RILKOZIN N30 TABLET

Dərman formasıTablet
Farmakoloji təsirPiperazin törəmələri və leykotrien reseptoru antoqonistləri ilə kombinasiya
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,27 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

RİLKOZİN 5 mq/10 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Levocetirizine dihydrochloride + Montelukast

Tərkibi

Təsiredici maddə: 1 tabletdə 5 mq levosetirizin dihidroxlorid, 10 mq montelukast (10,38 mq montelukast natriuma ekvivalent) vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, natrium kroskarmelloza, hidroksipropilsellüloza, maqnezium stearat, sarı dəmir oksid, kolloidal silikon dioksid, insta aqua IC-A-329.

Təsviri

Bir qatı ağ, digər qatı sarı, dairəvi, ikiqatlı, örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Piperazin törəmələri və leykotrien reseptoru antoqonistləri ilə kombinasiya. ATC kodu: R06AK.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Levosetirizin Setirizinin (R) enantiomeri olan levosetirizin, periferik H reseptorlarının güclü və selektiv1 antaqonistidir. Bağlayıcı tədqiqatlarda levosetirizin insanın H reseptorlarına yüksək affinlik göstərdi (Ki=3,21 nmol/l). Levosetirizin, setirizindən 2 qat daha çox affinliyə malikdir (Ki=6,3 nmol/l). Levosetirizin 115 ± 38 dəq yarımparçalanma ömrü ilə H -reseptorlardan ayrılır.1 Bir dəfə tətbiqdən sonra, levosetirizinin reseptor dolğunluğu 4 saatda 90% və 24 saat ərzində 57%- dir. Sağlam könüllülərdə aparılan farmakodinamik tədqiqatlar göstərir ki, yarım doza levosetirizin həm dəri, həm də burunda setirizinlə müqayisə edilə bilən aktivliyə malikdir. Levosetirizinin farmakodinamik aktivliyi randomizə olunmuş, nəzarət olunan klinik tədqiqatlarda öyrənilib. Levosetirizin 5 mq, desloratadin 5 mq və plasebonun histaminlə əlaqəli qızarıqlıq və qabarıqlıq üzərindəki təsirlərini müqayisə edən bir araşdırmada, plasebo və desloratadin ilə müqayisədə levosetirizinlə müalicə, qızarıqlıq və qabarıqlığı ilk 12 saat ərzində, 24 saat davam edən ən yüksək təsirlə əhəmiyyətli dərəcədə azaltdı (p <0.001). Allergenlərə məruziyyət kamerası modelində aparılan, plasebo nəzarətli tədqiqatda çiçək tozcuqları ilə induksiya olunan simptomlarda levosetirizin 5 mq-ın başlanğıc təsiri preparatın qəbulundan 1 saatdan sonra müşahidə edildi. İn vitro tədqiqatlar (Boyden otaqları və hüceyrə qatları üsulları) levosetirizinin həm dəri, həm də ağciyər hüceyrələri boyunca etaksinlə induksiya olunan eozinofil transendotelial miqrasiyanı inhibə etdiyini göstərir. İn vivo farmakodinamik eksperimental tədqiqatda (dəri otağı texnikası), 14 yetkin xəstədə plasebo ilə müqayisədə çiçək tozcuqları ilə reaksiyada levosetirizin 5 mq ilk 6 saatda üç əsas inhibitor təsir nümayiş etdirdi: VCAM-1 azad olmasının inhibəsi, damar keçiriciliyinin modulyasiyası və eozinofilin toplanmasında azalma. Levosetirizinin effektivliyi və təhlükəsizliyi mövsümi allergik rinit, çoxillik allergik rinit və ya davamlı allergik rinitdən əziyyət çəkən böyük pasiyentlərdə aparılmış bir neçə ikiqat kor, plasebo nəzarətli klinik sınaqlarda göstərildi. Levosetirizinin bəzi tədqiqatlarda burun tıxanıqlığı daxil olmaqla allergik rinit əlamətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı müşahidə edildi. Davamlı allergik rinitli və evdəki tozlara, çiçək tozcuqlarına qarşı həssas olan 551 böyük pasiyentdə (levosetirizinlə müalicə alan 276 xəstə daxil olmaqla) aparılan 6 aylıq klinik tədqiqatda (simptomlar ən azı ardıcıl 4 həftə əzrində həftədə 4 gün müşahidə olunur) levosetirizin 5 mq taxifilaksiya olmadan, tədqiqatın aparıldığı bütün müddət ərzində allergik rinitin ümumi simptomlarının sürətini azaltmaqda plaseboya nəzərən klinik və statistik daha güclü təsir göstrədi. Tədqiqatın bütün müddəti ərzində levosetirizin xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Histaminlə induksiya olunan dəri reaksiyaları plazmadakı konsentrasiyalardan asılı deyil. EKQ-də QT intervalında levosetirizin ilə əlaqəli təsir müşahidə olunmadı. Montelukast Sisteinil leykotrienlər (LTC , LTD , LTE ) mast hüceyrələri və eozinofillər də daxil olmaqla müxtəlif4 4 4 hüceyrələrdən ayrılan güclü iltihabi eykozanoidlərdir. Bu vacib pro-astmatik mediatorlar sisteinil leykotrien (CysLT) reseptorlarına bağlanır. CysLT tip-1 (CysLT1) reseptoru insanın tənəffüs yollarında (tənəffüs yollarının saya əzələ hüceyrələri və tənəffüs yollarının makrofaqları daxil olmaqla) və digər iltihabəleyhinə hüceyrələrdə (eozinofillər və müəyyən mieloid kök hüceyrələr daxil olmaqla) aşkar edildi. CysLTs astma və allergik rinitin patfiziologiyası ilə əlaqəli olmuşdur. Astmada leykotrienlərlə əlaqəli təsirlərə bronxokonstruksiya, selikli sekresiya, damar keçiriciliyi və eozinofilin toplanması daxildir. Allergik rinitdə CysLT-lər həm erkən həm də gec fazalı reaksiyalarda allergenlə qarşılaşdıqdan sonra burun mukozasından azad olur və allergik rinit simptomları ilə əlaqələndirilir. CysLT-lərin intranazal yolla burun tənəffüs yollarının müqavimətini və burun tıxanıqlığı simptomlarını artırdığı göstərildi. Levosetirizin/ Montelukast 32 həftəlik randomizə edilmiş, ikiqat kor, plasebo nəzarətli, çarpaz tədqiqat 2 qolda aparıldı. 