REMISID 30 GR GEL

Dərman formasıGel
Farmakoloji təsirYerli istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparatlar
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,42 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

REMİSİD xaricə istifadə üçün gel

Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq nimesulid vardır. Köməkçi maddələr: dimetilsulfoksid, propilenqlikol, levomentol, makroqol 400, karbomer 980, trometamol, təmizlənmiş su.

Təsviri

Sarı və ya yaşılımtıl çalarlı sarı rəngli, demək olar ki, şəffaf, zəif spesifik qoxulu gel. Xarici görünüşünə görə bircinsli olmalıdır.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparatlar. ATC kodu: М02А А26.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Remisid – siklooksigenaza-2 fermentin selektiv inhibitoru olan, qeyri-steroid iltihabəleyhinə preparatdır (QSİƏP). İltihabın başlanğıc mərhələsində ekvimolyar konsentrasiyada nimesulidin iltihabəleyhinə aktivliyini, indometasinlə və piroksikamla müqayisə etmək olar. İltihab nahiyəsində prostaqlandinlərin sintezini inhibə etdiyi halda, nimesulid mədə divarında və böyrəklərdə requlyator prostaqlandinlərin sintezinə demək olar ki, təsir göstərmir. Trombositlərin aktivləşdirilmə faktorunun, şiş nekrozu α-faktorunun, proteinazaların, histaminin aktivliyini və sərbəst oksigen radikallarının əmələ gəlməsini tormozlayır. Xaricə istifadə edildikdə, təmas nahiyəsində, o cümlədən, oynaqlarda sakit vəziyyətdə və hərəkət etdikdə, ağrının azalmasına və ya aradan qalxmasına səbəb olur, oynaqların səhər gərginliyini və ödemliliyini azaldır, hərəkət həcminin artmasına səbəb olur. Farmakokinetikası Remisid preparatını dəri üzərinə çəkdikdə, nimesulidin dərialtı toxumalara və oynağın sinovial mayesinə aramlı transdermal infuziyası müşahidə olunur. Sistem qan dövranına demək olar ki, nüfuz etmir və bununla preparatın əhəmiyyət kəsb edən sistem effektlərinin olmaması izah edilir.

İstifadəsinə göstərişlər

Osteoartrit, periartrit, posttravmatik tendinit, tendosinovitlər, əzələlərin dartınması, oynaqlara ağır dərəcəli yüklənmələr kimi, ağrı, iltihab və hərəkət məhdudluğu ilə xarakterizə olunan dayaq- hərəkət aparatının patoloji vəziyyətlərinin yerli müalicəsi.

