Enfecderm 20 mq məlhəm
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Dəri xəstəliklərinin müalicəsi üçün preparatlar. Dəri xəstəliklərinin müalicəsi üçün antibiotiklər. Yerli (xaricə) istifadə üçün antibiotiklər |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,49 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
™ ENFEKDERM xaricə istifadə üçün məlhəm ™ Beynəlxalq patentləşdirilməmiş adı: Mupirocin
Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 20 mq (2%) mupirosin vardır. Köməkçi maddələr: polietilenqlikol.
Təsviri
Ağ rəngli, qeyri-şəffaf xaricə istifadə üçün homogen məlhəmdir.
Farmakoterapevtik qrupu
Dəri xəstəliklərinin müalicəsi üçün preparatlar. Dəri xəstəliklərinin müalicəsi üçün antibiotiklər. Yerli (xaricə) istifadə üçün antibiotiklər. ATC kodu: D06AX09.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Mupirosin – Pseudomonas fluorescens mikroorqanizminin fermentasiya yolu ilə əldə edilən antibiotikdir. Mupirosin spesifik və geriyə dönməz şəkildə izoleysil-transfer-RNT-sintetaza ilə birləşərək bakterial hüceyrədə zülalın sintezini inhibə edir. Spesifik təsir mexanizminə görə mupirosin digər antibakterial vasitələrlə çarpaz rezistentliyi nümayiş etdirmir. Yerli istifadə zamanı minimal inhibən edici konsentrasiyalarda (MİK) bakteriostatik, yüksək konsentrasiyalarda isə bakterisid təsir göstərir. Mupirosin in vivo Staphylococcus aureus (metisillinə davamlı ştammlar daxil olmaqla), Staphylococcus epidermidis və beta-hemolitik Streptococcus spp.-yə qarşı aktivliyə malik yerli istifadə üçün antibakterial vasitədir. Mupirosin in vitro aşağıdakı bakteriyalara qarşı aktivdir: ,1,2 1,2 Adətən həssas olan növlər: Staphylococcus aureus , Staphylococcus epidermidis , koaqulaza-mənfi 1,2 1 stafilokoklar , Streptococcus spp. , Haemophilus influenzae, Neisseria gonorrhoeae, Neisseria meningitidis, Moraxella catarrhalis, Pasteurella multocida. Klinik effektivlik təsdiqlənmiş göstərişlərdə həssas izolə olunmuş bakteriyalar üçün nümayiş etdirilmişdir. Beta laktamaza hasil edən və metisillinə davamlı olan növlər daxil olmaqla. Davamlı mikroorqanizmlər: Corynebacterium spp., Enterobacteriaceae, fermentləşdirilməyən qrammənfi çubuqlar, Micrococcus spp., anaeroblar. Farmakokinetikası Sorulması Mupirosin zədələnməmiş dəridən az sorulur. Paylanması Məlumat yoxdur. Biotransformasiya Mupirosin yalnız xaricə istifadə üçün nəzərdə tutulmuşdur. Venadaxili və ya peroral tətbiqindən sonra və ya absorbsiya olduqda (məs., zədələnmiş dəridən) mupirosin tez bir zamanda qeyri-aktiv metabolitə – mon turşusuna qədər – metabolizmə uğrayır. Xaric olması Mupirosin qeyri-aktiv metabolit – mon turşusu şəklində böyrək vasitəsilə orqanizmdən tez xaric olur.
İstifadəsinə göstərişlər
Bakterial dəri infeksiyaların, o cümlədən impetiqo, follikulit və furunkulyozun müalicəsi.
Əks göstərişlər
Anamnezdə mupirosinə və ya preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yerli istifadə üçün nəzərdə tutulan bütün dərman vasitələr kimi, məlhəmin gözlə təmasından çəkinmək lazımdır. Təsadüfən gözlərə düşərsə məlhəmin qalıqları təmizlənədək onlar su ilə yaxşıca yuyulmalıdır. ™ Enfekderm məlhəmdən istifadə zamanı nadir hallarda hiperhəssaslıq və ciddi yerli qıcıqlanma reaksiyaları müşahidə olunduqda müalicə dayandırılmalıdır. Məlhəm sürtülmüş nahiyədən yuyulub təmizlənməlidir və müvafiq alternativ müalicə başlanmalıdır. Digər antibakterial vasitələr kimi, uzunmüddətli müalicə mupirosinə davamlı mikroorqanizmlərin çoxalmasına səbəb ola bilər. Antibiotiklərdən istifadə zamanı ağırlıq dərəcəsinə görə yüngül dərəcədən həyat üçün təhlükəli dərəcəyə qədər dəyişkənlik göstərə bilən psevdomembranoz kolit haqqında bildirilmişdir. Ona görə də antibiotiklərlə müalicə müddətində və ya müalicədən sonra diareya mövcud olan xəstələrdə həmin diaqnozu nəzərə almaq vacibdir. Bu, mupirosinin yerli istifadəsində daha az ehtimal olunsa da, xəstədə uzunmüddətli və ya əhəmiyyətli diareya və ya abdominal spazm müşahidə olunduqda, müalicə dərhal dayandırılmalı və xəstə əlavə müayinədən keçirilməlidir. Orta və ya ağır dərəcəli