LAVANET PLYUS 160MG 12,5MG № 28 (TABLETKI) (ILKO ILAC SANAYI VE TICATET A.S) (TURCIYA)

Dərman formasıTablet
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,63 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə və axıra qədər oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumatlar vardır. * Bu içlik vərəqəsini saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. * Əgər Sizdə əlavə suallar yaranarsa, lütfən, həkiminizdən və ya əczaçıdan soruşun. * Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. * Siz bu dərman preparatını qəbul etdiyiniz dövrdə həkimə və ya xəstəxanaya getsəniz, bu dərman preparatını qəbul etdiyiniz barədə həkiminizə məlumat verin. * Bu içlik vərəqədə yazılanlara dəqiq əməl edin. Bu dərman preparatını Sizə tövsiyə edilmiş dozadan yüksək və ya aşağı dozada qəbul etməyin. LAVANET PLYUS 160 mq/12,5 mq örtüklü tabletlər

Tərkibi

Təsiredici maddələr:1 tabletin tərkibində 160 mq valsartan və 12.5 mq hidroxlorotiazid vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, titan dioksid, krospovidon, kolloidal silisium dioksid, maqnezium stearat. Örtük: polivinil spirti, polietilenqlikol, titan dioksid, talk, qırmızı dəmir oksidi, , sarı dəmir oksidi, qara dəmir oksidi, günəş qrübü sarısı boya maddəsı (Sunset yellow).

Təsviri

Dairəvi formalı, qəhvəyi rəngli, örtüklü tabletlərdir. ATC kodu: C09DA03.

Farmakoloji xüsusiyyətləri

LAVANET PLYUS-un tərkibində yüksək qan təzyiqinə nəzarət etməyə kömək edən angioten- zin II-nin antaqonisti (valsartan) və sidikqovucu maddə (hidroxlorotiazid) vardır. Angiotenzin II orqanizmdə olan maddədir, o, damarların daralmasına səbəb olmaqla, qan təzyiqini yüksəldir. LAVANET PLYUS-un komponenti olan valsartan angiotenzin II-nin təsirini blokadaya almaqla təsir göstərir. Nəticədə qan damarları boşalır, qan təzyiqi isə aşağı düşür. Diuretiklər (sidikqovu- cu maddələr) sidiyəgetməni arırmaqla, orqanizmdə duzun və suyun miqdarını azaldır. Bu, arteri- al təzyiqi azaltmağa və uzunmüddətli istifadə zamanı onu nəzarət altına almağa kömək edir.

İstifadəsinə göstərişlər

LAVANET PLYUS yüksək arterial təzyiqi aşağı salmaq üçün istifadə olunur. Yüksək qan təzyi- qi ürəyə və arteriyaya düşən yükü artırır. Əgər o, müalicə olunmazsa, baş beyin, ürək və böyrək qan damarlarını zədələyə və insulta, ürək çatışmazlığına və ya böyrək çatışmazlığına gətirib çı- xara bilər. Yüksək qan təzyiqi ürək tutmaları riskini yüksəldir. Sizin arterial təzyiqinizin norma- ya qədər azaldılması bu pozğunluqların inkişaf riskini aşağı salır. Əgər Siz LAVANET PLYUS-un necə təsir göstərməsini və nə üçün Sizə təyin edilməsini bilmək istəyirisinizsə, həkiminizlə məsləhətləşin.

