Saxenda 6 mq 3 ml N3 qələm
| Dərman forması | Hazır şpris-qələm |
|---|---|
| Farmakoloji təsir | Şəkərli diabet zamanı istifadə edilən preparatlar. Qlükaqonabənzər peptid-1-in analoqları |
| İstehsal ölkəsi | Danimarka |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
326,49 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu istifadə təlimatını atmayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər. – Hər hansı əlavə sualınız vardırsa, həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin. – Bu dərman yalnız Sizin üçün təyin edilmişdir. Onu başqalarına verməyin. Hətta xəstəlik əlamətləri sizinkilərlə eyni olsa belə, bu dərman başqalarına zərər verə bilər. – Hər hansı əlavə təsir meydana çıxdığı halda, həkiminizlə, əczaçınızla və ya tibb bacınızla məsləhətləşin. Bunlara bu istifadə təlimatında sadalanmayan hər hansı mümkün əlavə təsirlər də daxildir. SAKSENDA 6 mq/ml hazır doldurulmuş qələmdə inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Liraglutide
Tərkibi
Təsiredici maddə: 1 ml inyeksiya üçün məhlulun tərkibində 6 mq liraqlutid vardır. Bir ədəd hazır doldurulmuş qələmdə 18 mq liraqlutid vardır. Köməkçi maddələr:dinatrium fosfat dihidrat, propilenqlikol, fenol, xlorid turşusu və natrium hidroksid (pH-ın tənzimlənməsi üçün) və inyeksiya üçün su.
Təsviri
Saksenda – hazır doldurulmuş qələmdə şəffaf və rəngsiz və ya demək olar ki, rəngsiz məhluldur. Hər bir qələmin içərisində 3 ml məhlul vardır.
Farmakoterapevtik qrupu
Şəkərli diabet zamanı istifadə edilən preparatlar. Qlükaqonabənzər peptid-1-in analoqları. ATC kodu: A10BJ02.
Farmakoloji xüsusiyyətləri
Saksenda – təsiredici maddəsi liraqlutid olan arıqlama üçün dərman vasitəsidir. Bu preparat qida qəbulundan sonra bağırsaqda ifraz olunan qlükaqonabənzər peptid-1 (QBP-1) adlı təbii hormona oxşardır. Saksenda baş beyində iştahanı tənzimləyən reseptorlara təsir etməklə Sizi daha tox hiss etdirir və aclıq hissini azaldır. Bu, daha az qida qəbul etməyinizə və bədən çəkisini azaltmağınıza kömək edir.
İstifadəsinə göstərişlər
Saksenda aşağıdakı xüsusiyyətlərə malik olan 18 yaş və daha yuxarı yetkin insanlarda çəkinin azaldılması üçün pəhrizə və fiziki hərəkətlərə əlavə olaraq istifadə edilir: • BKİ 30 kq/m² və ya daha yuxarı (piylənmə) və ya • BKİ 27 kq/m² ilə 30 kq/m² arası (artıq çəki) və çəki ilə əlaqəli sağlamlıq problemləri (məsələn, şəkərli diabet, yüksək qan təzyiqi, qanda yağların səviyyəsinin qeyri-normal olması və ya yatarkən “yuxuda obstruktiv apnoe” adlandırılan tənəffüs problemləri). BKİ (Bədən Kütlə İndeksi) çəkinizin boyunuzla əlaqəli ölçüsüdür. Yalnız Saksenda preparatının gündə 3,0 mq dozasını 12 həftə ərzində istifadə etdikdən sonra ilkin bədən çəkinizin ən azı 5%-ni itirdiyiniz halda bu preparatın istifadəsini davam etdirməlisiniz (“Saksenda preparatının istifadə qaydası” bölməsinə baxın). Preparatın istifadəsini davam etdirməzdən əvvəl həkiminizlə məsləhətləşin. Saksenda preparatı aşağıdakı xüsusiyyətlərə malik olan 12 yaşdan yuxarı yeniyetmələrdə çəkiyə nəzarət məqsədi ilə sağlam qidalanmaya və yüksək fiziki fəallığa əlavə qismində istifadə edilə bilər: • piylənmə (həkim tərəfindən diaqnozlaşdırılmış) • bədən çəkisi 60 kq-dan yuxarı Siz Saksenda preparatının istifadəsini yalnız preparatın gündə 3,0 mq dozasının və ya dözülə bilən maksimal dozasının 12 həftə ərzində qəbulundan sonra BKİ-nizin ən azı 4%-ni itirdiyiniz halda davam etdirməlisiniz. Preparatın qəbulunu davam etdirməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Əks göstərişlər
