Celestoderm – V qaramisinlə 30 q məlhəm
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Dermatologiyada istifadə üçün kortikosteroidlər. Kortikosteroidlər antibiotiklərlə kombinasiyada |
| İstehsal ölkəsi | Belçika |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,15 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SELESTODERM-V QARAMİSİN ilə məlhəm CELESTODERM-V WITH GARAMYCIN Beynəlxalq patentləşdirilməmiş adı: Betamethasone + Gentamicin
Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 1,000 mq betametazon (betametazon valerat şəklində 1,220 mq) və 1,000 mq gentamisin (1000 BV gentamisin sulfat şəklində) vardır. Köməkçi maddələr: ağ yumşaq parafin, maye parafin.
Təsviri
Kənar qarışıqları olmayan, demək olar ki, ağ rəngdən açıq-sarı rəngə qədər bircinsli məlhəmdir.
Farmakoterapevtik qrupu
Dermatologiyada istifadə üçün kortikosteroidlər. Kortikosteroidlər antibiotiklərlə kombinasiyada. ATC kodu: D07CC01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Betametazon Betametazon valerat yerli istifadə olunan sintetik qlükokortikoiddir. Betametazon, prednizolonun törəməsidir, yüksək qlükokortikoid aktivliyə və ancaq minimal mineralkortikoid xüsusiyyətlərə malikdir. İltihabəleyhinə, qaşınmaəleyhinə və damardaraldıcı təsiri sayəsində yerli qlükokortikoidlər (betametazon valerat kimi) əvvəlcədən qlükokortikoidlərə həssas olan dermatozların müalicəsi üçün göstəriş olmuşdur. Betametazon valeratın və yerli istifadə üçün müxtəlif məlum flüortərkibli qlükokortikoidlərin effektivliyinin farmakodinamik müqayisəsi üçün Makkenzinin damardaraldıcı testini istifadə etmək olar. Bu testdə betametazon valerat flusinolon asetonid = 100-ə nisbətən 360 solğunlaşma səviyyəsi göstərmişdir (müqayisə üçün digər solğunlaşma göstəriciləri: hidrokortizon > 1; triamsinolon asetonid: 75). Gentamisin Gentamisin – aminoqlikozid antibiotikdir. Quruluşca bağlı homoloji gentamisinin С , С və С1 1а 2 qarışığıdır. Təsir mexanizmi Gentamisinin təsir mexanizmi ribosom RNT-si ilə qarşılıqlı təsir yolu ilə zülal biosintezini pozmasına və ardınca translyasiya zamanı aminturşu sırasına qoşulmasına əsaslanır. Bu, bakterisid təsirə səbəb olur. Farmakokinetik/farmakodinamik qarşılıqlı təsiri Effektivlik başlıca olaraq, təsir yerində əldə edilmiş maksimal konsentrasiya (С ) vəmax mikroorqanizmi minimal inhibəedici konsentrasiyanın nisbətindən asılıdır. Rezistent mexanizmi Gentamisinə qarşı rezistentliyin səbəbi aşağıdakı mexanizmlər ola bilər. – Enzim inaktivləşməsi: aminoqlikozid molekulunun ferment inaktivləşməsi rezistentliyin ən çox baş verən mexanizmidir. Asetiltransferazalar, fosfotransferazalar və ya nukleotidiltransferazalar rol oynayır ki, bunlardan da əksəriyyəti plazmid tərəfindən kodlaşdırılmışdır. – Daxilolmanın zəifləməsi və aktiv efflyuks: bu rezistent mexanizmlər əsasən Pseudomonas aeruginosa- ya aiddir. – Hədəf strukturun modifikasiyası: ribosom hüdudlarında modifikasiyalar – rezistentliyin səbəbləri. Оnlar ya mutasiya zamanı, ya da metiltransferazaların formalaşması zamanı baş verir. Gentamisin, bir qayda olaraq, digər aminoqlikozid antibiotiklərinə qarşı çarpaz rezistentliyə malikdir. Sərhəd göstəricilər Gentamisin standart durulaşdırma seriyalarından istifadə olunmaqla test edilir. Həssas və rezistent mikroorqanizmlər üçün aşağıdakı minimal inhibəedici konsentrasiyalar