SINNABSIN-A N 60 TABLET
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Homeopatik dərman preparatı |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SİNNABSİN A tabletlər CINNABSIN А Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur
Tərkibi
Təsiredici maddə: 1 tabletin (250 mq) tərkibində 25 mq qırmızı civə sulfid (kinavar, Cinnabaris trit.) D3, 25 mq exinasea (Echinacea trit.) D1, 25 mq Kanada sarıkökü (Hydrastis trit.) D3, 25 mq kalium bixromat (Kalium bichromicum trit.) D3 vardır. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat, buğda nişastası.
Təsviri
Yastı-silindrik formalı, iti qıraqlı, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir; kiçik xalların mövcudluğu yolveriləndir.
Farmakoterapevtik qrupu
Homeopatik dərman preparatı.
Farmakoloji xüsusiyyətləri
Homeopatik müalicə xəstəliyin anlamına və dərman maddələrinin istifadəsinə görə ənənəvi təbabətdən nəzərə çarpacaq dərəcədə fərqlənir. Homeopatik preparatlar orqanizmin qoruyucu mexanizmlərini stimullaşdırır və beləliklə, orqanizmin özünü bərpa etmək qabiliyyətini aktivləşdirir. Hər bir orqanizmin homeopatik dərman preparatlarına qarşı reaksiyası çox fərdidir. Bu səbəbdən, onların dozadan asılı spesifik farmakoloji effektlərini, farmakodinamik və ya farmakokinetik xüsusiyyələrini müəyyən etmək mümkün deyil.
İstifadəsinə göstərişlər
Kəskin və xroniki rinosinusit.
Əks göstərişlər
– Preparatın tərkibinə daxil olan təsiredici maddələrdən hər hansı birinə qarşı və ya preparatın tərkibinə daxil olan komponentlərdən və ya mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərdən hər hansı birinə qarşı yüksək həssaslıq qeyd olunduğu hallarda; – Vərəm və sarkoidozun proqressivləşməsi zamanı; – Leykemiya və leykozlar zamanı; – Autoimmun xəstəliklər, kollagen toxumasının iltihabi xəstəlikləri (kollagenozlar, dağınıq skleroz) zamanı; – QİÇS, İİV infeksiyası zamanı; – İmmunosupressiya zamanı (məsələn, hər hansı orqan və ya sümük iliyi transplantasiyası, kimyəvi dərman terapiyası fonunda); – Xroniki virus xəstəlikləri zamanı; – 2 yaşa qədər uşaqlarda istifadəsi; – Hamiləlik zamanı istifadəsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Pasiyentdə istənilən şəkər növlərinə qarşı dözümsüzlüyün mövcudluğu müəyyən edildiyi hallarda, Sinnabsin A preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Proqressivləşən sistem xəstəliklər (məsələn, vərəm, sarkoidoz), sistem qan xəstəlikləri (məsələn, leykemiya və leykoz), autoimmun xəstəliklər (məsələn, kollagen toxumasının iltihabi xəstəlikləri (kollagenozlar), dağınıq skleroz), immunçatışmazlığı (QİÇS (qazanılmış immun çatışmazlıq sindromu), İİV (insan immunçatışmazlığı virusu) infeksiyası) qeyd olunan pasiyentlərdə və immunsupressiya vəziyyətlərində (məsələn, hər hansı bir orqanın və ya sümük iliyinin transplantasiyasından sonra, kimyəvi terapiya) preparatın istifadəsi tövsiyə olunmur. Exinasea tərkibli dərman preparatlarının istifadəsindən sonra, dəri üzərində səpgilər, qaşınma və nadir hallarda, üz nahiyəsinin ödemi, təngnəfəslik, başgicəllənmə və arterial təzyiqin aşağı düşməsi kimi simptomlar müşahidə olunmuşdur. Preparatın tərkibində exinaseanın mövcudluğunu nəzərə alaraq, atopiyalı pasiyentlərdə allergik reaksiyaların meydana çıxma riskinin yüksəlməsi qeyd olunur. Exinasea tərkibli dərman preparatlarının istifadəsi, tək-tək hallarda autoimmun xəstəliklərin meydana çıxması ilə əlaqəlidir. Exinasea tərkibli dərman preparatını uzun müddət ərzində (8 həftədən artıq) istifadə etdikdə, tək bir halda leykositlərin miqdarının azalması müşahidə olunmuşdur. Preparatın tərkibinə laktoza və buğda nişastası daxildir. Bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəliklər qeyd olunan pasiyentlər göstərilən dərman preparatından istifadə etməməlidirlər. Buğda nişastasının tərkibində həddindən artıq az miqdarlarda qlüten ola bilər və bu səbəbdən, seliakiyalı pasiyentlərdə preparatın istifadəsi təhlükəsiz hesab edilmir. Buğdaya qarşı allergiya (seliakiyadan fərqlidir) qeyd olunan pasiyentlərdə göstərilən dərman preparatı istifadə edilməməlidir. Aşağıda göstərilən simptomlar meydana çıxdığı hallarda, həkimlə məsləhətləşmək tələb olunur: − üz nahiyəsinin ödemi, qızdırma və ya şiddətli baş ağrısı; − ilk 2 gün müddətində aparılan müalicədən sonra kəskin vəziyyət yaxşılaşmadıqda və ya daha da pisləşdiyi hallarda; − əlavə şikayətlər meydana çıxdıqda.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlum deyil. İstənilən digər dərman preparatlarının eyni zamanda istifadəsi üçün zərurət yarandığı hallarda həkimlə məsləhətləşmək lazımdır. Qeyd. Neqativ həyat vərdişləri faktorlarının mövcudluğu, məsələn, tütünün və ya alkoqolun istifadəsi, homeopatik dərman preparatlarının effektlərinə mənfi təsir göstərə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı istifadəsi əks-göstərişdir. Laktasiya dövründə preparat yalnız, fayda və risk nisbətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınaraq, istifadə edilməlidir. Pasiyentlərə, göstərilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir göstərmir.
