RIZOPCIN ASINO 10 MG № 6 (TABLETKI) (FARMA START) (UKRAINA)
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Miqren zamanı istifadə olunan vasitələr. Serotonin 5HT -reseptorlarının selektiv aqonistləri. Rizatriptan.1 |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
19,88 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
RİZOPSİN ASİNO tabletlər RIZOPCIN ACINO Beynəlxalq patentləşdirilməmiş adı: Rizatriptan benzoate
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq rizatriptan (14,53 mq rizatriptan benzoat şəklində) vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, jelatinləşdirilmiş nişasta, maqnium stearat.
Təsviri
Dəyirmi formalı, yastı silindrik, bir tərəfi xətli, ağ və ya ağımtıl rəngli tabletlərdir.
Farmakoterapevtik qrupu
Miqren zamanı istifadə olunan vasitələr. Serotonin 5HT -reseptorlarının selektiv aqonistləri. Rizatriptan.1 ATC kodu: N02C C04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamiksı və 5HT reseptorları ilə sıx birləşir və aşağıdakılara cüzi təsir göstərir yaxudRizatriptan insanın 5HT1B 1D da ümumiyyətlə farmakoloji təsir göstərmir: 5HT , 5HT ; adrenergik α , α və ya β; dofaminergik D , D ;2 3 1 2 1 2 histamin H ; muskarin və ya benzodiazepin reseptorlar.1 Miqren tipli baş ağrısının müalicəsində rizatriptanın terapevtik fəallığı onun tutmalar zamanı genişlənən ekstraserebral intrakranial qan damarlarının və bu damarları qıcıqlandıran trigeminal sensor sinirlərin və ya 5HT reseptorlarına göstərdiyi aqonistik təsir ilə izah oluna bilər. 5HT və ya 5HT5HT1B 1D 1B 1D reseptorlarının aktivləşməsi intrakranial qan damarlarının daralmasına səbəb ola bilər ki, bu da ağrı yaradır və neyropeptidin xaric olmasını ləngidir. Nəticədə, həssas toxumalarda iltihab azalır və mərkəzi trigeminal ağrı siqnalının ötürülməsi aşağı düşür. Farmakokinetikası Sorulması Peroral istifadədən sonra rizatriptan sürətlə və tamamilə sorulur. Peroral istifadə zamanı tabletlərin orta ) isə, təxminənbioloji mənimsənilməsi təxminən 40–45% təşkil edir, qanda ən yüksək konsentrasiya (C max 1–1,5 saat (T ) sonra baş verir. Yağla zəngin səhər yeməyi zamanı rizatriptan tabletlərinin peroralmax qəbulu rizatriptanın sorulma dərəcəsinə təsir göstərməmişdir, ancaq rizatriptanın sorulması təxminən bir saat gecikmişdir. Qidanın təsiri: Əgər tabletlər tox vəziyyətdə qəbul olunarsa, T təxminən 1 saat gecikir.max Paylanması Rizatriptan qan plazmasının zülalları ilə minimal (14 %) səviyyədə birləşir. Paylanma həcmi kişilərdə təxminən 140 l, qadınlarda isə, 110 l təşkil edir. Biotransformasiyası Rizatriptan metabolizminin ilkin marşrutu indolil sirkə turşusunun metabolitinə qədər monoaminoksidaza A (MAO A) tərəfindən oksidləşdirici dezaminasiyası vasitəsilə baş verir ki, bu da farmakoloji baxımdan fəal deyil. Az miqdarda N-monodezmetil-rizatriptan, metabolit yaranır və bunun da fəallığı ilkin maddənin 5HT reseptorlarına göstərdiyi fəallığa bənzəyir, ancaq bu, rizatriptanın1B/1D farmakodinamik fəallığına əhəmiyyətli təsir göstərmir. N-monodezmetil-rizatriptanın plazmadakı konsentrasiyaları ilkin maddənin konsentrasiyalarının