STREPSILS EXPRESS N24 TAB

Dərman formasıTablet
Farmakoloji təsirAntiseptik vasitə
İstehsal ölkəsiBirləşmiş Krallıq

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,76 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizə lazım olan məlumatlar vardır. İçlik vərəqəsini saxlayın. Çünki onu yenidən oxumaq lazım gələ bilər. Əlavə məlumat lazım olduqda, həkimə müraciət edin. Dərman vasitəsi şəxsən Sizə təyin edilib. Onu başqa adamlara verməyin. Hətta onlarda Sizin xəstəliyin simptomları olsa belə preparat onlara ziyan verə bilər. STREPSİLS Ekspress sorma tabletlər (nanə-cirə) STREPSILS Express Beynəlxalq patentləşdirilməmiş adı: Amylmethacrezol + Dichlorbenzyl alcohol + Lidocain

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 1,2 mq 2,4-dixlorbenzil spirti, 0,6 mq amilmetakrezol, 10 mq lidokain hidroxlorid monohidrat vardır. Köməkçi maddələr: çaxır turşusu, natrium saxarinat, levomentol (təbii), istiotlu nanə yarpaqlarının yağı, adi cirə toxumlarının yağı, xinolin sarısı boya maddəsi, indiqokarmin, duru saxaroza, duru dekstroza (dekstroza, oliqo- və polisaxaridlər).

Təsviri

Mavi yaşılımtıl rəngli, yastısilindrik, hər iki tərəfində S hərfinin təsviri olan, mentol qoxulu tabletlərdir. Üzərində ağ ərp, qeyri-bərabər boyanması, karamel kütləsində hava qovuqcuqları və kənarlarının cüzi əyriliyi yolveriləndir.

Farmakoterapevtik qrupu

Antiseptik vasitə. ATC kodu: R02AA03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Lidokain amid qrupundan olan yerli anestetik olub, istifadə edildiyi yerdə sensor sinir impulslarının generasiyasının və ötürülməsinin dayandırılması və ya azaldılması hesabına hissiyatın geri dönən itirilməsini törədir. 2.4-dixlorbenzil spirti benzol törəməsidir, antiseptikdir. 2,4-dixlorbenzil spirtinin və amilmetakrezolun təsir mexanizmi, göbələk və mikrob hüceyrələrinin zülallarının koaqulyasiya olunması, həmçinin törədicilərə qarşı effektivliyi müəyyənləşdirən hüceyrə membranı lipidlərinə qarşılıqlı təsiri ilə bağlıdır. Preparat antiseptik təsir göstərərək, geniş spektrli qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı aktivdir, antimikotik təsir göstərir. Eləcə də yerli anesteziyaedici və ödeməleyhinə təsirə malikdir. Farmakokinetikası 2.4-dixlorbenzil spirti qaraciyərdə metabolizə olub, böyrəklərlə çıxarılır. Amilmetakrezolun metabolizminə aid məlumatlar yoxdur. Lidokain selikli qişalardan tamamilə sorulur.Qan plazmasından yarımxaricolma dövrü təxminən iki saatdır.

İstifadəsinə göstərişlər

İnfeksion-iltihabi xəstəliklər zamanı boğaz ağrısının simptomatik müalicəsi.

