ROSEMID 10 MG N30 TAB

Dərman formasıTablet
Farmakoloji təsirYüksək aktivliyə malik diuretiklər.Sulfonamid qrupu
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,64 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ROSEMİD tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Torasemide

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100% maddəyə nəzərən (hesablanan) 5 mq və ya 10 mq torasemid vardır. Köməkçi maddələr: laktoza monohidrat, nişasta, kolloidal susuz silisium dioksid, maqnezium stearat.

Təsviri

Ağ və ya praktiki olaraq ağ rəngdə, yastı səthi olan, üzərində bölmə xətti olan kənarları kəsik tabletlərdir.

Farmakoterapevtik qrupu

Yüksək aktivliyə malik diuretiklər.Sulfonamid qrupu. ATC kodu: C03CA04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası + – + Diuretik təsirin əsas mexanizmi Henle ilgəyinin apikal hissəsində Na /2Cl /K nəqledicilərlə dönən birləşməsi ilə əlaqədardır, bunun nəticəsində Henle ilgəyinin qalxan hissəsində natrium və xlor ionlarının böyrək reabsorbsiyası azalır və ya tam inhibə olunur, hüceyrədaxili mayenin osmotik təzyiqi və suyun reabsorbsiyası azalır. Dozaların 5-100 mq diapazonunda diurezin artması dozanın loqarifminə düz mütənasibdir.Digər sidikqovucu preparatlar (məsələn, tiazidlər) artıq kifayət dərəcədə təsir göstərmədikləri zaman diurez artır ( məsələn, məhdud böyrək funksiyasında ) Ödemləri aradan qaldırır, antihipertenziv təsir göstərir, hansı ki, arteriyaların əzələ qatının hüceyrələrində sərbəst kalsiumun səviyyəsinin azalması və pozulmuş elektrolit balansının normallaşması nəticəsində damarların periferik müqavimətinin azalması ilə əlaqədardır. Bunun nəticəsində damarların orqanizmin endogen pressor maddələrinə, xüsusən katexolaminlərə qarşı reaksiya və yığılma aktivliyi azalır. Yükləmə öncəsi və yükləmə sonrası azalmasına görə ürəyin iş şəraitini yaxşılaşdırır. Peroral istifadədən sonra maksimal diuretik təsir 1-3 saat davam edir, diuretik effekt isə praktiki olaraq 12 saat ərzində saxlanılır. Torasemidin hipotenziv təsiri birinci həftə ərzində tədricən baş verir və 12 həftədən gec olmamaqla maksimuma çatır. Farmakokinetikası Daxilə qəbul edildikdən sonra mədə-bağırsaq traktından tez və praktiki olaraq tam sorulur. Qan plazmasında maksimal konsentrasiyası 1-2 saatdan sonra müşahidə olunur. Torasemidin plazma zülalları ilə birləşməsi 99%-dən artıq təşkil edir, M , M və M metabolitlərin isə – müvafiq olaraq 86%, 95% və 97%.1 3 5 Biomənimsənilməsi qida qəbulundan asılı deyil və cüzi fərdi variasiyalarla təxmini 80% təşkil edir. Qaraciyərdə metabolitlər əmələ gəlməklə (M , M və M ) P sitoxrom sistemi ilə metabolizə olunur. Əsas1 3 5 450 metabolit olan M diuretik təsir göstərmir, M və M təsiredici metabolitlər birlikdə farmakodinamik təsirin5 1 3 təxmini 10%-i təşkil edir. Sağlam könüllülərdə torasemidin və onun metabolitlərinin yarımxaricolma dövrü 3-4 saat təşkil edir. Qəbul olunmuş dozanın təqribən 83%-i böyrək kanalcıqlar vasitəsilə xaric olunur: dəyişilməmiş şəkildə (24%) və metabolitlər şəklində (M – 12%, M – 3%, M – 41%). Ümumi klirens 401 3 5 ml/dəq, renal klirens isə – təxmini 10 ml/dəq təşkil edir. Böyrək çatışmazlığında torasemidin ümumi klirensi və yarımxaricolma dövrü dəyişilmir, M və M yarımxaricolma dövrü – uzanır. Lakin farmakodinamik3 5 xarakteristikaları dəyişilməmiş qalır, təsirin davametmə müddətinə böyrək çatışmazlığının ağırlıq dərəcəsi təsir etmir. Qaraciyər funksiyasının pozulması və ya ürək çatışmazlığı olan xəstələrdə torasemidin və M5 metabolitin yarım xaricolma dövrü cüzi dərəcədə uzanır, torasemidin və onun metabolitlərinin kumulyasiyası müşahidə olunmur.