İstifadə qaydası və dozası
Preparatdan istifadə etdikdə, hər zaman bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının təyinatlarına riayət etmək lazımdır. Preparatın düzgün istifadəsinə dair hər hansı şübhə meydana çıxdığı halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək tövsiyə olunur. Dozalanma rejimi Böyüklər Kəskin vəziyyətlərdə – yaxşılaşma baş verənə qədər, bir saatlıq intervallarla 1 tablet (gündə maksimum 12 tabletə qədər) istifadə etmək lazımdır. Davamlı müalicə məqsədi ilə gündə 3 dəfə 1-2 tablet istifadə edilməlidir. Uşaqlar 2 yaşdan 5 yaşa qədər uşaqlar Kəskin vəziyyətlərdə – yaxşılaşma baş verənə qədər, gündə 3 dəfə 1 tablet istifadə etmək lazımdır. Davamlı müalicə məqsədi ilə gündə 3 dəfə 1 tablet istifadə edilməlidir. 6 yaşdan 11 yaşa qədər uşaqlar Kəskin vəziyyətlərdə –yaxşılaşma baş verənə qədər, hər 2 saatdan bir 1 tablet (gündə maksimum 6 tabletə qədər) istifadə etmək lazımdır. Davamlı müalicə məqsədi ilə gündə 3 dəfə 1 tablet istifadə edilməlidir. Yaşı 12 və daha yuxarı olan uşaqlar Kəskin vəziyyətlərdə – yaxşılaşma baş verənə qədər, bir saatlıq intervallarla 1 tablet (gündə maksimum 12 tabletə qədər) istifadə etmək lazımdır. Davamlı müalicə məqsədi ilə gündə 3 dəfə 1-2 tablet istifadə edilməlidir. Xroniki vəziyyətlərdə böyüklərə və uşaqlara preparat gündə 3 dəfə 1 tablet təyin olunur. Müalicənin 4 həftədən 6 həftəyə qədər müddət ərzində davam etdirilməsi tövsiyə olunur. Həkimlə məsləhətləşmədən Sinnabsin A preparatının 4 həftədən artıq müddət ərzində istifadəsi tövsiyə olunmur. İstifadə qaydası Tabletləri qida qəbulundan yarım saat əvvəl və ya yarım saat sonra istifadə etmək lazımdır; tabletlər ağız boşluğunda tədricən əriməlidir. Kiçik yaşlı uşaqlar üçün tabletləri az miqdar suda (məsələn, çay qaşığında) həll etmək tövsiyə olunur.
Əlavə təsirləri
Preparatın istifadəsi ilə əlaqəli əlavə təsirlər çox nadir hallarda (< 1/10000) və ya məlum olmayan tezliklə (əldə olunan məlumatlar əsasında tezliyin qiymətləndirilməsi mümkün deyil) müşahidə oluna bilər. Sinnabsin A preparatının istifadəsindən sonra hiperhəssaslıq reaksiyaları, məsələn, dəri üzərində səpgilər, qaşınma, nadir hallarda üzün ödemi, başgicəllənməsi, arterial təzyiqin enməsi və mədə- bağırsaq pozğunluqları meydana çıxa bilər. Belə hallarda preparatın istifadəsini dayandırmaq və müvafiq müalicə tədbirləri həyata keçirmək lazımdır. Ağız suyu ifrazının güclənməsi qeyd olunduğu halda, preparatın dozalanmasını aşağı salmaq və ya istifadəsini dayandırmaq tövsiyə olunur. İstənilən arzuolunmayan reaksiyalar meydana çıxdıqda, preparatın istifadəsi dayandırılmalı və həkimə müraciət edilməlidir. Qeyd. Homeopatik preparatların istifadəsi ilə əlaqəli mövcud şikayətlər müvəqqəti pisləşə bilər (ilkin homeopatik kəskinləşmə). Göstərilən hallarda pasiyentlərə preparatların istifadəsini dayandırmaq və həkimlə məsləhətləşmək tövsiyə olunur.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları müəyyən edilməmişdir.
Buraxılış forması
20 tablet blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Dr. Gustav Klein GmbH & Co. KG, Ştaynenfeld 3, 77736 Sel am Harmersbax, Almaniya.
Qeydiyyat vəsiqəsinin sahibi
Alpen Pharma GmbH, Ştaynenfeld 3, 77736 Sell am Harmersbax, Almaniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.