Laraglan 6 mq 3 ml N2 qələm
| Dərman forması | Hazır şpris-qələm |
|---|---|
| Farmakoloji təsir | Diabet xəstəliyində istifadə olunan dərman vasitəsi. Qlükaqonabənzər peptid-1-in (GBP-1) analoqu |
| İstehsal ölkəsi | İran |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
150,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu içlik vərəqədə sizin üçün mühüm məlumatlar əks olunub və ona görə də preparatı qəbul etməzdən əvvəl, içlik vərəqəni diqqətlə oxuyun. • Bu içlik vərəqəni saxlayın, onu təkrar oxumağa ehtiyacınız ola bilər • Əlavə suallar yaranarsa, öz həkiminizə və ya əczaçıya müraciət edin • Bu dərman vasitəsi yalnız Sizin üçün təyin olunub və onu digər şəxslərə verməməlisiniz. Hətta onların simptomları Sizin simptomlarla eyni olsa belə, bu dərman vasitəsi onlar üçün zərərli ola bilər. • Həkimə müraciət etsəniz və ya xəstəxanaya getməli olsanız, həkiminizə bu dərmanı qəbul etdiyiniz barədə məlumat verin. • Hər hansı əlavə təsir yaranarsa, həkimə və ya aptek işçisinə müraciət edin. Bu, bütün əlavə təsirlərə, hətta içlik-vərəqədə təsvir olunmayan əlavə təsirlərə də aiddir. LARAQLAN 6 mq/ml inyeksiya üçün məhlul (hazır doldurulmuş qələmdə) Beynəlxalq patentləşdirilməmiş adı: Liraqlutide
Tərkibi
Təsiredici maddə: 1 ml inyeksiya məhlulunun tərkibində 6 mq liraqlutid vardır. Köməkçi maddələr: dinatrium fosfat dihidrat, propilenqlikol, fenol, inyeksiya üçün su.
Təsviri
Hazır doldurulmuş qələmdə şəffaf, rəngsiz və ya demək olar ki, rəngsiz inyeksiya üçün izotonik məhluldur; pH=8,15
Farmakoterapevtik qrupu
Diabet xəstəliyində istifadə olunan dərman vasitəsi. Qlükaqonabənzər peptid-1-in (GBP-1) analoqu. ATC kodu: A10BJ02.
Farmakoloji xüsusiyyətləri
Təsir mexanizmi Liraglutide, GBP-1 reseptoruna bağlayan və onu aktivləşdirən, insan GBP-1 ilə 97% ardıcıllıq homologiyaya malik GLP-1 analoqudur. GBP-1 reseptoru, mədəaltı vəzin beta hüceyrələrindən qlükozadan asılı insulinin ifrazatını gücləndirən, endogen ferment olan nativ GBP-1 üçün hədəfdir. Nativ GBP-1-dən fərqli olaraq, liraqlutid insanlarda gündə bir dəfə qəbul üçün farmakokinetik və farmakodinamik profilinə malikdir. Dərialtı tətbiqindən sonra uzunmüddətli təsir profili üç mexanizmə əsaslanır: yavaş sorulmaya gətirən öz-özünə assosiasiya; albuminlə əlaqə; və plazmadan uzun yarımxaricolma dövrünə gətirən fermenti peptidaza-4 (DPP-4) və neytral endopeptidaza (NEP) fermentlərinə nisbətən daha yüksək fermentativ sabitlik. Liraglutidin təsiri, siklik adenozin monofosfatın (sAMF) artmasına səbəb olan, GBP-1 reseptorları ilə spesifik qarşılıqlı təsir vasitəsi ilə həyata keçir. Liraqlutid qlükozadan asılıllıq yolu ilə insulin ifrazını stimullaşdırır. Eyni zamanda, liraqlutid qlükozadan asılıllıq yolu ilə qlükaqonun həddindən artıq yüksək sekresiyasını azaldır. Beləliklə, qanda qlükoza səviyyəsi yüksək olduqda, insulin ifrazı stimullaşdırılır və qlükaqonun ifrazı azaldılır. Əksinə, hipoqlikemiya zamanı liraqlutid insulin ifrazını azaldır və qlükaqonun ifrazını pozmur. Qanda qlükoza səviyyəsinin azalma mexanizmi mədə boşalmasında da bir qədər ləngiməsini nəzərdə tutur. Liraglutide, aclığın və enerji istehlakının azalması daxil olmaqla, mexanizmlər vasitəsilə bədən çəkisini və bədən yağlarını azaldır, GBP-1 iştahın və qida qəbulunun fizioloji tənzimləyicisidir, lakin dəqiq təsir mexanizmi tam aydın deyil. Farmakodinamikası Liraglutide 24 saatlıq təsirə malikdir və 2 tip şəkərli diabet xəstələrdə aclıq və yeməkdən sonra qanda qlükoza səviyyəsini aşağı salmaqla qlikemik nəzarəti yaxşılaşdırır. Farmakokinetikası Absorbsiyası Dəri altına tətbiq edildikdən sonra liraqlutidin absorbsiya yavaş olur, dozadan 8-12 saat sonra maksimum konsentrasiyaya çatır. Liraqlutidin hesablanmış maksimal konsentrasiyası 0,6 mq liraqlutidin birdəfəlik dərialtı yeridilməsi ilə 9,4 nmol/l (orta bədən çəkisi təxminən 73 kq) təşkil etmişdir. 