Sernaya (kükürd) 25 q məlhəm Borisov

Dərman formasıMəlhəm
Farmakoloji təsirCivzəli səpginin müalicəsi üçün yerli istifadə olunan vasitə
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,20 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman vasitəsini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Dərman vasitəsinin istifadəsinə başlamaq üçün içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, orada Sizin üçün mühüm məlumat vardır. Optimal nəticə əldə etmək üçün içlik vərəqədə qeyd edilən bütün tövsiyələrə ciddi əməl etmək lazımdır. İçlik vərəqəni saxlayın. Onu yenidən oxumaq lazım gələ bilər. Əgər sualınız yaranarsa, həkimə müraciət edin. Vəziyyətiniz pisləşdikdə və ya aparılan müalicədən sonra yaxşılaşma müşahidə edilmədikdə, həkimə müraciət edin. Bu dərman vasitəsi, yalnız Sizə təyin edilib. Onu başqa adamlara verməyin. Hətta onlarda Sizin xəstəliyin simptomları olsa belə preparat onlara ziyan verə bilər. KÜKÜRD MƏLHƏMİ 333 mq/q xaricə istifadə üçün məlhəm SULPHUR OINTMENT Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

Tərkibi

Təsiredici maddə: 1 tubda (25 q) 8,325 q xaricə istifadə üçün kükürd vardır Köməkçi maddələr:ağ yumşaq parafin, təmizlənmiş su, emulqator T-2.

Təsviri

Sarı və ya açıq-sarı rəngli məlhəmdir.

Farmakoterapevtik qrupu

Civzəli səpginin müalicəsi üçün yerli istifadə olunan vasitə. ATC kodu: D10AB02.

İstifadəsinə göstərişlər

Dəri xəstəliklərinin (seboreya, sikoz, mikoz, psoriaz) və qoturluğun müalicəsində kompleks terapiyanın tərkibində.

Əks göstərişlər

Dərman vasitəsinə qarşı yüksək həssaslıq, 3 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Məlhəmin genital nahiyədə istifadəsi zamanı köməkçi maddə olan ağ yumşaq parafinə görə lateks prezervativlərin möhkəmliyi azala və partlaya bilər. Kükürd kifayət qədər toksikliyə malikdir, selikli qişaları, tənəffüs orqanlarını qıcıqlandıra bilər. Məlhəmin gözlərə düşməsindən çəkinmək lazımdır. Məlhəmin istifadəsindən sonra əlləri yaxşıca yumaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Xaricə istifadə üçün preparatlarla eyni vaxtda istifadəsi zamanı gözlənilməz təsirlərə malik yeni birləşmələr əmələ gələ bilər. Məlhəmin oksidləşdiricilərlə (hidrogen peroksid məhlulu, kalium permanqanat və s.) qarşılıqlı təsiri kimyəvi yanığa səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməyib, bu səbəbə görə məlhəmi bu dövrdə, yalnız o zaman istifadə etmək olar ki, ana üçün gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olsun. Pediatriyada istifadəsi 3-5 yaşlı uşaqlarda dərman vasitəsinin istifadəsi, yalnız həkim məsləhəti ilə mümkündür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlhəmdən istifadə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Xaricə. Dərman vasitəsi 5 gün müddətində gündə 2-3 dəfə dərinin zədələnmiş nahiyələrinə nazik təbəqə ilə sürtülür. Qoturluğun müalicəsi Birinci gün zədələnmiş nahiyənin işlənməsi duş altında isti su və sabunla yaxşıca yuyulmaqla, axşam yatmazdan əvvəl aparılır.Məlhəm əllərin dərisinə sürtülür, bundan sonra bədənə və ayaqlara, ayağın altı və barmaqlar daxil olmaqla. Dərini işlədikdən sonra, yalnız təmiz alt paltarından və geyimdən istifadə etmək lazımdır. İkinci və üçüncü gunlər müalicədə fasilə edilir, bu zaman məlhəmin qalığı dəridən yuyulmamalıdır. Dördüncü gün axşam pasiyent sabun ilə yuyunur və qalan məlhəmdən istifadə etməklə, birinci gündəki olduğu kimi sürtür və yenə də bütün alt paltarı dəyişdirilir. Dəri işləndikdən sonra əllləri 3 saat ərzində yumaq olmaz; sonradan əllər hər yuyulmadan sonra məlhəmlə işlənir. Dərinin digər hissələrindən məlhəmin yuyulması baş verdikdə, həmin nahiyəni yuxarıda qeyd edildiyi kimi işləmək lazımdır. Müalicənin beşinci günündə məlhəm dəridən tamamilə yuyulur.

Əlavə təsirləri

Nadir hallarda allergik reaksiyalar mümkündür.

Doza həddinin aşılması

Kükürd məlhəmindən istifadə zamanı doza həddinin aşılması halı bu vaxta qədər təsvir edilməmişdir.

Buraxılış forması

25 q məlhəm, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15 ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Borisov Dərman Preparatları Müəssisəsi” ASC. Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.: +375 (177) 735612, 731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Sernaya (kükürd) 25 q məlhəm Borisov” üçün ilk rəyi siz yazın.