Natrium tetraborat qliserinlə 20 % 30 ml məhlul
| Dərman forması | Məhlul |
|---|---|
| Farmakoloji təsir | Antiseptik vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,85 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NATRİUM TETRABORAT-YƏF yerli istifadə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Sodium tetraborate
Tərkibi
Təsiredici maddə: 100 ml məhlulun tərkibində 20 q natrium tetraborat dekahidrat vardır. Köməkçi maddə: qliserin.
Təsviri
Rəngsiz özlü mayedir.
Farmakoterapevtik qrupu
Antiseptik vasitə. ATC kodu: D08AD.
Farmakoloji xüsusiyyətləri
Antiseptik vasitədir. Bakteriostatik aktivliyə malikdir. Kandidoz zamanı effektivdir. Selikli qişalardakı göbələk mitselini təmizləyir, göbələyin selikli qişalara yapışma prosesini pozur və onun artmasını tormozlayır.
İstifadəsinə göstərişlər
Ağız boşluğunun, udlağın, cinsi orqanların selikli qişasının kandidozlu zədələnmələri.
Əks göstərişlər
Hiperhəssaslıq, uşaqlar, selikli qişanın tamlığının pozulması, hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Vaginal kandidozun monoterapiyası zamanı effektivliyi artırmaq məqsədilə müalicə prosedurları tibbi heyət tərəfindən çox sayda aparılması vacibdir, əks halda göbələk mitseliləri uşaqlıq yolunun selikli qişasının kriptalarında ləngiyə bilər, bu isə xəstəliyin residivləşməsinə səbəb olur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşkar edilməyib. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın təlimata uyğun istifadəsi nəqliyyatı idarə etməyə və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmağa təsir etmir.
İstifadə qaydası və dozası
Yerli. Ağız boşluğunun selikli qişasının zədələnmiş nahiyəsinə gündə 2-3 dəfə sürtülür. Müalicə kursu 3-7 gün təşkil edir. Vaginal kandidozun müalicəsi zamanı (süd yarası) preparatın istifadəsindən əvvəl qaynanmış su ilə və ya çobanyastığı məhlulu ilə çiləmə aparmaq lazımdır, bundan sonra preparatla islanmış tamponu uşaqlıq yoluna 20-30 dəqiqə müddətində yeritmək lazımdır. İstifadə tezliyi və müalicə kursu xəstəliyin ağırlığından asılıdır. Əhəmiyyətsiz dərəcədə ifrazat və qaşınma olduqda gündə 1 dəfə (yaxşı olar ki, gecə), çox ifrazat olduqda isə preparat gündə 2 dəfə (səhər və axşam) 7 gün müddətində istifadə edilir.
Əlavə təsirləri
Hiperemiya, preparatın istifadə edildiyi nahiyədə yanma hissi, allergik reaksiyalar.
Doza həddinin aşılması
Aşkar edilməyib.
Buraxılış forması
20%-li 30 q yerli istifadə üçün məhlul, narıncı rəngli şüşə və ya narıncı rəngli damcısalanlı şüşə flakonda. 1 flakon və ya 1 damcısalanlı flakon, müvafiq sayda içlik vərəqə ilə birlikdə qrup qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Yaroslavl əczaçılıq fabriki” QSC. Rusiya, 150030,Yaroslavl ş., 1-ci Putevaya k., 5. Tel.:/Faks: (4852) 44-38-56.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.