Əgər Sizdə liraqlutidə və ya Saksenda preparatının hər hansı digər inqrediyentinə qarşı allergiya vardırsa.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Saksenda preparatını istifadə etməzdən əvvəl həkiminiz, əczaçınız və ya tibb bacınızla məsləhətləşin. Əgər Sizdə ağır dərəcəli ürək çatışmazlığı vardırsa, Saksenda preparatının istifadəsi tövsiyə edilmir. 75 yaş və yuxarı pasiyentlərdə bu dərmanın istifadəsi üzrə təcrübə məhduddur. Yaşınız 75 və daha yuxarıdırsa, bu dərmanın istifadəsi Sizə tövsiyə edilmir. Böyrək problemləri olan pasiyentlərdə bu dərmanın istifadəsi üzrə təcrübə məhduddur. Əgər böyrək xəstəliyiniz vardırsa və ya dializ müalicəsi qəbul edirsinizsə, həkiminizlə məsləhətləşin. Qaraciyər problemləri olan pasiyentlərdə bu dərmanın istifadəsi üzrə təcrübə məhduddur. Əgər qaraciyərinizlə bağlı problemləriniz vardırsa, həkiminizlə məsləhətləşin. Mədənin boşalmasının ləngiməsinə (qastroparez adlandırılır) gətirib çıxaran ağır dərəcəli mədə və bağırsaq problemləriniz və ya iltihabi bağırsaq xəstəliyiniz vardırsa, bu dərmanın istifadəsi Sizə tövsiyə edilmir. Əgər Sizdə şəkərli diabet xəstəliyi vardırsa, Saksenda preparatını insulinin əvəzedicisi qismində istifadə etməyin. Əgər əhəmiyyətli dərəcədə arıqlasanız, Sizdə öd daşlarının və nəticə etibarilə öd kisəsinin iltihabının yaranması riski ola bilər. Qarnın üst nahiyəsində, xüsusən də sağ qabırğaaltı nahiyədə güclü ağrı hiss edirsinizsə, Saksenda preparatının istifadəsini dayandırın və dərhal həkiminizlə əlaqə saxlayın. Ağrı kürəkdə və ya sağ çiyində hiss edilə bilər. Mədəaltı vəzinin iltihabı Əgər Sizdə mədəaltı vəzinin xəstəliyi vardırsa və ya olmuşdursa, həkiminizlə məsləhətləşin. Şəkərli diabeti olan insanlar Əgər Sizdə şəkərli diabet vardırsa, bu barədə həkiminizi məlumatlandırın. Həkiminiz qanınızda şəkərin səviyyəsinin aşağı düşməsinin qarşısını almaq üçün şəkərsalıcı dərmanlarınızın dozasını tənzimləyə bilər. • Saksenda preparatını inyeksiya etdiyiniz digər dərmanlarla (məsələn, insulinlərlə) qarışdırmayın. • Saksenda preparatını tərkibində QBP-1 reseptorlarının aqonistləri olan digər dərmanlarla (məsələn, eksenatid və ya liksisenatid) birlikdə istifadə etməyin. Qalxanabənzər vəzinin xəstəliyi Əgər Sizdə qalxanabənzər vəzinin xəstəliyi, o cümlədən qalxanabənzər vəzidə düyünlər və ya qalxanabənzər vəzinin böyüməsi vardırsa, həkiminizlə məsləhətləşin. Pasiyentin fərdi və ya ailə anamnezində II tip çoxsaylı endokrin neoplaziya sindromu (MTC) varsa, preparatın istifadəsi əks göstərişdir. Saksendanın istifadəsi ilə bağlı pasiyentləri potensial MTC riski və tiroid şişlərinin simptomları barədə məlumatlandırmaq lazımdır. Ürək döyüntülərinin tezliyi Əgər Saksenda preparatı ilə müalicə müddətində Sizdə ürəkdöyünmə hissi vardırsa (ürək döyüntülərinizi hiss edirsinizsə) və ya sakit vəziyyətdə ürək döyüntülərinizin tezləşməsini hiss edirsinizsə, həkiminizlə məsləhətləşin. Maye itirilməsi və dehidratasiya Saksenda preparatı ilə müalicəyə başladıqda Sizdə maye itkisi və ya dehidratasiya baş verə bilər. Bu hallar ürəkbulanma, qusma və ishal nəticəsində yarana bilər. Bol miqdarda maye qəbul etməklə dehidratasiyanın qarşısını almaq vacibdir. Hər hansı sualınız və ya narahatlığınız vardırsa, həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin. Saksenda preparatının tərkibində olan bəzi inqrediyentlər barədə vacib məlumat Bu dərmanın tərkibində natriumun miqdarı hər dozanın tərkibində 1 mmol-dan (23 mq) azdır, yəni dərmanın tərkibində natrium demək olar ki, yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hazırda hər hansı digər dərmanları qəbul edirsinizsə, bu yaxınlarda qəbul etmisinizsə və ya qəbul etmiş ola bilərsinizsə, bu barədə həkiminizi, əczaçınızı və ya tibb bacınızı məlumatlandırın. Xüsusilə, aşağıdakı hallarda həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin: • əgər şəkərli diabetin müalicəsi üçün “sulfonil sidik cövhəri” adlandırılan dərman vasitələrini (məsələn, qlimepirid və ya qlibenklamid kimi) və ya insulin qəbul edirsinizsə – bu dərmanları Saksenda preparatı