İstifadəsinə göstərişlər

Kongestiv ürək çatışmazlığına görə yaranan ödem; qaraciyər, ağciyər və ya böyrək ödemi.

Əks göstərişlər

Təsiredici maddəyə qarşı, digər sulfonil sidikcövhəri preparatlarına və köməkçi maddələrə qarşı yüksək həssaslıq. Sidiyin yaranmasının dayanması (anuriya) ilə böyrək çatışmazlığı, Qaraciyər koması və ya qaraciyər komasından öncəki vəziyyət, Arterial təzyiq aşağı olduqda (hipotoniya), Qanın həcmi azaldıqda (hipovolemiya), Hamiləlik və ana südü ilə qidalandırma (laktasiya) zamanı, Sidiyin ifrazına mane olan əhəmiyyətli amillər mövcud olduqda (məsələn, prostat vəzinin nəzərəçarpan dərəcədə böyüməsi), Aminoqlikozidlər və ya sefalosporinlərlə eyni vaxtda terapiya zamanı ürək aritmiyası və böyrəklərin disfunksiyasına səbəb olan dərmanların istifadəsi zamanı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hiperurikemiya və podaqra (gut xəstəliyi) xəstələrinin diqqətlə izlənməsi tövsiyə olunur. Hipokaliemiya, hiponatriemiya, hipovalemiya və qan dövranı pozğunluqları preparatın tətbiqindən öncə müalicə olunmalıdır. Torasemidlə uzun müddətli müalicə zamanı qanda elektrolit balansı, qlükoza, sidik turşusu, kreatinin və lipidlərin mütəmadi izlənməsi tövsiyə olunur. Ürək ritminin ağır dərəcəli pozulması, xüsusən, onun patoloji dərəcədə zəifləməsi (ürək əzələsində oyanmanın formalaşmasının və ötürülməsinin ağır dərəcəli pozulması, məsələn, sinoatrial blokada və yaxud 2-ci və ya 3-cü dərəcəli atrioventrikulyar blokada zamanı). Orqanizmdə turşu-qələvi balansının patoloji dəyişikliyi. Litium preparatları (əhval pozuntularının və depressiyanın bəzi növlərinin müalicəsində istifadə edilir) ilə eyni zamanda müalicə İnfeksion xəstəliklər zamanı bəzi antibiotiklərlə (aminoqlikozidlər, sefalosporinlər) eyni zamanda müalicə. Qlükozaya qarşı dözümsüzlük irsi problemləri olan xəstələr, qlükoza-qalaktoza malabsorbsiyasının- Lapp laktaza çatışmazlığı olan xəstələr bu dərmanı qəbul etməməlidir. Qanın tərkibinin patoloji dəyişiklikləri (məsələn, böyrək funksiyaları normal olan pasiyentlərdə qanın laxtalanmasını təmin edən trombositlərin və ya eritrositlərin sayının azalması). Böyrəklərin onlar üçün zəhərli olan maddələrlə təması nəticəsində böyrək funksiyalarının pozulması. Prostat hipertrofiyası da daxil olmaqla sidik ifrazı aktı zamanı çətinlik çəkən xəstələrdə kəskin sidik tutma riski artdığından, bu xəstələrin diqqətlə yaxından izlənilməsinə ehtiyac vardır. Qaraciyər sirrozu və assit ilə müşayiət olunan qaraciyər xəstəliklərindən əziyyət çəkən xəstələrdə su-elektrolit balansının qəfil dəyişməsi qaraciyər komasına gətirib çıxardığından, bu xəstələrdə torasemid ehtiyatla istifadə olunmalıdır və bu müalicə (digər sidikqovucu maddələrin istifadəsi kimi) xəstəxana şəraitində aparılmalıdır. Hipokalemiya və metabolik asidoz hallarının qarşısını almaq üçün dərman maddəsini – aldosteronun antaqonistləri və orqanizmdə kaliumun səviyyəsinin saxlanmasına səbəb olan dərman maddələri ilə birgə təyin etmək lazımdır. Torasemidin istifadəsindən sonra geri dönən ototoksiklik halları (qulaqlarda küy və eşitmənin itirilməsi) müşahidə olunmuşdur ki, bu halların dərman maddəsinin bilavasitə istifadəsi ilə əlaqəsi müəyyən olunmamışdır. Diuretiklərin təyini zamanı elektrolitlərin balansının pozulmasına, hipovolemiyaya, ekstrarenal azotemiyaya və digər pozulmalara (ağız boşluğunda quruluq, susuzlaşma, halsızlıq, zəiflik, yuxululuq, qıcıqlanma, əzələ ağrısı və ya qıcolmalar, miasteniya, hipotoniya, oliquriya, taxikardiya, ürəkbulanma, qusma halları kimi) ciddi şəkildə nəzarət etmək lazımdır. Su-elektrolit balansının pozulması zamanı xəstələrdə dərman maddəsinin istifadəsini dayandırmaq və arzuolunmaz təsirlərin aradan qaldırılmasından sonra minimum başlanğıc dozalar ilə müalicəni bərpa etmək lazımdır. Həddindən artıq diurez,xüsusən yaşlı xəstələrdə,orqanizmin susuzlaşmasına, dövr edən qan həcminin azalmasına, trombların əmələ gəlməsinə və emboliyaya səbəb ola bilər. Xüsusilə yaşlı xəstələrdə müalicənin əvvəlində elektrolit itkisinin və qanın laxtalanma simptomlarının əmələ gəlməsinə xüsusən diqqət etmək lazımdır. Şəkərli diabetdən əziyyət çəkən və ya şəkərli diabet gizli formada keçirən (şəkərli diabetin manifest və ya latent forması) xəstələrdə qanda şəkərin səviyyəsinin müntəzəm olaraq tənzimlənməsi tələb olunur. İstifadəsinə aid kifayət dərəcədə klinik təcrübə olmadıqda aşağıdaki xəstəliklərdə və hallarda torasemid istifadə olunmamalıdır: podaqra; aritmiyalar, məsələn, sinoatrial blokada, II və III dərəcəli atrioventrikulyar blokada; turşu-qələvi metabolizmin patoloji dəyişiklikləri; litium preparatları, aminoqlikozidlər və ya sefalosporinlərlə yanaşı gedən müalicə; qan sisteminin patoloji dəyişiklikləri, məsələn, böyrək çatışmazlığı olan xəstələrdə trombositopeniya və ya anemiya; nefrotoksik maddələrlə törədilmiş böyrək funksiyasının pozulması. Rosemid tabletlər dərman maddəsinin istifadəsi dopinqin təyini üçün aparılan testlərin müsbət nəticə verməsinə səbəb ola bilər. Əgər Rosemid dərman maddəsi dopinq məqsədi ilə qeyri-düzgün şəkildə istifadə olunubsa, bu halda sağlamlıq üçün mövcud olan zərəri istisna etmək olmaz. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Torasemid xüsusilə yüksək dozalarda etakrin turşusunun və aminoqlikozidlər qrupundan olan antibiotiklərin (məsələn, kanamisinin, gentamisinin, tobramisinin) eşitmə orqanlarına və böyrəklərə zədələyici təsirini gücləndirə bilər. Tərkibində sisplatin olan preparatların (bədxassəli şişlərin müalicəsi zamanı təsiredici maddə) istifadəsi zamanı eşitmə qabiliyyətinin və böyrək funksiyalarının pozulması. İnfeksion xəstəliklərin müalicəsi üçün sefalosporinlərin (antibiotiklər qrupundan olan təsiredici maddə) istifadəsi zamanı böyrəklərin zədələnməsi. Litium preparatlarının ürəyə və böyrəklərə toksiki təsirinin güclənməsi (əhval pozuntularının və depressiyanın bəzi növlərinin müalicəsində istifadə edilir). Bu preparatın litium preparatları ilə eyni zamanda qəbulu zamanı qanda litiumun konsentrasiyası yüksələ bilər. Arterial təzyiqin aşağı salınması üçün preparatlar, xüsusən, AÇF-nin inhibitorlarının torasemidlə birgə tətbiqi zamanı, arterial təzyiq həddən artıq aşağı düşə (müvəqqəti hipotoniya) bilər. Bu hal, ACF inhibitorunun başlanğıc dozasının və torasemidin dozasının azaldılması və ya dayandırılması ilə minimuma endirilə bilər. Probenesid torasemidin sidikqovucu və hipotenziv təsirlərini azalda bilər. Ağrıkəsici vasitələr və revmatizmin müalicəsi üçün preparatlar: ağrıkəsici vasitələrin və revmatizmin müalicəsi üçün salisilatlar qrupuna aid olan preparatların yüksək dozaları ilə yanaşı qəbul edildikdə, onların mərkəzi sinir sisteminə təsirlərinin güclənməsi mümkündür. Bəzi iltihab əleyhinə preparatlar (məsələn, indometasin, asetilsalisil turşusu): Bu dərman preparatları torasemidin sidikqovucu və hipotenziv