SOLU GRIP (500 + 2 + 30) MG № 20 (TABLETKI) (NATIONAL PHARMACEUTICALS INDUSTRIES CO.) (SAUDOVSKAYA A

Dərman formasıTablet
Farmakoloji təsirAnalgetiklər-Antipiretiklər

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,84 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SOLU-QRİP tabletlər SOLU-GRIP Beynəlxalq patentləşdirilməmiş adı: Paracetamol (Acetaminophen) + Pseudoephedrine hydrochloride + Clorpheniramine maleate

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq parasetamol, 30 mq psevdoefedrin hidroxlorid, 2 mq xlorfeniramin maleat vardır. Köməkçi maddələr:qarğıdalı nişastası, mikrokristallik sellüloza 101, PVP (k-30) natrium nişasta qlikolyatı, talk, maqnezium stearat.

Təsviri

Ağ və ağımtıl rəngli bölünən tabletlərdir.

Farmakoterapevtik qrupu

Analgetiklər-Antipiretiklər. ATC kodu: N02BE51.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Solu-Qrip ağrıkəsici və qızdırmasalıcı təsirlərə malik kombinəolunmuş dərman vasitəsidir. Tərkibində parasetamol ağrıkəsici, xlorfeniramin maleat antihistamin və psevdoefedrin hidroxlorid ödeməleyhinə təsir göstərir. Parasetamol antipiretik və ağrıkəsici təsir göstərir. Prostoqlandinlərin sintezini tormozlamaqla ağrı reseptorlarının həssaslığını azaldır. Psevdoefedrin birbaşa və dolayı yolla simpatomimetik aktivliyə malikdir və daxilə qəbul olunduqda yuxarı tənəffüs yollarının ödemini effektiv şəkildə aradan qaldırır. Xlorfeniramin alkilamin sinfinin antihistamin propilamin törəməsidir.O, spesifik olaraq H – his-1 tamin reseptorlarını blokadaya alaraq histaminin təsirini inhibə edir. Xlorfeniramin histaminin saya əzələlərə, o cümlədən mədə-bağırsaq və tənəffüs yollarında yerləşən saya əzələlərə təsirini blokadaya alır, histaminin törətdiyi damar genişlənməsinin qarşısını alır,ödemi və suluqları azaldaraq kapilyar keçiriciliyini aradan qaldırır. Farmakokinetikası Parasetamol daxilə qəbul edildikdən sonra tez və demək olar ki, tamamilə sorulur.10-60 dəqiqədən sonra plazmada qatılığı maksimal səviyyəyə çatır.500 mq adi birdəfəlik dozada qəbul edildikdə parasetamolun plazmada qatılığı 6 saatdan sonra 2.1 mkq/ml olur.Parasetamol orqanizm tərəfindən tez mənimsənilir və 25 % -i plazma zülalları ilə birləşir. Plazmadan yarım xaricolma dövrü 1.5-3 saatdır və 80-85%-i qlükurono- və sulfokonyuqatlar şəklində xaric olunur.Daxilə qəbul edildikdən 24 saat sonra parasetamalon təxminən 85%-i dəyişilməmiş və metobolitlər şəklində sidiklə xaric olur. Psevdoefedrin daxilə qəbul edildikdən sonra tez və tamamilə sorulur.180 mq dozada daxilə qəbul edildikdə plazmadakı qatılığı 2 saatdan sonra maksimal səviyyəyə -500-900 nq/ml-ə çatır.Plazmadan yarımxaricolma dövrü təxminən 5.5 saatdır və sidiyi qələvi reaksiyalı olan şəxslərdə arta, sidiyi turş reaksiyalı olan şəxslərdə isə azala bilər. Yalnız n-demetilləşmə yolu ilə az dərəcədə metobolizmə uğrayır. Əsasən sidiklə xaric olur. Digər antihistaminlər kimi xlorfeniramin maleat tez sorulur. Daxilə qəbul edildikdən 2 saat sonra plazmadakı qatılığı maksimal səviyyəyə çatır.Qaraciyərdə metobolizmə uğrayır, əsas hissəsi metolbolitlər şəklində, 3-18 %-i isə dəyişilməmiş şəkildə sidiklə xaric olur. Plazmadan yarımxaric olma dövrü təxminən 20 saatdır.Yaşlılarda və uşaqlarda yarımxaricolma dövrü azalır.