müəyyən edilmişdir. Sərhəd göstəriciləri EUCAST Mikroorqanizm Həssaslıq Rezistentlik Enterobacteriaceae ≤ 2 mq/l > 4 mq/l Pseudomonas spp. ≤ 4 mq/l > 4 mq/l Acinetobacter spp. ≤ 4 mq/l > 4 mq/l Staphylococcus spp. ≤ 1 mq/l > 1 mq/l 1 1 Sərhəd göstəriciləri, qeyri- ≤ 2 mq/l > 4 mq/l 1 * spesifik növ üzrə Gentamisinin 3-4,5 mq/kq/gün dozada venadaxili istifadəsi üçün sərhəd göstəricilər. * Başlıca olaraq qan zərdabında farmakokinetikasına əsaslanmışdır. Bu məlumatlar başlıca olaraq, qan zərdabında yaranan farmakokinetik səviyyələrə əsaslanır. Lakin, sərhəd göstəriciləri EUCAST yerli təsirli gentamisin preparatları üçün aktual deyildir, belə ki, məlhəmin istifadəsi zamanı antibiotikin yerli konsentrasiyaları sərhəd göstəricilərinə nisbətən 250- 500 dəfə yüksəkdir. İstifadə yerində antibiotikin konsentrasiyası yüksək olduğundan, məlhəmin yerli istifadəsi zamanı rezistentliyin baş verməsi az ehtimal olunur. Dəridə olan mikroorqanizmlərin gentamisinə qarşı rezistentliyini müəyyən etmək üçün aparılan in vitro çoxmərkəzli tədqiqatda S. aureus və S. pyogenes –un yoxlanılan bütün ştammları 128 mq/l konsentrasiyadan başlayaraq, həssas olmuşdur. Məlhəmin istifadəsi zamanı konsentrasiya 1000 mq/l-ə qədər çatdığından, S. aureus və S. Pyogenes-un gentamisinə qarşı heç bir rezistent ştammı aşkar edilməmişdir. • Adətən, həssas olan növlər Aerob qrammüsbət mikroorqanizmlər Staphylococcus aureus Staphylococcus saprophyticus Aerob qrammənfi mikroorqanizmlər Acinetobacter pittii Citrobacter freundii Enterobacter aerogenes Enterobacter cloacae # Escherichia coli Klebsiella oxytoca Klebsiella pneumoniae Proteus vulgaris Proteus mirabilis Salmonella enterica (salmonellyoz enterit) Serratia liquefaciens Serratia marcescens • Müalicə zamanı qazanılmış rezistentliyin problem ola biləcəyi növlər Aerob qrammüsbət mikroorqanizmlər Staphylococcus epidermidis Staphylococcus haemolyticus Staphylococcus hominis Aerob qrammənfi mikroorqanizmlər Acinetobacter baumannii Morganella morganii Pseudomonas aeruginosa • Təbii rezistent növləri Aerob qrammüsbət mikroorqanizmlər § Enterococcus növləri § Streptococcus növləri Aerob qrammənfi mikroorqanzmlər Burkholderia cepacia Legionella pneumophila Stenotrophomonas maltophilia Anaerob mikroorqanizmlər Bacteroides növləri Clostridium difficile Digər mikroorqanizmlər Chlamydia növləri Chlamydophila növləri Mycoplasma növləri Ureaplasma urealyticum § Penisillinlə kombinasiyada enterokokkların və streptokokkların törətdiyi endokarditlərin müalicəsi zamanı sübut olunmuş klinik effektivlik (əgər enterokokkların davamlı rezistentliyi yoxdursa). Farmakokinetikası Gentamisin parenteral və ya yerli istifadə oluna bilər, amma daxilə qəbul üçün uyğun deyildir, çünki preparatın bağırsaqda sorulması minimaldır. Yerli antibiotiklər parenteral yeridilmədə olduğu kimi dəridən nüfuz etdikdən sonra metabolizmə uğrayır. Gentamisinin 1mq/kq bədən kütləsinə dozasının əzələdaxili yeridilməsindən sonra 3,5-6,4 mq/l gentamisin orta maksimal konsentrasiyaya 30-60 dəqiqədən sonra çatır. Yarımxaricolma dövrü ilk 8-12 saat ərzində təqribən 2 saatdır, bundan sonra gentamisin dərin şöbələrdən yarımxaricolma vaxtilə tədricən 100-150 saata azad olur. Yalnız böyrəklərlə, yumaqcıq filtrasiyası vasitəsilə dəyişilməmiş və bioloji aktiv formada xaric olur. Zədələnməmiş dəriyə 0,1% krem yerli