Indometasin 100 mq 40 q məlhəm Borisov
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Xaricə istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparatlar. İndometasin |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,04 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
İNDOMETASİN 100 mq/q xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Indometacin
Tərkibi
Təsiredici maddə: 1 tubda (40 q) 4,0 q indometasin vardır. Köməkçi maddələr: dimetilsulfoksid, sidik cövhəri, makroqol 400, makroqol 1500, propilenqlikol, levomentol, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, təmiz su.
Təsviri
Açıq-sarıdan tünd-sarıya qədər rəngli, spesifik mentol qoxulu, bircinsli konsistensiyalı məlhəmdir.
Farmakoterapevtik qrupu
Xaricə istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparatlar. İndometasin. ATC kodu: M02AA23.
İstifadəsinə göstərişlər
– Kəskin və xroniki revmatoid artritin, osteoartritin, osteoartrozun, ankilozlaşdırıcı spondilitin, psoriatik poliartritin, podaqra artritinin kompleks müalicəsində əlavə vasitə kimi; – dayaq-hərəkət aparatının qeyri-oynaq revmatizminin lokallaşmış formaları: tendinit, sinovitlər, tendovaginitlər, fassiyaların və oynaq bağlarının iltihabları, bursit; – dayaq-hərəkət aparatının posttravmatik zədələnmələri (dartınmalar, çıxıqlar, əzilmələr) olduqda, iltihabın, ağrının və ödemin yerli simptomatik müalicəsi.
Əks göstərişlər
Aktiv maddəyə və ya preparatın tərkibində olan hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslıq. Astmatik tutmanın, övrənin və ya allergik rinitin klinik təzahürləri ilə müşayiət olunan, aspirinə və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı hiperhəssaslıq. Koaqulopatiya, leyko- peniya, trombositopeniya. Mədə və onikibarmaq bağırsaq xoraları kəskinləşmə mərhələsində. 14 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda preparatı ehtiyatla təyin etmək lazımdır: uşaqlarda (14 yaşa qədər), bronxial astmanın, burunun və burunətrafı ciblərin residivləşən polipozunun və asetilsalisil turşusunun və ya digər QSİƏP-ə qarşı dözümsüzlüyün tam və ya qismən birlikdə olması (o cümlədən, anamnezdə), mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (kəskinləşmə mərhələsində), qanın laxtalanma qabiliyyətinin pozulması (o cümlədən, hemofiliya, qanaxma müddətinin uzanması, qanaxmalara meyllilik), hamiləlik (I-ci və II-ci trimestrlər) və laktasiya dövrü. QSİƏP-in istifadəsi bəzən, mədə-bağırsaq traktının zədələnməsinə; ürək-damar çatışmazlığından, qaraciyər və böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə ürək funksiyasının pisləşməsinə gətirib çıxara bilər. Dəri üzərində yerli istifadə etdikdən sonra, indometasinin sistem rezorbsiyasının minimal olmasına baxmayaraq, mədənin və ya onikibarmaq bağırsağın aktiv xorasından əziyyət çəkən pasiyentlər, anamnezlərində böyrək xəstəlikləri barədə məlumatlar olan pasiyentlər, ürək çatışmazlığından əziyyət çəkənlər yalnız həkimlə məsləhətləşdikdən sonra, məlhəmdən istifadə edə bilərlər. Qida məhsullarına və dərman preparatlarına qarşı hiperhəssaslıq təzahürləri olan və ya pollinoz, bronxial astma, nazal polipoz kimi, allergik xəstəlikləri olan pasiyentlərdə preparatla müalicəni xüsusi ehtiyatla və yalnız həkimlə məsləhətləşdikdən sonra aparmaq olar. Digər QSİƏP-ə qarşı çarpaz həssaslıq mövcuddur, bu səbəbdən, bu qrupdan olan istənilən prerparatlara qarşı hiperhəssaslıq təzahürləri olan pasiyentlərdə indometasinə qarşı hiperhəssaslıq təzahürləri həmçinin müşahidə oluna bilər. Uzunmüddətli (10 gündən artıq) müalicə aparıldıqda, leykositlərin və trombositlərin miqdarına laborator nəzarət aparmaq tövsiyə olunur. Antibiotiklərlə, antikoaqulyantlarla və hipoqlikemik dərman preparatları ilə eyni zamanda istifadə etdikdə, müvafiq laborator göstəricilərə nəzarət etmək lazımdır. Preparatı yalnız sağlam, zədələnməmiş (açıq yaralar və zədələr olmayan) dəri üzərinə çəkmək lazımdır. Yerli istifadə etdikdən sonra səpgilər meydana çıxdıqda, müalicəni dərhal dayandırmaq lazımdır. Preparatı selikli qişalara və gözlərə çəkmək olmaz. Preparatın tərkibinə dimetilsulfoksid, propilenqlikol, metilparahidroksibenzoat və propilparahidroksibenzoat daxildir ki, bunlar da dərinin qıcıqlanmasına səbəb ola bilərlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