təsirlərini azalda bilər. Xolestiramin (qanda lipidlərin yüksək konsentrasiyasının azaldılması üçün istifadə edilir): Bu dərman preparatlarının eyni zamanda qəbulu torasemidin mədə-bağırsaq traktından sorulmasına təsir edərək effektivliyinin azalmasına gətirib çıxara bilər. Torasemidin istifadəsi nəticəsində yaranan kalium çatışmazlığı ilə yanaşı istifadə zamanı ürək qlikozidlərinin (ürək əzələsinin zəifliyi zamanı istifadə edilən preparatlar) əlavə təsirlərinin inkişaf etməsinə və ya onların təzahür dərəcəsinin artmasına gətirib çıxara bilər. Digər diuretiklərdə olduğu kimi, eyni vaxtda qəbul edilən antihipertenziv dərmanların təsirini gücləndirilə bilər. Böyrəküstü vəzi qabığının hormonları (mineralokortikoidlər və qlükokortikoidlər, məsələn kortizon) ilə birlikdə istifadə zamanı kalium çatışmazlığının ağırlaşması. Torasemid ilə birlikdə üskükotu preparatları istifadə etdikdə torasemid ilə törədilmiş kalium defisiti hər iki preparatların əlavə təsirlərin artmasına və ya güclənməsinə gətirib çıxara bilər. Torasemid diabetəleyhinə dərman maddələrin təsirini zəiflədə bilər. Probenesid və qeyri-steroid iltihabəleyhinə dərman maddələri (məsələn, indometasin, asetilsalisil turşusu) torasemidin diuretik və hipotenziv təsirlərini zəiflədə bilərlər. Yüksək dozalarda salisilatlarla müalicə zamanı torasemid onların mərkəzi sinir sisteminə qarşı toksik təsirini gücləndirə bilər. Torasemid teofillinin və kurareyə bənzər dərman maddələrinin təsirini gücləndirə bilər. İşlədici maddələr, ilə əlaqədar kaliumun itkisini gücləndirə bilərlər. Torasemid katexolaminlərin damardaraldıcı təsirini zəiflədə bilər( məsələn epinefrin və norepinefrinin) Hamiləlik və ya laktasiya dövründə istifadəsi Hamiləlik. Torasemidin insan embrionuna və dölə qarşı təsiri barədə dəqiq məlumat yoxdur. Heyvanlar üzərində aparılımış tədqiqatlarda torasemidin reproduktiv toksikliyi nümayiş olunmuşdur. Torasemid plasentar baryerdən keçir. Hamilələrdə torasemidin istifadəsi əks göstərişdir. Hamilələrdə arterial hipertenziya və ya ödemlərin müalicəsinin standart sxemi üçün diuretiklər yararsızdır, çünki onlar plasentar baryerinin perfuziyasını azaltmağa və dölün ana bətnində inkişafına toksik təsir göstərməyə malikdir. Torasemidi ürək çatışmazlığı və ya böyrək çatışmazlığı olan hamilələrdə müalicə üçün istifadə etdikdə elektrolitlərin və hematokritin ciddi monitorinqi keçirilməlidir, həmçinin dölün inkişafına nəzarət etmək lazımdır. Laktasiya dövrü İstifadə etmək olmaz. Torasemidin istifadəsinə ehtiyac yarandıqda ana südü ilə qidalandırma dayandırılmalıdır. Hal-hazırda torasemid insanlarda və ya heyvanlarda ana südünə ifraz olunduğu təyin olunmayıb. Yenidoğulmuş/körpələrdə istifadəsinin riskini istisna etmək olmaz. Buna görə torasemidin laktasiya dövründə istifadəsi əks göstərişdir. Əgər bu dövrdə torasemidin istifafəsi vacibdirsə, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Fertillik İnsanlarda torasemidin fertilliyə təsiri tədqiq olunmamışdır. Heyvanlar üzərində aparılmış tədqiqatlarda torasemidin belə bir təsirə malik olması aşkar olunmamışdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə reaksiya sürətitə təsiri Qan təzyiqində dəyişiklik yaradan digər dərman preparatları kimi, torasemid qəbul edən xəstələrdə başgicəllənmə və ya bununla əlaqəli simptomlar yarana bilər. Bu təqdirdə, nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarə etməmələri tövsiyə olunur.

