəm olaraq, profilaktik stomatoloji müayinələrdən keçməlidirlər; ağız boşluğunda istənilən simptomların, məsələn, dişlərin laxlaması, ağrı və ya ödem, sağalmayan yaralar və ifrazat kimi simptomların meydana çıxması barədə dərhal həkimi məlumatlandırmaq lazımdır. Zoltonar preparatı ilə müalicə müddətində invaziv stomatoloji proseduralar ehtiyatla həyata keçirilməlidir və həmin proseduraları preparatın istifadəsindən sonra, yaxın dövr ərzində aparmaq olmaz. Çənə osteonekrozu inkişaf edən pasiyentlərdə müalicənin aparılmasının taktikası barədə qərar, müalicə həkimi və çənə osteonekrozunun müalicəsi təcrübəsinə malik olan stomatoloq və ya çənə-üz cərrahı arasında sıx əməkdaşlıq şəraitində qəbul edilməlidir. Belə hallarda, vəziyyət həll olunana qədər və mümkün olduğu halda, eyni zamanda müşahidə olunan risk faktorları aradan qaldırılana qədər zoledron turşusu ilə müalicənin müvəqqəti dayandırılmasını nəzərdən keçirmək lazımdır. Xarici qulaq keçəcəyinin osteonekrozu Bisfosfonatlardan istifadə etdikdə, əsasən, uzunmüddətli müalicə ilə əlaqəli xarici qulaq keçəcəyinin osteonekrozunun inkişaf etməsi halları qeydə alınmışdır. Xarici qulaq keçəcəyinin osteonekrozunun inkişaf etməsi üçün ehtimal edilən risk faktorlarına eyni zamanda QKS ilə müalicə, kimyəvi-terapiya və/və ya yerli risk faktorları, məsələn, infeksiya və ya travma aiddir. Bisfosfonatlarla müalicə qəbul edən pasiyentlərdə qulaqla əlaqəli simptomlar, o cümlədən, xroniki qulaq infeksiyaları qeyd olunduqda, xarici qulaq keçəcəyinin osteonekrozunun inkişaf etmə riskini nəzərə almaq lazımdır. Bud sümüyünün qeyri-tipik simptomları Osteoporoz qeyd olunan pasiyentlərdə bisfosfonatlardan istifadə etdikdə, əsasən uzunmüddətli müalicə fonunda bud sümüyünün qeyri-tipik subtroxanterik və diafizar sınıqlarının meydana çıxması barədə məlumatlar mövcuddur. Həmin köndələn və ya qısa çəp sınıqlar bud sümüyünün uzunluğu boyu kiçik burmadan aşağı və kondilusüstü hündürlükdən yuxarı nahiyədə qeyd oluna bilər. Göstərilən sınıqlar əhəmiyyətsiz travmadan sonra və ya travma qeyd olunmadan meydana çıxır; bəzi pasiyentlərdə, əsasən stress sınıqlarının rentgenoloji əlamətlərinin təzahürləri olan bud və ya qasıq nahiyəsində ağrı, bud sümüyünün tam sınığından bir neçə həftə və ya bir neçə ay əvvəl meydana çıxır. Sınıqlar əksər hallarda ikitərəfli olur və bu səbəbdən, bir bud sümüyünün diafizar sınığı təsdiq olunan bisfosfonatlarla müalicə qəbul edən pasiyentlərdə digər bud sümüyünün müvafiq müayinəsini aparmaq lazımdır. Bundan əlavə, həmin sınıqların pis birləşməsi barədə məlumatlar mövcuddur. Pasiyentdə bud sümüyünün qeyri-tipik sınığının meydana çıxmasının mümkünlüyü ehtimal edildiyi halda, fayda və potensial risk nisbətinin fərdi qiymətləndirilməsi əsasında bisfosfonatların istifadəsi ilə müalicənin dayandırılmasını nəzərdən keçirmək lazımdır. Bisfosfonatlarla müalicə müddətində pasiyentlər bud nahiyəsində, çanaq-bud oynağında və ya qasıq nahiyəsində istənilən ağrı hissi barədə məlumat verməlidirlər; belə vəziyyətlərdə, bud sümüyünün natamam sınığının mövcudluğunu aşkar etmək məqsədi ilə bütün pasiyentləri müayinə etmək lazımdır. Ümumi göstərişlər Zoledron turşusunun venadaxili infuziyasından sonra ilk 3 gün müddətində inkişaf edən arzuolunmayan reaksiyaların (“dozadan sonrakı” simptomların) meydana çıxma tezliyini, preparatın istifadəsindən sonra ən yaxın müddət ərzində parasetamolun və ya ibuprofenin istifadəsi hesabına aşağı salmaq mümkündür. Tərkiblərində təsiredici maddə şəklində zoledron turşusu olan digər dərman preparatları, onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Zoltonar preparatının həmin preparatlarla və hər hansı digər bisfosfonatlarla birlikdə istifadəsi tövsiyə olunmur, çünki, oxşar kombinasiyaların effektləri məlum deyil. Köməkçi maddələr Zoltonar preparatının 1 flakonunda 1 mmol (23 mq) natrium vardır, yəni preparatın tərkibində demək olar ki, “natrium yoxdur”.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparatın digər dərmanlarla qarşılıqlı təsirinə dair tədqiqatlar aparılmayıb. Zoledron turşusu sistem metabolizmə məruz qalmır və in vitro P450 sitoxrom sisteminin qaraciyər fermentlərinə təsir etmir, qan plazmasının zülalları ilə birləşmə dərəcəsi yüksək deyil (43-55%-ə qədər), bu səbəbə görə qan plazmasının zülalları ilə birləşmənin yüksək səviyyəsilə dərman vasitələri ilə birləşmə yerinə rəqabətli qarşılıqlı təsir az ehtimal edilir. Zoledron turşusu orqanizmdən böyrəklər vasitəsilə xaric olur, bununla əlaqədar Zoltonarın böyrək funksiyasına (məsələn, susuzlaşmaya səbəb ola bilən aminoqlikozidlər və ya diuretiklər) əhəmiyyətli dərəcədə təsir edən dərman vasitələrilə eyni vaxtda istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Böyrək funksiyası pozulmuş pasiyentlərdə qan plazmasında əsasən böyrəklər vasitəsilə xaric olan dərman vasitələrinin konsentrasiyası arta bilər. Uyuşmazlığı Preparatı kalsium tərkibli hər hansı digər məhlullarla qarışdırmaq olmaz. Preparatı digər dərman preparatları ilə qarışdırmaq və ya eyni zamanda istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Reproduktiv potensiallı qadınlar Reproduktiv potensiallı qadınlarda Zoltonarın istifadəsi məsləhət görülmür. Hamiləlik Hamiləlik dövründə Zoltonarın istifadəsi əks göstərişdir. Zoledron turşusunun hamilə qadınlarda istifadəsi barədə məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda müəyyən edilib ki, zoledron turşusu reproduktiv funksiyaya neqativ təsir göstərir, o cümlədən, inkişaf zamanı anadangəlmə qüsurlara səbəb olur. İnsan üçün potensial risk məlum deyil. Laktasiya Laktasiya dövründə Zoltonarın istifadəsi əks göstərişdir. Zoledron turşusunun ana südü ilə xaric olması məlum deyil. Fertillik Valideynlərdə və onların F1 nəslində zoledron turşusunun fertilliyə potensial neqativ təsirini qiymətləndirən siçovullar üzərində aparılan tədqiqatlarda dərman vasitəsinin kaliumun sümük toxumasından xaric olması prosesini əhəmiyyətli dərəcədə pozması aşkar edilmişdir. Bunun nəticəsində hipokalsiemiya (bütün bisfosfonatlara xarakterik effektdir) fonunda doğuş dövründə distosiya inkişaf etmişdir və eksperimentlər vaxtından əvvəl dayandırılmışdır. Eksperimental tədqiqatların nəticəsində əldə edilən məlumatlara əsasən zoledron turşusunun insanda fertilliyə təsirinə dair son nəticə çıxarmaq mümkün deyil. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Zoltonarın istifadəsi zamanı yarana bilən başgicəllənmə kimi əlavə təsirlər nəqliyyat vasitəsini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir edə bilər.

