Ammiak (Naşatır spirti) 10 % 40 ml məhlul Ukrayna

Dərman formasıMəhlul
Farmakoloji təsirRespirator sistemə təsir edən vasitə
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,90 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

AMMONYAK xaricə istifadə üçün məhlul AMMONIA Beynəlxalq patentləşdirilməmiş adı: Ammonia

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,1 q ammonyak vardır. Köməkçi maddələr:təmizlənmiş su.

Təsviri

Şəffaf, rəngsiz, uçucu, kəskin qoxulu həddindən artıq qələvi mayedir. Saxlanması zamanı parıltının və/və ya yüngül bulanığın olmasına yol verilir.

Farmakoterapevtik qrupu

Respirator sistemə təsir edən vasitə. ATC kodu: R07AB.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Ammonyak məhlulu sinir sonluqlarını qıcıqlandıran dərman vasitələrinə aiddir. Ammonyakın təsir mexanizmi nəfəsalma zamanı yuxarı tənəffüs yollarının reseptorları-üçlü sinir sonluğu ilə tənəffüs mərkəzinin reflektor oyanmasına əsaslanır. Dəriyə sürtdükdə, qıcıqlandırıcı və antimikrob təsir göstərir. Farmakokinetikası Preparat qan dövrünına keçmir.

İstifadəsinə göstərişlər

Bayılma vəziyyəti, həşərat sancması zamanı.

Əks göstərişlər

Dərman vasitəsinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yerli istifadəsi dərinin, yalnız zədələnməmiş nahiyəsində mümkündür. Gözün selikli qişasına təsadüfən düşməsi zamanı bir neçə dəfə (10 dəqiqəlik fasilə ilə 15 dəqiqə ərzində) su və ya 3%-li bor turşusu məhlulu ilə yumaq lazımdır. Yağ və məlhəm istifadə edilmir. Burnun və boğazın zədələnməsi zamanı 0,5%-li limon turşusu və ya təbii şirələrdən istifadə edilir. Daxilə qəbulu zamanı su, meyvə şirəsi, süd, mədə möhtəviyyatı tam neytrallaşana qədər daha yaxşı olardı ki, 0,5%-li limon turşusu və ya 1%-li sirkə turşusu içmək lazımdır. Dərman vasitəsinin istifadə qaydasını pozmaq olmaz, bu, sağlamlığa zərər verə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Müəyyən edilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olsun. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir etmir.

İstifadə qaydası və dozası

İlk yardım qismində tənəffüs mərkəzinin oyatmaq üçün Ammonyak məhlulunda isladılmış bir az tənzif və ya pambıq parçası ehtiyatla burun dəliklərinə 0,5-1 saniyə müddətinə yaxınlaşdırılır. Həşərat sancması zamanı ammonyak məhlulu islatma şəklində xaricə istifadə edilir (prosedurun müddəti 30 saniyəyə qədərdir). Uşaqlar Preparat 3 yaşa qədər uşaqlarda istifadə edilmir.

Əlavə təsirləri

Ammonyak məhlulunun buxarının nəfəslə udulması zamanı tənəffüsün reflektor dayanması baş verə bilər. Yerli istifadəsi zamanı qıcıqlanma, dermatit, applikasiya nahiyəsində ekzema, allergik reaksiyalar mümkündür. Hər hansı əlavə təsirin təzahürü zamanı həkimə müraciət etmək vacibdir.

Doza həddinin aşılması

Əlavə təsirlərin təzahürünün güclənməsi. Terapiya simptomatikdir.

Buraxılış forması

40 ml məhlul flakonda.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

llc dkp “pharmaceutical factory”, Ukraine. Ukraine, 12430, zhytomyr region, zhytomyr district, stanyshivka village, koroliova street, b-4.

Qeydiyyat vəsiqəsinin sahibi

llc dkp “pharmaceutical factory”, Ukraine. Ukraine, 10014, zhytomyr region, zhytomyr city, koroliov community, lermontovska street, building 5.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ammiak (Naşatır spirti) 10 % 40 ml məhlul Ukrayna” üçün ilk rəyi siz yazın.