İstifadə qaydası və dozası

Böyüklər. Səhər yeməkdən sonra gündə 1 dəfə çeynəmədən, bir qədər maye ilə daxilə qəbul edilir. Doza və müalicənin davametmə müddəti göstərişləri, effektivliyi və müalicənin mənimsənilməsini nəzərə almaqla fərdi olaraq müəyyən edilir. Essensial hipertenziya zamanı. Doza adətən 2,5 mq Rosemid dərman maddəsi təşkil edir. Əgər dərman maddəsindən gündə 2,5 mq dozada 12-həftəlik müalicədən sonra arterial təzyiqin normallaşması əldə olunmazsa, dozanı 5 mq-a qədər artırmaq mümkündür. Dozanın sonrakı artırılması məqsədə uyğun deyil, çünki bu arterial təzyiqin sonradan enməsinə gətirib çıxarmayacaq. Mayenin yığılmasında və ödemlərdə: başlanğıc doza gündə 5 mq Rosemid dərman maddəsi təşkil edir. Bu doza adətən dəstəkləyici hesab edilir. Əgər gündəlik doza kifayət qədər olmazsa, gündə 10 mq torasemid istifadə edilir. Xəstəliyin ağırlığından asılı olaraq dərman maddəsinin dozasını artırmaq mümkündür, gündə 20 mq-a qədər. Qaraciyər çatışmazlığında. Bu xəstələrin müalicəsi ehtiyatla aparılmalıdır, çünki qan plazmasında torasemidin konsentrasiyasının yüksəlməsi mümkündür. Yaşlı xəstələr. Dozanın xüsusi seçiminə tələb yoxdur. Yaşlı və cavan xəstələrdə müalicənin müqayisəsinə dair adekvat tədqiqatlar mövcud deyil. Uşaqlar Kifayət dərəcədə klinik təcrübə olmadığına görə torasemid uşaqlarda istifadə olunmamalıdır.