İstifadə qaydası və dozası

Dozalanması Zoltonar preparatının istifadəsindən əvvəl, pasiyentlərdə, xüsusilə, yaşlı pasiyentlərdə (yaşı 65 və daha yuxarı) və diuretiklərdən istifadə edən pasiyentlərdə maye həcmini müvafiq qaydada bərpa etmək lazımdır. Zoltonar preparatından istifadə edən pasiyentlərə kifayət qədər kalsiumdan və D vitaminindən istifadə etmək tövsiyə olunur. Osteoporoz Postmenopauza dövründə qadınlarda və yetkin yaşlı kişilərdə osteoporozun, o cümlədən, sistem QKS ilə uzunmüddətli müalicə fonunda osteoporozun müalicəsi zamanı, ildə 1 dəfə birdəfəlik venadaxili infuziya şəklində zoledron turşusunun tövsiyə olunan dozası 5 mq təşkil edir. Osteoporoz zamanı bisfosfonatlarla müalicənin optimal davametmə müddəti müəyyən edilməmişdir. Zoltonar preparatı ilə müalicənin davam etdirilməsinin zəruriliyi, xüsusilə, preparatı 5 il və daha çox müddət ərzində istifadə etdikdə, fayda və potensial risk nisbətini nəzərə almaqla, hər bir pasiyent üçün fərdi şəkildə vaxtaşırı nəzərdən keçirilməlidir. Az müddət əvvəl bud sümüyü boynunun sınıqları qeyd olunan pasiyentlərdə Zoltonar preparatını, bərpa əməliyyatından ən azı 2 həftə sonra istifadə etmək tövsiyə olunur; preparatın infuziyasından əvvəl D vitamininin 50000-125000 BV yükləyici dozada peroral qəbulu və ya əzələdaxilinə yeridilməsi tövsiyə olunur. Pecet xəstəliyi Sümüklərin zədələnməsi ilə müşayiət olunan Pecet xəstəliyi zamanı Zoltonar preparatı ilə müalicə yalnız, göstərilən xəstəliyin müalicəsi təcrübəsinə malik olan mütəxəssis tərəfindən təyin edilə bilər. Zoledron turşusunun birdəfəlik venadaxili infuziya şəklində tövsiyə olunan dozası 5 mq təşkil edir. Pecet xəstəliyindən əziyyət çəkən pasiyentlərə Zoltonar preparatının istifadəsindən sonra, minimum 10 gün müddətində kalsium tərkibli preparatlardan (sutkada iki dəfə 500 mq-dan az olmayan miqdarda elementar kalsium) istifadə etmək israrla tövsiyə olunur. Pecet xəstəliyindən əziyyət çəkən müalicəyə cavab verən pasiyentlərdə zoledron turşusu ilə başlanğıc müalicədən sonra, uzunmüddətli remissiya dövrü müşahidə olunur. Xəstəliyin residivi olan pasiyentlərdə dərman preparatının 5 mq dozada venadaxili infuziya şəklində istifadəsi, müalicə başladıqdan sonra 1 il və ya daha uzun müddətdən tez təkrar istifadə edilməməlidir. Pecet xəstəliyinin müalicəsi zamanı zoledron turşusunun təkrar istifadəsi barədə mövcud məlumatlar məhduddur. Xüsusi pasiyent qrupları Böyrək funksiyalarının pozulması qeyd olunan pasiyentlər Cl 35 ml/dəqiqədən aşağı olan pasiyentlərdə Zoltonar preparatının istifadəsi əks göstərişdir.cr Cl 35 ml/dəqiqədən artıq olan pasiyentlərdə preparatın dozasının korreksiyası tələb olunmur.cr Qaraciyər funksiyalarının pozulması qeyd olunan pasiyentlər Qaraciyər funksiyalarının pozulması qeyd olunan pasiyentlərdə preparatın dozasının korreksiyası tələb olunmur. Yaşlı pasiyentlər (65 yaş və daha yuxarı) Yaşlı pasiyentlərdə zoledron turşusunun orqanizmdə biomənimsənilməsini, paylanmasını və orqanizmdən xaricolmasını xarakterizə edən göstəricilər, daha gənc pasiyentlərin göstəriciləri ilə oxşar olmuşdur və bu səbəbdən, preparatın dozasının korreksiyası tələb olunmur. Uşaqlar və yeniyetmələr Zoltonar preparatını uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadə etmək olmaz. İstifadə qaydası Preparat yalnız vena daxilinə istifadə üçün nəzərdə tutulmuşdur. Venadaxili infuziyanın aparılması üçün preparatın müntəzəm sürətlə tədricən yeridilməsini təmin etmək imkanı verən infuziya üçün müvafiq sistemlərdən istifadə etmək tələb olunur. İnfuziyanın yeridilmə müddəti 15 dəqiqədən az olmamalıdır. Preparat yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. Preparatın yalnız içərisində heç bir hissəciklər olmayan şəffaf məhlulundan istifadə etmək olar. Məhlulu soyuq halda istifadə etmək olmaz; istifadə etməzdən əvvəl, məhlulun otaq temperaturunda olması tələb olunur. Məhlul hazırlandıqda və infuziya həyata keçirildikdə, aseptika qaydalarına riayət edilməlidir. Mikrobioloji nöqteyi-nəzərdən məhlulu dərhal istifadə etmək lazımdır. Məhlul dərhal istifadə edilmədiyi halda, onun istifadəsinə qədər müddətə və saxlanma şəraitinə görə məsuliyyəti istifadəçi daşıyır; lakin, nəzərə almaq lazımdır ki, 2°C-8°C temperaturda məhlulun saxlanma müddəti 24 saatdan artıq olmamalıdır. Zoltonar preparatı ilə müalicə qəbul edən pasiyentlərə preparatın tibbi istifadəsi üzrə təlimat və yaddaş kartı təqdim edilməlidir.