yaxıldıqdan sonra gentamisinin sorulma göstəricisi yeridilən həcmin təqribən 2%-ni təşkil edir. 0,1% məlhəmin müvafiq göstəricisi təqribən 0,5% təşkil edir. Gentamisin kreminin istifadəsi zamanı orta hesabla, yara səthinin 1 sm -nə 6,9 mkq gentamisin sorulur, onun məlhəm formasında istifadəsi zamanı isə təqribən 1,5 mkq gentamisin sorulur. Bu təsiredici maddə qan zərdabında 1mkq/ml konsentrasiyaya çata bilər ki, bu da təqribən minimal toksik təsirin 10% səviyyəsinə uyğun gəlir. Dərinin yanıq zədəsi zamanı gentamisinin yerli istifadəsindən sonra qan zərdabında səviyyəsi 3- 4,3 mkq/ml-ə çatmışdı. Yerli istifadə üçün qlükokortikoidlərin dəriyə nüfuz etməsindən sonra farmakokinetik profili sistem təsirli qlükokortikoidlərin istifadəsi zamanı farmakokinetik profilinə oxşardır. Qlükokortikoidlər qan plazmasında zülallarla müxtəlif dərəcədə birləşirlər, əsasən qaraciyərdə metabolizmə uğrayır və böyrəklərlə xaric olurlar. Yerli istifadə üçün qlükokortikoidlərin sistem absorbsiyası yalnız əlverişsiz şəraitdə gözlənilir (uzunmüddətli müalicə, okklüzion sarğı). Emulsiyada (su-yağ) olan betametazon valeratın dəridən absorbsiyası sağlam kişilərdə eksperimental zədələnmiş dəridə qiymətləndirilmişdir. 24 saatdan sonra dəridə 200 mq H- nişanlanmış dozanın 68,1 ± 6,9 %-i aşkar edilmişdir. İstifadə olunan dozanın 7,34 ± 2,74 % və 4,80 ± 0,76 %-i 72 saat ərzində müvafiq olaraq sidik və nəcislə xaric olub. Yerli istifadə olunan bəzi qlükokortikoidlər və onların metabolitləri həmçinin ödlə də xaric olur. Aminoqlikozidlərin rezistentliyinin əhəmiyyətli ferment mexanizmi səbəbinə görə, mikroorqanizmlər arasında və müxtəlif aminoqlikozid antibiotikləri arasında çoxsaylı natamam, birtərəfli və tam paralel rezistentlik halları vardır.
İstifadəsinə göstərişlər
Preparat gentamisinə həssas mikroorqanizmlərin törətdiyi superinfeksiyaların mövcudluğu zamanı güclü kortikosteroidlərin istifadəsi tələb olunan dəri xəstəliklərinin müalicəsində istifadə olunur.
Əks göstərişlər
• Preparatın təsiredici və köməkçi maddələrinə qarşı, digər glükortikosteroidlərə və aminoqlikozidlərə qarşı yüksək həssaslıq. • Virus infeksiyaları (məsələn, herpes və ya suçiçəyi). • Vərəm və sifilisin dəri forması. • Vaksinə qarşı dəri reaksiyası. • Dərinin atrofik xəstəlikləri. • Rozaseya və rozaseyayabənzər dermatit, perioral dermatit. • Dermatomikozlar. • Proqressivləşən böyrək çatışmazlığı. • Sistem təsirə malik aminoqlikozid antibiotikləri ilə eyni zamanda istifadəsi (qan zərdabında toksik səviyyənin yaranma riskinə görə). • Gözətrafı, qulaq kanalı və ya dərin yaralarda, selikli qişalarda, okklüzion sarğı altında istifadəsi. • Hamiləlik. • 1 yaşa qədər uşaqlarda.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Gentamisin tərkibli preparatları spesifik müalicədə ehtiyatla təyin etmək lazımdır. Əgər sizdə antiseptik prosedurlara tez cavab verilmirsə, antiseptiklərlə müalicə kifayət qədər effekt vermirsə və ya antiseptik əks göstərişdisə, yalnız o zaman belə preparatlardan istifadə etmək olar. Qeyd edilmiş sistem təsirli kortikosteroidlərin istifadəsi zamanı böyrəküstü vəzinin qabıq maddəsinin funksiyasının tormozlanması da daxil olmaqla hər hansı bir əlavə təsir, həmçinin qlükokortikoidlərin yerli istifadəsi zamanı, əsasən də körpələrdə və uşaqlarda yarana bilər. Yerli istifadə zamanı əgər müalicə dərinin geniş səthində