Əks göstərişlər

Aşağıdakı şəraitlərdə LAVANET PLYUS-u İSTİFADƏ ETMƏYİN; əgər: • Sizdə Valsartana, hidroxlorotiazidə və ya LAVANET PLYUS-un “Tərkibi” bölməsində sadalanan digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq varsa (əgər Siz onlardan hansının Sizin üçün zərərli olduğuna əmin deyilsinizsə, məsləhət üçün həkiminizə müraciət edin). • Sizdə ağır qaraciyər xəstəliyi, qaraciyərdə xırda öd axacaqlarının ödün qaraciyərdə toplanmasına (xolestaz) gətirib çıxaran dağılması (biliar sirroz) varsa. • Sizdə sidiyin yaranması prosesi pozulmuşdursa (anuriya) və eyni zamanda ağır böyrək xəstəliyiniz varsa. • Siz aliskiren qəbul edirsinizsə (qan təzyiqini aşağı salan dərman), Sizin qanınızda qlükozanın səviyyəsi yüksəkdirsə, Sizdə diabet (II tip diabet) və ya böyrək çatışmazlığı varsa. • Siz hamiləsinizsə və ya hamilə qalmağı planlaşdırırsınızsa.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı vəziyyətlərdə LAVANET PLYUS-u EHTİYATLA İSTİFADƏ EDİN, əgər: • Siz kaliumqoruyucu dərmanlar, kalium əlavələri və kalium tərkibli duz əvəzediciləri və kaliumun miqdarını artıran digər dərmanlar, məsələn, heparin qəbul edirsinizsə (həkiminizin müntəzəm olaraq qanınızda kaliumun miqdarını yoxlaması lazım gələ bilər). • Sizin qanınızda kaliumun və ya maqneziumun səviyyəsi aşağıdırsa (əzələ zəifliyi, əzələ spazmları, bu əlamətlərlə və ya onlarsız qıcolmalar). • Qanınızda natriumun səviyyəsi aşağıdırsa (yorğunluq, şüurun qarışması, əzələ yığılmaları, bu simptomların əlamətləri ilə və ya onlarsız qıcolmalar). • Sizin qanınızda kalsiumun səviyyəsi yüksəkdirsə (ürəkbulanma, qusma, qəbizlik, qarında ağrı, tez-tez sidiyəgetmə, yanğı, əzələ zəifliyi və bu simptomlarla birlikdə və ya onlarsız əzələ səyriməsi simptomları). • Siz qusma, diareya və ya yüksək dozada sidikqovucu dərman qəbulu nəticəsində yaranan diskomfortdan əziyyət çəkirsinizsə. • Siz ürək çatışmazlığından əziyyət çəkirsinizsə və ya ürək tutması keçirmisinizsə. Həkiminizin başlanğıc doza üçün təlimatlarına ciddi əməl edin. Həkiminiz, həmçinin, Sizin böyrəklərinizin funksiyasını yoxlaya bilər. • Siz AÇF inhibitorları ilə (yüksək qan təzyiqinin müalicəsi üçün istifadə olunan preparatlar qrupu) və ya aliskirenlə (qan təzyiqini azaltmaq üçün istifadə olunan dərman) müalicə kursu alırsınızsa. • Siz böyrək arteriyasının daralmasından əziyyət çəkirsinizsə. • Sizə yaxın zamanlarda yeni böyrək köçürülmüşdürsə. • Siz hiperaldosteronizm xəstəliyindən əziyyət çəkirsinizsə (bu xəstəlik zamanı Sizin böyrəküstü vəziləriniz həddindən artıq aldosteron hormonu hasil edir. Əgər bu, Sizdə baş verərsə, LAVANET PLYUS istifadə etməyiniz tövsiyə olunmur). • Sizdə böyrək və ya qaraciyər xəstəliyi varsa. • Sizdə qızdırma, səpgi və oynaqlarınızda ağrı varsa. Bunlar sistem qırmızı qurdeşənəyinin əlamətləri ola bilər (SQQ, eyni zamanda autoimmun xəstəlik adlanır). • Sizdə şəkərli diabet varsa (qanda şəkər səviyyəsinin yüksək olması). • Sizin qanınızda sidik turşusunun, xolesterinin və ya triqliseridlərin səviyyəsi yüksəkdirsə. • Sizdə arterial təzyiqi aşağı salan digər bu qrup dərman preparatlarından (angiotenzin II resep- torların