İstifadəsinə göstərişlər

Solu-Qrip-in tərkibindəki parasetamol, xlorfeniramin maleat , psevdoefedrin hidroxlorid yüksək hərarət və yuxarı tənəffüs yollarının müxtəlif allergiyaları və soyuqdəymənin simptomları (burun tutulması, qaşınma, gözlərin sulanması, temperatur, başağrısı, asqırma, sinus ağrısı, sinus tutulması) zamanı əmələ gələn əlamətlərin tez və effektiv aradan qalxmasını təmin edir. Solu-Qrip yüksək hərarət və yuxarı tənəffüs yollarının müxtəlif allergiyaları zamanı simptomların azaldılması üçün istifadə edilir.

Əks göstərişlər

Parasetamola, xlorfeniraminə, psevdoefedrinə və ya köməkçi maddələrdən (bax: “Tərkibi”) hər hansı birinə qarşı yüksək həssaslıq. Monoaminooksidazanın inhibitorları ilə eyni zamanda və ya onların qəbulundan sonra iki həftə müddətində Solu-Qrip-in istifadəsi əks göstərişdir. Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri Xəbərdarlıq Xəstələrə xəbərdarlıq edilməlidir ki, məsləhət olunan dozanı artırmasınlar və alkoqoldan istifadə etməsinlər. Qlaukoma, yüksək qan təzyiqi, ürək xəstəliyi, qalxanabənzər vəzinin xəstəliyi, diabet, prostat vəzinin hipertrofyası, öd kisəsinin obstruksiyası, stenozu, peptik xora, emfizema və ya xroniki bronxiti olan şəxslər dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.Preparatı sedativ vasitələr və ya trankvilizatorlar, əzələ relaksantları, antidepressantlar və mərkəzi sinir sisteminin digər depressantları ilə eyni zamanda qəbul etdikdə mütləq həkimlə məsləhətləşmək lazımdır. Xəstələr bilməlidirlər ki, bu dərmanların birlikdə istifadəsi əlavə depressiv təsirlərlə nəticələnə bilər.Xlorfeniraminin qəbulu, xüsusilə uşaqlarda, qıcıqlanmaya səbəb ola bilər. Solu-Grip digər parasetamol tərkibli vasitələrlə eyni zamanda qəbul edilməməlidir. Yüksək dozalarda qaraciyərə təsir edə bilər, xüsusilə parasetamolun aralıq metabolitlərinin toplanması qaraciyərin nekrozuna səbəb ola bilər.Bu səbəbdən xəstə hətta özünü yaxşı hiss etsə belə, həkim yüksək dozalanma hallarını diqqətlə araşdırmalıdır, çünki proses ləngiyə bilər və qaraciyərin ciddi dəyişikliklərinə səbəb olar.Ümumi müqayisədə qeyri-sirroz alkoqollu qaraciyər xəstəliyində yüksək dozalanma hallarına daha çox rast gəlmək olar. Ehtyyat tədbirləri Solu-Qrip qaraciyər və böyrək çatışmazlığı olan xəstələrə ehtiyatla verilməlidir, çünki plazmadakı qatılığı arta və xaric olması ləngiyə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Absorbsiyanın sürəti və ya həcmi digər mədə-bağırsaq traktına daha güclü təsir göstərən preparatların təsiri ilə dəyişə bilər: məsələn, metoklopramid və ya domperidon mədədən bağırsağa tez keçməsinə kömək edə bilər; xolestiramin isə absorbsiyanı ləngidir. Qıcolmaəleyhinə preparatlar (fenitoin, barbituratlar, karbamazepin daxil olmaqla) qaraciyərin mikrosomal fermentlərini stimullaşdırır və bu səbəbdən parasetamolun qaraciyərə toksik təsirini artırır, çünki parçalanma nəticəsində hepatotoksik metobolitlər əmələ gəlir. Parasetamolun hətta məsləhət görülən dozada qəcolmaəleyhinə preparatlarla eyni zamanda istifadəsi xəstələr üçün təhlükəlidir. Kofeini, propantelini, metoklopramidi və xolestiramini Solu- Qrip-lə eyni zamanda daxilə qəbul etdikdə parasetamolun absorbsiya sürəti və həcmi azala bilər. Solu-Qrip tabletlərini simpatomimetik vasitələrlə (dekonqestantlar, iştahanı azaldan preparatlar və amfetaminə bənzər psixostimulyatorlar) və ya simpatomimetik aminlərin katabolizmi ilə çarpazlaşan monoaminooksidazanın inhibitorları ilə eyni zamanda qəbulu qan təzyiqinin artmasına səbəb ola bilər.Tərkibində psevdoefedrin olduğu üçün Solu-Qrip tabletləri simpatik aktivliyə malik olan hipotenziv təsirli vasitələrlə (bretilium betanidin, quanetidin, debrisokuin, metildopa, alfa- və beta-adrenergik blokatorlar daxil olmaqla) əks təsir göstərə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Hamilələrdə təhlükəsiz istifadəsi və embrionun inkişafını dayandıran əlavə təsirlər haqqında kifayət qədər məlumat yoxdur. Yenidoğulmuşlarda inkişafdan qalma əlamətləri hamiləlik dövründə dərmanın istifadəsinin nəticəsi ola bilər. Bu səbəbdən hamilə qadınlar Solu-Qrip tabletlərini qəbul etməməlidirlər, lakin həkim onun potensial faydasını mümkün riskdən üstün hesab edərsə qəbul etmək olar. Laktasiya dövrü Parasetamol ana südü ilə xaric olunur, lakin bunun heç bir klinik əhəmiyyəti yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Solu-Qrip tabletləri yuxululuq və hərəkətlərin ləngiməsi kimi hallara səbəb ola bilər. Xəstələr öz hərəkətlərini sərbəst idarə edənə qədər nəqliyyat vasitələrini və hərəkət edən mexanizmləri idarə etməməlidirlər.