uzun müddətli aparılırsa və ya dərinin bütövlüyü pozulmuşdursa gentamisinin sistem absorbsiyası yüksək ola bilər. Belə hallarda gentamisinin sistem istifadəsi zamanı müşahidə olunan əlavə təsirlər meydana çıxa bilər. Buna görə də uşaqlarda müalicə apararkən xüsusən ehtiyatlı olmaq məsləhət görülür. Yerli təsirli qlükokortikoidlərin sistem absorbsiyası, bir qayda olaraq, qlükokortikoidin dozasının, müalicə müddətinin artması və bədən səthinin işlənmiş sahəsinin böyük olması ilə artır. Ona görə də güclü təsirə malik qlükokortikoidlərin yüksək dozalarını alan (betametazon valerat kimi) və bədən səthinin böyük sahələrində istifadə edən pasiyentlərdə hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin tormozlanmasını istisna etmək üçün müntəzəm intervallarla monitorinq keçirmək lazımdır. Əgər supressiya müşahidə olunursa, preparatın istifadəsini dayandırmaq və ya onu az tezliklə istifadə etmək və ya daha zəif təsirli qlükokortikoid təyin etmək lazımdır. Hipotalamo- hipofizar-adrenalin sisteminin funksiyası bir qayda olaraq preparatın qəbulu dayandırıldıqdan sonra tamamilə bərpa olunur. Çox nadir halda preparatın ləğvi sindromu yarana bilər ki, bu da əlavə olaraq sistem qlükokortikoidlə müalicə tələb edir. Yerli istifadə olunan, gentamisin tərkibli (krem/məlhəm kimi), preparatların istifadəsi zamanı yaranmış allergiya gələcəkdə gentamisinin və infuziya formasında digər aminoqlikozidlərin istifadəsini istisna edir. Aminoqlikozidlərarası çarpaz allergenlik müşahidə olunmuşdur. Tərkibində antibiotik olan preparatın uzunmüddətli istifadəsi zamanı, xüsusilə, qeyri-həssas mikroorqanizmlərin, əsasən də göbələklərin həddindən artıq artmasına səbəb ola bilər. Belə halda, həmçinin dəri qıcıqlanmasında, allergik reaksiyalarda və ya superinfeksiyalarda gentamisinlə müalicəni dayandırmaq və müvafiq müalicə təyin etmək lazmdır. Aminoqlikozidlərin sistem təsir zamanı sinir-əzələ blokadasına səbəb ola biləcəyinə görə onu miasteniyalı pasiyentlərdə, əzələ zəifliyi ilə müşayiət olunan digər xəstəliklər zamanı, Parkinson xəstəliyi zamanı və ya sinir-əzələ keçiriciliyinin blokadasına səbəb olan digər dərman vasitələri ilə birlikdə ehtiyatla istifadə etmək lazımdır. Preparatın tərkibində köməkçi maddə kimi ağ yumşaq parafinin olmasına görə məlhəmlə cinsiyyət orqanlarını və ya anal nahiyəni işləyən zaman lateksin möhkəmliyinin azalması qeyd oluna bilər və deməli lateksdən hazırlanmış qoruyucuların (prezervativ) istifadəsinin təhlükəsizliyinin azalması baş verə bilər. Məlhəm ayaqlardakı yara və ya xora üzərinə, həmçinin təbii qırış nahiyələrinə yaxılmamalıdır. Üz nahiyəsində ehtiyatla istifadə etmək lazımdır. Əgər preparat psoriazın müalicəsində istifadə edilirsə, pasiyenti diqqətlə müşahidə etmək lazımdır. Residivlərin və ya dərinin baryer funksiyasının pozulması hesabına yerli və ya sistem toksikliyin inkişafına yol verməmək vacibdir. Məlhəmin istifadəsi xəstəliyin klinik simptomlarını gizlədə bilər ki, bu da bütün qlükokortikoidlər üçün xarakterikdir. Sistem kortikosteroidlərin istifadəsi zamanı olduğu kimi, yerli kortikosteroidlərin istifadəsi zamanı da görmə pozğunluğu inkişaf edə bilər (xüsusilə artıq miqdarda istifadədən sonra, okklüzion sarğı altında istifadə zamanı və ya gözətrafı dəriyə yaxıldıqdan sonra). Sistem və yerli təsirli kortikosteroidlərin istifadəsi zamanı (intranazal, inhalyasiya və gözdaxili yeridilmə daxil olmaqla) görmədə pozğunluqlar yarana bilər. Əgər, görmədə görmənin qeyri-dəqiqliyi kimi və ya digər pozğunluqlar baş verərsə, görmənin pozulmasının mümkün səbəblərini qiymətləndirmək üçün oftalmoloqda müayinədən keçmək lazımdır. Görmədə baş verən pozğunluqların mümkün səbəblərinə katarakta, qlaukoma və ya mərkəzi seroz xorioretinopatiya kimi nadir xəstəliklər aid ola bilər ki, onların haqqında sistem və ya yerli təsirli kortikosteroidlərin istifadəsindən sonra məlumat verilmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Potensial qarşılıqlı inaktivasiya səbəbindən məlhəm, yerli dermatoloji vasitələrlə eyni zamanda istifadə edilməməlidir. Gentamisin amfoterisin B, heparinlə, sulfadiazinlə və beta-laktam vasitələrlə (məsələn, sefalosporinlər kimi), anion köməkçi komponentlərlə uyğunsuzluq təşkil edir. İşıq, oksidləşdiricilər və güclü qələvi birləşmələr qlükokortikoidlərin parçalanmasına gətirib çıxarır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Preparatın hamilə qadınlarda istifadəsinə dair lazımi qədər məlumat yoxdur. Təsiredici maddələrin istifadəsi ilə heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyin olmasını göstərmişdir. Gentamisin: plasentar baryerdən keçir və dölün toxumasına və amniotik mayeyə ölçülə bilən konsentrasiyalarda çatır. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyin olmasını göstərmişdir. Betametazon: qlükokortikoidlərin digər sinfinin nümayəndələri ilə heyvanlar üzərində aparılan tədqiqatlarda damağın inkişaf qüsurları, skelet anomaliyaları, bətndaxili inkişafın ləngiməsi və embrionun məhv olması kimi tipik embriotoksik və teratogen effektlər müşahidə edilmişdir. İnsanlarda hamiləliyin birinci trimestrində qlükokortikoidlərin sistem istifadəsi zamanı dodaqların və damağın haçalanması riskinin yüksək olmasına dair məlumatlar vardır. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərdi ki, hamiləlik zamanı qlükokortikoidlərin subteratogen dozalarda yeridilməsi dölün bətndaxili inkişafının ləngiməsinə, yetkin yaşda ürək- damar və/və ya metabolik xəstəliklərin başvermə riskinin yüksəlməsinə və qlükokortikoidlərin, neyromediatorların metabolizmində və davranışda davamlı dəyişikliklərin baş verməsinə səbəb olur. Buna görə də Selestoderm-V Qaramisin ilə məlhəmini hamiləlik dövründə istifadə etmək əks göstərişdir. Hamiləlik dövründə qlükokortikoidlərin istifadəsi zəruri olarsa, hidrokortizon, prednizon və ya prednizolon kimi qlükokortikoidləri istifadə etmək lazımdır, belə ki, bu maddələr 11-beta QSD fermentinin köməyilə plasentada qeyri-aktiv formalara qədər metabolizə olunur, ona görə də onlar əksər sintetik qlükokortikoidlərə nisbətən daha təhlükəsizdir. Laktasiya Betametazonun ana südü ilə xaric olması haqqında məlumat yoxdur. Digər qlükokortikoidlər və gentamisin ana südünə nüfuz edir. Ona görə də laktasiya dövründə preparatdan istifadə etmək olar, əgər potensial fayda potensial riski üstələyirsə. Bu sinifdən olan preparatlar yüksək dozalarda, geniş səthlərdə və ya uzunmüddətli vaxtda istifadə edilməməlidir, amma uşaq da dərinin işlənmiş sahələri ilə təmasda olmamalıdır. Nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmlərin idarə olunmasına təsiri Preparat nəqliyyat vasitələrini idarə edərkən və ya digər mexanizmlərlə işləyərkən reaksiya sürətinə təsir etmir.