Əlavə təsirləri

Təhlükəsizlik profilinin qısa xülasəsi Əlavə təsirlər 44,7%, 16,7% və 10,2% pasiyentlərdə müvafiq olaraq, birinci, ikinci və üçüncü venadaxili infuziyadan sonra qeyd edilib. Birinci infuziyadan sonra ayrı-ayrı əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təşkil edir: qızdırma (17,1%), mialgiya (7,8%), qripəbənzər sindrom (6,7%), artralgiya (4,8%) və başağrı (5,1%). Onların başvermə tezliyi zoledron turşusunun hər il sonrakı istifadəsi zamanı əhəmiyyətli dərəcədə azalmışdır. Yuxarıda qeyd edilən əlavə təsirlərdən çoxu dərman vasitəsinin istifadəsindən sonra ilk üç gün ərzində inkişaf etmişdir; onlar əsasən əhəmiyyətsiz dərəcədə təzahür etmişdir və ya yarandıqdan sonra üç gün ərzində aradan qalxmışdır. Əlavə təsirlər 19,5%, 10,4%, 10,7% pasiyentlərdə arzuolunmayan reaksiyaların başvermə tezliyinin azalması üzrə profilaktik tədbirlərin aparılması zamanı zoledron turşusunun venadaxili infuziyasından sonra müvafiq olaraq, birinci, ikinci və üçüncü günlər qeyd edilmişdir. Arzuolunmayan təsirlər MedDRA üzrə struktur-orqanlar sinfinə müvafiq aşağıdakı kimi sadalanmışdır: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Hər kateqoriya çərçivəsində əlavə təsirlər onların ağırlığının azalması sırasında qeyd edilmişdir. İnfeksion və parazitar xəstəliklər: bəzən-qrip, nazofaringit. Qan və limfa sistemində baş verən pozuntular: bəzən-anemiya. İmmun sistemdə baş verən pozuntular: məlum deyil*-bronxospazm halları, övrə və angionevrotik ödem və çox nadir hallarda anafilaktik reaksiya/şok daxil olmaqla, hiperhəssaslıq reaksiyası. Maddələr mübadiləsində və qidalanmada baş verən pozuntular: tez-tez-hipokalsiemiya (yalnız Pecet xəstəliyi olan pasiyentlərdə “tez-tez” kateqoriyasına aiddir) bəzən-iştahanın azalması; nadir hallarda-hipofosfatiemiya. Psixikanın pozulması: bəzən-yuxusuzluq. Sinir sistemində baş verən pozuntular: tez-tez-başağrı, başgicəllənmə; bəzən-letargiya, paresteziya, yuxululuq, tremor, bayılma, disgevziya. Görmə orqanında baş verən pozuntular: tez-tez-gözlərin hiperemiyası; bəzən-konyunktivit, gözlərdə ağrı; nadir hallarda-uveit, episklerit, irit; məlum deyil*-sklerit, gözətrafı toxumanın iltihabı. Eşitmə orqanında və labirintdə baş verən pozuntular: bəzən-vertiqo. Ürəkdə baş verən pozuntular: tez-tez-qulaqcıq fibrilyasiyası; bəzən-palpitasiya. Damarlarda baş verən pozuntular: bəzən-arterial hipertenziya, qanaxını; məlum deyil*-arterial hipotenziya (bəzi pasiyentlərdə yanaşı risk faktoru mövcud olmuşdur). Tənəffüs sistemində, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozuntular: bəzən- öskürək, təngnəfəslik. Mədə-bağırsaq sistemində baş verən pozuntular: tez-tez-ürəkbulanma, qusma, diareya; bəzən- dispepsiya, qarının yuxarı nahiyəsində ağrı, qarın nahiyəsində ağrı, qastroezofageal reflyuks xəstəliyi, qəbizlik, ağızda quruluq, ezofagit, diş ağrısı, qastrit (eyni vaxtda QKS terapiyası aıan pasiyentlərdə qeyd edilmişdir). Dəridə və dərialtı toxumada baş verən pozuntular: bəzən-səpgi, hiperhidroz, qaşınma, eritema. Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozuntular: tez-tez-mialgiya, artralgiya, sümüklərdə ağrı, kürəkdə ağrı, ətraflarda ağrı; bəzən-boyun nahiyəsində ağrı, sümük- əzələ rigidliyi, oynaqların ödemi, əzələ spazmı, sində sümük-əzələ ağrısı, sümük-əzələ ağrısı, oynaqların hərəkətsizliyi, artrit, əzələ zəifliyi; nadir hallarda-bud sümüyünün atipik deşici və diafizar sınıqları (postmarketinq dövrdə qeyd edilmişdir) (bisfosfonatlar sinfindən olan bütün preparatlar üçün xarakterik əlavə təsir); çox nadir hallarda-xarici qulaq keçəcəyinin osteonekrozu (bisfosfonatlar sinfindən olan bütün preparatlar üçün xarakterik əlavə təsir); məlum deyil*- çənənin osteonekrozu. Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozuntular: bəzən-qan plazmasında kreatininin səviyyəsinin artması, pollakiuriya, proteinuriya; məlum deyil*-böyrək funksiyasının pozulması (nadir hallarda artıq böyrək funksiyasının pozulması və ya digər risk faktoru olan pasiyentlərdə, ahıl yaş, nefrotik preparatlarla, diuretiklərlə eyni vaxtda istifadə, susuzlaşma daxil olmaqla (dərman vasitəsinin yaxın zamanda venadaxili infuziyasından sonra yarana bilər), dializin aparılması vacib olan və ya ölümlə nəticələnən sonluğa səbəb olan böyrək çatışmazlığı inkişaf etmişdir. Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular: çox tez-tez-qızdırma; tez-tez-qripəbənzər sindrom, titrətmə, yorğunluq, asteniya, ağrı, süstlük, preparatın yeridilmə nahiyəsində reaksiya; bəzən-periferik ödem, susuzluq, kəskin faza reaksiyası, döş qəfəsində qeyri-kardial ağrı; məlum deyil*-qızdırma, qusma və diareya kimi simptomların inkişafı nəticəsində yaranan ikincili susuzlaşma. Laborator və instrumental tədqiqatların nəticəsinə təsiri: tez-tez-qan plazmasında C-reaktiv zülalın səviyyəsinin artması; bəzən-qan plazmasında kalsiumun konsentrasiyasının azalması. *Məlumatlar postmarketinq dövründə qeyd edilmişdir; başvermə tezliyini əldə olan məlumatlara görə qiymətləndirmək mümkün deyil. Müxtəlif arzuolunmayan reaksiyaların təsviri Qulaqcıqların fibrillyasiyası Klinik tədqiqatların birində qulaqcıq fibrillyasiyalarının meydana çıxmasının ümumi tezliyi zoledron turşusundan istifadə edən pasiyentlərdə 2,5 % (3862 pasiyentdən 96-da) və plasebodan istifadə edən pasiyentlərdə 1,9 % (3852 pasiyentdən 75-də) təşkil etmişdir. Qulaqcıqların fibrillyasiyası zamanı ciddi ağırlaşmaların meydana çıxma tezliyi plasebodan istifadə edən pasiyentlərlə müqayisədə (0,6 %, 3852 pasiyentdən 22-də), zoledron turşusundan istifadə edən pasiyentlərdə (1,3 %, 3862 pasiyentdən 51-də) daha yüksək olmuşdur. Qulaqcıq fibrillyasiyasının inkişaf etmə tezliyinin yüksəlməsinin əsasını təşkil edən mexanizmlər məlum deyil. Osteoporozdan əziyyət çəkən zoledron turşusundan istifadə edən pasiyentlərin iştirakı ilə aparılan tədqiqatlardan əldə olunan ümumi məlumatlara əsasən, dərman preparatının istifadəsi zamanı qulaqcıqların fibrillyasiyasının meydana çıxma tezliyi (2,6 %) plasebonun istifadəsi zamanı qeyd olunan tezliklə (2,1 %) müqayisə edilən olmuşdur. Bu zaman qulaqcıqların fibrillyasiyası ilə əlaqəli ciddi ağırlaşmaların