ilə birlikdə qəbul etdiyiniz zaman qanınızda şəkərin səviyyəsi aşağı düşə bilər (hipoqlikemiya). Həkiminiz qanınızda şəkərin səviyyəsinin aşağı düşməsinin qarşısını almaq üçün şəkərəleyhinə dərmanınızın dozasını tənzimləyə bilər. Qanınızda şəkərin səviyyəsinin azalmasının xəbərdaredici əlamətləri barədə məlumat almaq üçün ” Mümkün əlavə təsirləri” bölməsinə baxın. İnsulinin dozasını dəyişdiyiniz təqdirdə, həkiminiz qanda şəkərin səviyyəsini daha tez-tez yoxlamağı tövsiyə edə bilər. • qanın laxtalanmasını azaldan varfarin preparatını və ya digər dərmanları (antikoaqulyantlar) peroral qəbul edirsinizsə. Qanınızın laxtalanma qabiliyyətinin müəyyən edilməsi üçün qan analizlərini daha tez-tez yerinə yetirmək tələb oluna bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamiləliyi planlaşdırırsınızsa, ® ® Saksenda preparatını istifadə etməyin. Bu onunla bağlıdır ki, Saksenda preparatının körpəyə təsir edib-etməyəcəyi məlum deyil. ® ® Saksenda preparatını istifadə edirsinizsə, körpənizi ana südü ilə qidalandırmayın. Belə ki, Saksenda preparatının ana südünə keçib-keçmədiyi məlum deyil. Pediatriyada və yeniyetmələrdə istifadəsi 12 yaşdan kiçik uşaqlarda Saksenda preparatının təhlükəsizliyi və effektivliyi tədqiq edilməmişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Saksenda preparatının nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiretmə ehtimalı azdır. Bəzi pasiyentlər, Saksenda preparatının qəbulu zamanı, əsasən ilk 3 ay ərzində, başgicəllənmə hiss edə bilərlər (“Əlavə təsirləri” bölməsinə baxın). Əgər başgicəllənmə hiss edirsinizsə, nəqliyyat vasitəsini idarə edərkən və ya mexanizmlərdən istifadə edərkən, xüsusilə ehtiyatlı olun. Əgər əlavə məlumata ehtiyacınız varsa, həkiminizlə məsləhətləşin.
İstifadə qaydası və dozası
Bu preparatı hər zaman həkiminizin təyin etdiyi qaydada qəbul edin. Əmin olmadığınız halda, həkiminiz, əczaçınız və ya tibb bacınızla dəqiqləşdirin. Həkiminiz Sizə pəhriz və fiziki hərəkətlər proqramı təyin edəcəkdir. Saksenda preparatını istifadə etdiyiniz müddət ərzində bu proqrama əməl etməyə davam edin. Böyüklər Sizin müalicəniz aşağı doza ilə başlayacaq və müalicənin ilk beş həftəsi ərzində tədricən artırılacaqdır. • Siz Saksenda preparatını istifadə etməyə başladıqda başlanğıc doza ən azı bir həftə ərzində 0,6 mq olacaqdır. • Həkiminiz tövsiyə edilən gündə 1 dəfə 3,0 mq dozaya çatana qədər dozanı tədricən, bir qayda olaraq, hər həftə 0,6 mq artırmaq barədə sizi təlimatlandıracaqdır. Həkiminiz Saksenda preparatının hər həftə istifadə etməli olduğunuz miqdarını Sizə bildirəcəkdir. Bir qayda olaraq, Sizə aşağıdakı cədvələ əməl etməli olduğunuz bildiriləcəkdir. Həftə İnyeksiya olunacaq doza 1-ci həftə gündə bir dəfə 0,6 mq 2-ci həftə gündə bir dəfə 1,2 mq 3-cü həftə gündə bir dəfə 1,8 mq 4-cü həftə gündə bir dəfə 2,4 mq 5-ci həftə və daha sonra gündə bir dəfə 3,0 mq Müalicənin 5-ci həftəsində tövsiyə edilən 3,0 mq dozaya çatdıqdan sonra müalicə müddəti bitənədək bu dozanı istifadə etməyə davam edin. Bundan sonra dozanızı artırmayın. Həkiminiz mütəmadi olaraq müalicənizi qiymətləndirəcəkdir. Yeniyetmələr (≥12 yaş) 12 yaşdan 18 yaşadək yeniyetmələr üçün böyüklərdə istifadə edilən doza artımı cədvəlindən istifadə edilməlidir (yuxarıda böyüklər üçün cədvələ baxın). Dozanı 3,0 mq (dəstəkləyici doza) və ya dözülə bilən maksimal dozaya qədər artırmaq lazımdır. 