blokatorları) istifadə zamanı allergik reaksiyalar (ödemlər, xüsusilə, üzdə və boğazda) baş vermişdirsə və ya indiki halda Sizdə allergiya və ya astma baş vermişdirsə, LAVANET PLYUS-un qəbulunu dayandırın və dərhal həkiminizə müraciət edin. Heç bir vaxt yenidən LAVANET PLYUS qəbul etməyin. • Sizin görməniz zəifləmişdirsə və ya gözlərinizdə ağrı varsa. Bu, Sizin gözünüzdə təzyiqin yüksəlməsi əlamətləri ola bilər və o, LAVANET PLYUS-un qəbulundan sonra bir neçə saat və ya həftə ərzində baş verə bilər. Əgər müalicə olunmazsa, bu, görmənin daimi itirilməsinə gətirib çıxara bilər. • Bu Sizin dərinizin günəş şüalarına qarşı həssaslığının yüksəlməsinə səbəb ola bilər. • Əgər Siz hamilə olduğunuzu düşünürsünüzsə (və ya hamilə qala bilərsinizsə), bu barədə həkiminizə məlumat verməlisiniz. Hamiləliyin erkən mərhələsində LAVANET PLYUS-un istifadəsi tövsiyə olunmur. Əgər Siz üç aydan artıq hamiləsinizsə, LAVANET PLYUSistifadə etməyin, çünki əgər Siz bu dövrdə bu preparatı istifadə etsənizbu, Sizin uşağınıza ciddi zərər yetirə bilər (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”). LAVANET PLYUS-u yalnız tibbi müayinədən sonra istifadə edin. LAVANET PLYUSbütün pasiyentlər üçün yararlı olmaya bilər. Həkiminizin təlimatlarına ciddi əməl edin. Həkiminizin təlimatları bu içlik vərəqədə olan ümumi məlumatdan fərqli ola bilər. Əgər bu xəbərdarlıqlar hətta keçmişdə olsa belə, Sizin üçün keçərlidirsə, lütfən, həkiminizlə məsləhətləşin. LAVANET PLYUS-un tərkibində olan bəzi maddələr haqqında mühüm məlumat Bu dərman preparatının tərkibində laktoza monohidrat vardır. Əgər həkiminiz Sizin bəzi şəkərlərə qarşı dözümsüzlüyünüzün olduğunu bildirmişdirsə, bu dərman preparatını qəbul etməzdən əvvəl həkiminizlə əlaqə yaradın.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər Siz aşağıdakı dərmanlardan qəbul edirsinizsə, dozaya düzəliş edilməsi və ya bəzi hallarda dərmanlardan birinin qəbulunun dayandırılması lazım gələ bilər: Litium (psixiatrik xəstəliklərin bəzi tiplərinin müalicəsi üçün istifadə olunan dərman). Kalium əvəzediciləri, kaliumqoruyucu diuretiklər və ya kalium tərkibli duz əvəzedicilər, kaliumun səviyyəsini yüksəldən dərmanlar, məsələn, heparin (həkiminiz müntəzəm olaraq, Sizin qanınızda kaliumun səviyyəsinə nəzarət edə bilər). Sizin qanınızda kaliumun səviyyəsini azalda bilən dərmanlar, məsələn, diuretiklər (sidikqovucu dərmanlar) kortikosteroidlər (kortizonaoxşar dərmanlar), işlədici dərmanlar (qəbizlik zamanı istifadə olunan dərmanlar), karbenoksolon, amfoterisin və ya penisillin G. Antiaritmik dərmanlar (ürək problemlərini müalicə etmək üçün dərmanlar) və bəzi antipsixotiklər (mental xəstəliklərin müalicəsi üçün istifadə olunan dərmanlar) ürəyin qeyri- müntəzəm döyünməsinə səbəb ola bilər. Sizin qanınızda natriumun miqdarını azalda bilən dərmanlar, məsələn, antidepressantlar, antipsixotiklər, antiepileptiklər (karbamazepin). Podaqranın müalicəsi üçün istifadə olunan dərmanlar, məsələn, allopurinol. Vitamin D və kalsium əvəzediciləri. Diabetin müalicəsi üçün istifadə olunan dərmanlar (metformin kimi oral maddələr və ya insulinlər). metildofa, ACF inhibitorları və ya