Əks göstərişlər

− Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; − anemnezdə yerli anestetiklərə qarşı allergiya; − anamnezdə methemoqlobinemiya və ya ona meyillilik; − bronxial astma və ya bronxospazm; − 12 yaşa qədər uşaqlar; − saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası sindromu.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hamiləlik və laktasiya dövrü, şəkərli diabet. Preparatı, simptomları aradan qaldıra bilən maksimal dərəcədə mümkün qısa kursla və minimal effektiv dozada istifadə etmək məsləhət görülür. Dilin həssaslığının mümkün itməsi zamanı qaynar qida və su qəbul edərkən, ehtiyatlı olmaq məsləhət görülür. Şəkərli diabetli pasiyentlər nəzərə almalıdırlar ki, hər tabletin tərkibində təxminən 2,6 mq (0,22 ÇV) şəkər vardır. Simptomlar aradan qalxmadıqda və ya bədən temperaturu yüksəldikdə və ya baş ağrısı zamanı həkimə müraciət etmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olduqda həkim məsləhəti ilə mümkündür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Eritromisin, itrakonazol, simetidin, fluvoksamin, β-adrenoblokatorlar, digər antiaritmik vasitələrlə, məsələn, meksiletinlə preparatın eyni vaxtda istifadə edilməsi zamanı lokal qəbul edilən lidokainin təsiri güclənə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə və sürətli psixomotor reaksiya və yüksək diqqət tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Preparatı istifadə etməzdən əvvəl təlimatı diqqətlə oxumaq lazımdır. Yerli istifadə edilir. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar Hər 2 saatdan bir 1 tablet asta-asta sorulur. 24 saat ərzində 8 tabletdən çox istifadə etmək olmaz. Qeyd edilən dozanı aşmaq olmaz. Müalicə kursunun müddəti 3 gündən artıq olmamalıdır. Preparat qəbul edildiyi 3 gün ərzində simptomlar olduğu kimi qalarsa, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Əlavə təsirləri

Aşağıda qeyd edilən əlavə təsirlər preparatın qısamüddətli istifadəsi zamanı məsləhət görülən dozalarda qəbul etdikdə qeyd edilmişdir. Xroniki vəziyyətlərin müalicəsi və uzun müddətli istifadə zamanı digər əlavə təsirlərin baş verməsi mümkündür. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥ 1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Qan və limfotik sistemdə baş verən pozulmalar Məlum deyil – methemoqlobinemiya. İmmun sistemdəbaş verən pozulmalar Məlum deyil – hiperhəssaslıq reaksiyaları (o cümlədən angionevrotik ödem, övrə, səpgi, bronxospazm, ürəkgetmə ilə müşayiət edilən hipotenziya). Mədə-bağırsaq sistemindəbaş verən pozulmalar Məlum deyil – qarında ağrı, ürəkbulanma, ağız boşluğunda diskomfort (yanğı hissiyyatı və ya sancma, ağız boşluğunda ödem) boğazda qıcıqlanma. Dəridə və dərialtı toxumada baş verən pozulmalar Məlum deyil – səpgi. Yuxarıda qeyd edilən və ya təlimatda qeyd edilməyən digər əlavə təsirlərin baş verdiyi halda preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı mədə-bağırsaq sisteminin yuxarı şöbələrinin selikli qişasının anesteziyasının yaranması mümkündür, amma az ehtimal ediləndir. Nəzərə almaq lazımdır ki, lidokainin yüksək dozaları ilə intoksikasiya hipotoniyaya, asistoliyaya, bradikardiyaya, apnoe (tənəffüsün dayanması), qıcolmalara, komaya, ürəyin dayanmasına və letal sonluğa səbəb ola bilər. Müalicəsi Həkim nəzarəti altında simptomatik müalicə aparılır.

Buraxılış forması

Sorma tabletlər [nanə-cirə]. 2, 4, 6, 8, 10 və ya 12 tablet, PVX/PVDX/alüminium blisterdə. 1, 2, 3, 4 və ya 5 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25º C-dən yüksək olmayan temperaturda quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/hüquqi şəxs Rekitt Benkizer Helsker İnterneşnl Ltd. Teyn Roud, Nottinqem, NG90 2DB, Böyük Britaniya. Rusiya Federasiyasında nümayəndə/İradları qəbul edən təşkilat “Rekitt Benkizer Helsker” MMC. Rusiya, 115114, Moskva ş., Şlyüzovaya sahil küçəsi, ev 4. Tel.: 8-800-200-82-20 (yalnız Rusiya üçün zəng pulsuzdur). [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“STREPSILS EXPRESS N24 TAB” üçün ilk rəyi siz yazın.