20 pasiyent 10 mq/gün montelukast və /və ya 5 mq/gün levosetirizin və ya plasebo qəbul etdi. Müalicə müddətləri 2 həftəlik dövrlər ilə ayrıldı. Həyat keyfiyyəti müalicəyə başlamazdan bir gün əvvəl və hər müalicənin son günü Rinokonyunktivit Həyat Keyfiyyəti Sorğusu istifadə edilərək qiymətləndirildi. Müalicədən əvvəl orta (SEM) həyat keyfiyyəti 2,58 (0,49) idi. Plasebodan sonra 1,78 (0,46), levosetirizindən sonra 1,38 (0,42), montelukastdan sonra 1,36 (0,37), montelukast +levosetirizindən sonra 1,26 (0,39) idi. Montelukastın levosetirizinlə kombinasiyası bir təsiredici maddənin tək istifadəsi ilə müqayisədə əlavə faydalar verdi və bu kombinasiya davamlı allergik rinit nəticəsində həyat keyfiyyəti pozulmuş xəstələr üçün düşünülə bilər. Davamlı allergik rinitin tək levosetirizin və ya tək montelukastla və ya onların kombinasiyası ilə müalicəsinin altı həftəlik təsirinin araşdırılması məqsədi ilə təsadüfi, ikiqat kor, plasebo nəzarətli bir çarpaz tədqiqat aparıldı. Xəstələr iki qola təyin edildi. Montelukast və ya levosetirizin və ya hər ikisini və ya plasebo qəbul edən 20 pasiyent təyin edildi. Müalicə müddəti 2 həftəlik dövr ilə ayrıldı. Müalicədən əvvəl simptomların göstəricisi dəri “prick” testləri, spirometriya, rinometriya və burun yuyulması ilə dəyərləndirildi. Eozinofil kation zülal səviyyələri burun yuyulması ilə qiymətləndirildi. SD ilkin burun simptomlarının ortalama göstəricisi müalicədən əvvəl 7,95 ± 0,68 idi. Levosetirizin istifadəsindən sonra 3,02 ± 0,64, montelukast istifadəsindən 3,44 ± 0,55 və montelukast/levosetirizin kombinasiyasından sonra 2,14 ± 0,39 oldu. Burun simptomlarında bu kombinasiya ilə müalicədən sonra böyük yaxşılaşma müşahidə olundu. Eozinofil anion zülal səviyyəsində azalmalar montelukast və setirizinin tək istifadəsinə nəzərən montelukast/setirizin kombinasiyasının istifadəsindən sonra daha çox oldu. Farmakokinetikası Ümumi xüsusiyyətlər Rilkozin preparatının peroral qəbulundan 3 saat sonra levosetirizin və montelukastın pik plazma konsentrasiyası müşahidə edildi. Rilkozin preparatının absorsiya sürəti və miqdarı, tək tablet şəklində verilən levosetirizin və montelukastın biomənimsənilməsinə ekvivalentdir. Levosetirizin Levosetirizinin farmakokinetik xüsusiyyətləri subyektlərarası dəyişkənliyə nisbətən daha azdır və dozadan və zamandan asılı olmayaraq xətti olur. Absorbsiyası Levosetirizin oral istifadədən sonra sürətlə və geniş şəkildə absorbsiya olur. Böyüklərdə pik plazma konsentrasiyalarına preparatın istifadəsindən 0,9 saat sonra nail olmaq mümkündür. Sabit vəziyyət iki gündən sonra əldə edilir. Tək və təkrarlanan gündə 1 dəfə 5 mq dozanın istifadəsindən sonra pik konsentrasiyalar müvafiq olaraq, 270 nq/ml və 308 nq/ml oldu. Absorbsiya dərəcəsi dozadan asılı deyil və qida ilə qəbul edilərkən dəyişmir, amma pik konsentrasiyası azalır və gecikir. Paylanması İnsanların toxumalarında paylanması, qan-beyin baryerindən keçməsi haqda məlumatlar mövcud deyil. Siçovullarda və itlərdə ən yüksək toxuma səviyyəsi qaraciyərdə və böyrəklərdə, ən aşağı toxuma səviyyəsi isə mərkəzi sinir sistemində tapılır. İnsanlarda levosetirizin plazma zülalları ilə 90% bağlanır. Levosetirizinin paylanma həcmi 0,4 l/kq olduğuna görə, paylanması məhduddur. Biotransformasiyası Levosetirizinin insanlarda metobolizm dərəcəsi dozanın 14%-dən azdır və bu səbəbdən genetik polimorfizm və ya ferment inhibitorlarının eyni vaxtda qəbulundan sonra yaranan fərqlərin əhəmiyyətsiz olması düşünülür. Metabolik yollara aromatik oksidləşmə, N- və O- dealkilləşmə və taurin konyuqasiyası daxildir. Dealkilləşmə yolları əsasən, CYP 3A4 ilə əlaqəlidir, aromatik oksidləşmə isə çoxsaylı və/və ya müəyyən edilməmiş CYP izoformalarını əhatə edir. Aşağı metabolizmə görə və metabolik inhibə potensialının olmaması səbəbindən levosetirizinin digər maddələrlə qarşılıqlı təsir və ya əksinə, ehtimalı azdır. Eliminasiyası Böyüklərdə yarımparçalanma dövrü 7,9±1,9 saatdır. Kiçik uşaqlarda yarımparçalanma dövrü qısadır. Böyüklərdə ortalama bədən klirensi 0,63 ml/dəq/kq-dır. Levosetirizin və metabolitləri əsasən sidiklə xaric olur və dozanın orta hesabla 85,4%-i xaric olur. Nəcis yolu ilə dozanın yalnız 12,9%-i xaric olur. Levosetirizin həm qlomerulyar filtrasiya, həm də aktiv borulu sekresiya ilə xaric olur. Xətti/ Qeyri-xətti Levosetirizinin farmakokinetik xüsusiyyətləri xəttidir. Montelukast Absorbsiyası Montelukast oral tətbiqdən sonra sürətlə absorbsiya olur. Orta pik plazma konsentrasiyası (Cmax) 3 saatda (Tmax) əldə edilir. Ortalama oral biomənimsənilməsi 64%-dir. Qida oral biomənimsənilməyə və Cmax-a təsir etmir. 10 mq örtüklü tabletin qida qəbulunun vaxtı nəzərə alınmadan tətbiq olunduğu klinik sınaqlarda montelukast təhlükəsizlik və effektivlik nümayiş etdirdi. 