aliskiren daxil olmaqla, qan təzyiqini aşağı salan digər dərmanlar. Noradrenalin və ya adrenalin kimi qan təzyiqini yüksəldən dərmanlar. Diqoksin və ya digər üskükotu qlikozidləri (ürək problemlərini müalicə etmək üçün dər- manlar). Qanda şəkərin səviyyəsini yüksəldən dərmanlar, məsələn, diazoksid və ya beta-adrenoblo- katorlar. Sitotoksik dərmanlar (xərçəngin müalicəsi üçün istifadə olunan dərmanlar), məsələn, meto- treksat və ya siklofosfamid. Selektiv siklooksigenaza-2-nin inhibitorları (SOG-2 inhibitorları) daxil olmaqla, qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) kimi ağrıkəsici dərmanlar. Əzələləri boşaldan dərmanlar (miorelaksantlar), məsələn, tubokurarin. Antixolinergikdərmanlar (mədə-bağırsaq spazmları, sidik kisəsinin spazmı, astma,dəniz xəs- təliyi, əzələ spazmları, Parkinson xəstəliyi və anesteziyaya kömək kimi, müxtəlif pozğunluqların müalicəsi üçün istifadə edilən dərmanlar). Amantadin (Parkinson xəstəliyini müalicəsi üçün və həmçinin, viruslar tərəfindən törədilən müəyyən xəstəliklərin qarşısını almaq üçün istifadə edilən dərman Xolestiramin və kolestipol (əsasən, qanda lipidlərin yüksək səviyyələrinin müalicəsi üçün istifadə olunan dərman). Bəzi antibiotiklər (rifamisin qrupu), translantın dəf edilməsinə qarşı istifadə olunan dərman (siklosporin) və ya İİV/QİÇS infeksiyasının müalicəsi üçün istifadə olunan virusəleyhinə dərman (ritonavir). Bu dərmanlar LAVANET PLYUS-un təsirini gücləndirə bilər. Alkoqol, yuxu dərmanları və anestetiklər (yuxu dərmanları və ya ağrıkəsicilər, məsələn cər- rahi əməliyyat zamanı istifadə olunur). Yod kontrast vasitələr (vizual müayinələr üçün istifadə olunan vasitələr). Əgər hazırda resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən, bu barədə həki- minizə və ya əczaçıya məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər hamiləsi- nizsə və ya hamilə olmağı planlaşdırırsınızsa, LAVANET PLYUS qəbul etməyin. Bu qrup dər- man preparatları doğulmamış uşağa ciddi zərər yetirə bilər. Əgər Siz hamilə ola biləcəyinizi dü- şünürsünüzsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, bu barədə həkiminizə məlumat vermə- yiniz çox vacibdir. Həkiminiz, Sizi hamiləlik dövründə LAVANET PLYUS-un istifadəsinin mümkün riskləri barədə məlumatlandıracaq. Əgər Siz, müalicə olunduğunuz dövrdə hamilə qalarsınızsa, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya (döşlə qidalandırma) dövrü Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya dövründə LAVANET PLYUSistifadə edilməməlidir. LAVANET PLYUS-un tərkibində diuretik maddə vardır; bu maddə ana südünə nüfuz edir və Sizin südünüzün miqdarını azalda bilər. Əgər Sizin südəmər uşağınız varsa, LAVANET PLYUS istifadə etməkdən imtina edin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Yüksək qan təzyiqinin müalicəsi üçün istifadə olunan bir çox digər dərmanlar kimi, LAVANET PLYUSda nadir hallarda başgicəllənmə törədə və bununla da diqqəti toplama qabiliyyətinə mənfi təsir göstərə bilər. Ona görə də nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexa- nizmləri idarə etməzdən əvvəl LAVANET PLYUS-un Sizə necə təsir göstərdiyini müəyyən etməlisiniz.