Əks göstərişlər

Nimesulidə və preparatın tərkibində olan digər komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. Dermatitlər və dərinin infeksion xəstəlikləri. Epidermisin zədələnmələri. Asetilsalisil turşusundan və ya prostaqlandin sintezini inhibə edən digər preparatlardan istifadə etdikdə allergik reaksiyaların (rinit, övrə və ya bronxospazm) meydana çıxması müşahidə olunan xəstələrdə preparatı istifadə etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Böyrək və qaraciyər funksiyalarının pozğunluqlarından, durğunluq ürək çatışmazlığından əziyyət çəkən yaşlı pasiyentlərə preparatı təyin etdikdə, həkim nəzarətinin aparılması vacibdir. Qastroduodenal qanaxmalardan, kəskinləşmə mərhələsində xoralardan və ya qanın laxtalanma sisteminin ağır dərəcəli pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə preparatı həkim nəzarəti altında istifadə etmək lazımdır. Yerli istifadə üçün digər dərman preparatları ilə eyni zamanda istifadə etmək olmaz. Geli yalnız dərinin zədələnməmiş nahiyələrinə çəkmək tövsiyə olunur, preparatın açıq yaraların üzərinə düşməsindən çəkinmək lazımdır. Gelin gözlərə və selikli qişaların üzərinə düşməsindən çəkinmək lazımdır. Geli havakeçirməyən sarğıların altında istifadə etmək olmaz. Əlavə reaksiyaların inkişaf etmə riskini aşağı salmaq üçün, preparatı ən qısa müalicə kursu ərzində minimal effektiv dozada istifadə etmək lazımdır. Pasiyentin vəziyyəti yaxşılaşmadıqda, mütləq həkimə müraciət etmək lazımdır. QSİƏP-ə qarşı məlum hiperhəssaslığı olan pasiyentlərə preparatdan istifadə etmək olmaz. Hiperhəsaslıq reaksiyaların inkişaf etdiyi halda, müalicəni dayandırmaq lazımdır. Preparatla müalicə müddətində fotohəssaslıq reaksiyalarının inkişaf etməsi ehtimal edilir. Fotohəssaslığın inkişaf etmə riskini aşağı salmaq üçün, pasiyentlər UB-şüalanmadan və solyariuma baş çəkməkdən çəkinmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparatı dəri üzərinə istifadə etdikdə, onun digər dərman preparatları ilə qarşılıqlı təsiri müəyyən edilməmişdir. Lakin, nəzərə almaq lazımdır ki, sistem qan dövranına daxil olduqda, nimesulid, bir çox dərman preparatlarını qan plazmasının zülalları ilə birləşmələrdən sıxışdırıb çıxarılması və beləliklə, onların qanda sərbəst fraksiyasının yüksəlməsi nəticəsində, həmin preparatların effektivliyinin və toksikliyinin güclənməsinə səbəb bilər. Bunu əsas tutaraq, preparatı antikoaqulyantlarla, diqoksinlə, fenitoinlə, litium preparatları ilə, diuretiklərlə, antihipertenziv preparatlarla, digər qeyri-steroid iltihabəleyhinə preparatlarla, siklosporinlə, metotreksatla, peroral hipoqlikemik preparatlarla eyni zamanda ehtiyatla istifadə etmək lazımdır. Bir neçə QSİƏP-i eyni zamanda yerli istifadə etdikdə, övrə, dərinin qızarması, kəpəklənmə şəklində, yerli qıcıqlanma inkişaf edə bilər. Qlükokortikoidlər və revmatizməleyhinə preparatlar (qızıl preparatları, aminoxinolonlar) Remisid preparatının iltihabəleyhinə təsirini gücləndirirlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatdan istifadə etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir göstərmir.

İstifadə qaydası və dozası

Böyüklərdə istifadə etmək üçün nəzərdə tutulmuşdur. Geli istifadə etməzdən əvvəl dəri üzərini yumaq və qurulamaq lazımdır. Uzunluğu təxminən 3 sm olan geli bədənin ağrılı nahiyələrinə nazik təbəqə ilə cəkmək və yüngül yeritmək lazımdır, preparatın istifadə tezliyi sutkada 3-4 dəfə təşkil edir. Müalicənin effektivliyindən asılı olaraq, müalicə kursunun davametmə müddəti fərdi müəyyən olunur və 4 həftədən artıq olmur. Uşaqlar. Uşaqlarda istifadə etmək olmaz.

Əlavə təsirləri

Dərinin yüngül və orta dərəcəli yerli qıcıqlanması: eritema, səpgilər, kəpəklənmə, qaşınma, allergik reaksiyalar. Nadir hallarda həssas pasiyentlərdə Kvinke ödemi, vazomotor rinit, boğulma, bronxospazm kimi, anafilaktik reaksiyalar müşahidə olunmuşdur.

Doza həddinin aşılması

Dərinin geniş sahələrində istifadə etdikdə və ya tövsiyə olunan dozaları aşdıqda, nimesulid və digər qeyri-steroid iltihabəleyhinə preparatlar üçün xarakterik olan sistem əlavə effektlərin meydana çıxması ehtimal olunur: dispepsiya, baş ağrısı, başgicəllənmə, epiqastral nahiyədə ağrı. Müalicəsi. Preparatın dozasının aşağı salınması və ya istifadəsinin dayandırılması, simptomatik müalicə.

Buraxılış forması

30 q gel, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Darnitsa” Əczaçılıq şirkəti” ÖSC. Ünvan Ukrayna, 02093, Kiyev şəh., Borispolskaya küç., 13.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“REMISID 30 GR GEL” üçün ilk rəyi siz yazın.