tezliyi zoledron turşusundan istifadə edən pasiyentlərdə 1,3 % və plasebodan istifadə edən pasiyentlərdə 0,8 % təşkil etmişdir. Böyrək funksiyalarının pozulması Zoledron turşusundan istifadə etdikdə, böyrəklərdə, böyrək funksiyalarının aşağı düşməsi (yəni, qan plazmasında kreatinin səviyyəsinin yüksəlməsi) ilə və nadir hallarda, kəskin böyrək çatışmazlığının inkişaf etməsi ilə müşayiət olunan pozğunluqlar qeyd olunmuşdur. Zoledron turşusundan dəfələrlə təkrar istifadə etdikdən sonra, xüsusilə, böyrək funksiyalarının artıq mövcud pozğunluqları qeyd olunan və ya əlavə risk faktorları (məsələn, yaşlı pasiyentlər, eyni zamanda onkoloji xəstəliklərin kimyəvi-terapiyasının aparılması, nefrotoksik preparatların, diuretiklərin birlikdə istifadəsi, susuzlaşma) olan əksəriyyəti hər 3-4 həftədən bir dərman preparatını 4 mq dozada istifadə edən pasiyentlərdə böyrək funksiyalarının pozğunluqları müşahidə olunmuşdur; lakin, pasiyentlərdə oxşar pozğunluqlar dərman preparatının birdəfəlik istifadəsindən sonra da qeyd olunmuşdur. Klinik tədqiqatlarda osteoporozun müalicəsi üçün 3 il müddətində zoledron turşusundan istifadə edən pasiyentlərdə kreatinin klirensinin göstəriciləri (müayinə hər il dərman preparatının istifadəsindən əvvəl aparılmışdır), böyrək funksiyalarının pozğunluqlarının və böyrək çatışmazlığının meydana çıxma tezliyi, plasebodan istifadə edən pasiyentlərin eyni göstəriciləri ilə müqayisə edilən olmuşdur. İlk 10 gün müddətində qan plazmasında kreatinin səviyyəsinin yüksəlməsi zoledron turşusundan istifadə edən pasiyentlərin 1,8 %-də və plasebodan istifadə edən pasiyentlərin 0,8 %-də qeyd olunmuşdur. Hipokalsiemiya Klinik tədqiqatlarda osteoporozun müalicəsi üçün zoledron turşusundan istifadə edən pasiyentlərin təxminən 0,2 %-də dərman preparatının istifadəsindən sonra, qan plazmasında kalsiumun konsentrasiyasının əhəmiyyətli aşağı (1,87 mmol/l-dən aşağı) düşməsi qeyd olunmuşdur. Bu zaman, klinik simptomların inkişaf etməsi ilə müşayiət oluna bilən hipokalsiemiya halları qeydə alınmamışdır. Pecet xəstəliyi zamanı zoledron turşusunun istifadəsinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlarda xəstəlik inkişaf edən hipokalsiemiya inkişaf edən bütün pasiyentlərdə hiperkalsiemiyanın simptomları müşahidə edilmişdir (təxminən 1 %-də). İrimiqyaslı klinik tədqiqatların birində laborator məlumatlara əsasən, zoledron turşusundan istifadə edən pasiyentlərin 2,3 %-də qan plazmasında kalsiumun konsentrasiyasının normal göstəricilərə nisbətən tranzitor simptomsuz (2,10 mmol/l-dən aşağı) enməsi qeyd olunmuşdur; Pecet xəstəliyindən əziyyət çəkən pasiyentlərin iştirakı ilə aparılan klinik tədqiqatlarda dərman preparatından istifadə etdikdə, oxşar dəyişikliklər 21 % hallarda müşahidə olunmuşdur. Zoledron turşusunun isitfadəsi ilə aparılan növbəti venadaxili infuziyalar zamanı hipokalsiemiyanın meydana çıxma tezliyi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Postmenopauza dövründə osteoporozun, Pecet xəstəliyinin müalicəsi üçün və ya bud sümüyü boynunun sınığından sonra, sınıqların profilaktikası