Furasillin 0,2 % 25 q məlhəm Yaroslav

Dərman formasıMəlhəm
Farmakoloji təsirMikrobəleyhinə vasitə-nitrofuran
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,84 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FURASİLİN-YƏF yerli və xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Nitrofural

Tərkibi

Təsiredici maddə: 100 q məlhəmin tərkibində 0,2 q furasilin (nitrofural) vardır. Köməkçi maddələr: vazelin.

Təsviri

Sarı rəngli məlhəmdir.

Farmakoterapevtik qrupu

Mikrobəleyhinə vasitə-nitrofuran. ATC kodu: D08AF01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Mikrobəleyhinə vasitədir, digər kimyaterapevtik dərman vasitələrindən fərqli olaraq, zülalların və s. makromolekulların konformasion dəyişikliyinə səbəb olaraq, hüceyrənin məhvinə gətirib çıxarır. Qrammüsbət və qrammənfi bakteriyalara qarşı aktivdir (Staphylococcus spp., Streptococcus spp., Shigella dysenteria spp., Shigella flexneri spp., Shigella boydii spp., Shigella sonnei spp., Escherichia coli, Clostridium perfringens, Salmonella spp. və s.). Davamlılıq (rezistentlik) tədricən inkişaf edir və yüksək səviyyəyə çatmır. RES-in aktivliyini artırır, faqositozu gücləndirir. Farmakokinetikası Absorbsiyası sürətli və tamdır. TCmax 6 saatdır. Histohematik baryerdən asanlıqla keçir və bərabər şəkildə maye və toxumalarda paylanır. Metabolizminin əsas yolu nitroqrupun reduksiyasıdır. Böyrəklər vasitəsilə və qismən ödlə xaric olur.

İstifadəsinə göstərişlər

İrinli yaralar, yataq yaraları, II-III dərəcəli yanıqlar və donmalar, dərinin və selikli qişaların kiçik zədələnmələri (o cümlədən, sıyrıntılar, cırmaqlar, çapıqlar, kəsiklər).

Əks göstərişlər

Hiperhəssaslıq, qanaxma, allerqodermatozlar.

İstifadə qaydası və dozası

Yerli, xaricə istifadə edilir.Məlhəm nazik təbəqə ilə sutkada 2-3 dəfə dərinin zədələnmiş nahiyəsinə sürtülür. Sürtülən məlhəmin miqdarı zədələnmə ocağının sahəsindən asılıdır.

Əlavə təsirləri

Allergik reaksiyalar, dermatit.

Buraxılış forması

0,2%-li 25 q yerli və xaricə istifadə üçün məlhəm, narıncı rəngli şüşə və ya polipropilen və ya aşağı təzyiqli və ya yüksək təzyiqli polietilen polimer flakonda. Flakonlar, eyni sayda içlik vərəqə ilə birlikdə qrup qablaşdırmasına qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Yaroslavl əczaçılıq fabriki” QSC. Rusiya, 150030,Yaroslavl ş., 1-ci Putevaya k., 5. Tel.:/Faks: (4852) 44-38-56.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Furasillin 0,2 % 25 q məlhəm Yaroslav” üçün ilk rəyi siz yazın.