SINTOMICIN 5% 25 GR MAZ
| Dərman forması | Liniment |
|---|---|
| Farmakoloji təsir | Antibiotik. |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,80 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SİNTOMİSİN xaricə istifadə üçün liniment SYNTHOMYCIN Beynəlxalq patentləşdirilməmiş adı: Chloramphenicol (D, L)
Tərkibi
Təsiredici maddə: 1 q linimentin tərkibində 100 mq xloramfenikol [D, L] (sintomisin) vardır. Köməkçi maddələr:gənəgərçək toxumunun yağı, emulqator №1, sorbin turşusu, etanol 96%, natrium karmelloza, təmizlənmiş su.
Təsviri
Zəif xarakterik qoxulu, ağ və ya sarımtıl çalarlı ağ rəngli bircinsli linimentdir.
Farmakoterapevtik qrupu
Antibiotik. АТC kodu: D06АХ02.
Farmakoloji xüsusiyyətləri
Preparatın təsiredici maddəsi geniş spektrli təsirə malik, yara infeksiyasının törədicisinə və irinli- iltihablı proseslərin müxtəlif formalarına münasibətdə yüksək antibakterial aktivliyə malik antibiotik olan xloramfenikoldur. Xloramfenikol, bakteriostatik antibiotikdir, mikrob hüceyrəsində zülalın sintez prosesini pozur (yüksək lipofilliyə malik olaraq, bakteriyaların hüceyrə membranından nüfuz edir və bakterial ribosomaların 50S subvahidi ilə geridönən birləşir, bunun nəticəsində amin turşularının artan peptid zəncirlərinə doğru hərəkəti ləngiyir ki, bu da, peptid rabitələrinin formalaşmasının və zülal sintezinin pozulmasına səbəb olur). Penisillinə, tetrasiklinlərə, sulfanilamidlərə qarşı davamlı qrammüsbət və qrammənfi mikroorqanizmlərin ştammlarının əksəriyyətinə qarşı aktivdir. Yanıq yaralarının və trofik xoraların təmizlənməsinə və sağalmasına kömək edir, epitelizasiyanı sürətləndirir. Farmakokinetikası Preparatın dəriyə, yaralara və ya selikli qişalara istifadəsindən sonra sistem qan axınına sorulma dərəcəsi məlum deyil.
İstifadəsinə göstərişlər
Yara prosesinin II fazasında infeksiyalaşmış yaralar (irini, nekrotik toxumaları olmayan), uzun müddət sağalmayan trofik xoralar, 2-3-cü dərəcəli yanıqlar.
Əks göstərişlər
Fərdi dözümsüzlük, sümük iliyində qanyaranmanın zəifləməsi, kəskin intermitasiyaedici (növbələnən) porfiriya, qlükozo-6-fosfatdehidrogenazanın defisiti, qaraciyər və/və ya böyrək çatışmazlığı, dəri xəstəlikləri (göbələklə zədələnmə, psoriaz, ekzema), hamiləlik, laktasiya dövrü, yeni doğulma müddəti (4 həftəyədək). Osmotik aktivliyin olmadığını nəzərə alaraq (əsası: yağ, emulqator) yara prosesinin ilkin fazasında tətbiq etmək məsləhət görülmür (bol irin axma, toxumaların təzahürlü ödemi, ağrı və nekrotik toxumaların olması).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla Erkən uşaq yaş dövrü, əvvəllər sitostatik dərman vasitələrilə müalicə və ya şüa terapiyası almış pasiyentlər. Müalicə prosesində periferik qanın vəziyyətinə sistematik nəzarət vacibdir. Hamiləlik zamanı dölə və laktasiya dövründə körpəyə mənfi təsirlər aşkar edilməmişdir. Eyni zamanda etanol qəbul etdikdə geniş səthlərə çəkildikdə disulfiramabənzər reaksiyaların inkişafı mümkündür (dəri səthlərinin hiperemiyası, taxikardiya, ürəkbulanma, qusma, reflektor öskürək, qıcolmalar).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Eritromisinlə, klindamisinlə, linkomisinlə eyni vaxtda istifadə edildikdə təsirin qarşılıqlı zəifləməsi mümkündür, belə ki, xloramfenikol bu preparatları birləşmiş vəziyyətdən sıxışdırıb çıxara və ya onların bakterial ribosomaların 50S subvahidi ilə birləşməsinə mane ola bilər. Penisillinlərin və sefalosporinlərin antibakterial təsirini azaldır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Aşkar edilməyib.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Yara və yanıqların cərrahi işlənməsindən sonra sintomisin linimenti bilavasitə yara səthinə çəkilir, bundan sonra steril tənzif sarğı qoyulur və ya sintomisin linimenti sarğı materialına, daha sonra yaraya çəkilir. İrinli yaraların boşluqları cərrahi işlənmədən sonra ehtiyatla linimentli tamponlarla doldurulur, sintomisin linimentli tənzif turundları fistula gedişlərinə daxil edilir. Yaraların və 2-ci fazada olan yanıqların müalicəsi zamanı yaraların sağalma dinamikasından asılı olaraq 1-3 sutkada 1 dəfə təyin edilir.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür: dəri səpgisi, angionevrotik ödem. Qanyaradıcı orqanlarda baş verən pozulmalar: nadir hallarda-retikulositopeniya, leykopeniya, qranulositopeniya, trombositopeniya, eritropeniya, aplastik anemiya, aqranulositoz.
Doza həddinin aşılması
Preparatın istifadəsi zamanı doza həddinin aşılması halları barədə məlumat verilməyib.
Buraxılış forması
10%-li xaricə istifadə üçün liniment. 25 q liniment, alüminium və ya polietilen laminatlı tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
о 25 С-dan yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/İstehlakçılardan iradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.