Eritromisin 10 q göz məlhəmi
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Oftalmologiyada istifadə olunan vasitələr. Antibiotiklər |
| İstehsal ölkəsi | Vyetnam |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,74 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ERİTROMİSİN 100 000 göz üçün steril məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Erythromycin
Tərkibi
Təsiredici maddə: 10 q məlhəmin tərkibində 100.000 BV eritromisin vardır. Köməkçi maddələr: duru parafin, ağ yumşaq parafin.
Təsviri
Homogen, ağ və ya krem rənginə daha yaxın, oftalmoloji istifadə üçün kifayət qədər yumşaq məlhəmdir.
Farmakoterapevtik qrupu
Oftalmologiyada istifadə olunan vasitələr. Antibiotiklər. ATC kodu: S01AA17.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Eritromisin nuklein turşularının sintezinə təsir etmədən protein sintezini inhibə edir. Eritromisin ümumiyyətlə in vitro və klinik infeksiyalarda aşağıdakı mikroorqanizmlərə qarşı aktivdir: Streptococcus pyogenes (A qrupundan β-hemolitiklər); alfa-hemolitik streptokoklar (viridans qrupu); Staphylococcus aureus, penisillinaza ifraz edən ştamlar daxil olmaqla (metisillinə davamlı stafilokoklar hər zaman eritromisinə qarşı davamlıdır); Pneumococcus; Mycoplasma pneumoniae (Eaton Agent, PPLO); Hemofilus influenzae (bu mikroorqanizmin bütün ştamları adətən əldə edilən eritromisin konsentrasiyalarında həssas deyildir); Treponema pallidum; Corynebacterium diphteriya; Neisseria gonorrhoeae; Chlamydia trachomatis. Farmakokinetikası Preparatın etiketində eritromisinin farmakokinetikası haqqında məhdud məlumatlar var. Eritromisin peroral, venadaxili, yerli və oftalmoloji olaraq yeridilir. Eritromisinin peroral və ya venadaxili tətbiqdən sonra paylanması genişdir. Zülallarla birləşməsi 75%-dən 90%-ə qədər təşkil edir. Eritromisin baş beyin və serebrospinal maye (SSM) istisna olmaqla, əksər bədən toxumalarında geniş yayılır; meningitdə SSM-yə nüfuz artır. Toxumalardakı konsentrasiyalar zərdabdan fərqli olaraq daha uzun müddət davam edir. Eritromisin normal qaraciyər funksiyası olan xəstələrdə öddə və qaraciyərdə yığılır. Eritromisin peroral qəbul edildikdə nisbətən zəif sorulduğu üçün yoğun bağırsaqda əhəmiyyətli konsentrasiyalar əldə edilir. Eritromisinin xaric olunması əsasən bəzi reabsorbsiya ilə ödlə baş verir. Sidikdə yalnız az miqdarda olur, 5%-dən azı dəyişməz şəkildə xaric olur. Normal böyrək funksiyası olan yetkin xəstələrdə zərdabdan yarımxaricolma dövrü təxminən 1,5 saatdır. Təsirə məruz qalan sitoxrom P izofermentləri və450 dərman daşıyıcıları: CYP3A4, eritromisinin P-qlikoprotein (P-gp) CYP3A4 ferment sisteminin inhibitoru, həmçinin substrat və P-qlikoprotein (P-gp) inhibitorudur. Nəticədə, eritromisin və əsasən CYP3A4 tərəfindən metabolizə olunan dərmanların eyni vaxtda tətbiqi, müşayiət olunan dərmanın zərdab konsentrasiyasının artmasına və potensial olaraq əhəmiyyətli qarşılıqlı dərman təsirlərinə səbəb ola bilər.