təxminən 14%-ni təşkil edir və birləşmə eyni sürətlə xaric olunur. Digər ikinci dərəcəli metabolitlərə N-oksid, 6-hidroksi birləşmə və 6- hidroksimetabolitin sulfat konyuqatı daxildir. Bu ikinci dərəcəli metabolitlərin heç biri farmakoloji fəallıq göstərmir. Xaric olması 2,5-10 mq doza diapazonundan yüksək olan dozanın peroral qəbulundan sonra əyri altında sahə demək olar ki, proporsional şəkildə artır. Kişi və qadınlarda rizatriptanın plazmada yarıparçalanma müddəti orta hesabla 2-3 saat təşkil edir. Rizatriptanın plazmada klirensi kişilərdə orta hesabla 1000-1500 ml/dəq, qadınlarda isə, 900-1100 ml/dəq təşkil edir; bunun 20-30%-i böyrək klirensindən ibarətdir. C- nişanlanmış rizatriptanın peroral qəbulundan sonra radioaktivliyin təxminən 80%-i sidiklə, dozanın təxminən 10%-i isə, nəcislə xaric olunur. Bu, göstərir ki, metabolitlər əsasən böyrəklərlə xaric olunur. Rizatriptanın ilkin metabolizminə əsasən peroral dozanın təxminən 14%-i dəyişilmədən sidiklə xaric olunur, 51% isə, indolil sirkə turşusu metaboliti formasında xaric olunur. 1%-dən çox olmayan hissə N- monodezmetilin fəal metaboliti kimi sidiklə xaric olunur. Əgər rizatriptan maksimal dozada qəbul olunarsa, preparatın hər gün plazmada yığılması baş vermir. Ayrı-ayrı pasientlərdə xarakteristikası Miqren tutması olan pasientlər: miqren tutması rizatriptanın farmakokinetikasına təsir etmir. Cinsiyyət: kişilərdə rizatriptanın (10 mq peroral) əyri altında sahəsi (AUC) qadınlara nisbətən təxminən – 11% az, T isə, demək olar ki, eyni olmuşdur. Bu aşkar farmakokinetik fərq klinik25% az, Cmax max əhəmiyyət kəsb etmir. Ahıl yaşlı pasientlər: rizatriptanın plazmada konsentrasiyaları gənc yaşlı pasientlərlə analojidir. Qaraciyər funksiyası pozulmuş pasientlər (Çayld-Pyu şkalası üzrə qaraciyər çatışmazlığının ağırlıq dərəcəsi – 5-6 bal): məlumdur ki, peroral qəbuldan sonra qaraciyər çatışmazlığı olan pasientlərdə rizatriptanın qanın plazmasındakı konsentrasiyaları tədqiqatda iştirak etmiş gənc qadınlarda və kişilədə (25%) göstəricilərininmüşahidə edilən konsentrasiyalara bənzər olmuşdur. AUC (50%) və Cmax əhəmiyyətli dərəcədə artması orta dərəcəli qaraciyər çatışmazlığı olan pasientlərdə müşahidə edilmişdir (Çayld-Pyu şkalsı üzrə qaraciyər çatışmazlığının ağırlıq dərəcəsi – 7 bal). Çayld-Pyu şkalsı üzrə qaraciyər çatışmazlığının ağırlıq dərəcəsi > 7 bal olan pasientlərdə (ağır dərəcəli qaraciyər çatışmazlığı) farmakokinetika öyrənilməmişdir. Böyək funksiyası pozulmuş pasientlər: məlumdur ki, böyrək çatışmazlığı olan pasientlərdə (kreatinin ) AUC sağlam pasientlərdə AUC-la müqayisədə ciddi fərq göstərməmişdir.klirensi 10-60 ml/dəq/1,73 m Hemodializdə olan pasientlərdə (kreatinin klirensi < 10 ml/dəq/1,73 m ) AUC böyrək funksiyası normal olan pasientlərlə müqayisədə təxminən 44% artıq olmuşdur. İstənilən dərəcəli böyrək çatışmazlığı olan qanın plazmasında maksimum konsentrasiyası sağlam könüllülərlə eynipasientlərdə rizatriptanın Cmax olmuşdur.
İstifadəsinə göstərişlər
Miqren tutmalarında baş ağrısı fazasının təxirəsalınmaz terapiyası, aura ilə və ya aurasız.