5 mq çeynəmə tablet üçün Cmax, aclıq vəziyyətində olan böyüklərdə tətbiqdən 2 saat sonra əldə edilir. Ortalama oral biomənimsənilmə 73%-dir və standart bir yeməklə 63%-ə enir. Paylanması Montelukast, plazma zülalları ilə 99%-dan çox bağlanır. Montelukastın sabit paylanma həcmi ortalama 8-11 litrə bərabərdir. Radioizotopla işarələnmiş montelukastla siçovullarda aparılan tədqiqatlar qan-beyin baryeri boyunca minimal paylanma göstərdi. Bundan əlavə, istifadədən sonra 24 saat ərzində radioetiketli materialın konsentrasiyası bütün digər toxumalarda minimal idi. Biotransformasiyası Montelukast geniş miqdarda metabolizmə məruz qalır. Terapevtik dozalarla aparılan tədqiqatlarda, montelukastın metabolitlərinin plazma konsentrasiyası, böyüklərdə və uşaqlarda sabit vəziyyətdə müəyyən edilə bilmir. Sitoxrom P450 2C8, montelukastın metabolizmində iştirak edən əsas fermentdir. Əlavə olaraq insanın qaraciyər mikrosomlarında meydana gələn in vitro nəticələr CYP 3A4 və 2C9 sitoxromların da montelukastın metabolizmində rol oynadığını göstərdi. İnsanın qaraciyər mikrosomlarında meydana gələn in vitro nəticələrə əsasən, montelukastın terapevtik plazma konsentrasiyaları sitoxrom P450 3A4, 2C9, 1A2, 2A6, 2C19 və ya 2D6-nı inhibə etmir. Montelukas-\tın müalicəvi təsirinə metabolitlərin təsiri minimaldır. Eliminasiyası Montelukastın plazma klirensi sağlam böyüklərdə orta hesabla 45 ml/dəq-dir. Bir radioetiketli montelukastın peroral dozasından sonra radioaktivliyin 86%-nə 5 günlük nəcis nümunələrində və <0,2%-nə sidikdə rast gəlindi. Montelukastın oral biomənimsənilmə rəqəmləri nəzərə alınarsa, bu montelukast və metabolitlərinin demək olar ki, yalnız safra yolu ilə atıldığını göstərir. Xətti /Qeyri-xətti Montelukastın farmakokinetikası, 50 mq-a qədər oral dozalarda təxminən xətti olur. Gündəlik bir dəfə 10 mq montelukast qəbulu nəticəsində, ana dərman plazmada az miqdarda yığıldı (14%). Xəstələrdə xarakterik xüsusiyyətləri İrq Preparatın absorbsiya və biotransformasiya xüsusiyyətlərinə baxılarsa, xəstənin etnik mənşəyinin levosetirizinin farmakokinetik parametrləri üzərində təsirinin olmayacağı gözlənilir. Cins Levosetirizinin ən yüksək plazma konsentrasiyası və ümumi absorbsiyası qadınlarda kişilərə nisbətən təxminən 20% və 15% daha yüksəkdir. Ümumiyyətlə, qadınlarda yarımparçalanma dövrü (7,08± 1,72 saat) kişilərə nisbətən daha qısadır (8,62±1,84 saat). Bununla birlikdə, qadınlarda bədən çəkisinə görə tənzimlənən oral klirens (0,67 ± 0,16 ml/dəq/kq) kişilərlə müqayisə edilə bilər (0,59 ± 0,12 ml /dəq/kq). Bu fərqlər kliniki baxımdan əhəmiyyətli deyil və gündəlik dozalar və doza intervalları kişilər və qadınlar üçün eyni tətbiq olunur. Böyrək /qaraciyər çatışmazlığı Levosetirizinin aşkar bədən klirensi kreatinin klirensi ilə əlaqəlidir. Bu səbəbdən orta və ağır böyrək çatışmazlığı olan xəstələrdə kreatinin klirensinə əsaslanaraq levosetirizinin doza intervalının tənzimlənməsi tövsiyə olunur. Anuriyalı son mərhələ böyrək xəstəliyi olan subyektlərdə normal subyektlərlə müqayisədə ümumi bədən klirensi təxminən 80% azalır. Standart 4 saatlıq hemodializ proseduru zamanı çıxarılmış levosetirizinin miqdarı <10% idi. Yaşlılar və ya yüngül-orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın tənzimləməsinə ehtiyac yoxdur. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə montelukastın farmakokinetikası barədə məlumat yoxdur (Çayld-Pug göstəricisi> 9). Montelukastın yüksək dozalarının istifadəsi zamanı (böyüklərdə tövsiyə olunan dozanın 20 və 60 qatı) plazmada teofillin konsentrasiyasında azalma müşahidə edildi. Bu təsir gündə bir dəfə tövsiyə olunan 10 mq dozanın istifadəsi zamanı müşahidə edilmədi. Klinikaya qədər təhlükəsizlik məlumatları Levosetirizin Klinik olmayan məlumatlarda, ənənəvi təhlükəsiz farmakologiya tədqiqatları, təkrarlanan doza toksikliyi, genotoksiklik, kanserogen potensial, çoxalma toksikliyi əsasında insanlar üçün xüsusi bir təhlükə aşkar edilmədi. Montelukast Heyvanlar üzərində aparılan toksiklik tədqiqatlarında ALT, qlükoza, fosfor və triqliseridlərdə keçici kiçik biokimyəvi dəyişikliklər müşahidə edildi. Heyvanlarda toksiklik əlamətləri tüpürcək ifrazının artması, mədə-bağırsaq simptomları, boş nəcis və ion balansının pozulması idi. Bu hallar, klinik dozada görülən sistem təsirin >17 qat artıq dozasında meydana gəldi. Meymunlarda əlavə təsirlər gündə 150 mq/kq-dan yüksək dozalarda ortaya çıxdı (klinik dozada görünən sistemik təsirin 232 qatı). Heyvanlar üzərində aparılan tədqiqatlarda, montelukast, sistem təsiri zamanı kliniki sistem təsiri 24 dəfədən çox aşaraq reproduktivliyə və ya fertilliyə təsir etmədi. Gündə 200 mq/kq doza qəbul edən dişi siçovullarda aparılan fertillik tədqiqatında balanın bədən çəkisində cüzi bir azalma qeyd edildi (klinik sistemik məruz qalma> 69 qat). Montelukastın plasentar baryerini keçdiyi və heyvanların ana südü ilə xaric olduğu göstərilmişdir. 2 2 Siçanlar və siçovullarda (müvafiq olaraq 15000 mq/m və 30000 mq/m siçanlarda və siçovullarda) 5000 mq/kq-a qədər montelukast natriumun peroral qəbulundan sonra ölüm baş vermədi (test edilən maksimum doza). Bu doza, gündəlik yetkin insan dozasının 25000 qatına bərabərdir (yetkin xəstənin 50 kq ağırlığına əsasən). Montelukastın siçanlarda 500 mq/kq/günə qədər olan dozalarda UVA, UVB və ya görünən işıq spektrləri üçün fototoksik olmadığı (sistem təsirinə görə təxminən> 200 qat) müəyyən edildi. Montelukast, gəmirici növlərində in vitro və in vivo testlərdə nə mutagen, nə də tumorigen təsiri aşkarlanmadı.