İstifadə qaydası və dozası

İstifadə qaydası Dərman hər gün eyni vaxtda (səhərlər qəbul edilməsinə üstünlük verilir) qəbul edilməlidir. LAVANET PLYUS qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər. Doza və istifadə tezliyi Yüksək qan təzyiqi olan insanlar bir çox hallarda bu problemin heç bir əlamətini hiss etmirlər. Bir çox insan özünü tamamilə normal hiss edə bilər. Sizin üçün üçün vacibdir ki, hətta Siz özü- nüzü yaxşı hiss etsəniz belə, həkiminizin və ya əczaçının Sizə dediyi bütün göstərişlərə əməl edəsiniz və dərmanı vaxtlı-vaxtında qəbul edəsiniz. Həkiminizin Sizə verdiyi bütün göstərişlərə əməl edin Tövsiyə olunan dozanı aşmayın. Həkiminiz Sizə LAVANET PLYUS-un dozasını və qəbul tezliyini deyəcəkdir. Sizin müalicə- yə cavab reaksiyanızdan asılı olaraq, həkiminiz yüksək və ya aşağı doza təyin edə bilər. LAVANET PLYUS-un adi dozası gündə 1 dəfə 1 tabletdir. Həkiminizlə məsləhətləşmədən dozanı dəyişdirməyin və ya tabletlərin qəbulunu dayandırmayın.Dərmanı hər gün eyni vaxtda qəbul etmək lazımdır; bu, dərmanın qəbulunu xatırlamaqda Sizə kömək edəcəkdir. Dərmanın təsir göstərməsinə əmin olmaq üçün, həkiminiz Sizin qan təzyiqinizin müntəzəm olaraq ölçülməsini istəyəcəkdir. LAVANET PLLUS ilə müalicədən əvvəl və sonra müntəzəm olaraq qan analizləri həyata keçirilə bilər. Bu analizlər llektrolitlərin (kalium, natrium, kalsium və ya maqnezium kimi) müəyyən miqdarları ilə müşayiət olunur, xüsusilə əgər Siz 65 yaşdan böyüksünüzsə və Sizdə qaraciyər və ya böyrək xəstəliyi varsa və Siz dəstəkləyici kalium müalicəsi alırsınızsa, Sizin böyrək funksiyanız saxlanılacaqdır. Bu məsələdə həkiminiz Sizə məsləhət verəcəkdir. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi (18 yaşdan aşağı) LAVANET PLYUS–un uşaqlarda istifadə təcrübəsi yoxdur. 18 yaşdan aşağı uşaqlarda və yeniyetmələrdə LAVANET PLYUS-un istifadəsi tövsiyə olunmur. Yaşlılarda istifadəsi (65 yaşdan yuxarı) 65 yaşlı və daha böyük şəxslərdə LAVANET PLYUS istifadə edilə bilər Xüsusi vəziyyətlər Böyrək çatışmazlığı Əgər Sizdə yüngül və orta dərəcəli böyrək çatışmazlığı varsa, dozaya düzəliş edilməsinə ehtiyac yoxdur. Əgər Sizdə ağır böyrək çatışmazlığı varsa, bu preparatı ehtiyatla istifadə etməlisiniz. Qaraciyər çatışmazlığı Əgər Sizdə yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı varsa, bu preparatı ehtiyatla istifadə etməlisiniz. Əgər Sizdə ağır qaraciyər çatışmazlığı varsa bu preparatı istifadə etməyin. Əgər həkiminiz Sizə digər təlimatlar verməzsə, bu təlimatlara əməl edin. LAVANET PLYUS-u həkiminizin dediyi müddət ərzində qəbul edin. Əgər LAVANET PLYUS-u nə qədər müddət ərzində qəbul etməli olduğunuza dair suallarınız olarsa, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. . Müalicənizi dayandırmayın, çünki LAVANET PLYUSilə müalicənin dayandırılması Sizin yüksək qan təzyiqinizin daha da pisləşməsinə səbəb ola bilər. Əgər Sizə elə gəlirsə ki, LAVANET PLYUS-un təsiri həddindən artıq güclüdür və ya həddindən artıq zəifdir, o zaman həkiminizə və ya əczaçıya bu barədə məlumat verin. LAVANET PLYUS-un qida və içkilərlə birlikdə istifadəsi SizLAVANET PLYUS-u qida ilə birlikdə və ya onsuz qəbul edə bilərsiniz. Həkiminizlə məsləhətləşmədən alkoqol qəbul etməyin. Alkoqol arterial təzyiqi aşağı sala və/və ya başgicəllənmənin və ya zəifliyin başvermə riskini yüksəldə bilər. LAVANET PLYUS-un qəbulunu unutmusunuzsa Əgər Siz bir dozanın qəbulunu unutmusunuzsa, onu dərhal qəbul edin və növbəti dozanı adi vaxtında qəbul edin. Əgər növbəti dozanın qəbul vatı yaxınlaşmışdırsa, o zaman unudulmuş dozanı buraxaraq, növbəti dozanı qəbul edin.və sonra preparatın qəbulunu adi rejimdə davam etdirin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. LAVANET PLYUSilə müalicənin dayandırılması zamanı meydana çıxa bilən təsirlər LAVANET PLYUS ilə müalicənin dayandırılması Sizin xəstəliyinizin pisləşməsinə səbəb ola bilər. Həkiminizin göstərişi olmadan dərmanınızın qəbulunu dayandırmayın.