3,0 mq-dan yuxarı gündəlik dozalar tövsiyə edilmir. Preparat necə və nə zaman istifadə edilməlidir? • Qələmi ilk dəfə istifadə etməzdən əvvəl həkiminiz və ya tibb bacınız qələmdən istifadə qaydasını Sizə göstərəcəkdir. • Siz Saksenda preparatını günün istənilən vaxtı, qida qəbulundan asılı olmayaraq istifadə edə bilərsiniz. • Saksenda preparatını hər gün təxminən eyni vaxtda istifadə edin – günün Sizin üçün münasib olan vaxtını seçin. Preparatın yeridilmə nahiyəsi Saksenda preparatı dərinin altına yeridilir (dərialtı inyeksiya). • İnyeksiya üçün ən yaxşı nahiyələr belin ön hissəsi (qarın), budların ön hissəsi və ya bazu nahiyələridir. • Preparatı vena və ya əzələ daxilinə yeritməyin. Preparatın istifadəsinə dair ətraflı təlimatlar içlik vərəqinin arxa tərəfində verilmişdir. Pəhriz və fiziki hərəkətlər Həkiminiz Sizə pəhriz və fiziki hərəkətlər proqramı təyin edəcəkdir. Saksenda preparatını istifadə etdiyiniz müddət ərzində bu proqrama əməl etməyə davam edin. II tip şəkərli diabeti olan pasiyentlər Saksenda, başqa bir GLP-1 (qlükaqonabənzər peptid) reseptor aqonisti ilə birlikdə istifadə edilməməlidir. Əgər Saksenda preparatını istifadə etməyi unutmusunuzsa • Əgər preparatın dozasını yeritməyi unutmusunuzsa və adətən, dozanı yeritdiyiniz vaxtdan 12 saat ərzində bunu xatırlamısınızsa, xatırladığınız vaxt inyeksiyanı yerinə yetirin. • Lakin Saksenda preparatını istifadə etməli olduğunuz vaxtdan 12 saatdan çox keçmişdirsə, unudulmuş dozanı buraxın və növbəti dozanı adi vaxtında yeridin. • Buraxılmış dozanı kompensasiya etmək üçün növbəti gün ikiqat dozanı istifadə etməyin və ya dozanı artırmayın. Əgər Siz Saksenda preparatının istifadəsini dayandırırsınızsa Həkiminizlə məsləhətləşmədən Saksenda preparatının istifadəsini dayandırmayın. Bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallarınız varsa, həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin. Xüsusi populyasiya Yaşlılar (≥65 yaşdan yuxarı) Yaşa görə doza tənzimlənməsi tələb olunmur. ≥75 yaşında pasiyentlərdə terapevtik təcrübə məhduddur və bu xəstələrdə istifadəsi tövsiyə edilmir. Böyrək çatışmazlığı Yüngül və ya orta dərəcədə böyrək çatışmazlığı olan xəstələr üçün doza tənzimlənməsi tələb olunmur (kreatinin klirensi ≥30 ml / dəq). Saksenda, böyrək çatışmazlığının son mərhələsi olan pasiyentlər də daxil olmaqla ağır böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi <30 ml/dəq) istifadəsi tövsiyə edilmir. Qaraciyər çatışmazlığı Yüngül və ya orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələr üçün doza tənzimlənməsi tövsiyə edilmir. Saksendanın ağır qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsi tövsiyə edilmir və yüngül və ya orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Pediatrik populyasiya Preparatın effektivliyi 18 yaşdan aşağı uşaq və yeniyetmələrdə effektivliyi və təhlükəsizliyi öyrənilməmişdir.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, bu preparat da bəzi insanlarda əlavə təsirlərə səbəb ola bilər. Ciddi əlavə təsirlər Saksenda preparatını istifadə edən pasiyentlərdə nadir hallarda bir sıra ağır dərəcəli allergik reaksiyalar (anafilaksiya) barədə məlumatlar verilmişdir. Sizdə tənəffüs problemləri, üzün və boğazın şişməsi və ürək döyüntülərinin tezləşməsi kimi problemlər meydana çıxarsa, dərhal həkimə müraciət etməlisiniz. Saksenda preparatını istifadə edən pasiyentlərdə nadir hallarda mədəaltı vəzinin iltihabı (pankreatit) barədə məlumat verilmişdir. Pankreatit ciddi və həyat üçün təhlükəli olan bir xəstəlikdir. Sizdə aşağıdakı ciddi əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, Saksenda preparatının istifadəsini dayandırın və dərhal həkimə müraciət edin: • Qarında (mədə nahiyəsində) baş verən və kürəyə irradiasiya edə bilən güclü və davamlı ağrı, eləcə də ürəkbulanma və qusma, bütün bunlar mədəaltı vəzinin iltihabının (pankreatitin) əlamətləri ola bilər. Digər əlavə təsirləri Çox tez-tez: 10 nəfərdən 1-dən çoxunda rast gələ bilər • Ürəkbulanma, qusma, ishal, qəbizlik, başağrı – bu simptomlar, adətən, bir neçə gündən və ya həftədən sonra keçib gedir. Tez-tez: 10 nəfərdən 1-dək rast gələ bilər • Mədə və bağırsaqlara təsir edən problemlər, məsələn, həzmin pozulması (dispepsiya), mədənin selikli qişasının iltihabı (qastrit), mədədə narahatlıq, qarnın yuxarı nahiyəsində ağrı, qıcqırma, köpmə hissi, meteorizm, gəyirmə və ağızda quruluq • Zəiflik və yorğunluq hissi • Dadbilmə hissində dəyişikliklər • Başgicəllənmə • Yuxuyagetmənin çətinləşməsi (yuxusuzluq). Bu əlavə təsirlər, adətən, müalicənin ilk 3 ayı ərzində baş verir • Öd kisəsində daşlar • İnyeksiya yerlərində reaksiyalar (məsələn, qançırlar, ağrı, qıcıqlanma, qaşınma və səpgi) • Qanda qlükozanın səviyyəsinin azalması (hipoqlikemiya). Qanda qlükozanın səviyyəsinin aşağı düşməsinin xəbərdaredici əlamətləri qəflətən başlaya bilər və bu əlamətlərə aşağıdakılar aid ola bilər: soyuq tər, dərinin soyuması və solğunlaşması, baş ağrısı, ürəkdöyünmənin tezləşməsi, əhvalın pisləşməsi, güclü aclıq hissi, görmə qabiliyyətində dəyişikliklər, yuxululuq, zəiflik hissi, əsəbilik, təşviş hissi, şüurun dumanlanması, diqqət cəmləmənin çətinləşməsi və əsmə (tremor). Həkiminiz qanda qlükozanın azalmasını necə müalicə etmək və bu xəbərdaredici əlamətlər meydana çıxdıqda nə etmək lazım olduğu barədə məlumat verəcəkdir. • Mədəaltı vəzi fermentlərinin, məsələn, lipazanın və amilazanın yüksəlməsi. Bəzən: 100 nəfərdən 1 nəfərdə rast gələ bilər • Maye itirilməsi (dehidratasiya). Bu vəziyyət daha çox müalicənin başlanğıcında baş verir və qusma, ürəkbulanma və ishal səbəbindən yarana bilər. • Mədənin boşalmasının ləngiməsi • Öd kisəsinin iltihabı • Allergik reaksiyalar, o cümlədən dəridə səpgilər • Ümumi əhvalın pisləşməsi • Nəbzin tezləşməsi. Nadir hallarda: 1000 nəfərdən 1-dək rast gələ bilər • Böyrək funksiyasının azalması • Kəskin böyrək çatışmazlığı. Əlamətlərinə sidiyin həcminin azalması, ağızda metal dadı və asanlıqla qançırların yaranması aid ola bilər. Əlavə təsirlər barədə məlumatın verilməsi Sizdə hər hansı əlavə təsirlər meydana çıxarsa, bu barədə həkiminiz, əczaçınız və ya tibb bacınızla danışın. Bunlara bu içlik vərəqəsində qeyd edilməmiş hər hansı mümkün əlavə təsirlər də aiddir. Əlavə təsirlər barədə məlumat verməklə, siz bu dərman vasitəsinin təhlükəsizliyi barədə daha çox informasiyanın təqdim olunmasına kömək edə bilərsiniz.
Doza həddinin aşılması
Əgər lazım olduğundan daha artıq Saksenda preparatı istifadə etmisinizsə, həkiminizlə məsləhətləşin və ya birbaşa xəstəxanaya gedin. Dərmanın qablaşmasını özünüzlə götürün. Tibbi yardıma ehtiyacınız ola bilər. Aşağıdakı təsirlər meydana çıxa bilər: • ürəkbulanma • qusma • qanda şəkərin səviyyəsinin aşağı olması (hipoqlikemiya). Qanda şəkərin səviyyəsinin aşağı olmasının xəbərdaredici əlamətləri barədə məlumat əldə etmək üçün “Tez-tez rast gəlinən əlavə təsirlər” bölməsinə müraciət edin.)
Buraxılış forması
Saksenda – hazır doldurulmuş qələmdə şəffaf və rəngsiz və ya demək olar ki, rəngsiz məhlul şəklində buraxılır. Hər qələmdə 3 mL məhlul vardır və 0,6 mq, 1,2 mq, 1,8 mq, 2,4 mq və 3,0 mq dozalarının yeridilməsi mümkündür. Saksenda preparatı içərisində 1, 3 və 5 qələm olan qablaşmalarda buraxılır. Heç də bütün qablaşma formaları satışda olmaya bilər. Qablaşmaya iynələr daxil deyil.
Saxlanma şəraiti
Bu dərmanı uşaqların görmədiyi və əllərinin çatmadığı yerdə saxlayın. Saksenda preparatını qələmin etiketinin və karton qutusunun üzərində “Expiry” sözündən sonra qeyd edilmiş son istifadə tarixindən sonra istifadə etməyin. Son istifadə tarixi həmin ayın son gününü bildirir. İlk dəfə istifadə etməzdən əvvəl Soyuducuda (2˚C-dən 8°C-dək temperaturda) saxlayın. Dondurmayın. Soyuducunun dondurucu şöbəsindən uzaqda saxlayın. Qələmi istifadə etməyə başladıqdan sonra Qələmi 1 ay ərzində 30°C-dən aşağı temperaturda və ya soyuducuda (2˚C-dən 8°C-dək temperaturda) saxlaya bilərsiniz. Dondurmayın. Soyuducunun dondurucu şöbəsindən uzaqda saxlayın. Qələmi istifadə etmədiyiniz zaman onu işıqdan