İstifadəsinə göstərişlər

Rilkozin, allergik rinit və allergik rinitlə əlaqəli astma simptomlarının aradan qaldırılması və müalicəsi üçün göstərişdir. 15 yaş və daha böyük pasiyentlərdə antihistaminlərə rezistent xroniki idiopatik övrənin müalicəsində istifadə olunur.

Əks göstərişlər

Təsiredici maddəyə, hər hansı piperazin törəmələrinə və ya tərkibindəki digər maddələrə qarşı hiperhəssaslıq. Kreatin klirensi 10 ml/dəq-dən az kəskin böyrək çatışmazlığı olan pasiyentlər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tabletlərin mövcud formasına görə dozalamaq mümkün deyil və buna görə də, 15 yaşdan aşağı pasiyentlərdə Rilkozin preparatının istifadəsi məsləhət görülmür. Alkoqolla birlikdə istifadə edərkən ehtiyyatlı olmaq tövsiyə edilir. Levosetirizin sidik retensiyasını artıra biləcəyi üçün sidik retensiyasına (məsələn, onurğa beyninin zədələnməsi, prostatik hiperplaziya) meyilli faktorlar olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Xəstələrə Rilkozin preparatını qəfil astma ataklarının müalicəsi üçün heç vaxt istifadə etməmələri və öz inhalyasiya preparatlarını bu məqsədlə istifadə etmək üçün asanlıqla əllərinin çata biləcəyi yerə qoymaları deyilməlidir. Əgər kəskin ataklar baş verərsə, qısa təsirli β-aqonist inhalyasiyaları istifadə edilməlidir. Pasiyent normadan daha çox qısa təsirli β-aqonist inhalyasiyaların istifadəsinə ehtiyac duyursa, mümkün olduqca tez öz həkimindən məsləhət almalıdır. Montelukast, anidən inhalyasion və ya oral kortikosteroidlər ilə əvəz edilməməlidir. Montelukast ilə eyni zamanda istifadə edildikdə, oral kortikosteroidlərin azaldılması haqqında məlumat yoxdur. Neyropsixiatrik hallar Rilkozin qəbul edən böyüklərdə, uşaqlarda və yeniyetmələrdə neyropsixiatrik hallar bildirildi. Rilkozin preparatının istifadəsi zamanı müşahidə edilən post-marketinq bildirişlərə ajotaj, aqressiv davranışlar və ya düşmənçilik hissi, narahatlıq, depressiya, orientasiyanın pozulması, diqqət pozğunluğu, yuxu anormallıqları, hallusinasiyalar, yuxusuzluq, qıcıqlanma, yaddaş pozğunluğu, narahatlıq, suisidal fikirlər və davranışlar (suiqəsd daxil olmaqla), tik, titrəmə, lunatizm daxildir. Rilkozin preparatı ilə əlaqəli post-marketinq bilidirişlərin klinik detalları ilə əlavə təsirlər arasında tutarlı əlaqə müəyyən edildi. Eozinofiliyalı hallar Montelukast daxil olmaqla, antiastmatik vasitələrlə müalicə alan pasiyentlərdə nadir hallarda, sistem eozinofiliya, bəzən sistem kortikosteroidlərlə tez-tez müalicə zamanı Çurg-Straus sindromu ilə uyğun vaskulitin klinik özəllikləri meydana gəldi. Bu hallar bəzən oral kortikosteroidlərlə müalicənin kəsilməsi və ya azaldılması ilə müşayiət olundu. Leykotrien reseptor antaqonizmi ilə səbəb-nəticə əlaqəsi qurulmasa da, həkimlər xəstələrində ola biləcək eozinofiliya, vaskulitik səpki, pisləşən ağciyər simptomları, ürək fəsadları və/və ya neyropatiya mövzusunda xəbərdar olmalıdır. Rilkozin preparatı ilə müalicə aspirinə həssas astma xəstələrinin aspirin və qeyri-steroid iltihab əleyhinə preparatların istifadəsindən boyun qaçırmağın zəruriliyini dəyişdirmir. Bu dərman vasitəsində laktoza monohidrat var. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası ilə əlaqəli nadir irsi problemləri olan xəstələr bu preparatı qəbul etməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Levosetirizin ilə əlaqəli qarşılıqlı təsirlər Levosetirizin ilə qarşılıqlı təsirə dair tədqiqatlar aparılmayıb (CYP3A4 induktorları ilə tədqiqatlar daxil olmaqla). Rasemat birləşmələsi olan setirizinlə aparılan tədqiqatlar klinik baxımdan əlavə qarşılıqlı təsirlərin (antipirin, azitromisin, simetidin, diazepam, eritromisin, qlipizid, ketokonazol və psevdoefedrin ilə) olmadığını göstərdi. Teofillinlə aparılan çoxsaylı doza tədqiqatında (gündə bir dəfə 400 mq) setirizinin klirensində kiçik bir azalma (16%) müşahidə edildi, amma setirizinlə birlikdə istifadə edildikdə teofillinin biotransformasiyası dəyişmədi. Ritonavir (gündə iki dəfə 600 mq) və setirizin (gündə 10 mq) ilə aparılan çox dozalı tədqiqatda, setirizinə məruz qalma dərəcəsi təxminən 40% artmış, setirizinlə kombinasiyada isə bir qədər azalmışdır (-11%). Levosetirizinin qida ilə absorbsiya sürəti azalsa da, absorbsiya dərəcəsi azalmır. Setirizin və ya levosetirizinin alkoqol və ya digər mərkəzi sinir sistemi depressantları ilə paralel istifadəsindən çəkinmək lazımdır, çünki oyanıqlığın azalması və mərkəzi sinir sisteminin fəaliyyətində əlavə pozğunluqlar baş verə bilər. Montelukast ilə əlaqəli qarşılıqlı təsirlər Montelukast astmanın profilaktikasında və xroniki müalicəsində rutin istifadə olunan digər müalicələrlə tətbiq oluna bilər. Dərman qarşılıqlı təsir tədqiqatlarında, montelukastın tövsiyə olunan klinik dozasının aşağıdakı təsiredici maddələrin və preparatların farmakokinetikası üzərində