Əks göstərişlər
Rizatriptana və ya istənilən köməkçi maddəyə qarşı yüksək həssaslıq. MAO-nun inhibitorları ilə eyni vaxtda istifadə, yaxud da MAO inhibitorları ilə müalicə bitdikdən sonra 2 həftə müddətində istifadə olunması. Ağır qaraciyər və ya ağır böyrək çatışmazlığı. Beyində qan dövranının pozulması və ya anamnezdə tranzitor işemik həmlə. Orta və ya ağır dərəcəli arterial hipertenziya, həmçinin müalicə olunmamış yüngül arterial hipertenziya. Koronar arteriyaların müəyyən edilmiş xəstəliyi, o cümlədən ürəyin işemik xəstəliyi (stenokardiya, anamnezdə miokard infarktı və ya qeydə alınmış simptomsuz işemiya), ürəyin işemik xəstəliyinin və ya Prinsmetal stenokardiyasının əlamətləri. Periferik qan damarlarının xəstəliyi. Rizatriptan və erqotaminin, həmçinin göbələk alkaloid törəmələrinin (metisergid daxil olmaqla) və ya 5HT reseptorlarının digər aqonistlərinin eyni vaxtda istifadə olunması.1B/1D
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Rizatriptan ancaq dəqiq miqren diaqnozu qoyulmuş pasientlərə təyin edilə bilər. Rizopsin Asino bazilyar və ya hemiplegik miqren diaqnozu qoyulmuş pasientlərə təyin edilməməlidir. Rizatriptan atipik baş ağrısının, yəni serebrovaskulyar damarların daralmasının təhlükəli ola biləcəyi potensial ciddi xəsəliklərlə (məs., insult, qırılmış anevrizma) əlaqəli olan baş ağrısının müalicəsi üçün istifadə edilməməlidir. Rizatriptanın qəbulu tranzitor simptomlar, o cümlədən intensiv xarakterli olan və boğazı əhatə edən sinədə ağrı və ətalətlilik kimi simptomlarla əlaqəli ola bilər. Əgər bu simptomlar ürəyin işemik xəstəliyinin olmasına dəlalət edirsə, o zaman preparatın qəbulu dayandırılmalı və müavfiq müayinə aparılmalıdır. 5HT reseptorlarının başqa aqonistləri kimi, rizatriptan da ürək xəstəliyi ehtimalı olan və tac1B/1D damarlarında xəstəliklərin yaranma riski daşıyan (məs., arterial hipertenziya, şəkərli diabet olan pasientlər, siqaret çəkən şəxslər və ya əvəzləyici nikotin terapiyası alan pasiyentlər, 40 yaşdan yuxarı kişilər, postklimakterik dövründə olan qadınlar, mədəcikarası blokadası olan pasiyentlər və ailə anamnezində tac damarların ciddi xəstəlikləri olan şəxslər) pasientlərdə əvvəlcədən müayinə aparılmadan təyin edilməməlidir. Kardioloji müayinə zamanı ürək xəstəliyi olan bütün pasientlərin aşkarlanması reseptorlarının aqonistlərini qəbul edən və ürək-mümkün olmaya da bilər və çox nadir hallarda 5HT1 damar xəstəlikləri olmayan pasientlərdə ciddi ürək ağırlaşmaları müşahidə edilmişdir. Koronar ateroskleroz olan pasientlərə rizatriptan təyin etmək olmaz (bax «Əks göstərişlər» bölməsinə). reseptorunun aqonistləri koronarospazm ilə əlaqələndirilir. Bəzi hallarda 5HT reseptorunun5HT1B/1D 1B/1D aqonistləri qəbul edilən zamanı miokardial işemiya və ya miokard infarktı qeydə alınmışdır. 5HT reseptorunun digər aqonistləri (məs., sumatriptan) rizatriptan ilə eyni vaxtda təyin1B/1D edilməməlidir. erqotamin,Rizatriptanın qəbulundan sonra erqotamin sırasına aid olan preparatların (məs., dihidroerqotamin və ya metisergid) qəbul edilməsi üçün ən az altı saat gözləmək lazımdır. Rizatriptan qəbul etməzdən əvvəl tərkibində erqotamin olan preparatların qəbulundan ən az 24 saatın keçdiyindən əmin olmaq lazımdır. Serotoninin geriyə udulmasının selektiv inhibitorlarının və triptanların, yaxud da noradrenalinin və serotoninin geriyə udulmasının inhibitorlarının eyni vaxtda