İstifadəsinə göstərişlər
Həssas mikroorqanizmlərlə törədilmiş yoluxucu və iltihablı göz xəstəlikləri: konyunktivit (yenidoğulmuşlarda da daxil olmaqla), bakterial blefarit, blefarokonyunktivit, meybomit; bakterial keratit, xlamidial konyunktivit, blefarokonyunktivit, traxomanın kompleksli müalicəsinin tərkibində. Yenidoğulmuşlarda blennoreyanın profilaktikası. Penisillinaz N. gonorrhoeae ilə törədilmiş oftalmiyanın qarşısının alınmasında eritromisinin effektivliyi müəyyən edilməmişdir. Klinik cəhətdən açıq aşkar qonoreya olan analardan doğulan körpələrə sulu kristal penisilin G venadaxili və ya əzələdaxili inyeksiya edilməlidir; vaxtında doğulmuş körpələr üçün birdəfəlik doza 50.000 vahid və ya az çəkili körpələr üçün 20.000 vahid təşkil edir. Bu körpələr üçün yalnız yerli profilaktika kifayət deyil.
Əks göstərişlər
Bu dərman eritromisinə qarşı həssaslığı olan xəstələr üçün əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Uzun müddət istifadə zamanı eritromisinə qarşı davamlı mikroorqanizmlərin yaratdığı ikincili infeksiyanın inkişafı mümkündür. Xəstələr üçün məlumat: aplikatorun ucunu gözlərdən, barmaqlardan və ya digər mənbələrdən materialla çirkləndirməyin. Kanserogenlik, mutagenlik, fertilliyin pozulması: eritromisinlə siçovulların üzərində aparılan iki illik peroral tədqiqatlar kanserogenliyə dair heç bir sübut təqdim etməyib. Mutagenlik üzrə tədqiqatlar aparılmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlarda eritromisinlə əlaqəli fertillik pozğunluğuna dair heç bir sübut bildirilməmişdir. Pediatrik istifadə: “İstifadəsinə göstərişlər” bölməsinə və” İstifadə qaydası və dozası” bölməsinə baxın. Geriatrik istifadə: Yaşlı və gənc xəstələr arasında ümumi təhlükəsizlik və ya effektivlik fərqləri müşahidə edilməmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Klinik cəhətdən əhəmiyyətli qarşılıqlı təsirlər aşkar edilməyib. Hamiləlik və ya laktasiya dövründə istifadəsi Dərmanın hamiləlik və laktasiya dövründə istifadəsinin effektivliyi və təhlükəsizliyi kifayət dərəcədə öyrənilməyib. Hamiləlik və ya laktasiya dövründə istifadə, həkim göstərişi üzrə, ana üçün gözlənilən müsbət təsir döl / körpə üçün potensial riskdən çox olarsa mümkündür. Nəqliyyat vasitələrini və ya digər mexanizmləri idarə edərkən reaksiya sürətinə təsiretmə qabiliyyəti Məlumat yoxdur.
İstifadə qaydası və dozası
Səthi göz infeksiyalarının müalicəsində, Erythromycin 100.000 göz məlhəminin təxminən 1 sm uzunluğunda bir layı infeksiyanın ağırlığından asılı olaraq gündə 6 dəfəyə qədər birbaşa yoluxmuş nahiyəyə tətbiq olunmalıdır. Yenidoğulmuşların qonokokk və ya xlamidiyalı konyunktivitinin qarşısını almaq üçün hər bir aşağı konyunktival kisəyə təxminən 1 sm uzunluğunda bir məlhəm zolağı tətbiq olunmalıdır. Tətbiq edildikdən sonra məlhəm yuyulmamalıdır. Hər bir körpə üçün məlhəm ilə ayrı bir yeni tuba istifadə edilməlidir.
Əlavə təsirləri
Ən çox baş verən əlavə reaksiyalar bir qədər göz qıcıqlanması, qızartı və həssaslıq reaksiyalarıdır.
Doza həddinin aşılması
Məlumat yoxdur.
Buraxılış forması
10 q məlhəm tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°С yüksək olmayan temperaturda, orijinial qutusunda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Tuba açıldıqdan sonra preparat 30 gündən artıq istifadə olunmamalıdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxılma şərtləri Resept əsasında buraxılır.
İstehsalçı
Medipharco Pharmaceutical JSC, Vietnam. 08 Nguyen Truong to street-Phuoc Vinh ward-Hue city, Vietnam.
Qeydiyyat vəsiqəsinin sahibi
Ukrfarmexport LLC, Ukraine. 02225, Kyiv, Saburova 19, house 3, Ukraine.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.