Əlavə təsirləri

Bütün digər dərmanlar kimi, LAVANET PLYUS da onun tərkibində olan komponentlərə qarşı həssas olan insanlarda əlavə təsirlər törədə bilər. Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi təsnif edilir: • Çox tez-tez: 10 istifadəçidən 1-dən çoxunda meydana çıxır • Tez-tez: 100 istifadəçidən 1-10-da meydana çıxır • Bəzən: 1000 istifadəçidən 1-10-da meydana çıxır • Nadir: 10 000 istifadəçidən 1-10-da meydana çıxır • Çox nadir: 10 000 istifadəçidən 1-dən azında meydana çıxır. • Məlum deyil: çox az pasiyentdə meydana çıxır və mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün deyil. Bəzən: • Yanğı (susuzluq), sidik ifrazının azalması, sidiyin tündləşməsi, dəridə quruluq və istilik qıcıqlandırıcıların təsirinə qarşı həddindən artıq həssasdır (dehidratasiyanın əlaməti ola bilər). • İynəbatma hissi və ya keyləşmə (paresteziyanın əlaməti ola bilər) • Dumanlı görmə • Yorğunluq • Öskürək • Əzələ ağrısı • Tinnitus • Başgicəllənmə, başda ağırlıq (bu, hipotenziyanın əlaməti ola bilər) Çox nadir: • Başgicəllənmə • Diareya • Oynaq ağrısı Məlum deyil: • Tənəffüsün çətinləşməsi (simptomları qeyri-kardiogen ağciyər ödemi ola bilər) • Şüurun qəflətən itməsi (sinkopenin simptomu ola bilər) • Sidik ifrazının ağır azalması (böyrək funksiyasının pozulmasının bir əlaməti ola bilər) • İnfeksiya nəticəsində qızdırma, boğaz ağrısı və ya ağızda xora (neytropeniyanın simptomları ola bilər) • Əzələ zəifliyi, əzələ spazmları, qeyri-normal ürək ritmi (simptomi qanda kaliumun səviyyəsinin azalması ola bilər) • Yorğunluq, çaşqınlıq, əzələnin səyriməsi və/və ya qıcolmalar (hiponatriemiyanın simptomları ola bilər) • Böyrək funksiyalarının testlərinin qeyri-normal nəticə verməsi (qanda qanın sidik cövhəri azotunun və kreatininin yüksəlməsi) • Qaraciyər funksiyalarının testlərinin qeyri-normal nəticə verməsi (zərdab bilirubini simptom ola bilər). Aşağıdakı əlavə təsirlər valsartan-hidroxlorotiazidlə aparılan klinik tədqiqatlarda müşahidə edilmişdir; onların dərmanla bağlı olması və ya digər səbəblərdən meydana çıxması məlum deyildir. Abdominal ağrı, yuxarıabdominal ağrı, narahatlıq, oynaq ağrısı və sərtlik (artrit), zəiflik (aste- niya), bel ağrısı, sinədə ağrı və qızdırma ilə yanaşı bəlğəmli öskürək (bronxit və ya kəskin bron- xit), sinədə ağrı, ayağa durarkən bayılma, mədədə postprandial (qida qəbulundan sonra) diskom- fort (dispepsiya), təngnəfəslik (dispnoe), ağızda quruluq, burun qanaxması(epistaksis), ereksiya əldə etməyin və ya ereksiyanın saxlanmasının çətinləşməsi (erektil disfunksiya), qusma ilə bağlı mədə və bağırsaq infeksiyaları, diareya (qastroenterit) başağrısı, tər ifrazının yüksəlməsi (hiper- hidroz), dərinin həssaslığının azalması (hipoesteziya), qrip, yuxusuzluq, əzələ spazmları, əzələ travması, burun tutulması, burunun selikli qişasının iltihabı (nazofaringit), ürəkbulanma, boyunda ağrı, şişkinlik (ödem), əllərdə, ayaqlarda və biləklərdə ödem (periferik ödem), orta qulağın infeksiyası (orta otit), ətraflarda ağrı, ürəkdöyünmə, boğazda ağrı (udlaqda və qırtlaqda ağrı (farinqolaringeal ağrı), ümumi sidiyəgetmənin tam həyata keçirilə bilməməsi (polakiuriya), qızdırma (pireksiya), sinusit, sinus durğunluğu, yuxululuq (yuxusuzluq), sürətli ürəkdöyünmə (taxikardiya), yuxarı tənəffüs yollarının infeksiyası, sidik yollarının infeksiyası, başgicəllənmə, balansın pozulması nəticəsində yaranan hiss (başgicəllənmə), virus infeksiyası, görmənin pozulması. LAVANET PLYUS ilə bağlı müşahidə olunmayan aşağıdakı əlavə təsirlər yalnız tərkibində valsartan və ya hidroxlorotiazid olan preparatlarla bağlı qeydə alınmışdır: Valsartan Bəzən: • Abdominal ağrı • Fırlanma hissi (vertiqo) Məlum deyil: • Qanda hemoqlobinin səviyyəsinin azalması və eritrositlərin faizlə miqdarının azalması (ağır hallarda anemiya törədə