1,8 mq liraqlutidin dozası ilə liraqlutidin orta tarazlıq konsentrasiyası (AUCτ/24) təxminən 34 nmol/l-ə (orta bədən çəkisi təxminən 76 kq) çatır. Liraqlutidin təsiri bədən çəkisinin artması ilə azalır. Liraqlutidin təsiri dozaya mütənasib olaraq artmışdır. Dəri altına tətbiq edildikdən sonra liraqlutidin absolut biomənimsənilməsi təxminən 55% təşkil edir. Paylanma Dəri altına tətbiq edildikdən sonra görünən paylanma həcmi 11-17 litrdir. Liraqlutidin venadaxili yeridilməsindən sonra orta paylanma həcmi 0,07 l/kq təşkil edir. Liraqlutid plazma zülallarına aktiv şəkildə bağlanır (>98%). Biotransformasiyası Sağlam subyektlərə radioaktiv işarələnmiş [3H]-liraqlutidin bir dozasının tətbiqindən sonra 24 saat ərzində plazmanın əsas komponenti intakt liraqlutid olmuşdur. İki kiçik plazma metaboliti (plazma radioaktivliyin ümumi təsiri ≤9% və ≤5%) aşkar edilmişdir. Liraglutid, əsas xaricetmə yolu kimi xüsusi bir orqan göstərilmədən, böyük zülallarla eyni şəkildə metabolizə olunur. Xaric olması [3H]-liraqlutidin dozasından sonra sidikdə və nəcisdə intakt liraqlutid aşkar edilməmişdir. Tətbiq olunan radioaktivliyin yalnız kiçik bir hissəsi liraqlutidlə əlaqəli metabolitlər şəklində sidik və ya nəcislə xaric edilmişdir (müvafiq olaraq 6% və 5%). Sidikdə və nəcislə radioaktivlik əsasən ilk 6- 8 gün ərzində xaric edilmişdir və müvafiq olaraq üç kiçik metabolitinə uyğundur. Liraqlutidin birdəfəlik dozasının dərialtı tətbiqindən sonra orta klirens təxminən 1,2 l/saat, yarımxaricolma dövrü təxminən 13 saat təşkil edir. Xüsusi əhali qrupları Yaşlılar: Sağlam könüllülərdə farmakokinetik tədqiqatın və xəstələrin (18 yaşdan 80 yaşa qədər) farmakokinetik populyasiya təhlilin nəticələrinə əsasən, yaş liraqlutidin farmakokinetikasına klinik cəhətdən əhəmiyyətli təsir göstərməmişdir. Cinsiyyət: Kişi və qadın xəstələrin farmakokinetik məlumatlarının populyasiya təhlili və sağlam könüllülərdə farmakokinetik tədqiqatın nəticələrinə əsasən, cinsiyyət liraqlutidin farmakokinetikasına klinik cəhətdən əhəmiyyətli təsir göstərməmişdir. Etnik mənşəli Ağ, qara, asiyalı və latın amerika əsilli xəstələrin daxil olduğu farmakokinetik populyasiya təhlilin nəticələrinə əsasən, etnik mənşəli liraqlutidin farmakokinetikasına klinik cəhətdən əhəmiyyətli təsir göstərməmişdir. Piylənmə Xəstələrin farmakokineti populyasiya təhlili göstərir ki, bədən kütləsinin indeksi (BKİ) liraqlutidin farmakokinetikasına əhəmiyyətli dərəcədə təsir etmir. Qaraciyər çatışmazlığı Liraglutidin farmakokinetikası müxtəlif dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə bir dozalı tətbiqdən sonra tədqiqatda qiymətləndirilmişdir. Sağlam könüllülərlə müqayisədə yüngül və orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələrdə liraqlutidin təsiri 13-23% azalıb. Ağır qaraciyər çatışmazlığı (Chayld-Pyu cədvəli >9) olan xəstələrdə təsir əhəmiyyətli dərəcədə aşağıdır (44%). Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan xəstələrdə liraqlutidin təsiri, normal böyrək funksiyası olan xəstələrlə müqayisədə azalmışdır. Yüngül (kreatinin klirensi, CrCl 50-80 ml/dəq), orta (CrCl 30-50 ml/dəq) və ağır (CrCl<30 ml/dəq) olan xəstələrdə və dializ tələb edən böyrək çatışmazlığı və son mərhələdə böyrək çatışmazlığında liraqlutidin təsiri 33%, 14%, 27% və 26% müvafiq olaraq azalmışdır. Uşaqlar: 10 yaş və daha yuxarı 2 tip şəkərli diabet olan uşaqlarda farmakokinetik xüsusiyyətlər klinik tədqiqatlarda qiymətləndirilmişdir. Yeniyetmələrdə və uşaqlarda liraqlutidin təsiri böyüklər ilə müqayisə edilə bilər. İstifadəsinə götərişlər Laraglan böyüklərdə, yeniyetmələrdə və 10 yaşdan yuxarı uşaqlarda idarə olunmayan tip 2 diabetin müalicəsi üçün pəhriz və idmana əlavə olaraq göstərişdir. • Monoterapiya kimi: metformin dözümsüzlük və ya əks göstərişlərə görə qeyri-münasib hesab edildiyi hallarda • Diabetin müalicəsi üçün digər dərman vasitələrinə əlavə olaraq.
Əks göstərişlər
Liraqlutidə və ya Laraglan -ın tərkibində olan digər maddələrə (“Tərkibi” bölməsinə baxın) qarşı allergiya (yüksək həssaslıq). Özündə və ya ailəsində medulyar tiroid karsinoması anamnezi olan və ya çoxlu endokrin neoplazma sindromu tip 2 olan xəstələr. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Laraglan 1-ci tip şəkərli diabetdə, yaxud diabetik ketoasidozun müalicəsində istifadə oluna bilməz. Laraglan insulin deyil və buna görə də insulini əvəz edən dərman vasitəsi kimi istifadə olunmamalıdır. İnsulindən asılı xəstələrdə insulinin tez dayandırılmasından və ya dozasının azaldılmasından sonra diabetik ketoasidoz barəsində bildirilmişdir. Nyu-York Ürək Assosiasiyasının (NYHA) IV sinif durğunluq ürək çatışmazlığı olan xəstələrin müalicəsində klinik təcrübə yoxdur, buna görə də bu xəstələrdə liraqlutidin istifadəsi tövsiyə edilmir. Bağırsaqda iltihab xəstəlikləri və diabetik qastroparez olan xəstələrdə istifadə təcrübəsi məhduddur. Bu xəstələrdə liraqlutidin istifadəsi tövsiyə edilmir, çünki bu, ürəkbulanma, qusma və diareya daxil olmaqla, mədə-bağırsaq traktının keçici əlavə reaksiyaları ilə əlaqəlidir. Kəskin pankreatit GLP-1 reseptor agonistlərinin istifadəsi zamanı kəskin pankreatit müşahidə edilmişdir. Xəstələrə kəskin pankreatitə məhsus simptomlar barədə məlumat verilməlidir. Pankreatitə şübhə varsa, liraglutide dayandırılmalıdır; kəskin pankreatit təsdiqlənərsə, liraqlutidin qəbuluna başlamaq olmaz. Tiroid xəstəliyi Zob kimi qalxanabənzər vəzi tərəfindən qeydə alınan əlavə təsirlər xüsusən əvvəllər qalxanabənzər vəzin xəstəliyi olan pasientlərdə klinik tədqiqatlarda qeydə alınmışdır. Buna görə də, bu xəstələrdə liraqlutid ehtiyatla istifadə edilməlidir. Hipoqlikemiya Liraqlutidi sulfonil sidik cövhəri preparatları və ya insulinlə birlikdə qəbul edən xəstələrdə hipoqlikemiya riski arta bilər. Hipoqlikemiya riski sulfonil sidik cövhəri preparatlarının və ya insulinin dozasını azaltmaqla azaldıla bilər. Dehidratasiya Liraqlutid ilə müalicə olunan xəstələrdə böyrək çatışmazlığı və kəskin böyrək çatışmazlığı daxil olmaqla dehidratasiya əlamətləri və simptomları qeydə alınmışdır. Liraglutidi qəbul edən xəstələr mədə-bağırsaq traktı tərəfindən əlavə təsirlərə görə potensial dehidratasiya riski barədə xəbərdarlıq edilməli və dehidratasiyanın qarşısını almaq üçün ehtiyat tədbirləri görülməlidir. Köməkçi maddələr Laraglan®-ın hər dozasında 1 mmol-dan (23 mq) az natrium var, buna görə də preparatın tərkibində demək olar ki, natrium yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
