RENEEL N50 TB

Dərman formasıTablet
Farmakoloji təsirHomeopatik dərman vasitəsi. Digər uroloji vasitələr
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,44 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

RENEL NT tabletlər RENEEL NT

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində: Berberis vulgaris D2 15 mq; Lytta vesicatoria D5 30 mq; Plumbum aceticum D6 30 mq; Serenoa repens D2 30 mq; Causticum Hahnemanni D4 60 mq; Aluminium oxydatum D12 75 mq. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat.

Təsviri

Ağdan sarı ağ rəngə qədər dəyişən və sporadik olaraq sarı nöqtələr müşahidə edilə bilən dairəvi formalı, hamar səthli, kənarları kəsik və iysiz tabletlərdir.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi. Digər uroloji vasitələr. ATC kodu: G04BX.

İstifadəsinə göstərişlər

Sidik yollarının iltihabi xəstəlikləri (litiazla və ya onsuz).

Əks göstərişlər

Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Bu preparatın tərkibində laktoza vardır. Əgər sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Əgər qızdırma düşməzsə, sidikdə qan olarsa, 5 gün ərzində simptomlar yüngülləşməzsə və ya kəskinləşərsə, o zaman həkiminizlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya müddətində toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.

İstifadə qaydası və dozası

Adi hallarda 1 tableti gündə 3 dəfə ağızda həll edərək qəbul etmək lazımdır. Kəskin pozulmalarda ilkin olaraq hər 15 dəqiqədən bir 1 tablet (2 saata qədər davam edən müddətdə).

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, bu homeopatik dərman vasitəsinin də ayrı ayrı hallarda müvəqqəti allergik reaksiya kimi əlavə təsiri ola bilər.

Buraxılış forması

50 tablet, konteynerdə. 1 konteyner, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Biologische Heilmittel Heel GmbH Dr.-Reckeweg-Strasse 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“RENEEL N50 TB” üçün ilk rəyi siz yazın.