klinik əhəmiyyətli təsiri olmadı: teofillin, prednizon, prednizolon, oral kontraseptivlər (etinilestradiol/ noretindron 35/1), terfenadin, diqoksin və varfarin . Montelukastın plazma konsentrasiyasının əyrisi (AUC) altındakı sahə göstəricisi, fenobarbitalla eyni vaxtda tətbiq olunduğu xəstələrdə təxminən 40% azaldı. Montelukast CYP 3A4, 2C8 və 2C9 ilə metabolizə uğradığı üçün, onun fenitoin, fenobarbital və rifampisin kimi CYP 3A4, 2C8 və 2C9 induktorları ilə eyni vaxtda tətbiqi zamanı xüsusilə, uşaqlarda ehtiyatlı olmaq lazımdır. İn vitro tədqiqatlar montelukastın CYP 2C8 fermentinin güclü inhibitoru olduğunu göstərdi. Bununla birlikdə, montelukast və roziqlitazon (əsasən CYP2C8 fermenti ilə metabolizə olunan preparatların prob substratının nümayəndəsi) ilə əlaqəli aparılan klinik dərman-dərman qarşılıqlı təsir tədqiqatından alınan məlumatlar, montelukastın in vivo CYP 2C8 fermentini inhibə etmədiyini göstərdi. Bu səbəbdən montelukastın bu fermentlə metabolizmə uğrayan dərman vasitələrinin metabolizmini (məsələn, paklitaksel, roziqlitazon və repaqlinid) əhəmiyyətli dərəcədə dəyişdirməsi gözlənilmir. İn vitro tədqiqatlar montelukastın CYP 2C8 və daha az əhəmiyyətli dərəcədə 2C9 və 3A4 substratı olduğunu göstərdi. Montelukast və qemfibrozil (həm CYP 2C8 həm də 2C9-un inhibitoru) ilə aparılan klinik dərman-dərman qarşılıqlı tədqiqatında qemfibrozil montelukastın sistem təsirini 4,4 dəfə artırdı. Qemfibrozil və ya digər güclü CYP 2C8 inhibitorları ilə eyni vaxtda tətbiq edildikdə, montelukastın gündəlik dozasının tənzimlənməsi tələb olunmur. İn vitro məlumatlar göstərdi ki, CYP 2C8 fermentinin daha az güclü inhibitorları ilə (məsələn, trimetoprim) klinik cəhətdən əhəmiyyətli dərman qarşılıqlı təsirləri gözlənilmir. Montelukastın güclü CYP3A4 inhibitoru olan itrakonazol ilə eyni vaxtda tətbiqi, montelukastın sistem təsirində əhəmiyyətli bir artımla nəticələnmədi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası: C Uşaq doğurma potensialı olan qadınlar /Kontrasepsiya Montelukastın uşaq doğurma potensialı olan qadınlarda təsirinə dair heç bir klinik məlumat yoxdur. Hamiləlik Hamilə qadınlarda Rilkozin preparatının istifadəsi ilə bağlı kifayət qədər məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyin olduğunu göstərdi. İnsanlar üçün potensial risk məlum deyil. Dünyada marketinq təcrübəsi zamanı anadangəlmə əza qüsurları kimi malformasiya nadir hallarda bildirildi. Mövcud hamiləlik məlumat bazalarından əldə edilən məhdud məlumatlar, montelukast və malformasiya arasında səbəb-nəticə əlaqəsini göstərmədi. Rilkozin preparatı hamiləlik dövründə yalnız vacib hesab edildiyi təqdirdə istifadə edilə bilər. Rilkozin preparatı hamiləlik dövründə lazım olmadıqca istifadə edilməməlidir. Laktasiya Montelukast /metabolitlərinin ana südü ilə xaric olub-olmadığı məlum deyil. Levosetirizinin rasematı olan setirizin insanda südə ifraz olunub. Buna görə levosetirizinin də ana südünə ifrazı ehtimalı yüksəkdir. Süd verən analarda Rilkozin preparatının istifadəsi tövsiyə edilmir. Fertillik Dişi siçovullarda aparılan fertillik tədqiqatlarında, montelukastın 200 mq/kq oral dozada qəbulu fertillik və doğurqanlıq indekslərində azalma meydana gətirdi (təxmin edilən məruz qalma, gündəlik tövsiyə olunan maksimum dozada böyüklər üçün AUC göstəricisinin təxminən, 70 qatını təşkil etdi). Montelukastın 100 mq/kq oral dozada qəbulu zamanı qadın fertilliyi və ya doğurqanlığı üzərində heç bir təsirə rast gəlinmədi (təxmin edilən məruz qalma, gündəlik tövsiyə olunan maksimal dozada böyüklər üçün AUC göstəricisinin təxminən 20 qatını təşkil etdi). Montelukastın 800 mq/kq-a qədər oral dozada qəbulu zamanı erkək siçovullarda fertilliyə heç bir təsiri olmadı (təxmin edilən məruz qalma, gündəlik tövsiyə olunan maksimum oral dozada böyüklər üçün AUC göstəricisinin təxminən 160 qatı idi). Heyvanlarda aparılan tədqiqatlarda levosetirizinin fertilliyə təsir etmədiyi göstərilmişdir. Rilkozin preparatının insan reproduktivliyinə təsiri barədə kifayət qədər məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bu dərman vasitəsi nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir. Montelukastın nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri yoxdur və ya əhəmiyyətsizdir. Amma, indvidual olaraq, yuxululuq və ya başgicəllənmə halları bildirilib. Müqayisəli klinik tədqiqatlarda tövsiyə olunan dozada levosetirizinin şüur ayıqlığı, reaktivliyi və ya sürücülük qabiliyyətini zəiflətdiyinə dair heç bir dəlil aşkar edilməyib. Buna baxmayaraq, bəzi xəstələr levosetirizin ilə müalicə zamanı yuxululuq, yorğunluq və asteniya ilə qarşılaşa bilər. Bu səbəbdən nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək niyyətində olan pasiyentlər dərman vasitəsinə qarşı yarana biləcək indvidual reaksiyaları nəzərə almalıdır.

