OVARIUM KOMPOZITUM № 1 (AMPULI) (<>) (GERMANIYA)

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirHomeopatik dərman vasitəsi. Digər ginekoloji vasitələr

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,77 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

OVARİUM KOMPOZİTUM əzələdaxili, dərialtı, dəridaxili, venadaxili inyeksiya OVARIUM COMPOSITUM üçün məhlul

Tərkibi

Təsiredici maddələr: 2,2 ml (= 2,2 q) həcmində 1 ampulda vardır: Acidum cis-aconiticum D10- 22 mq, Apisinum D8-22 mq, Aquilegia vulgaris D4-22 mq, Calvatia gigantea D6-22 mq, Cypripedium parviflorum var. pubescens D6-22 mq, Hydrastis canadensis D4-22 mq, Hypophysis suis D13-22 mq, Kreosotum D8-22 mq, Lachesis D10-22 mq, Lilium lancifolium D4-22 mq, Magnesium phosphoricum D10-22 mq, Mercurius solubilis Hahnemanni D10-22 mq, Ovarium suis D8-22 mq, Placenta suis D10-22 mq, Psychotria ipecacuanha D6-22 mq, Pulsatilla pratensis D18-22 mq, Sepia officinalis D10-22 mq, Tuba uterina suis D10-22 mq, Uterus suis D10-22 mq. Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi. Digər ginekoloji vasitələr. ATC kodu: G02CX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Tək təsiredici maddələrin klinik təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər. Farmakokinetikası Homeopatik dərman vasitələrində adətən potensiya olunmuş təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.

İstifadəsinə göstərişlər

Dismenoreyada, endometritdə, metritdə, parametritdə, klimaksda, hiperemezisdə, qadınlarda hipofizin ön payının çatışmazlığında, vulvanın kraurozunda, mastodiniyada, osteomalyasiyada, menorragiyada qlandulyar, müdafiə və birləşdirici toxuma funksiyalarının stimulyasiyası və həmçinin heriatriyada ortaya çıxanlar da daxil olmaqla müxtəlif metabolik pozulmalarda.

Əks göstərişlər

Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər simpomlar davam edərsə və ya daha da pisləşərsə, həkimə müraciət etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.

İstifadə qaydası və dozası

Həftədə 1-2 dəfə 1 ampul əzələdaxili, dərialtı, dəridaxili və ya venadaxili. Şüşə ampulun açılma qaydası Ampulu əlinizdə tutun. Açılma təlimatını dəqiqliklə izləyin. Şüşə ampulu kəsmək lazım deyil. Bucaq altında ampulun başını tutun, və ampulun yuxarı hissəsinə vuraraq məhlulu aşağıya doğru çalxalayın. Sonra rəngli nöqtə olan hissədən ampulun yuxarı hissəsini qırın. Artıq qalan hissələr atılmalıdır.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi bu dərman vasitəsinin də keçici allergik reaksiyalar kimi əlavə təsirləri ola bilər, lakin bu hamıda müşahidə olunmur.

Doza həddinin aşılması

Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.

Buraxılış forması

2,2 ml məhlul ampulda. 10 və ya 100 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsoqəsinin sahibi Biologische Heilmittel Heel GmbH. Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“OVARIUM KOMPOZITUM № 1 (AMPULI) (<>) (GERMANIYA)” üçün ilk rəyi siz yazın.