GLUSER 600 MG № 10 (AMPULI) (WORLD MEDICINE ILAC SAN VE TIC AS,) (TURCIYA)

Dərman formasıİnyeksiya məhlulu üçün toz
Farmakoloji təsirBütün başqa dərman maddələri. Antidotlar
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

47,72 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

QLUSER inyeksiya üçün məhlul hazırlamaq üçün liofilizat Beynəlxalq patentləşməmiş adı: Qlutation

Tərkibi

Təsiredici maddə: 1 flakonda 600 mq qlutation (qlutation natrium formasında) vardır. Köməkçi maddə: xlorid turşusu. Həlledici: inyeksiya üçün su.

Təsviri

Ağ rəngli liofilizləşmiş məhlul; həlledici: şəffaf rəngsiz mayedir. Farmakoterapevtik qrup Bütün başqa dərman maddələri. Antidotlar. ATC kodu: V03AB32.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Qlutation özü özlüyündə təbiətdə geniş yayılmış tripeptiddir; qlutation hüceyrə səviyyəsində sitozolda yerləşir, bioloji funksiyaların müxtəlifliyi onunla əlaqədardır. Qlutationun sistein hissəsinin sulfhidril qrupu, yüksək dərəcəli nukleofildir, ona görə də kimyəvi maddələrin yaxud onların reaktiv metabolitlərinin elektrofil hücumları üçün əsas hədəf yaradır. Beləliklə, əsas nukleofil sahələrin elektrofil hücumlarından müdafiəsi yaranır və müvafiq olaraq hüceyrələrin zədələnməsinin qarşısı alınır. Faktiki olaraq qlutation böyük miqdarda oksidləşmiş üzvi metabolitlərlə cavab verir, bunun nəticəsində az toksiki konyuqatlar yaranır, hansılar ki sonradan yüngül metabolizə olunurlar və merkaptur turşusu formasında xaric olurlar. Çoxsaylı amillər hüceyrələrdə qlutationun səviyyəsinin enməsinə yardım göstərə bilər, qidalanmanın çatmaması, müxtəlif xəstəliklər daxil olmaqla, həmçinin kimyəvi maddələr və dərman preparatları. Təyin olunmuşdur ki, qlutation, heyvanlarda və insanlarda, hüceyrə toksikliyi yaradan salisil turşusu parasetamol, dietilmaleat, etakrin turşusu, fenobarbital, üzvi fosfor insektisidləri, şişəleyhinə maddələr, etil spirti, penisillan turşusu və başqaları da daxil olmaqla, müxtəlif maddələrin təsiri zamanı müdafiə effekti göstərir. Qlutation heyvanlarda işlədilərkən bağırsağın motorikasına, arterial təzyiq sisteminə, tənəffüsə və EKQ-yə təsiri meydana gətirməmişdir. Farmakokinetikası 35S siçana venadaxili, əzələ daxilinə qlutation yeridilərkən plazmada maksimal konsentrasiya 5 saatdan sonra yaranır: o xüsusən birinci saatda böyrəklərdə, qaraciyərdə, əzələlərdə və az miqdarda beyində tapılır. 24 saatdan sonra bu miqdar ikiqat azalır. İstifadə üçün göstərişlər Sisplatin və analoqları ilə kimyəvi müalicənin nəticəsində neyropatiyanın profilaktikası.

Əks göstərişlər

Preparatın komponentlərinə hiperhəssaslıq. Uşaq yaş Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Qluser təyin edilərkən allergik reaksiyalar müşahidə olunarsa preparatın istifadəsi dayandırılmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Tetrasiklin, kalsium pantotenat, sulfonamid, sianokobalamin və menadion bisulfat natrium ilə birgə istifadədən qaçınılmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Baxmayaraq ki, qlutation eksperimental müayinələr zamanı embriofetal toksiklik törətməmişdir, Qluser hamiləlik və laktasiya zamanı istifadə edilməməlidir. Pediatriyada istifadəsi Uşaqlarda və yeniyetmələrdə preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi təyin edilmədiyindən istifadə olunmamalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat avtonəqliyyat sürmə və mexanizmləri idarə etmə bacarığına təsir etmir. İstifadə qaydası və dozaları Qluser gündə 1-2 flakon əzələ daxilinə və ya vena daxilinə yeridilən məhlullara (Natrium xlorid 0,9%-200ml) qatmaqla tədricən yeridilir və yaxud həkimin təyin etdiyi təyinatlara müvafiq olaraq istifadə edilir. Yeridilməmişdən öncə preparat komplektdə yerləşən həlledicinin köməyi ilə həll edilməlidir. Hazır olmuş məhlul 25°C-dən yuxarı olmamaq şərtilə 8 saat ərzində stabildir. Vena daxilinə damcı üsulu ilə yeritmək üçün məhlula, infuziya üçün steril məhlulun müəyyən miqdarı əlavə olunur.

Əlavə təsirləri

Arzuolunmaz reaksiyaların tezliyinin parametrləri bu yolla təyin olunur: çox tez (≥1/10); tez (≥1/100, lakin <1/10); bəzən (≥1/1000, lakin <1/100); nadir (≥1/10000, lakin <1/1000); çox nadir (<1/10000); tezliyi məlum deyil (əldə olan məlumatlara görə qiymətləndirilə bilmir). Çox nadir hallarda allergik reaksiyalar, səpgi, arterial təzyiqin düşməsi, ürəkdöyünmə və dispeptik pozğunluqlar müşahidə oluna bilər, hansı ki, dərman kəsiləndən sonra itir. Dərman qeydiyyatdan keçdikdən sonra arzuolunmaz reaksiyalar haqqında məlumatların bildirişi vacib hesab olunur. Xəstədə dərman maddəsinə qarşı ciddi arzuolunmaz reaksiyalar yaxud bu bölmədə qeydə alınmayan arzuolunmaz reaksiyalar meydana çıxarsa, xahiş edirik müvafiq olaraq Milli farmakonəzarət sisteminə məlumat verilsin.

Doza həddinin aşılması

Dozanı aşma halları haqqında məlumat yoxdur.

Buraxılış forması

İnyeksiya üçün məhlulun hazırlanması üçün liofilizat. 600 mq toz, brombutilkauçuk tıxaclı və flip-off tipində kombinəolunmuş alüminium qapaqlı rəngsiz şüşə flakonda. 4 ml həlledici, ampulda. 10 flakon toz və 10 ampul həlledici, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlama şəraiti 25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hazır məhlul 25°C-dən çox olmayan t-da 8 saat ərzində stabildir.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti keçdikdən sonra istifadə etməməli.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

World Medicine İlaç San. ve Tic. A.Ş., Turkey. ÇOSB G.O. Paşa Mah. 6. Cad: No.30 Çerkezköy/Tekirdağ, Turkey. Ticarət nişanının və qeydiyyat vəsiqəsinin sahibi Dr. Sertus İlaç Sanayi ve Ticaret Limited Şirketi, Turkey. Bağcılar İlçesi, Güneşli, 15 Temmuz Mahallesi, Cami Yolu Cad. No:50 K. 1B Zemin 4-5-6, İstanbul.

Müştəri rəyləri