Vitamin B kompleks N20 tablet Sopharma

Dərman formasıTablet
Farmakoloji təsirVitaminlər. Vitamin B kompleksi, kombinasiyalar daxil olmaqla
İstehsal ölkəsiBolqarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,27 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

VİTAMİN B KOMPLEKSİ örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Thiamine nitrate + Riboflavin + Piridoxine hydrochloride + Niacinamide

Tərkibi

Тəsiredici maddələr: 1 tabletin tərkibində 5 mq tiamin nitrat (B vitamini), 1 mq riboflavin (B vitamini),1 2 4 mq piridoksin hidroxlorid (B vitamini), 50 mq nikotinamid (vitamin PP) vardır.6 Кöməkçi maddələr: buğda nişastası, mikrokristallik sellüloza (101 tip), hidroksipropilsellüloza, stearin turşusu, talk, susuz kolloidal silisium dioksid. Örtük: çəhrayı opadri AMB 80 W 24766: qismən hidrolizəolunmuş polivinil spirti, talk, titan dioksid (E171), karmin (E120), lesitin (E322), “günəş qürubu” sarısı FCF (E110), ksantan kitrəsi (E415), mavi FD&C və ya #2 indiqokarmin lakı (E132).

Təsviri

Yumru, ikitərəfli qabarıq, 6 mm diametrdə, moruğu qırmızı rəngdə, spesifik tiamin qoxusuna malik örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Vitaminlər. Vitamin B kompleksi, kombinasiyalar daxil olmaqla. ATC kod: A11EX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Vitamin B kompleksi – tərkibində B qrupu vitaminləri və nikotinamid olan kombinəedilmiş dərman vasitəsidir. Onlar orqanizmin normal fəaliyyəti üçün lazım olan zülalların, karbohidratların və yağların mübadiləsində iştirak edir. Farmakokinetikası Sorulması: Peroral istifadəsindən B qrupundan olan vitaminlər tez sorulur və tamamilə mədə-bağırsaq sistemindən sorulur. Paylanması: Orqanizmin bütün toxumalarında B qrupundan olan vitaminlər təxminən eyni şəkildə paylanır. Xaric olması sidiknən və ana südü ilə xaric olunur.Vitamin B və B sidik ilə xaric olunur.Vitamin B1 2 6 Nikotinamid öd ilə xaric olunur. Digər B qrupundan olan vitaminlər kimi, artıq olan miqdarlar orqanizmdə yığılmır, əksinə xaric edilir.

İstifadəsinə göstərişlər

B (B ,B ,B ) qrup vitaminlərinin və nikotinamidin çatışmazlığı hallarında.1 2 6

Əks göstərişlər

Preparatın komponentlərindən istənilən birinə qarşı allergiya (hiperhəssaslıq). Yüksək qan təzyiqi (arterial hipertenziya ) II-III mərhələdə. 6 yaşdan aşağı uşaqlar. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Vitamin B kompleksini qəbul edərkən aşağıdakı hallarda xüsusən diqqətli olmalısınız Bədxassəli şiş və ya qaraciyər xəstəlikləri, xora, qastrit və podaqra xəstəliklərində. Vitamin B kompleksinin tərkibində olan B vitamininin təsirindən sidik qırmızı rəngdə ola bilər.2 Uzun müddət yüksək dozada piridoksin qəbul etdikdə ( gündəlik 100 mq-dan çox) periferik neyropatiyanın inkişafı mümkündür. Bəzi tərkib hissələri barədə vacib məlumat Preparatın tərkibinə daxil olan buğda nişastası çox az miqdarda olduğu üçün seliakiyalı xəstələr üçün risk daşımır, əgər pasientdə seliakiya xəstəliyi varsa. Bir tabletin tərkibinə 3,3 mikroqramdan çox olmayan qlüten daxildir. Əgər pasiyentdə buğdaya qarşı allergiya varsa (seliakiyadan fərqli) ona preparatın qəbulu məsləhət görülmür. Tablet örtüyünün tərkibində olan “günəş qürubu” sarısı (E110) boyası allergik reaksiyalara səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər Siz hazırda və ya yaxın vaxtlarda digər dərman maddələri (o cümlədən reseptsiz buraxılan) istifadə etmisinizsə, həkiminizə və ya əczaçıya bu barədə məlumat verməlisiniz. Aşağıdakı dərmanları qəbul etdikdə həkimi xəbərdar etmək lazımdır: Yüksək qan təzyiqinin, Parkinson xəstəliyinin, depressiyanın, epilepsiyanın müalicəsində istifadə olunan dərman vasitələri, sakitləşdirici, yuxugətirici dərmanlar və tetrasiklin qrupuna aid olan antibiotiklər. , xüsusilə 65 yaşdan yuxarı xəstələrdə trisiklik antidepresanların (imipramin, desipramin) təsiriniVitamin B1 artıra bilər. B qrupu vitaminləri eyni vaxtda istifadə edildikdə tetrasiklinlərin sorulmasını və effektivliyini azaldır. , levodopanın parkinsonəleyhinə təsirini antaqonizə edir.Vitamin B6 Nikotinamid və antiepileptik dərman vasitələri ( xüsusilə də karbamazepin, diazepam və natrium valproat kimi) eyni vaxtda istifadəsi sonuncuların qıcolmaəleyhinə təsirini gücləndirir. Xlorpromazin vitamin B -nin sidiklə ifrazını artırır, probenesid isə əksinə təsir göstərir.2

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparat hamiləlik zamanı həkiminizin təyin etdiyi dozada istifadə oluna bilər. Laktasiya dövründə vitamin B kompleksi istifadə olunmur. Preparatın qəbulu vacib olduqda ana südü ilə qidalandırmanı dayandırmaq məsləhət görülür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təyin edilmiş dozalarda istifadə olunduqda Vitamin B kompleksi nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Preparat daxilə, kifayət miqdarda su ilə qəbul edilməlidir. Böyuklər: gündə 2-3 dəfə 1-2 tablet. 6 yaşdan yuxarı olan uşaqlar: gündə 1-2 tablet.

Əlavə təsirləri

Vitamin B kompleksi də bütün dərman preparatları kimi əlavə təsirlərə səbəb ola bilər. Lakin onlar bütün pasiyentlərdə müşahidə edilmir. Çox nadir hallarda, xüsusən hiperhəssaslıq müşahidə olunan insanlarda səpgilər, qaşınma, ödem, üzün qızarması, istilikbasma hissi kimi əlavə təsirlər ola bilər. Əgər, hər hansı bir əlavə təsir ağırlaşarsa və ya içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər əmələ gələrsə, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Çox yüksək doza qəbul etdikdə preparat narahatlıq hissi, qorxu hissi, tremor (əsmə), baş ağrısı, yuxusuzluq, qıcolmalara səbəb ola bilər. Lazım olduğundan çox Vitamin B kompleks qəbul etdikdə məsləhət üçün həkimə müraciət etmək lazımdır.

Buraxılış forması

20 örtüklü tablet, polivinilxlorid və alüminium folqalı blisterdə. 1 və ya 2 blister, içilik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlıq müddəti 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Sofiya 1220, İlienski şossesi küç., 16, Bolqarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Vitamin B kompleks N20 tablet Sopharma” üçün ilk rəyi siz yazın.