qorumaq üçün qapağı bağlı şəkildə saxlayın. Məhlul şəffaf və rəngsiz, yaxud demək olar ki, rəngsiz olmadığı halda onu istifadə etməyin. Dərmanları çirkab suları və ya məişət tullantıları vasitəsilə atmayın. Əczaçıdan artıq istifadə etmədiyiniz dərmanları necə atacağınızı soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edəcəkdir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun, flakonun və hazır doldurulmuş şprisin uzərindəki “Expiry” sözündən sonra göstərilir. Yararlılıq müddəti bitdikdən sonra Saksenda preparatını istifadə etməyin. Bu tarix həmin ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı və qeydiyyat vəsiqəsinin sahibi Novo Nordisk A/S Novo Alle DK-2880 Baqsvaerd, Danimarka. ® ® ® Saksenda , NovoFine və NovoTwist İsveçrə, Novo Nordisk Health Care AG şirkətinə aid ticarət nişanlarıdır. © 2021 Novo Nordisk A/S Hazır doldurulmuş qələmdə inyeksiya üçün 6 mq/ml Saksenda preparatının istifadə qaydası Hazır doldurulmuş Saksenda preparatını istifadə etməzdən əvvəl bu təlimatı diqqətlə oxuyun. Həkiminiz və ya tibb bacınızdan lazımi təlimat almadan qələmdən istifadə etməyin. Qələminizi yoxlamağı onun 6 mq/ml Saksenda preparatı olduğundan əmin olmaqla başlayın, daha sonra qələminizin və iynənin müxtəlif hissələrini öyrənmək üçün aşağıdakı şəkillərə baxın. Əgər Sizin gözləriniz görmürsə və ya zəif görürsünüzsə və qələmin üzərindəki doza hesablayıcısını oxuya bilmirsinizsə, bu qələmdən kömək olmadan istifadə etməyin. Görmə qabiliyyəti yaxşı olan, Saksenda hazır doldurulmuş qələmdən istifadə qaydalarını bilən bir şəxsin köməyindən istifadə edin. Sizin qələminiz hazır doldurulmuş dozatorlu qələmdir. Onun içərisində 18 mq liraqlutid vardır və Siz 0,6 mq, 1,2 mq, 1,8 mq, 2,4 mq və 3,0 mq-lıq dozalar seçə bilərsiniz. Sizin qələminiz uzunluğu 8 mm qədər və nazikliyi ® ® 32G olan NovoFine və NovoTwist birdəfəlik iynələri ilə istifadə üçün nəzərdə tutulub. İynələr qablaşmaya daxil edilməyib. Vacib məlumat Bu qeydlərə xüsusi diqqət yetirin, çünki onlar qələmdən təhlükəsiz istifadə etmək üçün vacibdir. Saksenda hazır doldurulmuş qələm və iynə (nümunə) İynənin böyükQələmin qapağıqapağı İynənin iç qapağı İynə Qoruyucu kağız ilgək Qələmin şkalası Qələmin pəncərəsi Sa xenda Qələmin etiketi Doza hesablayıcı Axını Doza yoxlama işarətləyici işarəsi xətt Dozator Doza düyməsi 1. Qələmin yeni iynə ilə hazırlanması A • Qələminizin adını və rəngli etiketini yoxlayın ki, onun içərisində Saksenda preparatının olduğundan əmin olasınız. Əgər bir neçə növ inyeksiya şəklində olan dərmandan istifadə edirsinizsə, bu, xüsusilə vacibdir. Yanlış dərmandan istifadə sağlamlığınıza ciddi zərər vura bilər. • Qələmin qapağını çıxarın. • Qələminizin içərisindəki məhlulun şəffaf və rəngsiz olduğundan əmin B olun. Qələmin pəncərəsindən baxın. Əgər məhlul bulanıq görünürsə, bu qələmdən istifadə etməyin. • Təzə iynə götürün və kağız ilgəyi qoparın. C • İynəni qələmə birbaşa basıb taxın. Möhkəm sıxılanadək onu burun. D • İynənin böyük qapağını çıxarın və saxlayın. O, Sizə inyeksiyadan sonra E iynəni qələmdən təhlükəsiz şəkildə çıxarmaq üçün lazım olacaqdır. • İynənin iç qapağını çıxarın və atın. Əgər Siz onu geriyə taxmağa F çalışsanız, iynəni təsadüfən özünüzə batıra bilərsiniz. İynənin ucunda məhlulun damcısı görünə bilər. Bu normaldır, lakin əgər Siz yeni qələmdən ilk dəfə istifadə edirsinizsə, məhlulun axınını yoxlamalısınız. İnyeksiyanı etməyə hazır olmayanadək qələminizə yeni iynə taxmayın. Hər inyeksiya üçün həmişə yeni iynədən istifadə edin. Bu, ucu tutulmuş iynələrin, çirklənmə, yoluxma və qeyri-dəqiq dozaların riskini azaldır. Heç zaman əyilmiş və ya zədələnmiş iynələrdən istifadə etməyin. 2. Axının yoxlanması A • Hər bir yeni qələmlə ilk inyeksiyadan əvvəl, axını yoxlayın.