bilər), qeyri-adi qanaxma və ya qansızma (trombositopeniya). • Aşağıdakı əlamətlərin və simptomların bəziləri ilə birlikdə qaşınma ilə dəri səpgisi: qızdırma, oynaq ağrısı, əzələ ağrısı, limfa düyünlərinin şişməsi və/və ya qripəbənzər simptomlar (zərdab xəstəliyi daxil olmaqla, digər yüksək həssaslıq reaksiyaları/allergik reaksiyalar). • Əzələ spazmları, qeyri-normal ürək ritmi (qanda kaliumun səviyyəsinin yüksəlməsi) • Səpgi, purpur-qırmızı ləkələr, qızdırma, qaşınma (vaskulit) • Qaciyər funksiyasının qiymətlərinin yüksəlməsi • Səpgi, qaşınma, övrə, tənəffüsün və ya udmanın çətinləşməsi (angioödem), başgicəllənmə simptomları ilə təzahür edən allergik reaksiyalar • Səpgi, övrə (qaşınma) • Sidik ifrazının əhəmiyyətli dərəcədə azalması (böyrək çatışmazlığı) • Qanda natriumun səviyyəsinin azalması (hiponatriemiya) Arterial hipertenziyalı pasiyentlər üzərində aparılan klinik tədqiqatlarda tədqiq edilən dərman vasitəsi ilə səbəb-nəticə əlaqəsindən asılı olmayaraq, aşağıdakı əlavə təsirlər müşahidə edilmişdir: artralgiya, asteniya, bel ağrısı, diareya, başgicəllənmə, başağrısı, yuxusuzluq, libidonun azalması, ürəkbulanma, ödem, faringit, rinit, sinusit, yuxarı tənəffüs yollarının infeksiyası, virus infeksiyası. Hidroxlorotiazid Çox tez-tez: • Qanda lipidlərin səviyyəsinin yüksəlməsi (hiperlipidemiya), Tez-tez: • Qanda maqneziumun səviyyəsinin azalması • Başgicəllənmə, ayağa durarkən bayılma • İştahanın azalması, mülayim ürəkbulanma və qusma • Qaşınan səpgi və ya digər növ qaşınma (övrə) • Ereksiyaya nail ola bilməmək və ya ereksiyanı saxlaya bilməmək (impotensiya) •Qanda natriumun səviyyəsinin aşağı olması (hiponatriemiya) Nadir: • Dəriyə qansızma (trombositopeniyanın, purpuranın simptomları ola bilər) • Qəbizlik,diareya, qusma, mədədə diskomfort kimi mədə-bağırsaq pozğunluqları, tez-tez sidiyəgetmə, susuzluq, əzələ zəifliyivə tremor (bunlar hipokalsiemiyanın əlamətləri ola bilər), qanda və sidikdə şəkərin səviyyəsinin yüksəlməsi (hiperqlikemiya, qlikozuriya) • Başağrısı, başgicəllənmə, yuxu pozğunluqları, kədərli əhval (depressiya), tiynəbatma hissi və ya keyləşmə (paresteziya), • Görmə pozğunluqları • Ağır və davamlı qusma, diareya, qeyri-müntəzəm ürəkdöyünmə (aritmiya onunsimptomu ola bilər) • Abdominal diskomfort, qəbizlik və ya diareya • Dərinin günəş şüalarına qarşı həssaslığının yüksəlməsi (fotohəssaslıq) • Gözlərin və dərinin saralması (xolestaz və ya sarılıq) Çox nadir: • Qızdırma, boğaz ağrısı, tez tez baş verən infeksiyalar (aqranulositoz), infeksiyaların hesabına qızdırma, boğaz ağrısı və ağızda xoralar (leykopeniya), zəiflik, qansızma və tez-tez baş verən infeksiyalar (pansitopeniya, sümük iliyinin depressiyası), solğun dəri, yorğunluq, təngnəfəslik, sidiyin tündləşməsi (hemolitik anemiya) • Dəri səpgisi və/və yatənəffüsün çətinləşməsi (yüksək həssaslıq reaksiyaları) • Çaşqınlıq, yorğunluq, əzələ səyriməsi və spazmı,tənəffüsün sürətlənməsi (hipoxloremik alkaloz) • Mədənin yuxarı şöbəsində güclü ağrı (pankreatit) •Səpgi, purpur-qırmızı ləkə, qızdırma, qaşınma (nekrozlaşdırıcı vaskulit), üzdə səpgi, oynaq ağrısı, əzələ pozğunluğu, qızdırma(sistem qırmızı qurdeşənəyi) Məlum deyil: • Yüksək təzyiq nəticəsində görmənin zəifləməsi və ya gözlərdə ağrı (kəskin bağlıbucaqlı qlaukomanın mümkün əlamətləri) • Səpgiyə, dərinin qızarmasına, dodaqlarda, gözlərdə və ağızda qabar əmələ gəlməsinə, dərinin qabıqlanmasına , qızdırmaya səbəb olan ağır dəri xəstəliyi (toksik epidermal nekroliz) • Əzələ spazmı • Sidik ifrazının ağır dərəcədə azalması (bu, böyrək pozğunluğunun və ya böyrək çatışmazlığının əlaməti ola bilər) • Qızdırma (pireksiya), zəiflik (asteniya) Əgər bu içlik vərəqədə sadalanmayan hər hansı digər əlavə təsir meydana çıxarsa, lütfən, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Doza həddinin aşılması

