Flusinar AF 15 q məlhəm

Dərman formasıMəlhəm
Farmakoloji təsirDermatologiyada istifadə üçün kortikosteroidlər
İstehsal ölkəsiAzərbaycan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,99 

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FULİSİNAR-AF xaricə istifadə üçün məlhəm FULICINAR-AF Beynəlxalq patentləşdirilməmiş adı: Fluocinolone acetonide

Tərkibi

Təsiredici maddə: 100 q məlhəmin tərkibində 0,025 q flüosinolon asetonid vardır. Köməkçi maddələr: limon turşusu, propilenqlikol, ağ vazelin, parafin, susuz lanolin.

Təsviri

Bircinsli, sarımtıl rəngli məlhəmdir.

Farmakoterapevtik qrupu

Dermatologiyada istifadə üçün kortikosteroidlər. ATC kodu: D07AC04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası İltihab-, allergiya -, ödem – və qaşınmaəleyhinə sintetik qlükortikosteroiddir. İltihabəleyhinə təsiri tam olaraq öyrənilməmişdir. Flüosinolon asetonid fosfolipaza A -ni blokada etmək və hüceyrə qişasının2 fosfolipidlərindən araxidon turşusunun azad olmasını azaltmaqla prostaqlandin və leykotrienlərin sintezini tormozlayır. Dəridə yerli allergik reaksiyaların yaranmasının qarşısını alır. Ödeməleyhinə təsiri damardaraldıcı xüsusiyyəti ilə bağlıdır. Farmakokinetikası Buynuz qişadan asanlıqla dəriyə nüfuz edir. Dəridə biotransformasiyaya məruz qalmır və buynuz qişada kumulyasiya olunur. Flüosinolon asetonid yerli istifadə edildiyi andan hətta 15 gün sonra da dəridə aşkar edilir. Yerli istifadəsi zamanı çox az miqdarda ümumi qan dövranına keçə bilər və ümumi təsir göstərə bilər. Sorulan hissəsi əsasən qaraciyərdə biotransformasiyaya məruz qalaraq orqanizmdən qlükuron turşusu birləşməsi və az miqdarda sərbəst şəkildə xaric edilir. Daha çox sidik, az miqdarda isə ödlə ekskresiya edilir. Flüosinolonun üz dərisindən və dərinin zədələnmiş nahiyələrindən, həmçinin okklüzion sarğılar şəklində təyin edildikdə daha çox sorulur. Həmçinin, dərinin daha geniş sahəsinə sürtdükdə sorulma artır. Sorulması uşaqlarda böyüklərə nisbətən daha güclüdür.

İstifadəsinə göstərişlər

Dərinin yerli iltihabi, psoriaz, seboreyalı dermatit, allergik xəstəlikləri, ekzema, I dərəcəli yanıqlar, günəş yanıqları, həşərat dişləməsi, qaşınmalar.

Əks göstərişlər

Məlhəmin tərkibindəki komponentlərə yüksək həssaslığı olan xəstələrə məlhəmin istifadəsi əks göstərişdir. Preparat həmçinin, dəri vərəmi, dəri göbələyi, dəridə virus xəstəlikləri, dərinin şişi və hamiləlik zamanı əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Südəmər uşaqlarla, cinsi yetişkənlik dövründə olan qız uşaqlarına preparatı çox ehtiyatla təyin etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Fulisinar-AF məlhəminin istifadəsi zamanı immunodepressiv effekti ilə əlaqədar vaksinasiya və immunizasiya aparmaq olmaz. Flüosinolon asetonid mikrobəleyhinə preparatlarla uyuşur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı istifadəsi əks göstərişdir, laktasiya zamanı müstəsna hallarda, dərinin məhdud sahəsinə, qısamüddətli istifadəsi mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

İstifadə qaydası və dozası

Məlhəm zədələnmiş sahəyə gündə 2-4 dəfə nazik təbəqə şəklində sürtülür.

Əlavə təsirləri

Uzunmüddətli istifadəsi zamanı ola bilsin ki, sistem əlavə təsirlər müşahidə olunsun. Həmçinin dərinin dartılması və perioral dermatit müşahidə oluna bilər.

Doza həddinin aşılması

Doza həddinin aşılması nadir hallarda mümkündür. Preparatı uzun müddət dərinin geniş sahəsində istifadə etdikdə arterial təzyiqin yüksəlməsi, ödemlər, immunodepressiv təsirlərin artması kimi əlavə təsirlərin meydana çıxması mümkündür. Belə halda, preparatın istifadəsi dayandırılmalıdır.

Buraxılış forması

15 q məlhəm, alüminium tublarda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

10-15°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Azərfarm MMC. Azərbaycan Respublikası, Bakı ş., Bünyadov küç., 14.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Flusinar AF 15 q məlhəm” üçün ilk rəyi siz yazın.