In vitro tədqiqatlarda liraqlutidin sitoxrom P və plazma zülallarının bağlanması ilə əlaqəli digər450 aktiv maddələrlə farmakokinetik qarşılıqlı təsirlərdə iştirak etmək üçün çox aşağı potensial göstərilmişdir. Liraglutidi qəbul edərkən mədə boşalmasında bir qədər ləngiməsi eyni vaxtda qəbul edilən oral dərman vasitələrinin sorulmasına təsir göstərə bilər. Qarşılıqlı təsir tədqiqatları klinik cəhətdən əhəmiyyətli dərəcədə sorulmanın ləngiməsini aşkar etməmişdir, buna görə də dozanın tənzimlənməsi tələb olunmur. Liraglutid ilə müalicə olunan bir neçə xəstə ən azı bir şiddətli diareya epizodunu bildirdi. Diareya eyni vaxtda qəbul edilən daxilə qəbul edilən dərmanların sorulmasına təsir göstərə bilər. Varfarin və digər kumarin törəmələri Qarşılıqlı təsir tədqiqatları aparılmayıb. Varfarin kimi zəif həll olunan və ya aşağı terapevtik indeksə malik aktiv maddələrlə klinik cəhətdən əhəmiyyətli qarşılıqlı təsir istisna edilə bilməz. Varfarin və ya digər kumarin törəmələri qəbul edən xəstələrdə liraqlutid ilə müalicənin başlanğıcında INR-nin (beynəlxalq normallaşmış nisbət) daha tez-tez nəzarəti tövsiyə olunur. Parasetamol Liraglutid parasetamolun 1000 mq bir dozadan sonra parasetamolun ümumi təsirini dəyişmədi. Parasetamol ilə eyni vaxtda istifadə edildikdə, dozanın tənzimlənməsi tələb olunmur. Atorvastatin Liraqlutid atorvastatinin 40 mq bir dozadan sonra atorvastatinin ümumi təsirini klinik cəhətdən əhəmiyyətli dərəcədə dəyişmədi. Beləliklə, liraqlutidlə eyni vaxtda istifadə edildikdə atorvastatinin dozasının tənzimlənməsi tələb olunmur. Griseofulvin Liraqlutid 500 mq griseofulvinin bir dozasından sonra griseofulvinin ümumi təsirini dəyişdirmir. Griseofulvinin və aşağı həllolunma qabiliyyətinə və yüksək keçiriciliyə malik digər birləşmələrin dozasının tənzimlənməsi tələb olunmur. Digoksin Diqoksin dozasının tənzimlənməsi tələb olunmur. Lisinopril Lisinopril dozasının tənzimlənməsi tələb olunmur. Oral kontraseptivlər Etinilestradiol və ya levonorgestrel üçün ümumi təsirinə klinik cəhətdən əhəmiyyətli təsir müşahidə edilməmişdir. Beləliklə, liraqlutidlə eyni vaxtda istifadə edildikdə kontraseptiv təsirin dəyişməyəcəyi gözlənilir. İnsulin 2-ci tip şəkərli diabetli xəstələrdə tarazlıq vəziyyətində 1,8 mq liraqlutid ilə 0,5 V/kq insulin detemirin birdəfəlik doza şəklində tətbiq edildikdə, liraqlutid və insulin detemir arasında farmakokinetik və ya farmakodinamik qarşılıqlı təsir müşahidə edilməmişdir. Pediatriyada istifadə Qarşılıqlı təsir tədqiqatları yalnız böyüklərdə aparılmışdır. Hamiləlik və laktasiya dövrundə istifadəsi Hamilə qadınlarda liraqlutidin istifadəsi ilə bağlı adekvat məlumat yoxdur. Heyvanlarda aparılan tədqiqatlar reproduktiv toksikliyin olmasını göstərdi. İnsanlar üçün potensial risk barəsində məlumat yoxdur. Liraglutid hamiləlik dövründə istifadə edilməməlidir və əvəzinə insulin tövsiyə olunur. Əgər xəstə hamiləliyi planlaşdırırsa və ya hamiləlik baş verərsə, Laraglan® ilə müalicə dayandırılmalıdır. Liraqlutidin ana südünə keçib-keçmədiyi məlum deyil. Təcrübənin olmaması səbəbindən Laraglan® laktasiya dövründə istifadə edilməməlidir. Heyvanlar üzərində aparılan tədqiqatlar luraglutidin fertilliyə heç bir zərərli təsirin olmasını göstərməmişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Laraglan nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir və ya az təsir göstərir. Xəstələrə avtomobil idarə edərkən və ya mexanizmlərlə işləyərkən, xüsusən də Laraglan® -ın sulfonil sidik cövhəri preparatları və ya insulinlə birlikdə istifadəsi zamanı hipoqlikemiyanın qarşısını almaq üçün ehtiyat tədbirləri görmələri tövsiyə edilməlidir.