istifadə olunmasından sonra serotonin sindromunun yaranması qeydə alınmışdır (o cümlədən dəyişmiş psixi status, vegetativ sinir sisteminin -sinir pozulmaları). Bu reaksiyalar ağır ola bilər. Əgər rizatriptanın və serotonininpozulması və əzələ geriyə udulmasının inhibitorlarının, yaxud da noradrenalinin və serotoninin geriyə udulmasının inhibitorlarının birgə istifadəsi klinik göstərişlərə cavab verirsə, o zaman xüsusən də müalicənin əvvəlində, doza artırılan zaman və ya daha bir serotoninergik vasitə əlavə edildikdə pasiyentin müvafiq monitorinqi tövsiyə edilir. aqonistləri) və tərkibində dazıotu (HypericumArzuolunmaz təsirlər çox vaxt triptanların (5HT1B/1D perforatum) olan bitki tərkibli preparatların eyni vaxtda qəbulu zamanı meydana gəlir. Rizatriptanın da aid olduğu triptanlar qəbul edən pasientlərdə Kvinke ödemi yarana bilər (məs., üzün, dilin və udlağın şişməsi). Əgər dildə və ya qırtlağda angionevrotik ödem yaranarsa, simptomlar aradan qalxana qədər pasient mütləq tibbi nəzarət altında olmalıdır. Müalicə dərhal dayandırılmalı və dərman vasitələrinin digər qrupuna aid olan preparatla əvəz edilməlidir. Preparatın tərkibində laktoza var, ona görə də, qalaktozanın mənimsənilməməsi, Lappa laktaza defisiti, yaxud da qlükoza və qalaktoza malabsorbsiyası kimi nadir irsi problemləri olan pasientlər onu qəbul etməməlidirlər. CYP2D6 substratları qəbul edən pasientlərə rizatriptan təyin edilərkən onların potensial qarşılıqlı təsiri nəzərə alınmalıdır. Preparatın həddən artıq istifadə olunması ilə əlaqədar yaranan baş ağrısı Baş ağrısına qarşı istənilən ağrıkəsici preparatın uzun müddət istifadə olunması baş ağrısını gücləndirə bilər. Əgər belə bir vəziyyət yaranarsa (yaxud da belə bir şübhə varsa), həkimlə məsləhətləşmək və müalicəni dayandırmaq lazımdır. Baş ağrısına qarşı müntəzəm şəkildə preparatlar qəbul etməsinə baxmayaraq, tez-tez və ya hər gün baş ağrısı olan şəxslərdə bu ağrını preparatın həddən artıq istifadə olunması ilə əlaqələndirmək olar. Uşaqlar Rizopsin Asino preparatının uşaqlarda (18 yaşa qədər) tətbiq edilməsinin effektivliyi və təhlükəsizliyi müəyyən olunmamışdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Erqotamin, göbələk alkaloidlərinin törəmələri (o cümlədən metisergid), 5HT reseptorlarının digər1V/1D aqonistləri: additiv effekt səbəbilə, rizatriptanın erqotamin, göbələk alkaloidlərinin törəmələri (o cümlədən metisergid), 5HT reseptorlarının digər aqonistləri (məs., sumatriptan, zolmitriptan,1V/1D naratriptan) ilə eyni vaxtda istifadə olunması tac damarlarının vazokonstrikiyası və hipertenziv təsir riskini artırır. Bu kombinasiya əks göstəriş təşkil edir (bax, «Əks göstərişlər» bölməsinə). MAO inhibitorları: rizatriptan əsasən A monoaminoksidaza (MAO A) subtipi ilə metabolizə olunur. Rizatriptanın və onun fəal N-monodezmetil metabolitinin plazma konsentrasiyası MAO A əks təsir göstərən selektiv inhibitorunun eyni vaxtda tətbiq edilməsi ilə artır. Əks təsir göstərən MAO qeyri- selektiv inhibitorları (məs., linezolid) tətbiq edilən zaman bənzər və ya böyük effekt gözlənilir. Koronarospazm və arterial hipertenziyanın meydana gəlmə riskinə görə MAO inhibitorları qəbul edən təyin edilməsi əks göstəriş sayılır (bax, «Əks göstərişlər» bölməsinə).pasientlərdə rizatriptanın β-Blokatorlar: rizatriptanın qanın plazmasında konsentrasiyası eyni vaxtda propranololun qəbul edilməsi