İstifadə qaydası və dozası

15 yaş və yuxarı böyük və yeniyetmələr üçün doza bir tabletdir (5 mq levosetirizin dihidroxlorid və 10 mq montelukast). Rilkozin preparatının allergik rinit və allergik astma üzərində müalicəvi təsiri bir gün ərzində başlayır. Xəstələrə allergik təmas dövründə Rilkozin qəbuluna davam etmələri tövsiyə edilməlidir. Aralıq allergik rinit (həftədə dörd gündən az və ya ildə dörd həftədən az müddət ərzində görülən simptomlar) xəstəliyə və anamnezə görə müalicə edilməlidir. Simptomlar yox olduqdan sonra bu preparatın istifadəsi dayandırıla bilər və simptomlar yenidən meydana gələrsə preparatın qəbuluna yenidən başlana bilər. Davamlı allergik rinit (simptomlar həftədə dörd gündən çox və ya ildə dörd həftədən çox olur) zamanı, allergenlərə məruz qalma müddətində xəstəyə davamlı müalicə təklif edilə bilər. Rilkozin preparatı xroniki idiopatik övrə üçün gündə bir dəfə qəbul edilməlidir. Tətbiq müddəti xəstənin ehtiyacına uyğun olaraq ixtisaslaşdıra bilər. Qəbul qaydası Rilkozin tabletləri oral, maye ilə bütöv şəkildə və qida qəbulundan asılı olmayaraq qəbul edilir. Xüsusi populyasiya haqqında əlavə məlumat Böyrək /Qaraciyər çatışmazlığı Doza intervalları böyrək funksiyasına uyğun, individual olaraq təyin edilməlidir. Aşağıdakı cədvələ baxın və dozanı orda göstərildiyi kimi tənzimləyin. Bu doza cədvəlindən istifadə etmək üçün xəstənin kreatinin klirensinin (CLcr) ml/dəq ilə qiymətləndirilməsi lazımdır. CLcr (ml/dəq) aşağıdakı formuldan istifadə edərək zərdab kreatininin (mq/dl) təyini ilə qiymətləndirilə bilər: CLcr = [140-yaş (il)] x çəki (kq) (x 0,85 (qadınlar üçün)) 72 x zərdab kreatini (mq/dL) Böyrək çatışmazlığı olan pasiyentlər üçün dozanın tənzimlənməsi Qrup Kreatin klirensi Doza və tezlik (ml/dəq) Normal > 80 1 tablet gündə 1 dəfə Yüngül 50-79 1 tablet gündə 1 dəfə Orta 30-49 2 gündə 1 dəfə 1 tablet Ağır < 30 3 gündə bir dəfə 1 tablet Son mərhələli böyrək xəstəliyi- < 10 Əks göstərişdir. Dializdə olan pasiyentlər Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tövsiyə olunur. Yüngüldən orta dərəcəyə qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə bu preparatın istifadəsi barədə məlumat yoxdur. Pediatrik populyasiya 15 yaşdan kiçik uşaqlara Rilkozin 10 mq verməyin. 15 yaşdan kiçik uşaqlarda Rilkozin 10 mq tabletlərin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib. Yaşlılar Orta ağır böyrək çatışmazlığı olan yaşlı xəstələrdə dozanın tənzimlənməsi tövsiyə olunur. Digər astma müalicələri ilə birlikdə Rilkozin preparatı ilə müalicə İnhalyasion kortikosteroidlər Rilkozin ilə müalicə, inhalyasion kortikosteroidlər və “lazım olduqda” qısa təsirli β-aqonistlər xəstədə klinik nəzarəti təmin etmədikdə əlavə terapiya kimi istifadə edilə bilər. Rilkozin anidən inhalyasion kortikosteroidlər ilə əvəz edilməməlidir.