İstifadə qaydası və dozası

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar Gündə 4 dəfə, hər 4-6 saatdan bir 1-2 tablet daxilə qəbul olunur. Gün ərzində maksimum 8 tablet qəbul etmək olar.

Əlavə təsirləri

Adətən başgicəllənmə, süstlük, ürəkbulanma və qusma, iştahasızlıq, mədə pozulması, ishal və ya qəbizlik müşahidə edilə bilər. Bu əlavə təsirlərin bəziləri xəstə uzandıqdan sonra azala bilər. Yuxu pozulması və nadir hallarda hallüsinasiya inkişaf edə bilər. Çox nadir hallarda dəri səpgiləri, taxikardiya, ağızda, burunda quruluq, boğazda şişkinlik, multiformalı eritema ola bilər. Nadir hallarda psevdoefedrini qəbul edən şəxslərdə sidiyin ləngiməsi müşahidə oluna bilər, bu isə prostat vəzinin böyüməsinə səbəb olan vacib amildir. Parasetamol çox nadir hallarda əlavə təsirlərə səbəbi ola bilər, lakin yüksək həssaslıq, o cümlədən dəri səpgiləri kimi hallar müşahidə oluna bilər.

Doza həddinin aşılması

Solu-Qrip tabletləri ilə kəskin zəhərlənmənin əlamətləri: mürgü, halsızlıq, başgicəllənmə, ataksiya, zəiflik, tonusun azalması, dəri və selikli qişaların quruluğu, taxikardiya, hipertenziya, hipertermiya, hiperaktivlik, oyanıqlıq, çətin sidik ifrazı. Bu zaman vacib olaraq dəstəkləyici tədbirlər görülməlidir: tənəffüs aktına kömək etmək və qıcolmalara nəzarət etmək lazımdır. Lazım gələrsə qəbuldan sonra 3 saat ərzində mədə yuyulmalı, sidik kisəsinə kateter salınmalıdır.Əgər lazımdırsa psevdoefedrinin xaric olmasını turş diurezin və ya dializin aparılması ilə tezləşdirmək olar. Parasetamol: doza həddinin aşılmasının əlamətləri dərhal müşahidə olunmaya bilər, lakin qəbul olunan parasetamolun dozasını bilmək lazımdır. Erkən müddətdə daxilə metionin və ya vena daxilinə N-asetilsisteinin təyin olunması parasetamolun toksik təsirlərini effektiv azaldır və bu, doza həddinin aşılması baş verdikdə 48 saat ərzində müsbət təsir göstərə bilər. Müalicə absorbsiyadan sonra 16 saat ərzində başlamalıdır. İlk 24 saat ərzində solğunluq, iştahasızlıq, ürəkbulanma, qusma, həddən artıq tərləmə, kefsizlik və qarın ağrıları kimi əlamətlər müşahidə oluna bilər.Lakin bəzən xəstədə əlamətlər olmaya da bilər. Qlükozanın anormal metobolizmi və metobolik asidoz ola bilər. Qəbuldan 72 saat sonra xəstələrdə qaraciyərin disfunksiyası ola bilər.Qaraciyərin toksikliyi nadir hallarda olur və doza həddinin kəskin aşılması zamanı (ən az 10 q) baş verir. Ürək aritmiyaları və pankreatitlər müşahidə oluna bilər.

Buraxılış forması

10 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30 ºC-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/ Ünvan National Pharmaceutical İndustries Co.(SAOG). P.O Box 120, Postal Code 124,Rusayl, Oman Sultanatlığı.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“SOLU GRIP (500 + 2 + 30) MG № 20 (TABLETKI) (NATIONAL PHARMACEUTICALS INDUSTRIES CO.) (SAUDOVSKAYA A” üçün ilk rəyi siz yazın.