ilə arta bilər. Bu artım əsasən iki preparatın ilkin metabolizminin qarşılıqlı təsirindən qaynaqlanır, belə ki, MAO-A həm rizatriptanın, həm də propranololun metabolizmində konkret rol oynayır. Bu qarşılıqlı təsir AUC və C göstəricisinin 70-80%-ə qədər artmasına səbəb olur. Propranolol qəbul edən pasientlərmax qəbul etməlidirlər (bax, «İstifadə qaydası və doza» bölməsinə).rizatriptan 5 mq dozada Nadolol və metaprolol kimi dərman vasitələri rizatriptanın qanın plazmasında konsentrasiyasını dəyişmirlər. Serotoninin geriyə udulmasının selektiv inhibitorları/noradrenalinin və serotoninin geriyə udulmasının inhibitorları və serotonin sindromu: serototnin sindromunun simptomları ilə pasiyentlər haqqında məlumatlar daxil olurdu (o cümlədən, dəyişmiş psixi status, vegetativ sinir sisteminin pozulması və əzələ- sinir pozulmaları). Bu simptomlar serotoninin geriyə udulmasının inhibitorlarının/noradrenalinin, serotoninin geriyə udulmasının inhibitorlarının və triptanların istifadəsindən sonra meydana gəlmişdir bax «Xüsusi göstərişlər» bölməsinə).( 2D6 (CYP2D6) sitoxromunu ləngidir. Onların qarşılıqlıIn vitro araşdırmalar göstərir ki, rizatriptan P450 təsirinə dair klinik məlumatlar yoxdur. CYP2D6 substratları qəbul edən pasientlərə rizatriptanın təyin edilməsində bunların qarşılıqlı təsiri nəzərə alınmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Reproduktiv funksiya İnsanın reproduktiv funksiyasına təsiri öyrənilməmişdir. Məlumdur ki, heyvanlar üzərində aparılmış araşdırmada reproduktiv funksiyaya qarşı minimal təsir olduğu müəyyən edilmişdir və bu zaman qanın plazmasında konsentrasiya insanlar üçün terapevtik konsentrasiyadan çox yüksək olmuşdur (500 dəfədən çox). Hamiləlik zamanı istifadə Rizatriptanın hamilə qadınlarda istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Məlumdur ki, embrionun/dölün inkişaf etməsi və ya hamiləliyin gedişatı, doğuş və doğuşdan sonrakı inkişaf kimi amillər nəzərə alınmış heyvanlarda aparılmış araşdırmalar zamanı insanlar üçün terapevtik konsentrasiyadan yüksək olan dozanın zərərli təsirə malik olduğu müəyyən edilməmişdir. Heyvanlarda reproduktiv funksiya və borudaxili inkişaf üzrə aparılan araşdırmalarda insan orqanizminin reaksiyasını əvvəlcədən müəyyənləşdirmək heç də hər zaman mümkün olmadığı üçün, rizatriptan hamiləlik müddətində ancaq çox zəruri hallarda təyin edilməlidir. Laktasiya dövründə istifadə Tədqiqatlar göstərmişdir ki, rizatriptan yüksək miqdarda ana südünə nüfuz edir. Ana südü ildə qidalanan körpə bədən kütləsinin qısa müddətdə və cüzi olaraq azalması ancaq o zaman müşahidə edilmişdir ki, ananın orqanizminə sistemli təsir insanlar üçün maksimum təsir səviyyəsindən artıq olmuşdur. İnsanlara dair məlumatlar yoxdur. Beləliklə, laktasiya dövründə olan qadınlara rizotriptan ehtiyatla təyin olunmalıdır. Körpə uşağa olan təsiri preparatın qəbulundan sonra 24 saat müddətində ana südü ilə qidalandırmadan qaçınaraq minimuma endirmək olar. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmə qabiliyyətinə təsiri Bəzi pasientlərdə miqren və ya rizatriptanın istifadəsi yuxulu vəziyyət yarada bilər. Həmçinin, bildirilmişdir ki, rizatriptan qəbul edən bəzi pasientlərdə başgicəllənmə yaranmışdır. Buna görə də, miqren tutmaları zamanı və rizatriptan qəbulundan sonra pasiyentlər mürəkkəb tapşırıqları yerinə yetirmək bacarıqlarını dəyərləndirməlidirlər.