Əlavə təsirləri

Levosetirizin 12-71 yaş arası qadın və kişilərdə aparılan müalicə tədqiqatlarında, 5 mq levosetirizin qrupundakı xəstələrin 15,1%-də plasebo qrupundakı 11,3% ilə müqayisədə ən az bir əlavə təsir müşahidə olundu. Levosetirizinlə aparılan klinik terapevtik sınaqlara, gündə 5 mq tövsiyə olunan dozada dərman vasitəsinə məruz qalan 935 subyekt daxil edildi. Sonra, levosetirizin 5 mq və plasebo ilə müalicə alan pasiyentlərdə 1% və ya daha çox (tez-tez: ≥1/100 ilə <1/10 arasında) əlavə təsirlər bildirildi. Əlavə təsir Plasebo (n=771) Levosetirizin 5 mq (n=935) Başağrısı 25 (3,2%) 24 (2,6%) Yuxululuq 11 (1,4%) 49 (5,2%) Ağızda quruluq 12 (1,6%) 24 (2,6%) Yorğunluq 9 (1,2%) 23 (2,5%) Asteniya və ya qarın ağrısı kimi (bəzən: ≥1/1000 ilə <1/100 arasında) daha az rast gəlinən əlavə təsirlər müşahidə edildi. Yuxululuq, yorğunluq və asteniya kimi sedativ əlavə təsirlər, plasebo ilə müqayisədə (3,1%) levosetirizin 5 mq ilə müalicə alanlarda çox tez-tez (8,1%) rast gəlindi. Pediatrik populyasiya 6-11 aylıq və 1 yaşdan 6 yaşa qədər olan pediatrik xəstələrdə aparılmış plasebo nəzarətli iki tədqiqatda, 159 subyekt 2 həftə ərzində gündə iki dəfə 1,25 mq levosetirizin qəbul etdi. Levosetirizin və ya plasebo ilə əlaqəli aşağıdakı əlavə təsirlər 1% və ya daha yüksək nisbətlərdə bildirildi. Sistem Orqan Sinfi Plasebo (n=83) Levosetirizin (n=159) Mədə-bağırsaq traktında pozğunluqlar İshal 0 3 (1,9%) Qusma 1 (1,2%) 1 (0,6%) Qəbizlik 0 2 (1,3%) Sinir sistemində baş verən pozğunluqlar Yuxululuq 2 (2,4%) 3 (1,9%) Psixiatrik pozğunluqlar Yuxunun pozulması 0 2 (1,3%) 6-15 yaşlı uşaqlarda ikiqat kor, plasebo nəzarətli tədqiqatlar aparıldı, burada uşaqlar 1 həftədən 13 həftəyə qədər dəyişən dövrlərdə gündəlik 5 mq levosetirizinə qəbul etdilər. Levosetirizin və ya plasebo ilə müalicə alan pasiyentlərdə aşağıdakı əlavə təsirlərin nisbəti 1% və ya daha yüksək oldu. Seçilmiş termin Plasebo (n=240) Levosetirizin 5 mq (n=243) Başağrısı 5 (2,1%) 2 (0,8%) Yuxululuq 1 (1,9%) 7 (2,9%) Postmarketinq təcrübə Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi təsnif olunur: çox tez-tez (> 1/10), tez-tez (> 1/100 və <1/10), bəzən (> 1/1000 və <1/100), nadir (>1/10000 və <1/1000), çox nadir (<1/10000), məlum deyil (əldə olan məlumatlara əsasən tezliyini təyin etmək mümkün olmur). İmmun sistemdə baş verən pozğunluqlar Çox nadir: anafilaktik şok daxil olmaqla, hiperhəssaslıq. Məlum deyil: anafilaksiya daxil olmaqla, hiperhəssaslıq. Metobolizm və alimentar pozğunluqlar Məlum deyil: iştahanın artması. Psixiatrik pozğunluqlar Məlum deyil: aqressiya, ajotaj, hallusinasiyalar, depressiya, yuxusuzluq, intihar düşüncəsi. Sinir sistemində baş verən pozğunluqlar Tez-tez: yuxululuq, başağrısı. Məlum deyil: qıcolmalar, paresteziya, başgicəllənmə, sinkop, titrəmə, disqevziya. Görmə orqanında baş verən pozğunluqlar Məlum deyil: görmə pozğunluğu, bulanıq görmə. Eşitmə orqanında və vestibulyar aparatda baş verən pozğunluqlar Məlum deyil: vertiqo. Kardioloji pozğunluqlar Çox nadir: palpitasiya, taxikardiya. Respirator, döş qəfəsi və divararalığı orqanlarda baş verən pozğunluqlar Məlum deyil: təngnəfəslik. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar Tez-tez: ağızda quruluq. Bəzən: qarında ağrı. Məlum deyil: ürəkbulanma, qusma. Hepatobiliar pozğunluqlar Məlum deyil: hepatitlər. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar Məlum deyil: angionevrotik ödem, qaşınma, səpki, övrə, sabit dərman püskürməsi. Skelet-əzələ sistemində baş verən pozğunlular Məlum deyil: mialgiya. Böyrək və sidik yollarında baş verən pozğunluqlar Məlum deyil: dizuriya, sidik retensiyası. Ümumi və tətbiq sahəsində pozğunluqlar Tez-tez: yorğunluq. Bəzən: asteniya. Məlum deyil: ödem. Araşdırmalar Məlum deyil: çəkinin artması, qaraciyərin funksional vəziyyətini göstərən testlərin anormal nəticələri. Montelukast Montelukast klinik tədqiqatlarda aşağıdakı kimi qiymətləndirilib. • 10 mq-lıq örtüklü tablet 15 yaş və daha böyük təxminən, 4000 astmalı böyükdə və yeniyetmədə . • 10 mq-lıq örtüklü tablet 15 yaş və daha böyük təxminən 400 mövsümi allergik riniti olan, astmalı böyük və yeniyetmədə. Klinik tədqiqatlarda dərmanla əlaqəli əlavə təsirlər montelukastla müalicə alan 15 yaş və daha böyük astmalı pasiyentlərdə plasebo ilə müalicə alan pasiyentlərlə müqayisədə tez-tez (≥1/100 to <1/10) bildirildi. Sinir sistemində baş verən pozğunluqlar Tez-tez: başağrısı. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar Tez-tez: qarın ağrısı. Post-marketinq təcrübədə əlavə təsirlər aşağıdakı kimi qruplaşdırılır: Çox tez-tez (≥1/10), tez-tez (≥1/100 və <1/10), bəzən (≥1/1,000 və <1/100), nadir (≥1/10,000 və <1/1,000), çox nadir (<1/10,000), məlum deyil (əldə olan məlumatlara əsasən tezliyi qiymətləndirmək mümkün deyil). İnfeksiyalar və invaziyalar Çox tez-tez: yuxarı tənəffüs yollarının infeksiyaları. Qan və limfa sistemində pozğunluqlar Nadir: qanaxma tendensiylarının artması. İmmun sistemdə baş verən pozğunluqlar Bəzən: anafilaksiya daxil olmaqla, hiperhəssaslıq reaksiyaları. Çox nadir: hepatik eozinofiliyalı infiltrasiya. Psixi pozğunluqlar Bəzən: qarabasmalar daxil olmaqla, anormal yuxugörmələr, yuxusuzluq, yuxululuq, həyəcan, aqressiv davranış, düşmənçilik hissi, depressiya, psixomotor hiperaktivlik (əsəbilik, narahatlıq, § titrəmə daxil olmaqla) . Nadir: diqqət pozğunluğu, yaddaşın pozulması. Çox nadir: hallusinasiyalar, oriyentasiyanın pozulması, intihar düşüncəsi və davranışı. Sinir sistemində baş verən pozğunluqlar Bəzən: başgicəllənmə, paresteziya/hiposteziya, tutmalar, yuxululuq. Kardioloji pozğunluqlar Nadir: palpitasiya. Respirator, döş qəfəsi və divararalığı orqanlarda baş verən pozğunluqlar Bəzən: burun qanaması. Çox nadir: Çurq-Straus sidromu, pulmonar eozinofiliya. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar ‡ ‡ ‡ Tez-tez: ishal , ürəkbulanma , qusma . Bəzən: ağızda quruluq, dispepsiya. Hepatobiliar pozğunluqlar Tez-tez: serum transaminazaların (ALT, AST) səviyyəsinin artması. Çox nadir: hepatitlər (xolestatik, hepatoselulyar və qarışıq qaraciyər zədələnməsi daxil olmaqla) Dəri və dərialti toxumada baş verən pozğunluqlar Tez-tez: səpki. Bəzən: göyərmə, qaşınma, övrə. Nadir: angioödem. Çox nadir: düyünlü eritema, multiformalı eritema. Skelet-əzələ sistemində baş verən pozğunluqlar Bəzən: artralgiya, əzələ spazmları daxil olmaqla, mialgiya. Ümumi və tətbiq nahiyəsində baş verən pozğunluqlar ‡ Tez-tez: pireksiya Nadir: asteniya/yorğunluq, halsızlıq, ödem. † Montelukast qəbul edən xəstələrdə çox tez-tez bildirilən bu əlavə təsir, klinik tədqiqatlarda plasebo qəbul edən xəstələrdə də çox tez-tez bildirilib. ‡ Montelukast qəbul edən xəstələrdə tez-tez bildirilən bu əlavə təsir, klinik tədqiqatlarda plasebo qəbul edən xəstələrdə də tez-tez bildirildi. § Başvermə tezliyi: nadir.