Əgər Siz lazım olduğundan artıq miqdarda LAVANET PLYUS qəbul etmisinizsə, Sizdə başgicəllənmə və/və ya bayılma, əzginlik, qeyri-adi yorğunluq və ya zəiflik, əzələ spazmları və ya qeyri-müntəzəm ürəkdöyünmələr baş verə bilər. Əgər bunlardan hər hansı biri baş verərsə, dərhal həkiminizlə əlaqə saxlayın. Əgər Siz lazım olduğundan artıq miqdarda LAVANET PLYUS qəbul etmisinizsə, həkiminizə və ya əczaçıya müraciət edin.

Buraxılış forması

14 tablet, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı otaq temperaturunda, rütubətdən qorumaq üçün orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Əgər qablaşdırmanın zədələndiyi və ya saxtalıq əlamətləri aşkar edilərsə, LAVANET PLYUS istifadə edilməməlidir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır İstehsalçı/Lisenziyanın sahibi İlko İlaç San. ve Tic. A.Ş. Veysel Karani Mah. Çolakoğlu Sok. No: 10, 34885 Sancaktepe / İstanbul, Turkey. Ünvan İlko İlaç San. ve Tic. A.Ş. 3.Organize Sanayi Bölgesi. Kuddusi Cad. 23. Sok. No:1 Selçuklu / Konya, Turkey.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“LAVANET PLYUS 160MG 12,5MG № 28 (TABLETKI) (ILKO ILAC SANAYI VE TICATET A.S) (TURCIYA)” üçün ilk rəyi siz yazın.