Sidnofarm 2 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Ürək xəstəliklərinin müalicəsi üçün istifadə olunan periferik vazodilatatorlar |
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,22 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SİDNOFARM 2 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Molsidomine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 2 mq molsidomin vardır. Köməkçi maddələr: laktoza monohidrat, buğda nişastası, mannitol, susuz kolloidal silisium, hipromelloza, maqnezium stearat, nanə yağı, mikrokristrallik sellüloza, günəş qürubu sarısı boya maddəsi (E101).
Təsviri
Girdə, hər iki tərəfi qabarıq, bir tərəfində bölmə xətti, 8 mm diametrli, açıq-çəhrayı rəngli və nanə ətirli tabletlərdir.
Farmakoterapevtik qrupu
Ürək xəstəliklərinin müalicəsi üçün istifadə olunan periferik vazodilatatorlar. ATC kodu: С01DX12.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Preparat uzunmüddətli (6-12 saat) antianginal təsir göstərir. Ürəyin əvvəlcədən yüklənməsinə və metabolizminə müsbət təsir göstərir, bunun nəticəsində ürəyin oksigenə olan tələbatı kəskin aşağı düşür. Orqanizmdə ilk növbədə həcmli damarlara şiddətli vazodilatator (damargenişləndi- rici) təsir göstərən, SİN-1A aktiv metabolitin əmələ gəlməsi ilə spontan yolla biotransformasi- yaya məruz qalır. Subendokardial damarların diametrini və koronar debiti artırır; miokardın oksigenlə təchizatını yaxşılaşdırır ki, bu da öz növbəsində ÜİX-dən əziyyət çəkən pasiyentlərin fiziki işlə yüklənməsinə qarşı tolerantlığını yüksəldir. Molsidomin NO-nun donorudur. O, qua- nilatsiklaza fermentini aktivləşdirir və sQMF-aza fermentinin hüceyrədaxili konsentrasiyasını yüksəldir. Farmakokinetikası – C – 4,4 mkq/ml;max – T – orta hesabla 1 saat;max – intensiv metabolizmə məruz qalır (SİN-1/3-morfolinosidnoniminə qədər metabolizə olunur ki, bu da spontan biotransformasiya yolu ilə farmakoloji cəhətdən aktiv SİN-1A-ya çevrilir) – yarımxaricolma dövrü 3 ½ saatdır; – metabolit şəklində eliminasiya olunur (sutka ərzində sidiklə SİN-1A-nın demək olar ki, bütün miqdarı xaric olunur).
İstifadəsinə göstərişlər
Ürəyin işemik xəstəliyi (ÜİX) – stabil və qeyri-stabil stenokardiya zamanı anginal tutmaların profilaktikası, xüsusilə yaşlı xəstələrdə və nitratlara qarşı fərdi dözümsüzlük olduqda. Xroniki ürək çatışmazlığının kombinəolunmuş müalicəsi zamanı. Ağırlaşmalardan qaçmaq məqsədi ilə preparatı həkimin təyinatına ciddi riayət edərək istifadə etmək lazımdır.
Əks göstərişlər
– Preparatın aktiv maddəsinə və ya tərkibində olan hər hansı digər komponentə (“Tərkibi” bölməsində göstərilən) qarşı yüksək həssaslıq; – kəskin anginal tutma, kəskin miokard infarktı, ağır dərəcəli hipotoniya, kardiogen şok; – hamiləliyin birinci trimestri və laktasiya dövrü; – arterial hipotenziyanın inkişaf etmə riski yüksək olduğu üçün fosfodiesteraza 5 fermentinin (FDE 5) inhibitorları ilə (sildenafil, vardenafil, tadalafil) eyni zamanda istifadəsi; – ağciyərlərin toksik ödemi; – mərkəzi venoz təzyiqin aşağı düşməsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Beyində sirkulyasiya pozulduqada və kəllədaxili təzyiq yüksəldikdə, beyinin hemorragik insultundan sonrakı dövrdə olan xəstələr, yaxın zamanlarda miokard infarktı keçirən, qlaukomadan əziyyət çəkən, hipotonik reaksiyalara meylli olan və ya hipotoniya olan xəstələr preparatla müalicə zamanı xüsusi diqqət tələb edirlər. Qaraciyərin və ya böyrəklərin funksional çatışmazlığından əziyyət çəkən yaşlı pasiyentlərə preparatı aşağı dozalarda təyin etmək lazımdır. Dərman preparatının tərkibində laktoza monohidrat var. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəlikləri olan pasiyentlərə bu preparatı istifadə etmək olmaz. Dərman preparatının tərkibində buğda nişastası var. Buğda nişastasının tərkibində qlütenin yalnız izləri ola bilər və bu, seliakiyadan əziyyət çəkən insanlar üçün təhlükəsiz hesab edilir. Dərman preparatının tərkibində sarı-narıncı E110 rəngləyicisi var. E110 rəngləyicisi allergik reaksiyalara səbəb ola bilər. Pediatriyada istifadəsi İstifadə olunmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Periferik vazodilatatorlar, kalsium kanallarının “ləng” blokatorları (KKLB), hipotenziv preparatlar, neyroleptiklər və etanol ilə eyni zamanda istifadə edildikdə, preparatın antihipertenziv effekti güclənir. Sildenafil, vardenafil, tadalafil kimi, FDE 5 fermentinin inhibitorları ilə eyni zamanda istifadə etdikdə, arterial hipotenziyanın inkişaf etməsinin riski yüksəkdir. Sidnofarm preparatının FDE 5 fermentinin inhibitorları ilə birlikdə istifadəsi əks göstərişdir. Preparatı beta-blokatorlar və kalsium antaqonistləri ilə eyni zamanda istifadə etmək olar. Asetilsalisil turşusu preparatın antiaqreqant aktivliyini yüksəldir. Sidnofarm preparatı ilə müalicə müddətində alkoqolun istifadəsi tamanilə istisna edilir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü Hamiləliyin birinci trimestrində preparatın istifadəsi əks göstərişdir. İlk trimestrdən sonrakı hamiləlik dövrü göstərişlərin və ana üçün müalicənin faydasının və döl üçün potensial riskin nisbətinin hərtərəfli qiymətləndirilməsini tələb edir. Laktasiya dövrü Laktasiya dövründə preparatın istifadəsi tövsiyə olunmur. Preparatın istifadəsi tələb olunduğu halda, müalicə müddətində ana südü ilə qidalanmanı mütləq dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın əlavə təsirlərini və bu kateqoriyadan olan şəxslərin aktiv diqqətinə ehtimal edilən mənfi təsirləri nəzərə alaraq, riski hərtərəfli qiymətləndirdikdən sonra, preparatı ehtiyatla istifadə etmək olar.
İstifadə qaydası və dozası
Preparatı daxilə, yemək zamanı və ya yeməkdən sonra, kifayət qədər su ilə qəbul etmək lazımdır. Dozalanması Böyüklər Stenokardiya tutmasını aradan qaldırmaq üçün preparatı 1-2 mq dozada sublinqval (dil altına) təyin etmək lazımdır. Stenokardiya tutmalarının profilaktikası üçün müalicənin birinci və ikinci günü, preparatı sutkada 4-6 dəfə 1-2 mq dozada təyin etmək lazımdır. Dozalanma rejimi fərdidir və xəstəliyin növündən, mərhələsindən və klinik simptomatikanın şiddətindən asılıdır. Sutkalıq doza, adətən, 2-4 mq təşkil edir; bu doza 2 bərabər qəbula bölünür. Bəzən dozanı 6-8 mq-a qədər artırmaq olar; bu zaman dozanı 3-4 hissəyə bölüb qəbul etmək lazımdır. Terapevtik kursun davametmə müddəti fərdidir. Maksimal sutkalıq doza 12 mq-dır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi bu preparat da əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər, lakin bu təsirlər hər pasiyentdə müşahidə olunmur. Çox tez-tez meydana çıxan əlavə təsirlər (10 pasiyentdən 1-dən çox): qan təzyiqinin aşağı düşməsi, ürək çırpınması və nəbzin tezləşməsi, üz nahiyəsi dərisinin qızarması. Tez-tez meydana çıxan əlavə təsirlər (100 pasiyentdən 1-dən 10-a qədər): başağrısı (adətən əhəmiyyətsiz, davamlı müalicə prosesində aradan qalxır). Nadir hallarda meydana çıxan əlavə təsirlər (10000 pasiyentdən 1-dən 10-a qədər): ürəkbulanma, iştahanın itməsi, diareya, başgicəllənmə, yüksək yorğunluq, psixomotor və hərəki reaksiyaların sürətinin yavaşıması (müalicənin əvvəlində daha yüksək sürətlə), allergik reaksiyalar (dəri üzərində qaşınma, qızartı, səpgilər; bronxospazm). Məlum olmayan tezliklə meydana çıxan əlavə təsirlər (əldə olunan məlumata görə qiymətləndirmək mümkün deyil): anafilaktik şok, trombositopeniya.
Doza həddinin aşılması
Doza həddinin aşılmasının klinik təsviri üçün ürəkbulanma və qusma ilə müşayiət olunan, çox şiddətli başağrısı, başgicəllənmə və hipotoniya xarakterikdir; ağır hallarda kollaps baş verə bilər. Belə hallarda, orqanizmdən preparatın sürətlə xaric olunması üçün tədbirlər görmək (mədənin yuyulması, sürətləndirilmiş diurez), simptomatik müalicə üçün preparatlar təyin etmək lazımdır.
Buraxılış forması
10 tablet, PVX/Al blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Bu dərman preparatının saxlanılması üçün xüsusi şərait tələb olunmur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sofarma SC. Ünvan İliyenskoye şosse küç. 16, 1220 Sofiya, Bolqarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.