İstifadə qaydası və dozası
Daxilə qəbul edilir. Rizopsin Asino profilaktika məqsədilə qəbul oluna bilməz. Tabletlər bütöv şəkildə, su ilə udulmalıdır. Qida qəbulunun təsiri: qida ilə yanaşı qəbulu zamanı rizatriptanın absorbsiyası təxminən 1 saat ləngiyir. Bu səbəbdən preparatın toxluq vəziyyətdə qəbulu halda onun təsirinin gecikməsi qeyd oluna bilər (həmçinin “Farmakoloji xüsusiyyətləri” bölməsinə bax). Tövsiyə olunan doza – 10 mq. ən çoxTəkrar qəbul: növbəti dozanı 2 saatdan tez olmayaraq qəbul etmək lazımdır; 24 saat müddətində 2 doza qəbul etmək olar. – Növbəti 24 saat ərzində təkrar baş ağrısı olarsa: əgər ilkin tutma keçdikdən sonra baş ağrısı yenidən təkrarlanarsa, əlavə bir doza da qəbul etmək olar. Yuxarıda göstərilən doza normalarına əməl etmək vacibdir. – Əgər effekt yoxdursa: ilkin doza effektiv olmadıqda eyni tutmanın müalicəsi üçün təkrar dozanın effektivliyi rizatriptan araşdırmasında müəyyən edilməmişdir. Beləliklə, əgər ilk dozanın qəbulundan həmin tutmanın müalicəsi üçün ikinci dozanısonra pasientdə terapevtik effekt müşahidə edilmirsə, məhz qəbul etmək olmaz. Rizatriptan araşdırmaları göstərmişdir ki, hətta bir tutma zamanı terapevtik effekt olmasa belə, növbəti tutmalar zamanı terapevtik effektin yaranacağı ehtimalı var. Bəzi pasiyentlərdə, xüsusən də aşağıdakı qrup pasientlərdə Rizopsin Asino aşağı dozada (5 mq) verilməlidir: – propranolol qəbul edən pasientlər. Rizatriptan propranololun qəbulundan ən az 2 saat sonra qəbul edilməlidir; – yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlər; orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlər.- yüngül və İki doza arasında ən az 2 saat keçməlidir; 24 saat müddətində ən çox 2 doza qəbul etmək olar. 65 yaşdan yuxarı pasiyentlər Rizatriptanın 65 yaşdan yuxarı pasiyentlər tərəfindən qəbul edilməsinin effektivliyi və təhlükəsizliyi sistemli şəkildə öyrənilməmişdir.
Əlavə təsirləri
Tez-tez rast gəlininən əlavə təsirlərə misal olaraq aşağıdakıları göstərmək olar: başgicəllənmə, yuxulu vəziyyət və zəiflik/yorulma. Əlavə təsirlərin meydana gəlmə tezliyi aşağıdakı kimi müəyyən edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100, <1/10); bəzən (≥1/1000, <1/100); nadir hallarda (≥1/10000, <1/1000); çox nadir hallarda (≤1/10 000); tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən rast gəlinmə tezliyinin müəyyən edilməsi mümkün deyil). İmmun sistemi ilə əlaqədar: nadir hallarda baş verən – allergik reaksiyalar, anafilaksiya/anafilaktoid reaksiya. Psixika ilə əlaqədar: tez-tez baş verən – yuxusuzluq; bəzən – dezorientasiya, qıcıqlanma. Sinir sistemi ilə əlaqədar: tez-tez baş verən – başgicəllənmə, yuxulu vəziyyət, paresteziya, baş ağrısı, hipesteziya, əqli fəaliyyətin aşağı düşməsi; bəzən – ataksiya, tremor, vertiqo, disqevziya/ağızda xoşagəlməz dadın olması, ürəkgetmə; tezliyi məlum olmayan hallar – qıcolma, serotonin sindromu. Görmə orqanları ilə əlaqədar: bəzən – görmənin aydın olmaması. Ürək-damar sistemi ilə əlaqədar: tez-tez baş verən – ürək döyünmə hissi, qan yığılması; bəzən – aritmiya, taxikardiya, elektrokardioqramda dəyişikliklər, hipertenziya; nadir hallarda baş verən – beyində qan dövranının pozulması (məlumatlara görə, bu kimi əlavə təsirlərin əksəriyyəti koronar arteriya xəstəlikləri riski olan pasientlərdə