İstifadə qaydası və dozası
Mədə-bağırsaq tərəfindən dözumlülüyünü yaxşılaşdırmaq üçün liraqlutidin ilkin dozası gündə 0,6 mq təşkil edir. Ən azı bir həftə sonra doza 1,2 mq-a qədər artırılmalıdır. Bəzi xəstələrin dozanı 1,2 mq- dan 1,8 mq-a qədər artırmaqdan fayda görəcəyi gözlənilir və ən azı bir həftə sonra klinik reaksiyadan asılı olaraq, qlikemik nəzarəti daha da yaxşılaşdırmaq üçün doza 1,8 mq-a qədər artırıla bilər. 1,8 mq- dan yuxarı gündəlik dozalar tövsiyə edilmir. Laraglan® sulfonil sidik cövhəri preparatlarına və ya insulinə əlavə edildikdə, hipoqlikemiya riskini azaltmaq üçün sulfonil sidik cövhəri preparatlarının və ya insulinin dozasının azaldılmasına baxılmalıdır. Sulfonil sidik cövhəri preparatları ilə kombinə olunmuş müalicə yalnız böyük xəstələr üçün məqbuldur. Laraglan®-ın dozasını tənzimləmək üçün qanda qlükoza səviyyəsinə nəzarət tələb olunmur. Qanda qlükoza səviyyəsinə nəzarət, xüsusən Laraglan® ilə terapiyanın başlanğıcında və insulinin dozası azaldılan zamanda, sulfonil sidik cövhəri preparatlarının və ya insulinin dozasını tənzimləmək üçün, lazımdır. İnsulinin dozasını azaltmaq üçün mərhələli yanaşma tövsiyə olunur. Xüsusi əhali Yaşlı xəstələr (65 yaşdan yuxarı). Yaşa görə dozanın tənzimlənməsi tələb olunmur. Böyrək çatışmazlığı Yüngül, orta və ya ağır böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur. Son mərhələdə böyrək çatışmazlığı olan xəstələrdə terapevtik təcrübə yoxdur, buna görə də belə xəstələrdə Laraglan®-ın istifadəsi tövsiyə edilmir. Qaraciyər çatışmazlığı Yüngül və ya orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tövsiyə edilmir. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə Laraglan®-ın istifadəsi tövsiyə edilmir. Uşaqlar Yeniyetmələr və 10 yaşdan yuxarı uşaqlar üçün dozanın tənzimlənməsi tələb olunmur. 10 yaşdan kiçik uşaqlar üçün heç bir məlumat yoxdur. İstifadə qaydası Laraglan®-ı dərialtı inyeksiya üçün nəzərdə tutulub. Laraglan®-ı venadaxili və ya əzələdaxili istifadə etməyin. Laraglan® qida qəbulundan asılı olmayaraq gündə bir dəfə istənilən vaxt qarın, omba və ya qolun yuxarı hissəsinə (çiyin) dərialtı yeridilə bilər. İnyeksiyanın yerinı və vaxtını dozanın tənzimlənməsi olmadan dəyişdirilə bilər. Bununla belə, Laraglan® günün eyni vaxtında və seçilən günün ən münasib vaxtda yeridilməlidir. Əlavə istifadə qaydalarına “Qələminin istifadə təlimatı” bölümündə baxın. Laraglan nın qida və içki ilə qəbulu Laraglan -nın qida qəbulundan asılı olmayaraq istifadə edə bilərsiniz. Laraglan inyeksiyasını etməyi unutmuşsunuzsa Bir inyeksiya dozanızı unutmuşsunuzsa, xatırlayan kimi Laraglan -nı dərhal yeridin. Lakin, buraxılmış dozadan 12 saatdan çox vaxt keçibsə, bu dozanı istifadə etməyin. Növbəti normal dozanı sonrakı gün vaxtında istifadə edin. Buraxılmış dozanı bərpa etmək üçün növbəti gündə yeritdiyiniz dozanı artırmayın və yaxud əlavə doza istifadə etməyin. Laraglan -nın istifadəsi dayandırılarsa Həkiminizlə məsləhətləşmədən Laraglan -nın istifadəsini dayandırmayın. İnyeksiyaları dayandırdığınız halda qanda şəkərin səviyyəsi yüksələ bilər. Bu preparatın istifadəsinə dair hər hansı əlavə suallarınız olarsa həkiminiz, tibb bacınız və ya əczaçınız ilə məsləhətləşin.