İndometasinin yerli istifadəsi zamanı minimal rezorbsiyasını nəzərə alaraq, digər dərman preparatları ilə qarşılıqlı təsirləri ehtimal edilmir. Əlavə reaksiyaların riskinin yüksəlməsini nəzərə alaraq, indometasinin SOG-2 (siklooksigenaza- 2) fermentinin selektiv inhibitoru daxil olmaqla, QSİƏP qrupundan olan digər dərman preparatı ilə eyni zamanda istifadəsindən çəkinmək lazımdır. İndometasinin aspirinlə və ya kortikosteroidlərlə eyni zamanda istifadəsi, mədə-bağırsaq ağırlaşmalarının riskini yüksəldir. Qeyri-steroid iltihabəleyhinə preparatlar arterial təzyiqi aşağı salan dərman preparatları ilə qarşılıqlı təsir göstərə bilər, lakin yerli istifadə zamanı bu ehtimal həddindən artıq aşağıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü Hamilə qadınlarda nəzarət olunan klinik tədqiqatlar aparılmayıb, bu səbəbdən, hamiləlik dövründə indometasinin istifadəsi tövsiyə olunmur. Laktasiya dövrü Preparat az miqdarda ana südünə nüfuz edir; bu səbəbdən, laktasiya dövründə qadınların istifadəsi üçün tövsiyə olunmur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
İstifadə qaydası: dəri üzərinə, yerli istifadə olunur. Məlhəmi zədələnmiş nahiyəyə, tam rezorbsiya olunana qədər ehtiyatla yeridərək, sutkada 3-4 dəfə, çəkmək lazımdır. Bir dəfə çəkmək üçün lazım olan məlhəmin miqdarı, zədələnmənin sahəsindən asılıdır və təxminən 4-5 sm təşkil edir. Ən azı 6-saatlıq intervalla istifadə etmək lazımdır. Müalicə müddəti 7-10 gündür. Bu müddət ərzində simptomatikanın yaxşılaşması müşahidə olunmadığı halda, müalicənin aparılmasını yenidən nəzərdən keçirmək lazımdır. Uşaqlar 14 yaşa qədər uşaqlarda istifadə etmək olmaz.
Əlavə təsirləri
İstifadə qaydası ilə əlaqəli əlavə reaksiyalar: peroral istifadə zamanı meydana çıxan əlavə reaksiyaların tezliyi ilə müqayisədə, indometasindən yerli istifadə etdikdə, sistem əlavə təsirlərin baş vermə ehtimalı əhəmiyyət kəsb etmir. İmmun sistemdə baş verən pozğunluqlar: nadir hallarda yerli ödem və vezikulyar səpgilər, bəzi hallarda isə angionevrotik ödem və təngnəfəslik. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: dərinin böyük sahələrində istifadə etdikdə, rezorbtiv əlavə reaksiyalar, məsələn, mədə-bağırsaq traktında pozğunluqlar (iştahanın itməsi, ürəkbulanma, qusma, diareya, ağrı, qansızmalar və xoralar), qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi meydana çıxa bilər. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: yerli istifadə zamanı meylli pasiyentlərdə bəzən istifadə nahiyəsində yanğı, qızarma, qaşınma, səpgilər, qabıqlanma, dərinin qurumasını müşahidə etmək mümkündür. Belə hallarda preparatın istifadəsini dayandırmaq lazımdır.
Doza həddinin aşılması
Yerli istifadə zamanı sistem rezorbsiyanın aşağı olmasını nəzərə alaraq, doza həddinin aşılması az ehtimal edilir. Doza həddinin aşılması hallarını (əsasən, həzm traktında və hepatotoksiklik) çox nadir hallarda, yalnız dərinin böyük səthləri üzərində uzun müddət ərzində istifadə etdikdə müşahidə etmək olar. Qanda leykositar formula və trombositlərin miqdarına nəzarət etmək vacibdir. Preparatı təsadüfən daxilə qəbul etdikdə müşahidə olunan simptomlar: ağız boşluğu selikli qişasında yanğı, ağız suyunun axması, ürəkbulanma, qusma. Müalicəsi: ağız boşluğunun və mədənin yuyulması, zərurət yarandıqda – simptomatik müalicə. Spesifik antidotu yoxdur. Gözlərə, selikli qişalara və açıq yara üzərinə düşdükdə, müşahidə olunan simptomlar: yerli qıcıqlanma müşahidə olunur – göz yaşının axması, qızarma, yanğı, ağrı. Müalicəsi: şikayətlər azalana və ya tamamilə aradan qalxana qədər, zədələnmiş nahiyənin distillə olunmuş su və ya fizioloji məhlul ilə yaxşıca yuyulması.
Buraxılış forması
40 q, alüminium tublarda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC, Belarus Respublikası Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.:/Faks: +375 (177) 735612, 731156.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.