İstifadə qaydası və dozası
Dozalanma Məlhəm gündə 2-3 dəfə istifadə olunmalıdır. Uşaqlarda preparat gündə 1 dəfə istifadə olunur. Pasiyentin vəziyyəti yaxşılaşdığı zaman preparatın istifadə tezliyini azaltmaq olar. İstifadə qaydası Məlhəmi dərinin zədələnmiş sahəsinə nazik qatla sürtmək lazımdır. Dəri səthinin işlənmiş sahəsi bədən səthinin 10%-dən çox olmamalıdır. Uşaqlarda preparat yalnız kiçik sahədə və ən az qısa müddətdə istifadə olunmalıdır. Tərkibində kortikoid olan preparatlarla uşaqları müalicə edərkən xüsusilə ehtiyatlı olmaq lazımdı, çünki böyüklərə nisbətən uşaqların dərisindən qlükokortikoidlərin sorulması daha çox intensivdir. Betametazon valeratın absorbsiya riskinə görə preparatı okklyuzion sarğı altında istifadə etmək tövsiyə olunmur. Мəlhəm dərinin quru, qabıqlanan və buynuz təbəqəsinə yaxılmalıdır. İstifadə müddəti Preparatla müalicə müddəti 7-10 gündən çox olmamalıdır (uşaqlarda 7 gün), çünki onun tərkibində gentamisin vardır. Kombinəolunmuş vasitənin istifadəsinin zəruri olmadığının tibbi təsdiqindən sonra (məsələn, güclü təsirə malik qlükokortikoid müalicəsi lazım olan dermatoz və ya gentamisinə həssas mikroorqanizmlər tərəfindən törədilən superinfeksiya) müalicəni birkomponentli müalicə əsasında və ya qlükokortikoidlə (ola bilsin, daha zəif təsirli) və ya antibiotiklə davam etdirmək lazımdır. Yüngül hallarda məlhəmi gündə bir dəfə istifadə etmək kifayət edir. Əgər preparat üz nahiyəsində istifadə olunursa, müalicə mümkün qədər qısa olmalıdır, bir həftədən çox olmamalıdır. Uşaqlarda istifadə xüsusiyyətləri Məktəb yaşına qədər uşaqlarda istifadə etmək tövsiyə olunmur. 10-15 yaşdan kiçik uşaqlarda güclü kortikosteroidlər ciddi göstərişlər olmadan istifadə edilməməlidir.
Əlavə təsirləri
Preparatın istifadəsi zamanı əlavə təsir reaksiyaları barədə çox nadir hallarda məlumat verilir; bura yüksək həssaslıq, səpgi və dəri rənginin dəyişməsi daxil edilmişdir. Yerli kortikosteroidlərin, əsasən də okklyuzion sarğıların istifadəsi zamanı aşağıdakı əlavə təsirlər haqqında məlumat verilmişdir: yandırma hissi, qaşınma, qıcıqlanma, quruluq, follikulit, dərinin hipopiqmentasiyası, steroid akne, akneyəbənzər dəri səpgisi, dərinin kiçik səthi damarlarının genişlənməsi, hipertrixoz, perioral dermatit, allergik kontakt dermatit, dərinin maserasiyası, dəri atrofiyası, ikincili infeksiya, striyalar və bişməcə, çatların əmələ gəlməsi, istifadə edilən yerdə qızartı, teleangiektaziyalar. Okklüzion sarğıdan istifadə təsiredici maddənin sistem sorulmasını tezləşdirə bilər. Böyük sahələrdə/uzunmüddətli istifadə zamanı və ya okklüzion sarğı altında istifadə zamanı sorulma hesabına kortikosteroidlərin sistem təsirlərinin meydana çıxması mümkündür: Kuşinq sindromunun təzahür etməsi daxil olmaqla (piylənmə, üzün girdəliyi, donqar, ləng sağalma sindromu, psixiki simptomlar və s.), hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin geridönən tormozlanması, hiperqlikemiya və qlükozuriya, xoşxassəli kəllədaxili hipertenziya, arterial hipertenziya, ödemlər, hipokaliemiya, osteoporoz, hipertireoz, ümumi xolesterinin artması, aşağı sıxlıqlı lipoproteinlər və triqliseridlər, peptik xora, paresteziyalar, katarakta (subkapsulyar), qeyri- adi saç tökülməsi, hipertrixoz, perioral dermatit və dərinin