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, Laraglan da əlavə təsirlərə malik ola bilər, lakin bu, özünü hər kəsdə göstərmir. Əlavə təsirlər rastgəlmə tezliyinə görə fərqlənir və aşağıdakı kimi təsnif olunur: • сox tez-tez (≥1/10); • tez-tez (≥1/100 – <1/10); • bəzən (≥1/1000 – <1/100); • nadir hallarda (≥1/10000 – <1/1000); • çox nadir hallarda (<1/10,000); • naməlum (mövcud məlumatlar əsasında təxmin edilə bilməz). Hər bir tezlik qrupu daxilində mənfi reaksiyalar şiddətin azalan ardıcıllığı ilə təqdim olunur. Çox tez-tez – Ürəkbulanma. – İshal. Tez-tez – Hipoqlikemiya (qanda şəkərin səviyyəsinin azalması). – Anoreksiya – İştahanın azalması – Baş ağrısı – Başgicəllənmə – Ürək döyüntülərin artması – Qusma – Qastro-ezofageal reflüks xəstəliyi (QERX) – Qarının yuxarı hissəsində ağrı – Qəbizlik – Köpmə – Qastrit – Qarın nahiyəsində diskomfort – Diş ağrısı – Səpgi – Yorğunluq – İnjeksiya yerində reaksiyalar – Lipazanın artması – Amilazanın artması Bəzən – Qaşınma – Övrə – Naxoşluq (halsızlıq) – Dehidratasiya – Mədə boşalmasının ləngiməsi – Öd daşı xəstəliyi – Xolesistit – Böyrək çatışmazlığı – Kəskin böyrək çatışmazlığı – Halsızlıq Nadir hallarda – Anafilaktik reaksiyalar – Bağırsaqların obstruksiyası Çox nadir hallarda – Pankreatit (nekrotik pankreatit daxil olmaqla) Qeyd olunmuş əlavə təsirlərdən hər hansı biri ciddiləşərsə, yaxud bu içlik vərəqədə qeyd olunmamış hər hansı əlavə təsir meydana çıxıbsa, həkiminizə, tibb bacınıza və ya əczaçınıza məlumat verməyiniz xahiş olunur.
Doza həddinin aşılması
Laraglan -nı artıq dozada yeritmisinizsə, dərhal, gecikmədən həkiminizlə əlaqə saxlayın. Tibbi müalicə tələb oluna bilər. Artıq dozada yeridilmiş Laraglan ürəkbulanma və ya qusmaya səbəb ola bilər. Klinik və kommersiya məqsədi ilə keçirilən tədqiqatlarda tövsiyə olunan saxlayıcı dozanın 40 dəfəyə qədər (72 mq) doza həddinin aşılması bildirilmişdir. Məlumat verilən əlavə təsirlərə şiddətli ürəkbulanma, qusma, ishal və ağır hipoqlikemiya daxildir. Doza həddinin aşılması halında xəstənin klinik əlamətlər və simptomlara uyğun müvafiq dəstəkləyici müalicə başlanmalıdır. Xəstədə susuzlaşmanın klinik əlamətlərinin olması və qanda qlükoza səviyyəsinə nəzarət edilməlidir.
Buraxılış forması
3 ml məhlul əvvəlcədən doldurulmüş çoxdozalı birdəfəlik qələmdə. 2 qələm içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. İnyeksiya üçün iynələr qablaşdırmaya daxil deyil. Əlavə olaraq əldə olunacaq iynələrin uzunluğu 8 mm və 32G naziklikdə olmalıdır. Məhlul şəffaf və rəngsiz və ya demək olar ki, rəngsiz deyilsə, Laraglan®-nı istifadə etməyin.