Əgər qələminizdən artıq istifadə edirsinizsə, “Dozanın seçilməsi” adlı 3-cü addıma keçin. • Doza hesablayıcısı axını yoxlama işarəsini göstərənədək ( ) Axınıdozatoru fırladın. yoxlama işarəsi seçilib • Qələmi iynəsi yuxarıya doğru tutun. B Doza düyməsini sıxın və doza hesablayıcısı 0-a qayıdanadək saxlayın. 0 doza işarətləyici xətt ilə üzbəüz olmalıdır. Məhlulun damcısı iynənin ucunda görünməlidir. İynənin ucunda kiçik damcı qala bilər, lakin o, inyeksiya zamanı yeridilməyəcəkdir. Əgər damcı görünməzsə, “Axının yoxlanması” adlı 2-ci addımı 6 dəfədən çox olmamaq şərtilə təkrarlayın. Bundan sonra da damcı görünməzsə, iynəni dəyişin və “Axının yoxlanması” adlı 2-ci addımı bir daha təkrarlayın. Əgər damcı yenə də görünməzsə, qələmi atın və yenisini istifadə edin. Yeni iynəni ilk dəfə istifadə etməzdən əvvəl həmişə əmin olun ki, iynənin ucunda damcı görünür. Bu, məhlul axınının normal olduğunu göstərir. Əgər heç bir damcı görünməzsə, hətta doza hesablayıcısı tərpənsə belə, inyeksiyanı yerinə yetirə bilməyəcəksiniz. Bu, iynənin gözünün tutulduğunu və ya iynənin zədələndiyini göstərə bilər. Hər bir yeni qələmlə ilk inyeksiyanızdan əvvəl axını yoxlamasanız, təyin edilmiş dozanı və Saksenda preparatının nəzərdə tutulmuş təsirini əldə etməyə bilərsiniz. 3. Dozanın seçilməsi A • Dozatoru firladaraq Sizə təyin olunmuş dozanı (0,6 mq, 1,2 mq, 1,8 mq, 2,4 mq və ya 3,0 mq) seçin. Əgər yanlış dozanı seçmisinizsə, dəqiq dozanı seçənədək dozatoru irəliyə və geriyə fırlada bilərsiniz. Nümunə Qələm maksimum 3,0 mq dozanı yığa bilər. 0.6 mq seçilib Dozator dozanı dəyişir. Yalnız doza hesablayıcısı və doza işarətləyici xətt 1 doza üçün neçə mq seçildiyini göstərəcəkdir. Siz 1 doza üçün 3 mq-dək seçə bilərsiniz. Qələminizdə 3 mq-dan az məhlul qaldıqda, doza hesablayıcısı 3,0 rəqəmini göstərməzdən əvvəl dayanacaqdır. Dozator irəliyə, geriyə fırlandıqda və ya qalan mq-ı göstərən rəqəmi keçdikdə fərqli səslə çıqqıldayır. Qələmin çıqqıltılarını əsas götürüb saymayın. Bu dərmanı yeritməzdən əvvəl həmişə neçə mq dozasının seçildiyini görmək üçün doza hesablayıcısından və doza işarətləyici xətdən istifadə edin. Qələmin çıqqıltılarını əsas götürüb saymayın. Qələmin şkalasından istifadə etməyin. Bu, qələmdə təxminən nə qədər məhlulun qaldığını göstərir. Dozator vasitəsilə yalnız 0,6 mq, 1,2 mq, 1,8 mq, 2,4 mq və ya 3,0 mq dozaları seçilməlidir. Dəqiq dozanı qəbul edəcəyinizdən əmin olmaq üçün doza hesablayıcısında seçilmiş doza doza işarətləyici xətt ilə dəqiq üzbəüz olmalıdır. Qalan məhlulun miqdarı A Təxminən nə qədər • Qələmin şkalası qələminizdə təxminən nə qədər məhlul qaldığını məhlul qalıbgöstərir. • Qələmdə dəqiq nə qədər məhlulun qaldığını görmək üçün doza B hesablayıcısından istifadə edin: Doza hesablayıcısı dayanana qədər dozatoru fırladın. Əgər o, 3,0 rəqəmini göstərirsə, qələminizdə ən azı 3,0 mq məhlul qalmışdır. Əgər doza hesablayıcısı 3,0 mq-dan əvvəl dayanarsa, demək, Nümunətam 3,0 mq-lıq doza üçün qələmdə kifayət qədər məhlul qalmamışdır. Doza hesablayıcısı Qələminizdə qalan məhluldan daha artıq dərmana ehtiyacınız varsa dayanıb: Yalnız həkiminiz və ya tibb bacınız tərəfindən təlim keçdiyiniz və ya 2,4 mq qalıb məsləhət aldığınız təqdirdə, dozanı mövcud qələminiz və yeni qələminiz arasında bölüşdürə bilərsiniz. Həkiminizin və ya tibb bacınızın təlimatlarına uyğun olaraq dozaları planlaşdırmaq üçün hesablayıcıdan istifadə edin. Düzgün hesablamaq üçün çox diqqətli olun. Əgər iki qələmdən istifadə etməklə dozanızı necə bölmək lazım olduğundan əmin deyilsinizsə, Sizə lazım olan dozanı yeni iynə ilə yeridin. 4. Dozanızın inyeksiya edilməsi A • Həkiminizin və ya tibb bacınızın Sizə göstərdiyi üsulla iynəni dərinizə batırın. • Əmin olun ki, doza hesablayıcısını görə bilirsiniz. Doza hesablayıcısını barmaqlarınızla bağlamayın. Bu, inyeksiyanın yeridilməsinə mane ola bilər. • Doza düyməsini doza hesablayıcısı 0-ı göstərənədək, basıb saxlayın. 