meydana gəlmişdir), bradikardiya; tezliyi məlum olmayan hallar – işemiya və ya miokard infarktı (məlumatlara görə, bu kimi əlavə təsirlərin əksəriyyəti koronar arteriya xəstəlikləri riski olan pasientlərdə meydana gəlmişdir), periferik damarların işemiyası. Tənəffüs sistemi, döş qəfəsi və divararası orqanlarla əlaqədar: tez-tez baş verən – udlaqda diskomfort hissi, bəzən – təngnəfəslik; nadir hallarda baş verən – xışıltılı tənəffüs. Həzm yolu ilə əlaqədar: tez-tez baş verən – ürəkbulanma, ağızda quruluq, qusma, ishal, dispepsiya; bəzən – susuzluq hissi; tezliyi məlum olmayan hallar – işemik kolit. Dəri və dərialtı toxumalarla əlaqədar: tez-tez baş verən – qızartı; bəzən – qaşınma, övrə, angionevrotik şişmə (məs., sifətin, dilin, udlağın şişməsi), səpgi, tər ifrazının artması; tezliyi məlum olmayan hallar – toksik epidermal nekroliz. Skelet-əzələ sistemi və birləşdirici toxuma ilə əlaqədar: tez-tez baş verən – ağırlıq hissi, sərtlik, boyun ağrısı; bəzən – boyunda ağrı, hərəkətin çətinləşməsi, əzələ zəifliyi, üz nahiyəsində ağrı, mialgiya. Ümumi pozulmalar: tez-tez baş verən – asteniya/yorğunluq, qarında və sinədə ağrı.
Doza həddinin aşılması
Rizatriptan 40 mq (bir doza və ya arada iki saatlıq intervalla iki doza şəklində qəbul edilən) adətən yaxşı mənimsənilir; preparatın qəbul edilməsi zamanı ən çox rast gəlinən əlavə təsirlər başgicəllənmə və yuxulu vəziyyət olmuşdur. Ümumi kumulyativ dozada (80 mq 4 saat müddətində) rizatriptan qəbul edən 12 böyüyün iştirakı ilə aparılan kliniki farmakoloji tədqiqatda 2 nəfərdə huşun itirilməsi və/və ya bradikardiya müşahidə olunurdu. Bir nəfərdə (29 yaşında qadında) 80 mq rizatriptanın (2 saat müddətində) qəbulundan 3 saat sonra qusma, bradikardiya və başgicəllənmə qeydə alınmışdır. Bu simptomların inkişafından sonra atropinə həssaslığı olan III dərəcəli atrioventrikulyar blokada inkişaf etmişdir. İkinci şəxsdə (25 yaşlı kişidə) bolüs venopunksiyadan dərhal sonra müvəqqəti baş gicəllənmə, huşun itirilməsi, sidiyin saxlaya bilməməsi və 5-saniyəlik sistolik pauza (EKQ-monitorinqdə) qeydə alınmışdır. Venopunksiya pasiyentin rizatriptanın ümumi dozasının (80 mq) qəbulundan (4 saat müddətində) 2 saat sonra aparılmışdır. Doza həddi aşılan zaman hipertenziya və ya digər ciddi ürək-damar simptomları meydana gələ bilər. Rizatriptanın doza həddinin aşılmasına şübhə olduqda, pasientlərdə həzm yolu təmizlənməlidir (məs., mədənin yuyulması, sonra isə, aktivləşmiş kömür qəbul edilməsi). Bundan sonra hətta klinik simptomlar olmasa belə, 12 saat ərzində klinik və EKQ monitorinqi keçirilir. Hemodializin və peritoneal dializin rizatriptanın zərdabdakı konsentrasiyasına təsiri məlum deyil.
Buraxılış forması
3 tablet, blisterdə. 1, 2 və ya 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda orijinal qablaşmada uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
«Farma Start» MMC, Ukrayna. Ukrayna, 03124, Kiyev ş., bulvar V. Qavela, 8. Azərbaycan Respublikasının ərazisində məhsulların (malların) keyfiyyətinə dair istehlakçıların tələblərini qəbul edən təşkilatın ünvanı: “Acino Pharma AG”, şirkətinin Azərbaycan nümayəndəliyi Bakı şəh., Azərbaycan, İzmir küçəsi, 1033 HYATT Tower II 1-ci mərtəbə. Tel.: +99 412 504 00 44. Elektron ünvan: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.