rəngsizləşməsi. Gentamisinin yerli istifadəsi qranulyasiya pozğunluğuna gətirib çıxara bilər. Bundan başqa gentamisinin yerli istifadəsindən sonra, əsasən də böyük səthlərdə çoxdəfəli istifadə zamanı ototoksik, nefrotoksik və vestibulyar pozğunluqlar müşahidə oluna bilər. Gentamisinlə müalicə qısamüddətli qıcıqlanma törədə bilər (eritema və qaşınma). Kortikosteroidlər yerli istifadəsi zamanı sistem əlavə reaksiyalar haqqında məlumat verilmişdir, məsələn, görmənin qeyri-dəqiqliyi. Uşaqlar Uşaqlar böyük yaşlı pasiyentlərə nisbətən hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin tor- mozlanmasına səbəb olan yerli qlükokortikosteroidlərin təsirinə və ekzogen qlükokortikoidlərin təsirinə qarşı daha həssas ola bilərlər. Bu, preparatın uşaqlarda daha yüksək absorbsiyası ilə bağlıdır (uşaqlarda bədən səthi sahəsinin bədən kütləsinə nisbətinin böyük olması nəticəsində). Yerli qlükokortikosteroidlər alan uşaqlarda hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin tor- mozlanması, Kuşinq sindromu, xətti inkişafın ləngiməsi, bədən kütləsinin artımında geriqalma, kəllədaxili təzyiqin yüksəlməsi müşahidə oluna bilər. Uşaqlarda hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin tormozlanmasının simptomlarına qan zərdabında kortizolun səviyyəsinin aşağı olması və AKTH-ın stimullaşmasına cavabın olmaması daxildir. Kəllədaxili təzyiqin yüksəlməsi əmgəyin şişməsi, baş ağrısı, görmə sinirləri disklərinin ikitərəfli ödemi ilə təzahür edir.
Doza həddinin aşılması
Preparatdan yalnız tövsiyə olunan dozada istifadə etmək lazımdır. Simptomları: yerli qlükokortkoidlərin artıq dozada və ya uzun müddət istifadəsi hipofizar- böyrəküstü vəzi sisteminin funksiyasını tormozlaya bilər ki, bu da böyrəküstü vəzilərin ikincili çatışmazlığına və Kuşinq sindromu daxil olmaqla, qlükokortikoidlərin həddindən artıq dozada istifadəsinin təzahürlərinin meydana çıxmasına səbəb olur. Gentamisin minimal miqdarda sorulduğundan, doza həddinin aşılması ilə əlaqədar digər toksiki təzahürlər olmur. Gentamisinin həddindən artıq yüksək dozada və ya uzun müddət ərzində yerli istifadəsi göbələklərin və qeyri-həssas bakteriyaların həddindən artıq inkişaf etməsinə gətirib çıxara bilər. Müalicəsi: əgər xəstə təsadüfən preparatı daxilə qəbul etmişsə və ya çox böyük miqdarda preparatdan istifadə edirsə və ya çox uzunmüddətli vaxtda qəbul edirsə o dəqiqə həkimə müraciət etmək lazımdır. Kortikosteroidlərin həddindən çox yüksək dozalarda istifadəsinin kəskin simptomları adətən geridönəndir. Əgər ehtiyac olarsa elektrolit balansının korreksiyası aparılır. Xroniki toksik təsir zamanı kortikosteroidlərin istifadəsinin tədricən dayandırılması tövsiyə olunur. Rezistent mikroorqanizmlərin həddindən artıq artması zamanı, dərmanla müalicəni dayandırmaq və müvafiq müalicə təyin etmək məsləhət görülür. Əgər xəstə preparatı istifadə etməyi unudubsa, yadına düşən kimi dərmanı istifadə etməli və sonra müalicəni adi sxem üzrə davam etdirməlidir.
Buraxılış forması
30 q məlhəm, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Schering-Plough Labo N.V., Industriepark 30, 2220, Heist-op-den-Berg, Belgium.
Qeydiyyat vəsiqəsinin sahibi
Organon Central East GmbH, Weystrasse 20, 6006 Luzern, Switzerland.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.