Doza həddinin aşılması

Rilkozin dərman vasitəsi ilə bağlı doza həddinin aşılması təcrübəsi yoxdur. Levosetirizin Simptomlar Doza həddinin aşılması simptomlarına böyüklərdə yuxululuq (uyuşuqluq) daxil ola bilər. Uşaqlarda əvvəlcə həyəcan və narahatlıq, sonra yuxululuq baş verə bilər.

Doza həddinin aşılması

Levosetirizin üçün bilinən spesifik bir antidot yoxdur. Doza həddi aşılarsa, simptomatik və ya dəstəkləyici müalicə tövsiyə olunur. Dərmanı qəbul etdikdən bir müddət sonra mədənin yuyulması düşünülə bilər. Levosetirizin, hemodializ ilə effektiv şəkildə xaric olmur. Montelukast Montelukastla doza həddi aşılarsa, onun müalicəsi barədə konkret məlumat yoxdur. Xroniki astma tədqiqatlarında, böyük pasiyentlərə 22 həftə ərzində gündə 200 mq-a qədər və qısa müddətli tədqiqatlarda, klinik vacib əlavə təsirlər olmadan təxminən bir həftə boyunca gündə 900 mq-a qədər montelukast verildi. Post-marketinq təcrübədə və montelukast ilə aparılan klinik tədqiqatlarda kəskin doza həddinin aşılması halları bildirilib. Bunlara, böyüklərdə və uşaqlarda (42 aylıq bir uşaqda təxminən 61 mq/kq) 1000 mq qədər dozanın istifadəsi barədə bildirişlər daxildir. Klinik və laborator tapıntılar, böyüklərdə və pediatrik xəstələrdə təhlükəsizlik profili ilə uyğundur. Ən tez-tez meydana gələn əlavə təsirlər, montelukastın təhlükəsizlik profili ilə uyğundur və bu əlavə təsirlərə qarın ağrısı, yuxululuq, susuzluq, baş ağrısı, qusma və psixomotor hiperaktivlik daxildir. Montelukastın peritoneal və ya hemodializlə dializ edilə biləcəyi məlum deyil.

Buraxılış forması

15 tablet, Alu/Alu blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi İlko İlaç San. ve Tic. A.Ş. Veysel Karani Mah. Çolakoğlu Sok. No: 10/34885 Sancaktepe/İstanbul, Turkey. Tel.: +90 216 564 80 00. Faks: +90 216 56480 99.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“RILKOZIN N30 TABLET” üçün ilk rəyi siz yazın.