böyrək çatışmazlığı mövcud olmadığı halda və polietilenqlikol absorbsiyasına səbəb olan vəziyyət müalicə olunmadıqda heç bir məhdudiyyət tələb olunmur. Məlhəm şəklində mupirosin aşağıdakı hallarda istifadə olunmur: − oftalmologiyada − burundaxili kateter istifadəsi zamanı − mərkəzi damar kateterin yeridilmə yerində. Polietilenqlikol açıq yaradan, zədələnmiş dəridən sorula və böyrək vasitəsilə xaric olunа bilər. Digər polietilenqlikol tərkibli vasitələr kimi mupirosin məlhəmi, xüsusilə orta və ağır böyrək çatışmazlığı olan xəstələrdə, polietilenqlikolun yüksək miqdarda sorulmasına səbəb ola bilən vəziyyətlərdə istifadə olunmamalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Müəyyən olunmamışdır. Buna baxmayaraq, həllolunma riski və buna görə mupirosinin antibakterial təsirinin və məlhəmdə sabitliyin azalma səbəbindən digər vasitələrlə qarışdırılmamalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə mupirosinin istifadəsi haqqında məlumat yoxdur. Hamilə qadınlarda preparat yalnız ehtimal olunan fayda potensial riskdən üstün olduqda ehtiyatla istifadə olunmalıdır. Preparatın ana südünə keçməsi haqqında məlumat mövcud deyil. Döş giləsinin çatının müalicəyə ehtiyac olduqda ana südü ilə qidalandırılmasından əvvəl döş giləsi yuyulmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müəyyən olunmamışdır.
İstifadə qaydası və dozası
Məlhəmi az miqdarda dərinin zədələnmiş nahiyənin üzərinə, xəstənin klinik vəziyyətindən asılı olaraq gündə 2-3 dəfə 10 günə qədər çəkilir. İşlənmiş nahiyə okklüzion sarğı ilə örtülə bilər. Mupirosinin antibakterial təsirinin və məlhəmdə sabitliyin azalma səbəbindən digər vasitələrlə qarışdırılmamalıdır. Məlhəmdən istifadəsindən sonra əllərinizi yuyun. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Qaraciyər çatışmazlığı olan xəstələr Xəstənin klinik vəziyyətindən asılı olaraq gündə 2-3 dəfə 10 günə qədər. Böyrək çatışmazlığı olan xəstələr Orta və ya ağır dərəcəli böyrək çatışmazlığı mövcud olmadığı halda və polietilenqlikol absorbsiyasına səbəb olan vəziyyət müalicə olunmadıqda heç bir məhdudiyyətə ehtiyac yoxdur. Pediatrik xəstələr Xəstənin klinik vəziyyətindən asılı olaraq gündə 2-3 dəfə 10 günə qədər. Yaşlı xəstələr Xəstənin klinik vəziyyətindən asılı olaraq gündə 2-3 dəfə 10 günə qədər.
Əlavə təsirləri
Əlavə təsirlərin rastgəlmə tezliyi: çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000- dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlum deyil (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil). İmmun sisteminə Çox nadir: sistem allergik reaksiyalar (anafilaksiya, yayılmış səpgi, övrə və angioödem daxil olmaqla). Dəri və dərialtı piy toxumasına Tez-tez: tətbiq olunan yerdə – yanma hissi; Bəzən: tətbiq olunan yerdə qaşınma, eritema, yanma hissi və quruluq, mupirosinə və məlhəmin əsasına qarşı hiperhəssaslıq dəri reaksiyalar. Şübhəli əlavə reaksiyalar haqqında məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə reaksiyalar haqqında həkimə məlumatın verilməsi vacibdir. Belə məlumatlar dərman vasitəsinin fayda/risk nisbətinə nəzarətinin davam etdirilməsinə imkan verir. Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.
Doza həddinin aşılması
Mupirosinin doza həddinin aşılması haqqında məlumat məhduddur. Təsadüfi udulma zamanı simptomatik müalicə aparılmalıdır. Böyük miqdarda məlhəmin təsadüfi qəbul edildiyi halda, polietilenqlikolun mümkün arzuolumaz təsirlərinə görə böyrək çatışmazlığı olan xəstələrdə böyrək funksiyası ciddi nəzarət altında saxlanmalıdır.
Buraxılış forması
15 q məlhəm, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə və öz qutusunda saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Pharmactive İlaç San. ve Tic. A.Ş., Türkiye. Karaağaç Mah., Fatih Blv., No:32, Çerkezköy Organize Sanayi Bölgesi, Kapaklı/Tekirdağ/Türkiye.
Qeydiyyat vəsiqəsinin sahibi
Pharmactive İlaç San. ve Tic. A.Ş., Türkiye. Mahmutbey Mah., Taşocağı Yolu Cad., Solen Residance Apt. No:19/1/11, Bağcılar, İstanbul, Türkiye. Marketinq hüquqları sahibi Asfarma şirkəti.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.