Saxlanma şəraiti
Qutu açılmazdan əvvəl: soyuducuda saxlanmalı (2-8°C). Dondurucu elementdən uzaqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmayın. İstifadə zamanı 30°C-dən aşağı, yaxud soyuducuda (2-8°C), dondurucu elementdən uzaqda 1 ay saxlaya bilərsiniz. Dondurmayın. Qələmi istifadə etmədikdə işıqdan qorumaq üçün qapağını bağlayın.
Yararlılıq müddəti
Yararlılıq müddəti 2 il Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir. İstifadə zamanı: 1 ay.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
CinnaGen Co. 3rd Sq., Simin Dasht Industrial Area, Karaj, Alborz İran İslam Respublikası. +98-263-6670334. Qablaşdırıcı Azerfarm LTD, Azerbaijan Republic. Azerbaijan, Baku, Bakikhanov settl., Bunyatov str.14.
Qeydiyyat vəsiqəsinin sahibi
“Parla Pharmaceuticals” LLC, Azerbaijan Republic. AZ1010, Kevkab Khanim Safaraliyeva 16E, Baku, Azerbaijan. Tel.: +994123105219. Laraglan qələminin İSTİFADƏSİ ÜÇÜN TƏLİMATLAR Qələminizi istifadə etməzdən öncə aşağıdakı təlimatları diqqətlə oxuyun Qələminizin tərkibində 18 mq liraqlutid vardır. 0,6 mq, 1,2 mq və 1,8 mq-lıq dozaları seçmək mümkündür. Qələm uzunluğu 8 mm-ə qədər və diametri 32G-dir. Viktoza qələmi Kartric Axın İşarətləyici xətt Qələmin qapağı şkalası yoxlamaKartric Display Basma düyməsi işarəsi Dozator Qələminizi istifadə üçün hazırlayın Qələminizin adına və etiketinə fikir verin ki, tərkibində liraqlutid olduğuna əmin olasınız. Səhv dərman vasitəsindən istifadə ciddi zərərli təsirə malik ola bilər. Qələmin qapağını çıxardın. Təzə birdəfəlik iynənin üzərindən kağız ilgəyi çıxardın. İynəni qələmin üzərinə birbaşa və möhkəm burub taxın. İynənin böyük qapağını çıxarıb saxlayın. İç qapağı çıxarıb tullayın. Çirklənməyə, infeksiyaya, liraqlutidin sızmasına, iynələrin tutulmasına və yalnış dozalara yol verməmək üçün, hər inyeksiya üçün təzə iynədən istifadə edin. İynənin əyilməsinə və ya zədələnməsinə yol verməyin İynənin iç qapağını heç vaxt geri taxmağa çalışmayın. İynəni özünüzə batıra bilərsiniz. Qələmin saxlanılması • Qələminizi təmir etməyə, yaxud hissələrə ayırmağa çalışmayın. • Qələminizi tozdan, çirkdən və bütün növ mayelərdən uzaq tutun. • Qələmi yumşaq yuyucu vasitə ilə isladılmış parça ilə təmizləyin. • Qələmi yumağa, islatmağa və ya sürtgü yağı ilə silməyə çalışmayın, belə ki, qələmi zədələyə bilərsiniz. Vacib məlumat • Qələminizi və ya iynələrinizi başqa insanlarla bölüşməyin. • Qələminizi digər insanlardan, xüsusilə uşaqlardan uzaq tutun. Hər yeni qələmin axınını yoxlayın Hər yeni qələmi birinci dəfə inyeksiya etməzdən öncə axınını yoxlayın. Əgər qələminizdən artıq istifadə etmisinzsə, “Dozanın seçimi” bölməsinə keçin, H addımından başlayın. Axın yoxlama işarəsi işarəleyici ilə üzbəüz dayanana gədər dozatortu fırladın. Qələmi iynəsi yuxarı doğru tutun. Kartrici barmağınızla yavaşca bir neçə dəfə tıqqıldadın ki, bütün hava köpükləri kartricin yuxarısında toplansın İynəni yuxarı doğru tutun və 0 mq dozası işarələyici ilə üzbəüz dayanana gədər basma düyməsini basın. Liraqlutid damcısı iynənin ucunda görsənməlidir. Əgər damcı görsənməzsə, E-dən G-dək olan addımları 4 dəfədən çox olmamaq şərtilə təkrarlayın. Əgər heç bir liraqlutid damcısı görünməzsə, iynəni dəyişin və E- dən G-dək olan addımları bir daha təkrarlayın. Əgər liraqlutid