məqsədi ilə zoledron turşusundan istifadə edən pasiyentlərin iştirakı ilə aparılan bütün tədqiqatlarda pasiyentlər həmçinin, D vitamininin və kalsiumun müvafiq dozalarından istifadə etmişdirlər. Az müddət əvvəl bud sümüyü boynunun sınığından sonra, sınıqların profilaktikası məqsədi ilə zoledron turşusundan istifadə edən pasiyentlərin iştirakı ilə aparılan klinik tədqiqatlarda qan plazmasında D vitamininin səviyyəsi müntəzəm ölçülməmişdir, bununla belə, onların əksəriyyəti dərman preparatının istifadəsindən əvvəl D vitamininin yükləyici dozasını qəbul etmişdirlər. Yerli reaksiyalar İrimiqyaslı klinik tədqiqatların birində zoledron turşusunun istifadəsindən sonra, dərman preparatının yeridilmə nahiyəsində arzuolunmayan reaksiyalar, məsələn, qızarma, şişkinlik və/və ya ağrı barədə məlumatlar daxil olmuşdur (pasiyentlərin 0,7 %-də). Çənə osteonekrozu Zoledron turşusu daxil olmaqla, sümük toxumasının rezorbsiyasını inhibə edən dərman preparatları ilə müalicə olunan əsasən, onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərdə çənə osteonekrozu halları qeyd olunmuşdur. 7736 pasiyentin iştirakı ilə aparılan irimiqyaslı klinik tədqiqatda zoledron turşusundan istifadə edən bir pasiyentdə və plasebodan istifadə edən bir pasiyentdə çənə osteonekrozu müşahidə olunmuşdur. Postmarketinq dövründə zoledron turşusunun istifadəsi ilə əlaqəli çənə osteonekrozu halları qeydə alınmışdır. Ehtimal edilən arzuolunmayan reaksiyalar barədə məlumatlar Dərman preparatının qeydiyyatından sonra ehtimal edilən arzuolunmayan reaksiyalar barədə məlumat vermək vacibdir. Pasiyentdə dərman preparatına qarşı ciddi arzuolunmayan reaksiya müşahidə olunduqda və ya bu bölmədə qeyd edilməyən yeni arzuolunmayan reaksiya meydana çıxdığı halda, Milli farmakonəzarət sisteminə müvafiq məlumat vermək tələb olunur.

Doza həddinin aşılması

Zoledron turşusunun doza həddinin kəskin aşılmasının terapiyasının klinik təcrübəsi məhduddur. Dərman vasitəsinin məsləhət görülən dozadan artıq dozada istifadəsi zamanı pasiyentə ciddi tibbi müşahidə təmin etmək vacibdir. Belə hallarda hipokaliemiyanın klinik simptomlarının inkişafı zamanı kalsium tərkibli preparatların peroral qəbulu və/və ya venadaxili kalsium qlükonat məhlulu yeritmək lazımdır.

Buraxılış forması

100 ml məhlul, içərisi silikonlaşdırılmış, brombutilkauçukli tıxacı olan, aşağı hissəsi PTFE örtüklü və Flip off tipli kombinəolunmuş alüminium qapaqlı rəngsiz şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Flakon açıldıqdan sonra preparatı 2-8ºС temperaturda saxlamaq və 24 saat ərzində istifadə etmək lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“İdol İlaç Dolum San. ve Tic. A.Ş.”, Turkey. Topkapı, Davutpaşa Cad., Cebealibey Sok., No. 20 / İstanbul. Qeydiyyat vəsiqəsinin və ticarət nişanının sahibi “WORLD MEDICINE İLAÇ SAN. VE TİC. А.Ş.”, TURKEY. 15 Temmuz Mah. Cami Yolu Cad. No50 Güneşli/Bağcılar, Türkiyə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ZOLTONAR 5MG 100 ML № 1 (RASTVOR) (VORLD MEDISIN ILAC SAN VE TIC AS) (TURCIYA)” üçün ilk rəyi siz yazın.