Əlavə təsirləri

Əlavə təsirlərin qiymətləndirilməsi üçün onların yaranmasının aşağıdakı rast gəlmə tezliyi istifadə olunmuşdur: çox tez-tez – 1/10; tez-tez – 1/100-dən 1/10-dək; bəzən – 1/1000-dən 1/100-dək; nadir – 1/10000-dən 1/1000-dək; çox nadir – 1/10000; məlum deyil – mövcud olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil. Qan və limfa sistemi xəstəlikləri Tezliyi məlum deyil: trombositopeniya, leykopeniya, anemiya. İmmun sistemi xəstəlikləri Çox nadir hallarda: Allergik dəri reaksiyaları ( qaşınma,ekzantema), fotohəssaslıq reaksiyaları Tezliyi məlum deyil: Ciddi dəri reaksiyaları (məs., Stivens-Conson sindromu, toksiki epidermal nekroliz) Maddələr mübadiləsi və qidalanma pozğunluqları Tez-tez: metabolik alkaloz, hiponatremiya və hipovolemiya Sinir sistemi xəstəlikləri Tez-tez: baş ağrısı, başgicəllənmə. Tezliyi məlum deyil: serebral işemiya, parenteziya,qarışıqlıq halı. Görmə pozğunluqları Tezliyi məlum deyil: görmə funksiyasının pozulması. Eşitmə orqanının funksiyasının pozğunluqları Tezlik məlum deyil: tinnitus, karlıq. Ürək xəstəlikləri Tezlik məlum deyil: Kəskin miokard infarktı, miokard işemiyası, angina pertoris, bayılma, hipotenziya. Damar xəstəlikləri Tezlik məlum deyil: emboliya. Mədə-bağırsaq xəstəlikləri Tez-tez: mədə-bağırsaq xəstəlikləri (məsələn, iştahsızlıq, abdominal ağrı, ürək bulanma, qusma, ishal, qəbizlik) Tezlik məlum deyil: ağız quruluğu, pankreatit Hepatobiliar xəstəliklər Nadir hallarda: qaraciyər fermenti artmışdır (məsələn, qamma-qlutamiltransferaza artmışdır). Dəri və dərialtı toxuma xəstəlikləri Çox nadir hallarda: Allergik dəri reaksiyaları ( qaşınma,ekzantema), fotohəssaslıq reaksiyaları Tezliyi məlum deyil: Ciddi dəri reaksiyaları (məs., Stivens-Conson sindromu, toksiki epidermal nekroliz) Dayaq-hərəkət sistemi və birləşdirici toxuma xəstəlikləri Tez-tez: əzələ spazmları Böyrək və sidik sistemi xəstəlikləri Bəzən: Sidiyin ləngiməsi və sidik kisəsini genişlənməsi Nadir hallarda: qanda sidik cövhərinin və kreatinin artması. Çox nadir: görmə qabiliyyətinin pozulması, qulaqlarda küy, eşitmənin zəifləməsi, eşitmə qabiliyyətinin itməsi. Ümumi pozğunluqlar Tez-tez: halsızlıq, asteniya

Doza həddinin aşılması

Məxsus simptomatika məlum deyil. Doza həddinin aşılmasında maye və elektrolitlərin təhlükəli itkisi daxil olmaqla diurezin güclənməsi, yuxuya meyllik, amentiv sindrom (şüurun pozulmasının bir növü) , simptomatik arterial hipotenziya, ürək-damar çatışmazlığı və mədə-bağırsaq traktı tərəfindən pozulmalar müşahidə oluna bilər. Doza həddinin müalicəsi. Spesifik antidot məlum deyil. Adətən intoksikasiya simptomları doza azaldıqca və dərman maddəsinin ləğv edilməsində və ya maye və elektrolitlərin müvafiq əvəz olunmasıyla (qanda elektrolit səviyyəsini yoxlamaq lazımdır) aradan qaldırılır. Torasemid qandan hemodializ vasitəsilə xaric olunmur. Hipovolemiya hallarında müalicə: maye həcminin əvəz olunması. Hipokalemiya hallarında müalicə: kalium preparatların təyinatı. Ürək-damar çatışmazlığının müalicəsi: xəstə oturaq vəziyyətində olmalıdır və ehtiyac yarandıqda simptomatik müalicə təyin edilir. Anafilaktik şok (təxirəsalınmaz tədbirlər). Dəri reaksiyalar (məsələn, övrə və ya dərinin qızarması kimi), xəstədə oyanma halları, baş ağrısı, yüksək tərləmə, ürəkbulanma, sianoz əmələ gəldikdə venanın kateterizasiyası keçirilməlidir; xəstəni horizontal vəziyyətə uzandıb, onu təmiz hava ilə təmin etməli və oksigen təyin etmək lazımdır. Ehtiyac yarandıqda epinefrin, qlükokortikosteroidlər və maye həcminin əvəz olunması üçün məhlullar yeridilir.

Buraxılış forması

10 tablet, blisterdə. 1 və ya 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda orijinal qablaşdırmada saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Farmak” SC. Ukrayna, 04080, Kiyev şəh., Kirillovskaya küç., 74.

Qeydiyyat vəsiqəsinin sahibi

“Farmak” SC. Ukrayna, 04080, Kiyev şəh., Kirillovskaya küç., 63.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ROSEMID 10 MG N30 TAB” üçün ilk rəyi siz yazın.