damcısı yenə də görünməzsə, qələmi istifadə etməyin. Bu qələmin istifadəyə yararsız olduğunu göstərir və Siz yeni qələm istifadə etməlisiniz. Qələm əlinizdən sərt səthin üzərinə düşübsə və ya onun hər hansı nasazlığından şübhəniz varsa, həmişə yeni birdəfəlik iynə taxın və inyeksiya etməzdən öncə axını yoxlayın. Dozanın seçimi İşarələyicinin 0 mq üzərində olduğuna əmin olun. Dozatoru inyeksiya üçün lazım olan doza vahidi işarələyici ilə üzbəüz olanadək fırladın (0,6 mq, 1,2 mq və ya 1,8 mq). Səhv doza seçmişsinizsə, dozatoru geriyə, yaxud qabağa fırlatmaqla düzgün dozanı seçin. Dozatoru geriyə fırladınca basma düyməsini sıxmayın, çünki liraqlutid axa bilər. Dozator lazımi doza seçilmədən dayanırsa, bu o deməkdir ki, qələmdə tam doza üçün kifayət qədər liraqlutid qalmayıbdır. Bu halda iki seçiminiz vardır: Dozanızı iki inyeksiyaya bölmək: 0,6 mq və ya 1,2 mq işarələyici ilə üzbəüz olana qədər dozatoru fırladın. Dozanı yeridin. Yeni qələmi inyeksiya üçün hazırlayın və dozanızı tamamlamaq üçün qalan sayda mq-ları da hesablayıb yeridin. Yalnız həkiminiz sizə öyrədibsə və ya məsləhət veribsə, birdəfəlik dozanızı hazırki qələminiz ilə yeni qələm arasında bölə bilərsiniz. Dozalarınızı planlaşdırmaq uçün kalkulyatordan istifadə edin. Əgər dozanızı səhv bölsəniz, həddindən çox və ya az liraqlutid yeritmiş olarsınz. Tam dozanı yeni qələmlə yeritmək: İşarələyici 0,6 mq ilə üzbəüz olana qədər dozator dayanıbsa, yeni qələmi hazırlayın və tam dozanı yeni qələm ilə yeridin. – 0,6 mq, 1,2 mq və ya 1,8 mq-dan başqa doza seçməyə cəhd göstərməyin. Displeydəki rəqəmlər işarələyici ilə tam üst-üstə düşməlidir ki, düzgün doza seçildiyinə əmin olasınız. – Dozatoru fırladarkən çıqqıldayan səs çıxır. Dozanızı seçərkən bu çıqqıltı səsini əsas götürməyin. – İnyeksiya üçün liraqlutid dozasını kartric şkalası ilə seçməyin, bu. kifayət qədər dəqiq deyil. İnyeksiyanın yeridilməsi – İynəni həkiminiz və ya tibb bacınızın məsləhət gördüyü inyeksiya üsulundan istifadə etməklə dəri altına daxil edin. Sonra aşağıdakı təlimatlara riayət edin: Basma düyməni dirənənə qədər, yəni işarələyici 0 mq ilə üzbəüz olana qədər sıxaraq dozanı yeridin. İnyeksiya zamanı digər barmaqlarınızla displeyə toxunmayın və ya dozatoru kənar tərəfə basmayın. Çünki inyeksiya axını dayana bilər. Dozatoru basılmış vəziyyətdə saxlayın və iynəni dəri altında ən azı 6 saniyə saxlayın ki, dozanın tam miqdarda yeridildiyinə əmin olasınız. İynəni çıxardın. Bundan sonra, liraqlutid damcısı iynənin ucunda görünəcəkdir. Bu normal bir haldır və yeritdiyiniz dozaya heç bir təsiri yoxdur. İynəyə toxunmadan iynə ucluğunu iynənin böyük qapağına daxil edin. İynə qapağın tam içində ikən qapağı iynənin üzərində bərkidin. Yalnız bundan sonra iynəni burub çıxardın.İynəni ehtiyatla tullayın və qələmin qapağını taxın. Boş qələmi üzərində iynə olmadan tullayın. Qələmi və iynəni yerli tələblərə uyğun olaraq tullayın. Hər bir inyeksiyadan sonra iynəni çıxarıb qələminizi üzərində iynə olmadan saxlayın. Bu çirklənmə, infeksiya yayılması, liraqlutidin sızması, iynələrin tutulması və yalnış doza seçimi riskini azaldır. İynələrdən yaralanmağın və infeksiyanın qarşısını almaq üçün, istifadə olunmuş iynələr ilə ehtiyatla davranın.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.