0 B doza işarətləyici xətt ilə üzbəüz olmalıdır. Sonra Siz çıqqıltını eşidə və ya hiss edə bilərsiniz. • Doza hesablayıcısı 0-a qayıtdıqdan sonra iynəni dərinizdə saxlayın və Yavaş-yavaşC sayın:yavaş-yavaş 6-ya qədər sayın. 1-2-3-4-5-6 • Əgər iynəni daha tez çıxarsanız, iynənin ucundan məhlulun axdığını görə bilərsiniz. Bu isə, tam dozanı qəbul etmədiyinizi göstərir. • İynəni dərinizdən çıxarın. D Əgər inyeksiya yerində qan görünərsə, pambıq tamponla yüngülcə sıxın. Həmin nahiyəni ovuşdurmayın. İnyeksiyadan sonra da iynənin ucunda məhlul damcısı görünə bilər. Bu normaldır və Sizin dozanıza təsir etmir. Neçə mq inyeksiya etdiyinizi bilmək üçün həmişə doza hesablayıcısını izləyin. Doza hesablayıcısı 0-ı göstərənə qədər doza düyməsini sıxıb saxlayın. Ucu tutulmuş və ya zədələnmiş iynənin müəyyənləşdirilməsi • Əgər doza düyməsini fasiləsiz sıxdıqdan sonra doza hesablayıcısında 0 görünmürsə, iynənin gözü tutulmuş və ya iynə zədələnmiş ola bilər. • Bu halda, hətta əgər doza hesablayıcısı təyin etmiş olduğunuz orijinal dozadan hərəkət etsə belə, Siz dərmanı qəbul etmiş olmayacaqsınız. Ucu tutulmuş iynə ilə nə etməli? “İnyeksiyadan sonra” adlı 5-ci addımda təsvir edilmiş üsulla iynəni dəyişin və “Qələmin yeni iynə ilə hazırlanması” adlı 1-ci addımdan başlayaraq bütün addımları təkrarlayın. Sizə tələb olunan tam dozanı seçdiyinizdən əmin olun. İnyeksiya zamanı doza hesablayıcısına toxunmayın. Bu, inyeksiyanı dayandıra bilər. 5. İnyeksiyadan sonra A • İynəyə və ya onun böyük qapağına dəymədən düz səthin üzərində iynənin ucunu iynənin böyük qapağına salın. • İynəni qapağına saldıqdan sonra ehtiyatla iynənin böyük qapağını tam B bağlayın. • İynəni burub çıxarın və onu ehtiyatla atın. • Hər istifadədən sonra məhlulu işıqdan qorumaq üçün qələmin qapağını C qələmin üzərinə taxın. Rahat inyeksiyanı təmin etmək və gözü tutulmuş iynədən istifadənin qarşısını almaq üçün hər inyeksiyadan sonra həmişə iynəni atın. Əgər iynənin gözü tutulubsa, Siz heç bir dərmanı inyeksiya etməyəcəksiniz. Qələm boşdursa, onu üzərində iynə olmadan, həkiminiz, tibb bacınız, əczaçınız və ya yerli səlahiyyətli orqanların təlimatlandırdığı üsulla atın. Heç zaman iynənin iç qapağını geri iynənin üzərinə taxmağa çalışmayın. İynəni özünüzə batıra bilərsiniz. Hər inyeksiyadan sonra həmişə iynəni qələminizin üzərindən çıxarın. Bu, gözü tutulmuş iynələrdən istifadə, çirklənmə, yoluxma, məhlulun axması və qeyri-dəqiq dozaların riskini azaldır. Əlavə vacib məlumat • Həmişə qələminizi və iynələri başqaları üçün, xüsusilə də, uşaqlar üçün görünməyən və əlçatmaz yerdə saxlayın. • Heç zaman qələminizi və ya iynələrinizi başqa insanlarla bölüşməyin. • Pasiyentlərə qulluq edən şəxslər iynə ilə zədələnmə və çarpaz infeksiya riskini azaltmaq üçün istifadə edilmiş iynələrlə ehtiyatla rəftar etməlidirlər. Qələmin saxlanması • Heç zaman qələminizi maşında və ya həddən artıq isti, yaxud soyuq yerdə saxlamayın. • Dondurulmuş Saksenda preparatını inyeksiya etməyin. Bu halda, Siz bu dərmanın nəzərdə tutulmuş təsirini əldə etməyə bilərsiniz. • Qələminizi tozlanmağa və ya çirklənməyə məruz qoymayın və onu mayeyə vurmayın. • Qələminizi yumayın, islatmayın və ya heç nə ilə sürtməyin. Əgər lazım olarsa, onu yumşaq yuyucu vasitə ilə isladılmış parça ilə təmizləyin. • Qələminizi əlinizdən salmayın və yaxud bərk səthlərə vurmayın. Əgər qələm əlinizdən düşübsə və ya problemin olduğundan şübhələnirsinizsə, inyeksiya etməzdən əvvəl yeni iynə taxın və məhlulun axınını yoxlayın. • Qələminizi təkrar doldurmağa çalışmayın. O, boşaldıqdan sonra, atılmalıdır. • Qələminizi təmir etməyə və ya onu hissələrə ayırmağa çalışmayın.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.